Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə60/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   56   57   58   59   60   61   62   63   ...   99

 
 
231
Səməngül qarabaşı çağırdı. Həmən yuxusunu Səməngülə söylədi. 
Səməngül  dedi,  ay  xanım,  xeyirdisə,  şərdisə  bu  yuxuyu  mana 
bağışda. Gülgəz xanım dedi, boğazında qalar. Heç ömrümdə belə 
yuxu görməmişəm. Bu iyirmi yaşımda qismətimə gül-çiçək tutanı 
gərək tapax. Ürəyimə damıf, nəsə bu xeyirri yuxudu. Özü də sana 
söz verirəm, qarabaş, işdi, doğurdan da bu yuxu xeyirri olsa sana 
bir  boyunbağı  alajam.  Duruf  hər  ikisi  də  bağa  gəldilər.  Hər 
ikisinin  ovçu  vurmuş  quş  kimi  ürəkləri  titriyirdi.  O  yerə  gəlif 
çatdılar ki, Məhəmməd arxası üstə puçurpuçur tər tökə-iökə yater. 
Gülgəz  xanım  oğlanı  görən  kimi  az  qaldı  huşu  başınnan  getsin. 
Bircə  onu  dedi  ki,  Səməngül,  qolumnan  tut,  qoyma  yıxılam. 
Səməngül Gülgəzin üzünə gülab çilədi. Gülgəz özün 


 
 
232
hamısı  ayıl-mayıl  oldular.  Hərənin  ürəyinnən  bir  arzu,  bir  istək 
keşdi.  Gejdən-gejə  Məhəmməd  oyandı,  ətrafında  qızdarı  görüf 
özünü  yığışdırdı,  haya  elədi,  Gülgəz  xanım  qızdarın  hamsını 
qovaladı. Məhəmməd gördükün hamı dağılışıf getdi, təkcə bircə 
qız  qaldı.  Başa  düşdükün  bu  şahın  qızıdı.  Dedi,  xanım,  bağış-
layın,  izinsiz,  icazəsiz  gəlif  sizin  bağınızda  yatmışam.  Başqa 
qalaçax yerim yoxuydu, nəsə bura gəldim. Qız dedi, oğlan, mən 
bu  bağın  sahıvı  Gülgəz  xanımam,  İzzət  şahın  qızıyam.  Mən 
sənin  gəlməyini  yuxuda  görmüşəm,  bu  gejə  söyündürüfsən 
məni.  Gözüm  üstə  yerin  var,  sənin  hər  dərdiyin  əlacı  məndədi. 
Bunnan  sora  gejələr  qalarsan  mənim  qonaq  otağımda,  səhərlər 
çıxarsan  şəhəri  gəzif  dolanarsan.  Buyur,  götür  bu  açarı,  qonaq 
otağının açarıdı, bu da qızıl sandığımın açarıdı, nə qədər istəsən 
xərclik  götürərsən,  öz  dədə  malın  kimi  xarşdıyarsan.  Bir  qədər 
söhbət  elədilər.  Gülgəz  gördükün  bu  oğlanın  heç  gözdərinnən 
qəm əskik olmor. Nəsə başında bir qəza var bunun. Dedi, görü-
rəm,  heç  mana  məhəl  qoymorsan,  olmuya  gözü  yolda  qalanın 
var?  Məhəmməd  dedi,  xanım,  çox  düz  tapdın,  eləkin  var.  Belə 
deyif pütün başına gələnnəri Gülgəz xanıma nağl elədi. Qız dedi 
bu  günnən  sən  oldun  mənim  qardaşım.  Amba  dediyimiz  söz 
yerindədi. Bir neçə gün qal mənim qonağım ol, qonax otağımda 
dincəl. Şəhəri gözlə, bəlkə elə Allahın köməyinnən söygülün də 
gəlif bizim şəhərə çıxdı, burda görüşdünüz, inşallah. 
Qız  nejə  demişdi,  Məhəmməd  eləjə  də  elədi.  Gündüzdər 
gedif şəhəri gəzir, ətraf yerrəri dolaşıf gejələr gəlif Gülgəz xanı-
mın  qonax  otağında  qalerdı.  Gejənin  bir  vaxtına  kimi  Gülgəz 
xanım başında bir neçə qıznan gəlif Məhəmmədin qəmini dağı-
der,  başını  qatıf  yuxuya  verənnən  sora  qayıdıf  hər  kəs  otağına 
gederdi.  Beləjə  Məhəmmədnən  Gülgəzin  arasında  bir  bajı-qar-
daş məhəbbəti yarandı, Gülgəz fikirrəşdikin, ya gözə görünməz, 
mən elə bildim sən mana can sirdaşı göndərifsən, amba elə oldu 
ki.  qardaş  göndərdin.  Nolar,  qoy  qardaş  olsun,  onsuz  da 
qardaşım  da  yoxuydu.  Bu  kərəminə  də  çox  şükür.  Onda  gərək 


 
 
233
sən  özün  də  kömək  əlini  əsirgəmiyəsən,  ilahi,  tezdiknən  Günəş 
xanımı  Məhəmmədə  irast  gətir.  Bu  minvalnan  Məhəmməd 
özünə  bir  saz  da  almışdı.  Qızdar  dağılıf  gedənnən  sora  öz  dər-
dini  sızıldaya-sızıldaya  saza  söylüyürdü.  Səhər  də  sazı  götürüf 
çıxırdı  gəzməyə.  Bir  gün  gənə  Məhəmməd  güllü  baxçadan 
çıxanda,  nəsə  heç  kimə  fikir  vermiyif  hasarın  üstünə  çıxıf  orda 
xeyli  dayandı.  Bu  vaxt  şəhərin  baş  mollası  cuma  namazına 
gederdi. Gördükün bıy, Gülgəz xanımın hasarının üstə bir nabə-
ləd  adam  oturuf.  İmansız  molla  tez  qaça-qaça  baş  cəlladın  ya-
nına  gəlif  xavar  verdikin,  bəs  deməzsənmi  Gülgəz  xanımın 
hasarının  üstünə  bir  nabələd  adam  çıxıf  dayanıf.  Bəlkə  elə 
oğurruğa  gəlif?  Tez  onu  tutmax  lazımdı.  Cəllad  tez  gəldi, 
gördükün  doğrudan  da  bir  gözəl  oğlandı.  Əlində  də  saz  tutuf. 
Gördü  yox,  bu  saznan  bu  oğurruğa  gəlməz.  İstədi  başını 
buraxsın,  dəyif-toxunmasın.  Qorxdukun  molla  gedər  şaha  da 
xavar  verər.  Oydukun  Məhəmmədin  qolunnan  tutuf  şahın 
hüzuruna apardı. Gəldilər şahın astanasına çatdılar. Gördülər bir 
tərəfdə  neçə  şikayatçı,  bir  tərəfdə  də  günahkarlar  nizamnan 
dayanıflar  İzzət  şahın  hüzurunda.  Bu  dəmdə  şahın  bağbanı 
əlində  qəfəs,  qəfəsin  içində  də  bir  bülbül  fəğan  eliyir,  özünü  o 
yan-yan bu yana çırper. Məhəmmədə bu mənzərə çox yer elədi, 
heç  kimnən  ixtiyar  almıyıf,  gözdərinnən  qan-yaş  tökə-tökə  beş 
telli  sazı  sinəsinə  basdı,  mizravı  qəm  telinə  çəkəndə,  cəllad 
zalım  Məhəmmədin  əlinnən  yapışdıkin,  olmaz,  ay  belə  fılan 
oğlu,  sən  kimin  hüzurunda  ixtiyarsız  saz  çalersan.  Bu  vaxt  elə 
bil  qeyfdən  bir  səs  gəldi.  «Eşq  əhlinə  zaval  yoxdu».  Cəllad 
diksindi, az qaldı lal olsun. Əl götürdü. Məhəmməd sazı cöylana 
gətirif görək nə dedi, siz nə eşidersiniz? 
Baharın gülşan çağında, 
Niyə tüşdün tora, bülbül?! 
Üstü şehli gül yarpağı, 
Qismət oldu xara, bülbül. 


 
 
234
Bü səsi eşidəndə İzzət danışığı kəsdi. Vəzirə dedi kimdi elə 
oxuyan?  Vəzir  dedi.  qibleyi-aləm,  təzə  tutulan  aşıxdı.  Bu  ara 
Məhəmməd götürdü o biri bəndi: 
Mən ağlaram el ucunnan, 
Əşrəfilər tel ucunnan. 
Bircə aylıx gül ucunnan, 
Batdın ahı-zara, bülbül. 
 
Məhəmmədin qəmli çağı, 
Qoymadılar gəzək bağı. 
İkimiz də qəm tustağı, 
Həsrət qaldıx yara, bülbül. 
Sözünü  tamamlıyan  kimi  İzzət  şah  Məhəmmədi  yanına 
çağırdı.  Şahın  hüzuruna  gələn  kimi  ədəblə  əlləri  döşündə,  dizə 
çökdü.  Şah  ayağa  duruf  Məhəmmədin  qolunnan  tutuf  qaldırdı. 
Yer göstərdi, otur, oğlum, – dedi. Məhəmməddən bir gözünü çə-
kə  bilmerdi.  Məhəmmədin  gözlərinə  baxıb  onun  bəni  adam 
olmağına şübhə eliyirdi.  Nəhayət şah, oğlum,  sən kimsən,  hara-
lısan,  nə  dərdin  var,  utanma,  mana  de.  Köməyim  dəyər,  dedi. 
Mən  sən  gördüyün  zulumkar  şahlardan  deyləm,  oğul.  Məhəm-
məd götürdü görək nə dedi, öz halını nejə bəyan elədi: 
Əziz şahım, nəzər yetir ərzimə, 
Fələk məni ayrı saldı elimnən. 
Baharım qış oldu, boran-qar tökdü, 
Bülbül kimi ayrı tüşdüm gülümnən. 
İzzət  şah  heyran-heyran  Məhəmmədə  qulaq  aserdi.  Vəziri 
çağırıf  dedi,  yaxşı  sözdər  oxuyur,  götür  bu  sözdəri  yaz.  Vəzir 
uju qızıllı lələyi götürüf yazmağa başdadı. Götürdü Məhəmməd 
sonrakı bəndi: 
Sonalar məskənin salar göllərə, 
Gəmim qarq olufdu coşğun sellərə. 
Varımı itirdim, tüştüm çöllərə, 
Bu yaşımda göz açmadım zulumdan. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə