Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə59/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   55   56   57   58   59   60   61   62   ...   99

 
 
227
aldı. Qıza əl uzatdı kı dəsbədəs görüşsün. Günəş pəri haramının 
dörd barmağını elə sıxdı ki,  barmaxlarının  ucunnan qan damdı. 
Haramı  utandığınnan  özünü  sındırmadı,  amba  barmaxlarının 
ağrısınnan  az  qaldı  ürəyi  getsin.  Sora  loyğa-loyğa  (yəni  lovğa-
lovğa – E.M.) dedi kin,  ay gözəl qız,  səni  mana  yazana qurvan 
olum. Günəş pəri dedi, nə çərənniyirsən, dəli haramı, sən bir yol 
kəsən,  öy  yıxan  yırtıcısan,  mən  bir  şah  qızı  mən  sana  tay  ola 
bilərəmmi?  Əhməd  haramı  qızın  dediyini  heç  saya  salmadı, 
istədi onu əvvələn söznən, sora da zornan ram eləsin. Gördü kü 
buların  heç  birinnən  bir  kömək  hasıl  olmadı  başdadı  zəhlə 
tökməyə.  Qız  dedi,  mana  Günəş  pəhlivan  deyəllər,  qavağınnan 
qaçsam şah babamın çörəyi mana haram olsun. Əmbə bir şərtim 
var, gərək ona ikimiz də əməl eliyək. Əhməd haramı dedi, nədi o 
şərt desən biz də bilək. Günəş pəri dedi, iyidliyin şərti üçdü: biri 
deyişmək, ikincisi qılınc çalmax. Üçüncüsü güləşmək. Kim-kimi 
yıxarsa  başını  bədəninnən  götürər.  Haramı  dedi  birinci  fırsat 
kimin olsun? Qız dedi fırsat sənindi, aldı haramı: 
Bir nərə çəkərəm, dilin lal olar, 
Çolpasan gölümdə tutaram səni. 
Zənandə qüvvət olmaz bilirəm, 
Köhlən at döşünə qataram səni. 
 
Aldı Günəş pəri: 
İltimasım budu sana haramı, 
Gəl eşqin bəhrinə dalma hayıfsan. 
Sonrakı sözünü qabax söyləmə, 
Belə gəc xəyala dalma hayıfsan. 
 
Haramı: 
Bir ummanam coşa gəlif çağlaram, 
Sinən üstün çalın-çarpaz dağlaram. 
Kəmənd atıf qollarını bağlaram, 
İndi şan-şan edif ataram səni. 


 
 
228
Günəş pəri: 
Qəza vurar coşan ümman quruyar, 
Xəzan dəyər gül-çiçəyin çürüyər. 
Hökm eylərəm dağlar, daşdar yeriyər, 
Həyasız, üstümə gəlmə, hayıfsan. 
 
Əhməd haramı: 
Əhmədəm, qənimlər atdan atmışam, 
Şikarımsan, ovgahımda tutmuşam. 
Çoxlarını qul eliyif satmışam, 
Qul edif Hələfdə sataram səni. 
 
Günəş pəri: 
Günəşəm, meydanda mərdana durram, 
Halaylar pozaram, ordular qırram. 
Bu qılıncnan səni ikiyə bölləm, 
Cavansan əlimdə ölmə, hayıfsan. 
Sözdəri  tamama  yetdi,  sözdən  bir  hasıl  olmadı.  İş  çatdı 
qılınca.  Nə  qədər  qılınc  vurdular,  bir-birinə  üstün  gələ  bilmə-
dilər.  Axırda  ikisinin  də  qılıncı  pul-pul  oldu.  töküldü.  Onu  da 
deyək ki,  otuz doqquz haramı cərgəynən  bir qıraxdaja duruf  bu 
iki  pəhlivanın  cənginə  tamaşa  eliyirdilər,  elə  bil  ki.  heç  ölüm-
qalım məsələsi döyül.  Bəli,  iş o yerə çatdı ki, qılıncdarının dəs-
tələrini  hərə  bir  tərəfə  tulladılar.  Başdadılar  güləş  tutmağa.  Hər 
ikisi yeri kotan kimi əkməyə başdadı. Əhməd haramı Günəş pə-
riyə  əl  tutanda  onun  barmaxlarının  güjünü  görmüşdü.  Ehtiyat 
eliyirdi kin birdən barmaxlarını qırar. Beləjə bir qədər çəkişmiş-
dilər,  birdən  Günəş  Əhməd  haramıyı  var  güjünnən  dala  itələdi. 
Əhməd  haramı  gedif  bir  ağac  kötüyünə  ilişif  az  qaldı  kəllə-
mayallax  olsun.  Bu  vaxt  Günəş  pəri  ona  badə  içirdən  dərviş 
babasını yadına saldı, ya Ağam, deyif bir dəli nərə çəkdi. Dağa-
daşa bir səs düşdü, qayalardan qamqalax qopdu. Əhməd haramı 
bu  səsdən  çaş-baş  qaldı,  qulaxları  tutuldu,  özünü  itirdi,  sinir 


 
 
229
damarrarı bürüşdü. Bu vaxt Günəş pəri haramıyı başına qaldırıf 
yerə elə sancdı ki,  haramı zıqq elədi. Tez dizini sinəsinə dirədi, 
xancalı çıxardıf qoyun başı kəsən kimi Əhməd haramıyı kəsmək 
istədi.  Bu  vaxt Əhməd  haramı  yalvardı,  ey pəhlivan,  iyid  bastı-
ğın  kəsməz,  amanın  bir  günüdü  əfv  elə  məni.  Günəş  pəri  dedi. 
Qıza  əl  qaldıran  biqeyrət  oğlanın  başı  bədənində  durmamalıdı, 
cəzandı  çəkməlisən.  Uzunçulux  eləmə,  kəlmə  şəhadətini  oxu, 
səni gözdəməyə vaxtım yoxdu. Günəş pəri xançalı çəkif Əhməd 
haramının  başını  bədənnin  üzdü,  qulağınnan  tutuf  yeddi  qədəm 
tulladı,  dedi,  məlun-haramzada  indi  get  məni  Hələfdə  qul  kimi 
sat.  Otuz doquz haramı  hamı  bir  nəfə kimi gəlib  Günəş pərinin 
qarşısında  diz  çökdülər,  dedilər,  ey  gözəl  pəhlivan,  Allah  tala 
həmeşə  sana  belə  güc-qüvvət  versin,  bizim  də  canımızı  bu  qan 
içənin  əlinnən  azad  elədin.  İndi  əyər  istəsən  hamımız  qardaşın 
kimi  sana  qullux  eliyərik,  istəməzsən  burax  bizi  gedək,  halal 
əməyimiznən, alın tərimiznən dolanax. Günəş pəri dedi, hər kəs 
öz  öyünə-eşiyinə  gedə  bilər,  ixtiyar  özünüzdədi.  Otuz  doqquz 
haramı hərəsi Əhməd haramının üstünə bir neçə daş atdı üstünü 
torpaxlayıf, onu it leşi kimi basdırdılar, hər kəs öz yuvasına da-
ğıldı. Günəş pəri də bulardan aralanıf Məhəmmədi axtarmağında 
olsun. Gəzə-gəzə çatdı yelli dəryanın kənarına. Gəldi düz gəmi-
nin  bərəsinə.  Gejəni  bir  təhər  burda  gejələdi,  ertəsi  gün  gəmi 
gəldi. Qız qavağa çıxıf gəmiyə tərəf gedəndə gəmidəkilər hamısı 
qıza tərəf boylanışdılar, bunun gözəlliyinə təəccüf elədilər,  belə 
də  gözəlmi  olar,  ilahi?  Bu  arada  gəmiçi  Günəş  pəriyə  yaxın-
naşdı, nə istəyirsən, bajı, bizdən təmannan nədi? Günəş pəri dedi 
qulaq as, gör nə deyirəm: 
Başına döndüyüm, gəmiçi qardaş, 
Burdan gəlif bir nöycavan keşdimi? 
Şikar yad olurmuş öz oyçusunnan, 
Gözü qannı bir şux tərlan keşdimi? 
Gəmiçi dedi,  ay  bajı,  sən çox qəliz danışırsan,  mən heç şey 
başa tüşmərəm, açıx danış göröm nə dersən? Götürdü Günəş pəri: 


 
 
230
Kimsəm yoxdu mənim dərdimi bilsin, 
Fələk də mənim tək beymuraz qalsın. 
Döyranı dağılsın, çarxı pozulsun, 
Belə əyyam, belə döyran keşdimi? 
Gəmiçi də, gəmidəki camahat da gördülər ki, nəsə bu qız ya-
man zuluma tüşüfdü. Əllərində, paltarında da qılınc yerrərini gör-
dülər, laf kefləri pozuldu. Götürdü görək Günəş pəri daha nə dedi: 
Beçərə Günəşəm dərddi-yaralı, 
Cavan oyçu itirifdi maralı. 
Ürək qəmli, özü başı balalı, 
Qan ağlıyan, didə giryan keşdimi? 
Sözünü  başa  yetirdi.  Gəmiçi  dedi,  bajı,  vallah,  mən  heç 
kimi  görməmişəm.  Əyər  getmək  də  istəsən  otu  gəmidə,  səni 
pulsuz-parasız  apararam.  Qız  dedi,  sizə  yaxşı  yol,  siz  gedin, 
mənim itiyim var, tapmasam gedəsi deyləm. 
Qız  gəmidən  aralandı,  təzədən  üz  qoydu  qarannıx  meşiyə. 
Gedə-gedə  dərmən  otlarınnan  dərif  yaralarına  məlhəm  elədi. 
Məhəmməd deyə-deyə meşiyi ələk-vələk elədi... 
...  Günəş pəri Məhəmmədi axtarmaqda olsun,  eşit Məhəm-
mədin özünnən, görək onun başına nələr gəldi? 
Məhəmmədkin yolu azmışdı. Əlacı ona qalmışdı ki, bu keçil-
məz  meşədən  bir  açıxlığa  çıxsın,  kənddən,  şəhərdən  bir  yerə 
çatsın.  Elə  də  oldu.  Başdadı  üzü  bir  tərəfə  hərəkət  eləməyə.  Bir 
müddət  keçənnən  sora  gördü  daha  meşə  qurtardı,  uzaxdan 
kənddər  görünör.  Sən  demə  bu  torpax olsun  İzzət  şahın  torpağı. 
Məhəmməd  tanımaza-bilməzə  gəzə-gəzə  gəldi  çıxdı  İzzət  şahın 
qızı  Gülgəz  xanımın  bağına.  Keçdi  bağa,  gördü  heç  kim  yoxdu. 
Ajdıx,  susuzdux  çox  kar  eləmişdi.  Bir  az  almadan,  armuddan 
yedi, axşam arıya tüştü, şər qarışdı. Məhəmməd komaların arasına 
uzanıf şirin yuxuya getdi. O yatmağında olsun, sizə kimnən deyək 
Gülgəz xanımnan.  Gülgəz  xanım  yatmışdı,  yuxusunda gördükün 
kimsə  ağ  gülü,  qırmızı  gülü  dərif  əlində  tutuf  ona  uzadır.  Savax 
üzünüzə  xeyirliyə  açılsın,  savax  açıldı.  Gülgəz  duruf  tez 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə