Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə54/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   50   51   52   53   54   55   56   57   ...   99

 
 
208
olsun  gəl  belə  bir  xeyirxah  iş  gör,  gəl  Məhəmmədi  məcbur 
eliyək öyləndirək. Öylənsə başı qarışar, fikri-zikri arvadına cəm 
olar, sora da uşaqları olar, təmiz başı qarışar, bir də şahlıx iddia-
sında olmaz, öz kasıfçılığınnan məşğul olar, başını dolandırar. 
Məhəmmədi  danışığa  çağırdılar.  Şah  dedi,  Məhəmməd, 
sənin  iki  yolun  var  –  ya  gərək  öylənəsən,  ya  da  ömürlük  qaza-
matda çürüyərsən, özün seç. Razı olsan səni vəkilin qızı Sücahət 
xanımnan öyləndirərik, özünə də sarayda bir yaxşı iş verərik. 
Məhəmməd  dedi,  heç  mənnən  ötəri  narahat  –  olmuyun, 
mən heç kimnən öylənəsi döyləm, ömrüm boyu qazamatda çürü-
səm  də  siz  deyən  olmuyajax.  Məhəmməd  belə  deyəndən  sora 
Eyzan  şah  sərəncam  verdi  ki,  aparın  atın  bu  məlunu  zindana, 
qoyun  ağlı  başına  gələnə  kimi  çürüsün.  Məhəmmədi  apardılar 
zindana  saldılar.  Bu  minvalnan  zimistan  dolanda,  üstünüzə 
xeyirli  yazdar  gəlsin  –  yaz  gəldi.  Bir  gün  Məhəmmədi  gənə  də 
şahın yanına danışığa gətirdilər. 
Eyzan şah dedi, Məhəmməd, öz ürəyin kimi istəyir gəl onu 
da sana alax, yoxsa vədən tamamdı səni dar ağacınnan astırajam. 
Bu  dəfə  də  bir  şey  hasil  olmadı.  Məhəmməd  dediyinnən 
dönmədi ki, dönmədi. 
Apardılar təzdən saldılar qəzəmətə. 
İndi  sizə  kimnən  deyək,  dərvişdən.  Gejənin  bir  vədəsi 
Məhəmməd yatan qəzəmətin qapısı açıldı. Dərviş içəri girdi. 
–  Oğul,  nə  yatıfsan,  oyan,  dur,  bu  piyalanı  nuş  elə.  Bu 
badəynən  sana  Günəş  xanım  adında  bir  padşah  qızını  buta 
verdim. Məhəmməd badeyi içdi, gördü Dərviş yoxa çıxdı, ordaja 
Məhəmmədi huş apardı, özünnən getdi. 
Gün  gəldi  Məhəmmədi  gənə  danışığa  çağırdılar,  özünə  də 
şah  dedi  ki,  bu  axırıncı  dəfədi,  ya  gərək  öylənəsən,  ya  da 
ölməlisən. Məhəmməd dedi: – İxtiyar versən, bura bir saz gətir-
sinlər  dərdimi  saznan  deyim.  Şah  əmr  elədi  bir  beş  telli  saz 
gətirdilər. Məhəmməd sazı sinəsinə basdı, görək nə dedi: 
 


 
 
209
Şahda insaf olar, həm də həqiqət, 
Neylədim çəkirsən divana məni. 
Gəl özün divan kəs, hax divanınnan, 
Nahaxdan buyurma fərmana məni. 
Məhəmməd  belə  deyəndə  vəzirin  ona  yazığı  gəlif  dedi, 
Məhəmməd,  gəl  daşı  ətəyindən  tök.  Öylənməyə  irazı  ol,  yoxsa 
arada qanın batıf gedəsidi, arxan yox, köməyin yox. Məhəmməd 
götürdü ikinci bəndi: 
Zənana üzünə baxmaram, haşa, 
Takı elm oxuyuf çıxmayam başa. 
Şahım, salma məni yanar ataşa, 
Həsrət qoyma bağa-gülşana məni. 
Bu sözdən Eyzan şah belə başa düşdükün Məhəmməd deyir 
mən şah olmasam arvad almaram. O tüşünməyində olsun, görək 
Məhəmməd sözü nejə tamamlayır: 
Məhəmmədəm, şahım, qolu bağlıyam, 
Qəmlər tustağıyam, yolu bağlıyam. 
Qəzəbinnən gejə-gündüz ağlıyam, 
Zülmnən salıfsan zindana məni. 
Söz tamama  yetdi,  vəzir  şaha  yalvardı  kın,  şahım,  amanın  bir 
günüdü, qıyma Məhəmmədə, asdırma onu, qoy həmişəlik zindanda 
qalsın, havax öylənməyə irazılıx verər onda azad eliyərsən. Şah vəzi-
rin sözünnən irazılaşdı, Məhəmmədi təzədən qəzəmətə göndərdilər. 
Vəzir  xəlvətə  salıf  zindanbaşına  tapşırdı  kin  Məhəmmədə 
yaxşı  baxsın,  vaxtı-vaxtında  çörəyini,  suyunu  versin,  əziyyət 
çəkməyə qoymasın. Bu minvalnan bir zimistan da dolandı, gənə 
də yaz gəldi. Bir gejə Məhəmmədin yuxusuna ağa Dərviş gəldi. 
Məhəmməd  yuxudan sərsəm ayıldı,  sazı  götürüf  görək nə dedi, 
siz nə eşidirsiniz: 
Qəmlər otağında tək-tənha qaldım, 
Yetiş imdadıma ya ağa mənim. 
Heyva tək saraldım, gül kimi soldum, 
Yetiş imdadıma, ya ağam, mənim. 
 


 
 
210
Zaman bəddi hax-nahaxdan seçilməz, 
Pünhan dərdim heç bir kəsə açılmaz. 
Qanadım da olsa burdan uçulmaz 
Yetiş imdadıma, ya ağam, mənim. 
 
Məhəmməd çağırar Ədalət şahı, 
Zəlillər gümanı qədir allahı. 
Adı bəlli mərd iyidlər pənahı, 
Yetiş imdadıma, ya ağam, mənim. 
Məhəmməd sözünü tamama  yetirdi,  başını  söykəyif təzdən 
yuxuya getdi. 
Eşit Bərbər şəhərinnən. Bərbər şəhərində kimnən – Kərəmli 
şahdan. 
Kərəmli şah yeddi iliydi ki, şahıydı. Bu yeddi ildə camahat 
tamam  vergidən,  töycüdən  azad  olmuşdu.  Kərəmli  şah  səxa-
vətdi,  əliaçıx  oldğuna  görə  Allah-tala  ona  iki  züryət  verdi,  biri 
oğlan,  biri  qız.  Qız  o  qədər  gözəliydi  kin,  günnən  xarac  alırdı. 
Adı  Günəş  pəriydi.  Günəş  pəri  həm  quvallı  pəhləvanıydı,  həm 
də  həkimiydi.  Vaxt  yetişdi.  Günəş  pəri  iyirmi  beş  yaşına  çatdı. 
Günnərin bir günü həmən ağa Dərviş Günəş pəriyə badə içirtdi, 
Məhəmmədi ona buta göstərdi. Qız eşq ataşına dayana bilmədi, 
atasına sifariş göndərdikin onu qəbul eləsin. Atası irazılıx verdi. 
Günəş  pəri  atasının  hüzurunda  altı  qədəmdə  dizə  çökdü,  yeddi 
qədəmdə qolu bağlı ayağa duruf dedi, ateyi mehribanım, ey qib-
leyi  aləm,  dünya  seyrinə  çıxmaq  istiyirəm,  mümkünsə  yox  de-
mə.  Kərəmli  şah  əlini  öpdü,  gözünün  üstünə  qoydu,  dedi  övla-
dım,  özünnən  nə  götürmək  istiyirsən?  Qız  dedi,  ata,  bir  zərin 
kəjava, bir də dili lal qoca bir sarvan, yanıkın sir saxlıyan olsun. 
Təmanna yerinə yetirildi, Günəş pəri öz gəcavasıynan düş-
dü yolun turabına. Nə qədər yol getdi, onu demək çətindi. Yazın 
elə vaxtıydıkın bülbüllər təzəjə yuva tikirdi. Çatdılar Şəhrizanın 
kənarına. Bura Məhəmməd yatan qazamatdan bir ağac aralı ola-
olmuya. Günəş pəri əmr elədi kacava əyləndi. Kacavadan endi, o 


 
 
211
yana-bu  yana  baxdı,  dedi,  qoca  sarvan,  sən  burda  dincəl,  mən 
görüm  buralarda  dava-dərman  düzəltməkdən  ötəri  hansı  ottar, 
çiçəklər var. Sarvan dedi, buyurun övladım, Günəş pəri əmr elə-
di  kacava  əyləndi.  Kəcavadan  endi,  o  yan,  bu  yana  baxdı  dedi, 
qoca  sarvan,  sən  burda  dincəl,  mən  görüm  buralarda  dava  dər-
man  düzəltməkdən  ötəri  hası  ottdar,  çiçəklər  var.  Sarvan  dedi, 
buyurun  övladım.  Günəş  pəri  gedəndə  qoja  sarvan  gördükün 
qızın qucağında uşax qundağına  bənzər ağa  bükülü  bir şey  var. 
Sarvan  öz-özünə  qaldı  mətəl,  «hancarı  iyirmi  gündü  yol 
gəlerəm,  bu  uşax  bu  neçə  vaxtda  bircə  ağlamadı,  səsi  gəlmədi, 
həm də Günəş pəri bakirə qzdı, bu uşax ona hardandı?» Bu fikir 
qoja  sarvanı  dinc  buraxmadı,  durdu  yavaş-yavaş  Günəş  pəri 
gedən səmtə getdi, gördükün qız ağ qundağa bənziyən şeyi açdı, 
arasınnan on dörd qulaş hörüyü çıxardıf daraxlamağa başdadı. 
Sarvan  gördüyünə  çox  xoşxal  oldu.  Sən  demə  Günəş  pəri 
qulaş hörükləri yolda toza bulaşmasın diyən ağa büküfmüş. 
Qız  saçını daradı,  gənə də ağa  büküf  başına  yığdı,  başdadı 
bir  qədər  gül-çiçək  yığdı  qayıdıf  sarvanın  yanına  gəldi.  Axşam 
tüşdü, bir azdan Günəş pəri baxıf gördükün yaxındakı qalaçadan 
ətrafa səs yayıler. 
Qoca sarvan da qıznan baravar qalaçaya sarı baxırdı. Günəş 
pəri dedi kin, ay mənim qoca sarvan babam, mən o qalaçıya ge-
dif  yoxlamax  istiyirəm,  sən  kəcavamızın  yanında  dayan  gözdə, 
həm  də  istirahət  elə.  Qız  bunu  deyif  gənə  də  hörüklərini  ağa 
pükdü,  dəstələdi,  bərkitdi.  Üz qoydu qalaçaya tərəf.  Gəlif  qala-
çanın qapısına çatdı, gördü qapıda cəmi bir cəllad durur. Cəllad 
nə  qədər  istədi  danışa,  xavar  alakın  nə  istiyirsən,  kim  lazımdı, 
qızın  gözəlliyininin  şoxunnan  dili  tutuldu.  Cəllad  əvvəlcə  elə 
bildi  Məhəmməd  eşiyə  çıxıf,  belə  şoxu  Məhəmməddə  görmüş-
dü. Bu vaxt Günəş pəri dilləndi: 
– Ey möhtərəm cəllad, salamməleyküm. 
Cəllad  dili  tutar-tutmaz  salam  aldı,  ürəyi  yerinə  gəldi  dedi. 
Övladım,  nə  məqsədə  gəlifsən.  Günəş  pəri  dedi,  nəyin  bahasına 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə