223
ram. Onsuz da qız bir vətənsiz quşa bənzər. Nə qədər atan-anan
sağdı, yığışıf gedək, mən də onların ixtiyar çağlarında bir gəlin
kimi qulluxlarında dura bilim. Bəli, bular öz aralarında irazılığa
gəldilər. Günəş pəri dedi, indi mən bir namə yazım şah babama
verim təzə vəzir aparıf versin. Onun da irazılığını alax. Sora
allahın izni ilə yol tədarükü görərik.
Günəş pəri elə də elədi. Təzə vəziri yanına çağırıf məktubu
ona verdi. Kərəmli şah məktubu oxudu. Məhəmmədi də, qızını
da yanına çağırtdırdı. Hər ikisi ədəb
xudu
224
Şeytana baş əyif sözünü tutmaz,
Ölüncən düz olar, ziyənkar olmaz.
Məhəmmədəm, bir halallıx dilərəm,
Dara düşsəm öz Ağamı səsdərəm.
Bu qəlbimdə şaha hörmət bəsdərəm,
Ağlım düzdü, məndə kəmilqar olmaz.
Söz tamama yetdi, görüşdülər, öpüşdülər. Təbillər çalındı,
balaban vuruldu. Şirdət pəhlivan özünün dəstəsiynən atdara
süvar oldular. Gəcavələr tərpəndi. Karvan yola düzüldü. Mə-
həmməd Günəş pəriynən öz gəcavələrində əyləşdilər, yola başla-
dılar. Üz tutdular Şəhrizargilin vilayətinə tərəf getməyə. Az get-
dilər, çox getdilər. Axşama yaxın gəlif qalın bir meşənin içinə
çatdılar. Bir çayın kənarında gejələmək qərarına gəldilər. Ye-
mək-içmək öz qaydasında, sufralar açıldı, kəmərrərini bərkit-
dilər, od-ojax qaladılar, gejənin bir müddətinə kimi dedilər gül-
dülər, pəhlivannar güştü tutdu, qılınc oynatdı. Gejə beləjə keşdi,
səhər açıldı. Məhəmməd Günəş pəriyə dedi, gəl bu pəhlivannara
əziyyət vermiyək. Günəş pəri də bu fikrə irazı qaldı, Şirdəti ya-
nına çağırdı dedi ki, çox sağ olun, hamınızdan irazıyıx, amma
bunnan belə sizə əziyyət vermək istəmirik. Qırx pəhlivanını da
yığ başına dala qayıt. Şah babama deyərsən ki, sizi mən qaytar-
dım. Şirdət pəhlivan dedi ki, xanım, onda şaha bir namə yaz ki,
sən bizi qaytarıfsan. Günəş pəri Kərəmli şaha bir məktub yazıf
Şirdət pəhlivana verdi. Dəli-dolular atdanıb yola düşdülər. Şirdət
pəhlivan Bərbər şəhərinə gəldi. Şahın hüzurunda təzim eliyif
Günəş xanımın məktubunu verdi, həm də dil-cavabı dedi ki. şah
sağ olsun, bizi qızın özü geri qaytardı ki, özümüz gedirik.
Kərəmli şah bir şey demədi. Fikirrəşdi, yaqın belə məsləhətmiş.
İndi sizə danışax karvannan. Karvan bu sıx meşəliknən yola
başdadı, bu minvalnan üç gün də yol getdi. Meşəlik, yağış, mən-
zərə, gül-gülü çağırır, bülbül-bülü, çaylar şırıldayır, ağaclar pı-
çıldayır, bir yannan da dəvələrin zınqıroyu meşəni başına
225
götürür. Gəlif bir yerə çatdılar ki, elə bil gözəllikdə cənnətin bir
guşəsidi. Bura çatanda Günəş pəri dedi, Məhəmməd, gəlsənə bu
gözəl yerdə bir qədər dincələk, mənim də yuxum gələr, bir az
gözümüzün çimirini alax. Məhəmməd irazı oldu. Gəcavələr
əyləndi, surfa açdılar. Qoca sarvanı da dəvət elədilər, oturdu bu-
larnan şirin-şirin çörək yedi. Dəvələrə xıx dedi, otduyan otdadı,
göyşüyən göyşədi, bir söznən müvəqqəti düşərgə saldılar, din-
cəlməyə başladılar. Səhər tezdən yuxudan durdular, üz-gözdə-
rinə su vurdular, bir az yemək yedilər, durdular ayağa gəzə-gəzə,
gül-çiçək dərə-dərə, deyə-gülə karvannan aralandılar. Başdarı o
cürə qarışdı ki, yollarını da itirdilər. Bir müddət gəzif-gəzif
yoruldular. Gəlif çatdılar bir bulağın üstünə, qoca bir palıd ağa-
cının gölgəsində oturuf dincəlməyə əyləşdilər. Günəş pəri çox
yorulmuşdu, oturan kimi onu yuxu tutdu. Başını Məhəmmədin
dizi üstünə qoyuf, şirin-şirin yuxuya getdi, yatmağa başdadı.
Qız yatmaqda olsun, Məhəmməd bir də başını qaldırdı gördü
ki, başının üstə butağa bir gözəl qırqovul qonuf. Dedi, nə yaxşı
oldu, elə otduğum yerdəjə bu qırqovulu vuraram, Günəş pəri
yuxudan duranda ona peşkəş elyərəm. Oydu ki, yay-oxunu qoydu
çilliyə, bu vaxt qırqovul uçuf qalın bir ormannığa qondu. Məhəm-
məd yavaşca Günəş pərinin başını dizinnən götürdü. Çuxasını
soyunuf başının altını irahladı. Düşdü qırqovulun dalınca.
Qırqovul bu ağacdan o ağaca, bu dərədən o dərəyə uça-uça
Məhəmmədi Günəş pəridən tamam araladı. Məhəmməd onda
dayandı ki. gördü ey dili qafıl. Nə qırqovul vura bilif, nə də hara-
hansı səmtə gedəjəyini bilmir. Öz-özünü möhkəm danladı, bir
yannan Günəş xanımın əhvalı, tək meşədə qalması yer elədi, bir
yannan da qoca sarvanın qəflə-qatırnan çaşbaş qalması onun
halını möhkəm pozdu. Məhəmməd qızı axtarmaxda olsun, görək
Günəş pəri nejə oldu? Aradan üş gün keşdi. Bir vaxt qız gördü
oyandı, nə qədər yatdığını özü də bilmədi. Yana boylandı, gördü
Məhəmmədin sazı yanındadı, özünün yayı-oxu da burdadı, əmbə
Məhəmməd yoxdu. Bir qədər o tərəf bu tərəfə boylandı, bir az
226
gözdədi, gördü yox, Məhəmməd yoxdu. Sazı da götürdü, yayı da,
oxu da çiynindən asdı, pəhlivan libasını bərkitdi. Məhəmmədin
çuxasını da əyninə geyinif axtarmağa başdadı. Qarannıx meşədə
çox axtardı, çox aradı nə Məhəmmədi, nə də karvanı tapa bildi.
Getdi çıxdı bir axar çayın üstünə, bir kənarda oturdu, bir qədər
köyrəldi. Gözünün qavağına Məhəmməd gəldi, xoş keçirdiyi gün-
nər gəldi dayandı, sazı götürdü bu qəmli halında görək nə dedi:
Qannı fələk məni nə günə saldı,
Məhəmməd tək gözəl yarı itirdim.
Bu qəmli ürəyim intizar qaldı,
Əldən getdi bafadarı itirdim.
Qız birinci bəndi yanıxlı-yanıxlı oxuyanda qırx haramılar
yaxınnıxda bulaq başında kef məclisi qurmuşdular. Birdən qızın
oxumasını eşitdilər, hamısının loxması boğazında qaldı. Başçı-
ları Əhməd haramı dedi, ədə, doğrudan da qız səsidi, Allah bi-
zimkini yetirif. Üz tutdular səs gələn səmtə. Günəş pəri götürdü
sözün o biri bəndini:
Gör nejə tuş oldu bəlaya başım,
Qarannıx meşədə yoxdu yoldaşım.
Bu günümdə gəleydi bircə qardaşım
Daha görməm umud varı itirdim.
Günəşəm, var dərdim yaralıyam mən,
İndi bildim baxtı qaralıyam mən.
Özüm də bilmərəm haralıyam mən,
Gözəl vətən, o diyarı itirdim.
Söz tamama yetdi, bu vaxt Əhməd haramı başı qıza sinçi
1
sala-sala az qala ağlı başınnan çıxa. Dönüf yoldaşlarına dedi ki,
bu qıza kim pis göznən baxsa and içirəm o gözəgörünməzə
qılıncdan keçirəjəm. Bu sözü deyif qızın yanına gəldi. Günəş
pəri tez ayağa durdu. Əhməd haramı salam verdi. Qız salam
1
Sinçi salmaq – diqqətlə baxmaq, xəlvət baxmaq
Dostları ilə paylaş: |