Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə66/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   62   63   64   65   66   67   68   69   ...   99

 
 
254
Dedi: 
– Kimliyimi neynirsən? Sana nə lazımdı? 
– Harıya gedersən? 
–  Bax  yönüm  belə  tüşüf,  harıya  isteerəm,  oruya  da 
gedeerəm. 
–  O  ki  yolun  tüşüf,  dəvələrinnən,  varınnan-yoxunnan  mə-
nim himayəmə keçersən. 
– Sən kimsən, kişi? 
– Bilmersən kiməm? 
– Xeyr, bilmerəm. 
– Onda mən sana diyəjəm, bil. Gör mən kiməm, sənnən nə 
isteerəm? Onda biləjəsən kim olduğumu.  
Koroğlu görək nejə dedi. 
İstanbuldan şikar tüşdü əlimə, 
Ver malını, qutar canını, çəkil get. 
Bulayaram səni qızıl qanına, 
Ver malını, qutar canını, çəkil get. 
Ağcaquzu dedi: 
– A kişi, sən buranın qoruxçususan, yoxsa qoçususan, nəyi-
sən, mənim malımı niyə alersan? Dədəm dədənə borşduydu? 
– Yekə-yekə danışma, sözümə əməl elə. 
– Onda qoy sözümə əməl eliyim. Qulaq as. 
İki iyit bir-birinnən üzdəşər, 
Baş getməmiş malım sənə vermərəm. 
Qılış vurram, yaraların sızdaşar, 
Baş getməmiş malım sənə vermərəm. 
Ağcaquzunun  belə  cavabı  Koroğlunu  yaman  təşvişə  saldı: 
“İlahi, bu nə cürətdi oğlandı, bu nədi ki, mana belə cavab verer?” 
Koroğlu  hirsinnən  bir  o  yana,  bir  bu  yana  baxdı,  beyqafıl 
zəhminnən  Ağcaquzunun  başına  bir  toppuz  endirdi.  Ağcaquzu 
toppuzun  qavağında  qalxan  tutdu.  Toppuz  qalxana  dəyən  kimi 
toz-duman  yeri-göyü  bürüdü.  Koroğlu  öz-özünə  dedi:  “Vay  bu 
cavanın  halına,  nahax  bunu  bədbaxt  elədim”.  Toz  gedən  kimi 


 
 
255
Koroğlu  baxdı  ayə,  oğlan  dimdik  qavağında  duruf,  gözdəri 
yalab-yalab  yaner,  heç  Koroğluyu  vejinə  almer.  Koroğlu  dedi, 
gəl  buna çatdır ki, ay  zalım oğlu zalım, qavağındakı tək döylü. 
Onun gör nələri  var. Aldı görək Koroğlu  Ağcaquzuya  nə deyir, 
dilinnən biz diyək, siz şad olun, inşallah. 
İndi dəlilərim gələr qurd kimi, 
İki gözün birdən olar dört kimi. 
Başın gedər, leşin qalar yurd kimi, 
Ver malını, qutar canın, çəkil get. 
Ağcaquzu  gözlərinin  altından  baxıf  gördü  kü,  qocanın 
işdahı yaman böyühdü. Özü də yaman qeyzə gəlif. 
– A kişi, ajığın tutmasın, gör mən nə deerəm, qulaq as. 
Koroğlu arif idi, dedi görüm bir bu cavan nə deyir? 
Ağcaquzu dedi: 
İgid gərək qürbət eldə atdana, 
Qılınc vurram, bu yer dönər bostana. 
Min tülkü neynəyər, bir ac asdana, 
Baş getməmiş malım sana vermərəm. 
Koroğlu qeyzə gəlif dedi: 
–  Ayə,  bu  nə  danışer?  Gəl  buna  qandır  deginən  ki,  zalım 
oğlu,  mən  Koroğluyam  axı.  Koroğlunun  yanında  sən  nə  anarı-
bəri danışersan? 
Aldı görək Koroğlu nə deyir? 
Koroğluyam, bu yerlərdə gəzərəm, 
Uzaxdan uzağa şikar süzərəm. 
Dartıf bədəninnən başın üzərəm, 
Ver malını, qutar canın, çəkil get. 
Ağcaquzu dedi: 
–  Ayə,  bu  kişi  səyaxleer  deyəsən,  Koroğlunun  adınnan 
məni tora salmax isteer. Fikri munun nədi? Gəl bunu başa sal ki, 
ay  öyün  yıxılsın,  mən  də  Ağcaquzuyam,  mən  də  iyidəm.  Sən 
mana neyniyə bilərsən? 
 


 
 
256
Ağcaquzuyam, hər yetənə enmərəm, 
Müxənnətnən danışmaram, dinmərəm. 
Mən heç səni ayax tozu da sanmaram, 
Baş getməmiş, malımı sana vermərəm. 
Ağcaquzu  elə  ki  dedi  “mən  heç  səni  ayax  tozu  da  san-
maram”,  bu  söz  Koroğluya  yaman  əsər  elədi.  İstədi  qılınca, 
əmuda əl atsın, sonra əl saxladı, dedi: 
– Allahın işini bilmək olmaz. Deyəsən burda nə isə bir sirr 
var. Bu sirri açmax üçün əl saxla. 
– Oğul, sən Koroğlu adını eşidifsənmi? 
Ağcaquzu dedi: 
– Eşitmişəm, bəli. Koroğlunun adını eşidəndə göydə mələk-
lər səyrişer. 
–  Oğul,  o  ki  Koroğlu  adını  eşidifsən,  bə  niyə  belə  cavab 
verersən?  Axı  qarşında  dayanan  həmin  Koroğludu.  Koroğlu 
mənəm. 
Ağcaquzu dedi: 
–  Mən  inanmeram  sən  Koroğlu  olasan.  Sən  əgər  Koroğlu 
olsaydın, mənnən belə rəftar eləməzdin. Koroğlu iyiddi, Koroğ-
lu kasıfların, arxasızdarın araxasıdı. Ancax sən mən tək oğlanın 
başına nə oyun gətirdin? O əmud ki, vurdun, onu qayaya vursan, 
darmadağın  olardı.  Ancax  mən  onun  altınnan  salamat  çıxdım. 
Sən demədinmi məni saxlyıan qüvvə kimdi? 
Koroğlu  bir  xeyli  fikirrəşəndə  başdadı  dəfin  o  üzünə 
vurmağa. 
–  Oğul,  o  ki  mənim  Koroğlu  olduğuma  inanmırsan,  qulaq 
as gör Koroğlu baban sənə nə deyir. 
Aldı  görək  “Sultanı”  qaydasında  Koroğlu  Ağcaquzuya  nə 
deyəcək. 
İki ləkə bir məclisə gələndə, 
O məclisin halı pərişan olar. 
İki iyid bir məclisə girəndə, 
Bəzənər otaxlar, alışan olar. 


 
 
257
– Ləkə, özünü bildirdin. 
– Mən ləkə döyüləm, bəy. Mən iyidəm. 
– Məni görən kimi zorrux işdətdin. Koroğlu gərək belə Kor-
oğlulux eləmiyəydi. Gənə inanmeram sənin Koroğlu olduğuna. 
– Oğul, hələ gör bir nələr eşidəcəhsən. 
Aldı Koroğlu gənə: 
Mərd iyidlər dolu badələr içər, 
Dost yolunda şirin canınnan keçər. 
Müxənnətdər dava günündə qaçar, 
Kolların dalında pəhlivan olar. 
Ağcaquzu dedi: 
–  Eyvallah,  eyvallah,  indi  bildim  ki,  sən  Koroğlusan.  De-
məli,  sən  mərddiynən  bu  karvanı  mənim  əlimnən  almaq  isti-
yirdin, eləmi? Deyirdin uşaxdı, qorxar, büdriyər. 
Koroğlu dedi: 
– Oğul, oğul, qulaq as. 
Koroğluyam, haşa çəhmərəm mərddən, 
Müxənnətdik əskik olmaz nəmətdən. 
Bir keçi canını qurtarsa qurddan, 
Baxar buynuzuna, kərgədan olar. 
Söz tamama yetişdi, Koroğlu dedi: 
– Oğlum, olma sən canını mənnən qutarmış sayırsan. Doğ-
rudan, mən Koroğluyam.  
Ağcaquzu dedi: 
–  Sən  Koroğlusansa,  onda  məni  mənzilinə  apar.  Əgər 
Koroğlu olmağını təsdiq eləsən, mən dəvənin üstündən tüşərəm. 
Əgər  təsdiq  eləməsən,  mən  dəvədən  tüşən  döyüləm.  Özüm  öz 
yolumnan  gedəjəm,  ağa  Koroğluyu  tapana  qədər.  Yoxsa  sana 
mən baş verm


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə