Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə62/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   58   59   60   61   62   63   64   65   ...   99

 
 
238
Çaparlar tüştülər yola, günə bir mənzil, teyyi- mənzil gedif 
çatdılar Bərbər şəhərinə. Şaha xavar verdilərkin Şam şəhərinnən 
elçilər gəlif, sizi görmək istəyirlər. Şah öz adətiynən elçiləri qə-
bul  elədi,  onnarın  şərəfinə  qonaxlıq  verdi.  Ertəsi  gün  yüz  nəfər 
də  özüynən  iyid  oğlannardan  götürüf  atdara  suvar  oldular.  On 
səkkiz  günə  gəlif  Şam  şəhərinə  çatdılar.  İzzət  şah  özü  Kərimli 
şahın pişvazına çıxdı. Qonaxlıx başdadı, bir yannan da İzzət şah 
Şəhriyara Eyzan şaha da namə göndərmişdi ki, bəs deməzsənmi 
hazırraşsın  Kərimli  şahnan  bir  yerdə  ona  qonax  gəlirik.  Eyzan 
şah  nameyi  alan  kimi  hazırrıx  tədarükündə  oldu,  amba  bu  işə 
mətəl  qalmışdı  ki,  bulardan  xeyir  olsun.  İkisi  birdən  nə  yaxşı 
görəsən gəlerlər? Bu fikirnən məktubu gətirənnəri


 
 
239
Məhəmməd üç şahnan gəlif atasının kasıf komasını ziyarət 
elədi. Qaynatasına dedi, allaha şükür, atamı, anamı gördüm, dər-
dim sərim, çəkdiyim pütün əziyyətlər yadımnan çıxdı. Qaynatası 
Eyzan  şah  dedi,  oğlum,  sən  daha  heç  şeyin  fikrini  çəkmə,  var-
dövlətimin yarısı Günəş balamnan sənindi. 
Gün gəldi Kərimli şahnan İzzət şah öz qoşunnarıynan qayı-
dıf  vətənnərinə  getdilər.  Günəş  pəriynən  Məhəmməd  xoş  gün 
sürə-sürə,  deyə-gülə  yaşamağa  başdadı.  Eyzan  şah  böhtançı 
qarıyı  axtarırdı  kı,  cəhənnəmə  vasıl  elətsin.  Dedilər,  çoxdan  o 
dünyalıx oluf. 
Üç  aydan  sonra  Məhəmmədnən  Günəş  pəri  Kərimli  şahın 
imarəti  kimi  bir  mülk  tikdirdilər.  Yetim  kişiynən  Hürü  qarı  da 
günü-gündən cavannaşdılar. 
Məhəmmədnən  Günəş  pəri  neçə  uşaq  dünyaya  gətirdilər, 
xoşbəxt yaşadılar. 
 
Söyləyəni: Aşıq Alxan Qarayazılı (Ömərov) 
Yazıya alanı: Elxan Məmmədli 
Qarayazı, Kosalı kəndi 
noyabr 1993 
 
 


 
 
240
“KOROĞLU” DASTANINDAN  
“AĞCAQUZU” QOLU 
Aşıq Aslan Kosalının ifasında 
III variant 
 
Sizə  hardan  xəbər  verim,  keçmiş  əyyamnan,  sabqiəl-döv-
rannan,  ustaddar  qovluğunnan,  “Koroğlu”dastanının  bir  qolun-
nan. Hansı ki “Ağcaquzu” qolu deyillər. 
Hasan  paşa  Koroğlunun  atasının  gözdərini  oydurannan 
soyra, o vaxtı  Koroğlunun  adı Röyşən  idi,  hələ  Koroğlulux  yo-
xuydu. Rövşənnən atası gəlif bir məqamda, bir yerdə, bir köydə, 
Muradbəylidə  əyləşən  vaxtı  Röyşən  bu  dərdə  dözə  bilmer. 
Xırda-xırda,  bala-bala  Hasan  paşanın,  Cəfər  paşanın  karvanna-
rınnan  vuror,  gətirer.  Atasına  danışer,  ata,  belə  elədim,  elə  elə-
dim. Atası ah çəker: 
–  Oğul,  adını  qaçax-quldur  qoyallar.  Bu  işdən  əl  çək. 
Qəzanın qədəridi mənim başıma gəlif. 
–  Baba,  Allahıma  pənahlanıf  sənin  hayıfını  yüzdə  minə 
onnan almasam, vallahi, mən dincələ bilmijəm.  
Dünyadı,  ömürdü,  günüz  gecəyi,  gecə  günüzü  tamamlıya-
tamamlıya  kəndiri  kəsir,  ömür  gedir.  Alı  kişi  də  belə.  Oğlunu 
yanına  çağırıf  vəsiyyət  elədi,  ömrünü  sizə  tapşırdı.  Koroğlu  el-
nən, el adətinnən Çənlibeldə Qoşabulax deyirdilər, onun üstündə 
atasının  məzarını  qazdırıf,  atasını  islam  ədətinnən,  Qurani-
Kərimnən, elnən-oboynan barabar necə var idi elə dəfn elədi. Üç 
gün təziyə saxladı. Dördüncü günü atasının məzarı üstünə gəlif, 
atasını  xeyli  ağladı.  Gördü  kü,  gözdərdən  yaş  qutarmer.  Bu 
məqamda Koroğlu elə bil yuxuya getdi. Bədəni titrədi, gördü bir 
gürültülü səs gəldi: 
–  Oğul,  Röyşən,  qılıncını  aç,  oturduğun  daşın  üstə  qoy. 
Həm də mana fikir ver. Yeddi addım aralan.  
Röyşən qılıncı daşın üstə qoyuf yeddi addım aralananda heş 
kəs gözünə görünmür. Ancax səs deyir: 


 
 
241
–  Bu  saat  ildırım  çaxajax.  O  ildırım  çaxan  kimi  qılıncını 
götürüf Qoşabulağın suyuna sal.  
Koroğlu  eşitdiyini  elədi.  Yeddi  addım  aralandı.  Yeddi 
addım  aralanan  kimi  göydən  bir  şimşək  çaxdı.  Şimşək  qılıncı 
qıpqırmızı od elədi. Röyşən yüyürüf qılıncı götürüf Qoşabulağa 
saldı. Qaldırıf çıxardannan soyra gördü bir əl kürəyində gəzer: 
– Oğul,  mən  sənin  mətləbini  verdim.  Ata, ana  hissiyyətini, 
ata qisasını necə almax istiyirsən, inşallah, alacaxsan. İnnən belə 
günün yaxşı olacax. Ağsaqqallara müraciət elə. 
Röyşən  mat-məəttəl qaldı. Qılıncını götürüf belinə bağlıyıf 
yavaş-yavaş  köyünə  endi,  kəndinə  endi.  Atasının  bir  dostu  var 
idi,  nurani.  Fərhad  adında  kişiydi.  Kişinin  yanına  gəlif  başına 
gələn əhvalatı söylədi. 
Nurani kişi dedi: 
–  Oğul,  sən  onnarın  başına  çox  işdər  açıfsan.  Hasan  paşa, 
Cəfər paşa səni gəzer. Başını götürüf burdan itiynən
1

– Baba, harıya gedem? 
–  Oğul,  Təkətürkmənə  qədər  get,  hancarı  olmasa  da  türk 
oylaxlarıdı.  Bir  az  təcrübən  artar,  bir  az  da  olan  işdər,  olan 
müsibətdər yaddan çıxar. 
Koroğlu  Düratı  həmən  Fərhad kişiyə tafşırıf  Qıratın  belinə 
əyləşdi. Dedi gedem Təkətürkmənə. Əli adını çağırem, mənə kö-
mək olar, inşallah. Hamınıza Allah kömək olsun. Xeyli yol get-
di,  at  çapdı,  bir  də  ağlına  bir  dəli  fikir  gəldi.  Öz-özünə  dedi:  – 
Koroğlu,  sən  Təkətürkmənə  boşmu  gedəjəksən?  Bunu  deyif 
Qıratın  ağzını  saldı  dərya  kənarına,  harda  ki,  Hasan  paşanın 
ilxısı  otduyurdu.  Hansı  ilxı  kı,  padşahlara,  bəylərə,  xanlara  or-
dan ərmağan eleyerdi, bəxşeyiş eleyerdi atdardan. Atın bir neçə-
sini  qavaxlıyıf  Təkətürkmənə  doğru  atdarı  çapıtmağa  başdadı. 
Bir  bazarda  birini  satdı, bir  bazarda  ikisini satdı.  Aşıx dili  yüy-
rək  olar,  Koroğlu  gerdə  qalanatdarı  da  qavağına  qatıf  bir  neçə 
                                                             
1
 Burdan itiynən – yəni itil get, buralarda görünmə 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə