Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə51/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   47   48   49   50   51   52   53   54   ...   99

 
 
197
adamı  doyunca  yedi.  Əlhəmdullah  deyif  sufradan  əl  götürəndə 
şah dedi, oğlum,  bir  ay  bu şəhəri gəzərsən,  yatmağa öz otağına 
dönərsən.  Şəhərdə heç  yerdə sənnən pul  istəməzlər,  harda ajdın 
orda yeyif-içərsən.  Amba  bir öyüdümü eşit.  Bircə Gülşan  bağı-
nın qavağınnan keçmə! 
Elə  də  oldu,  bir  ay  keşdi.  Şah  Əhmədi  yanına  çağırtdırdı, 
dedi, oğlum, indi bil və agah ol, bu günnən sənin vəzifən budu-
ku  mənim  yüz  baş  quluma  qullar  ağası  olasan.  Əhməd  ayağa 
duruf ədəfnən təzim elədi. Dedi, şahım, mən özüm insan ola-ola 
bir belə adama zülm eliyə bilmərəm, mümkünsə mana başqa bir 
iş ver. Şah buna çox qəzəfləndi. Dedi mən deyənə irazı olmasan 
səni ömrün boyu burda saxladacam. İlan-çayana yem olajaxsan. 
Qul Əhməd dedi, ixtiyar sahibisən, küllü-ixtiyarsan, nejə eliyər-
sən  elə  də  eləginən.  Şah  dediyi  kimi  də  elədi,  iki  nəfər  cəllad 
çağırtdırdı.  Tapşırdı  ki,  bu  məlunu  qırx  arşın  quyunun  divinə 
sallayın, qoyun orada da qalsın, gündə üç dəfə yeməyini tullayın 
başınnan  qoy  ağlı  özünə  gəlsin.  Xülasə,  Əhmədi  salladılar  qırx 
arşın  quyunun  divinə.  Der,  məsəl  var,  suda  boğulan  saman  çö-
pünnən  yapışar,  kömək  umar.  Əhməd  də  ümüd  pənahı  umudu 
gəldiyi  ağamızın  adını  dilinə  gətirif  görək  nə  dedi.  siz  də  nə 
eşidirsiniz: 
Zülümkar əlinnən cana gəlmişəm, 
Səy eylə dərdimə çara, ya Əli! 
Nə müddətdi mən zülmətdə qalmışam, 
Əlim çatmır bir diyara, ya Əli! 
 
Yerim nəmli, özüm qəmli, neyliyim 
Gəlsən dada, dərdim sana söylüyüm. 
Əlacsızam, kimnən pənah gözdüyüm, 
Ədalətdən yox işara, ya Əli! 
 
Qul Əhmədi duşman yıxdı, ayağa, 
Tut qolunnan özün qaldır ayağa. 


 
 
198
Gecə-gündüz yalvarıram, ay ağa, 
Bir divan tut zülmkara, ya Əli! 
Yetim  Əhməd  sözünü  tamamladı.  Qəm  yuxusu  gəldi,  nə 
gəldi. Nə qədər yatdığını demək çətindi, amba nə görsə yaxşıdı, 
gördükün başının üstündə iki nəhəng ilan durufdu. İlannarın biri 
qaradı,  biri  şahmardı.  Əhməd  belə  tüşündükü  yəqin  bu  ilannarı 
qəsdən,  məni  çaldırmaxdan  ötəri  bu  quyuya  atıflar.  Qara  ilan 
istiyir  Əhmədi  çalsın,  şahmar  qoymuyur,  bu  vəziyyətdə  görək 
Qul Əhməd qara ilana nə dedi: 
Ovsunçu deyləm, mən tutam səni, 
Vurma məni o şahmara bağışda. 
Atı Düldül, qulu Qəmbər ağamın 
Əlindəki zülfüqara bağışda. 
 
Şah zülüm eyliyif yazıx quluna, 
Siz getməyin müxənnətin felinə. 
Gəlin, baxın haqqın doğru yoluna 
İrəhm eylə günahkara, bağışda. 
 
Qul Əhmədəm, nejə olmuşam zəlil, 
Sana sığınmışam, Cabbarı-Cəlil. 
Mənim diləyimi sən eylə qəbul, 
Yeddi yığnax o xublara bağışla. 
Sözünü qurtarıf üzünü sol  yana çöyürdü,  nə gördü? Gördü 
qara  ilan  qarayanız  bir  oğlana,  Şahmar  ilan  da  gözəl  bir  qıza 
çöyrüldü.  İlahı  pərvərdiyar,  elə  bil  qədir  allah  coşa  gələndə 
birinci  bu  qıza  qələm  çalıfdı.  Qız  baxıf  gördü  bu  Qul  Əhməd 
buna çox ayıl-mayıl olur,  oduku dedi,  cavan oğlan,  bil  və agah 
ol, mən ilannar padşahının qoşun sərkərdəsiyəm, mənim hökmü-
mə yeddi min yeddi yüz yetmiş yeddi ilan tabedi. Özüm də səni 
sevirəm,  məni  bu  günnən  özünə  söygülü  yar  hesab  elə.  Bütün 
başına gələnnəri də oycumun içi kimi bilerəm, sana söz verirəm-
kin yeddi günün tamamında qoşunumu çəkif Cam şəhərini üzük 
qaşı  kəsəjəm.  Cəmşid  şahı  qanına  qəltan  eliyif  o  məmləkətin 


 
 
199
ixtiyarını sana verəjəm. İndi mana cavaf ver görüm, məni özünə 
həmdəm  sayarsanmı?  Qul  Əhməd  dedi,  can  başnan  sən  deyənə 
irazıyam, amba məni bura saldıran Həbəş şahına nə cavaf verə-
jəksən,  ikinci  də  məni  bu  quyunun  dibinnən  çıxartmağa  sizin 
güjünüz  çatarmı?  Qız  dedi,  Həbəş  paccahı  sarıdan  heç  niyaran 
olma,  səni  burdan  elə  aparajıyıx  ki,  heş  onun  xavarı  da  olmu-
yajax. Qaldı quyudan çıxmağına, indi gör nejə çıxajaxsan? Bunu 
deyif  əlini  əlinə  vurdu,  bu  vaxt  yüzdən  çox  ilan  bir-birinə  qar-
max  oluf  nərdivan  düzəltdilər.  Sallandılar  quyunun  divinə.  Qız 
dedi,  Əhməd,  indi  bu  nərdivannan  çıx.  Yazıx  Əhməd  bu  nər-
divana  ömründə  bir  dəfə  əlini-ayağını  ilan-çayana  vurmamışdı, 
elə  ki  əlini  uzatdı,  ilana  toxunan  kimi  əti  ürpəşdi.  Ayağını  ilan 
nərdivana  qoydu.  Qorxudan  ayağında  zoqqultu  hiss  elədi.  Qız 
baxdı ki, Əhməd ilannardan eymənir, tez bir göz qırpımında özü 
qabağa  düşüf  Əhmədə  dedi  ki,  yapış  mənnən,  mən  səni  dartıf 
çıxardajam. Beləjə də oldu. Qız Əhmədi işıxlı dünyaya çıxartdı. 
Eşiyə  çıxcaq  Əhməd  gördü  kü  üç  ərəb  atı  duruf,  üçünün  də 
belində zərrin yəhər, yəhərin də üstündə o zamanın silahları ası-
lıf, qılınc, qalxan, şeşpər, yaydı, belə-belə silahlardı. Nə başınızı 
ağrıdım.  Silahlandılar,  atdara  süvar  oldular,  üz  qoydular  Cəm 
şəhərinə.  Qız  yeddi  gün  demişdi,  beş  günün  tamamında  gəlif 
şəhərə çatdılar. Bu o vaxtıydı şah, vəzir, vəkil, qoşun böyükləri, 
hamsı  bir  yerdə  Gülşan  bağında,  hovuz  kanarında  al  şaraba 
«gəl»  deyif  vurordular.  Birdən  Cəmşid  şah  başını  yana  əydi, 
gördü, əzizdərim, iki nəhəng ilan, bir də pəhlivan başının üstünü 
alıflar. Şah qeyzə gəldi, dedi,  vəzir,  bunlar nə karadı gəlif daxil 
oluflar.  Vəzir  dedi:  tanımadın,  bu  Qul  Əhməddi.  Bə  nə  tez 
yadınnan çıxardıfsan onu. Şahın dili tutar-tutmaz qoşun başçıla-
rını harayladı ki tutun buları. Vəzir dedi: şahım, yatıfsan fil qu-
lağında  qoşunun  təmiz  tərkisilahdı,  sən  artıx  təslimsən,  şəhərin 
ətrafını  ilan  bürüyüf,  ananı  ağlar  qoymağa  gəliflər.  Birdən  Qul 
Əhmədi gördü, Cəmşid şahın halı yaman pərişan oldu. İrəngi üs-
tünnən qaçdı, odukun Qul Əhməd yaxınnaşıf Cəmşid şaha dedi: 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə