Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə56/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   52   53   54   55   56   57   58   59   ...   99

 
 
216
Məhəmməd sözünü tamama  yetirdi.  Məsim  adlı  bir sövdə-
yar  varıydı  bu  camaatın  içində.  Çox  insan  adamıydı.  Məhəm-
məddən soruşdu, oğlum, mənzilin haradı, bala? 
Məhəmməd  dedi,  Bərbər  şəhərinə  gedirəm.  Sövdəyər  dedi, 
oğlum,  heç  fikir  eləmə,  səni  düz  Bərbər  şəhərinnən  səkkiz  ağac 
aralı Zülal çayına kimi aparajam. Ordan sora işin çox hasand olar. 
Karvan yola tüşüf getməkdə olsun. Sizə kimnən deyək, kim-
nən  söz  açax,  Günəş  pəridən.  Günəş  pəri  ürəyində  nəkin  sirri 
saxlancı varıydı istəkli bajılığı Lalazar xanıma danışmışdı. Günəş 
pəri  Məhəmmədi  Lalazar  xanıma  elə  tərif  eləmişdinkin,  Lalazar 
Məhəmmədi  görməmişdən  ona  aşıq  olmuşdu.  Fikirrəşirdi  ki, 
gərək  elə  bir  əncəm  çəkəm  kin,  Məhəmmədi  özüm  ələ  keçirəm. 
Lalazar bu fikirdə olsun, görək söydakarın karvanı harda qaldı? 
Karvan gəldi tüştü Zülal çayının kənarına. Bir söyüd ağacı-
nın  altında  tüşərgə  saldılar.  Nahar  elədilər,  karvan  da  bir  solux 
dincəldi.  Məsim  söydəkar  dedi,  oğul  Məhəmməd,  həmən  dedi-
yim Zülal çayı bu çaydı, o uzaxdan görükən də Bərbər şəhəridi. 
Bunu  dedi,  sora  Məsim  soydakar  Məhəmmədnən  öpüşdü-
görüşdü, karvan üz qoydu getməyə. 
Məhəmməd  başını  ovucu  içinə  alıf  fikrə  dalmışdı;  bir  də 
gördü bir atdı gəler, ona yaxınnaşer. Atdı gəldi çatdı, salam ver-
di,  salam  aldı.  Məhəmməd  baxdı  gördü  kin  bu  nizamı  bir  pəh-
livandı, bu kim ola, kim olmuya həmən Laləzar xanımın qardaşı 
Fikrət ola. Fikrət Məhəmmədi görən kimi,  fikirrəşdi ki,  bajımın 
salıx verdiyi həmən o gözəl oğlan elə bu olajax. Fikrət soruşdu, 
oğlan, mənzilin haradı belə? Məhəmməd dedi, ya pəhləvan, mə-
nim mənzilim elə buratandıkı gəlif çıxmışam. Fikrət heç bir şey 
demiyif  atını  sürüf getdi.  Şəhərə qayıtdı.  Məhəmmədin gəlməsi 
xavarını  əvvəlcə  gedif  Lalazar  xanıma  xavar  verdi.  Sora  atını 
sürdü  bir  baş  Kərəmli  şahnan  vəzirin  dincəldiyi  kef  çəkdiyi 
məclisə gəldi. Belə vaxtlarda Fikrət həməşə şahın kef məclisinə 
yaxşı  oy  (yəni  ov)  eliyənnən  sora  gələrdi.  Oyduku  şah  gördü 


 
 
217
Fikrət  əliboş  gəlif,  dedi,  Fikrət,  bala,  bu  gün  oyun  nejə  keşdi? 
Dedi, şah sağ olsun, bu günkü ovum xoşa gəlmiyən oldu. 
– Oğul, olmuya pələngə zada irast gəldin? 
–  Xeyir,  qibleyi-aləm,  pələngə  irast  gəlməmişəm,  əmbə 
qərib bir oğlana irast gəldim, elə gözəl oğlan heç görməmişəm. 
Hayıflar  olsunku  belə  gözəl  oğlanın  ağlı  zayıymış.  Getdi 
özünü  çamıra  saldı  üst-başı  palçığa  batdı,  istədim  qolunnan  tu-
tam qaldıram,  mənim də üst-başımı palçığa bulaşdırdı. Düzü is-
tədim şilküt eliyim, sora fikirləşdim dedim: «dəliyi allah vurub, 
üstünnən  də  mən  vurmuyum».  Kərəmli  şah  ikinci  vəzirinə 
göstəriş  verdikin,  hər  kimsə  onun  dərdinə  əlac  eləmək  lazımdı. 
Vəzir təzəjə yola çıxmışdıkı Məhəmmədnən qarşı-qarşıya gəldi. 
Oğlanı  görəndə  ayıl-mayıl  oldu,  ilahi,  dedi,  belə  də  gözəllikmi 
olar?  Dili  tutar-tutmaz  Məhəmmədnən  salamlaşdı,  bildikin 
Fikrət dediyi oğlan bu özüdü. Oduku dedi, oğul. Buyur mənnən 
gedək,  şah  səni  öz  hüzuruna  çağırır.  Məhəmməd  ədəbnən  baş 
üstə  deyif  vəzirnən  baravar  şahın  məclisinə  daxil  oldu:  Şahın 
hüzuruna  gələndə  ədəblə  əllərini  döşündə  çarpazdadı.  Təzim 
elədi.  Şah  yer  göstərdi.  Məhəmməd  əyləşdi.  Fikrət  əyilif  şahın 
qulağına pıçıldadı kı  həmən dəli oğlan  budu.  Şah hər şeyi  başa 
düşmüşdü.  Əmr  elədi  Məhəmmədi  hamama  saldılar,  şahlibas 
paltar  geydirdilər.  Şah  buyurdu  Məhəmməd  məclisin  yuxarı 
başında əyləşdi. Məhəmməd burda əyləşməkdə olsun eşit Günəş 
xanımnan.  Günəş  eşitdi  ki,  Məhəmməd  gəlif,  özü  də  atasının 
məclisində  başda  əyləşif.  Tez  qaravaşdarına  sərəncam  verdi  bir 
kef  məclisi  qurdurdu.  Vəzirin  qızı  Lalazar,  həmin  xayın  qız  da 
saqı  seçildi.  Yazıx  Günəş  pəri  nə  bileydi  kin  Lalazar  belə 
mazaratdı.  Lalazar gördükün Məhəmməd Kərəmli şahın xoşuna 
gəlif, Fikrətin də cəhd eləməsi bir hasıla çıxmadı, dedi da keçif. 
Gərək Günəş pəriyi zəhərliyəm. Başdadı zəhər hazırramağa. 
Qızdar burda kefdə olsun, sizə danışax Kərəmli şahın məc-
lisinnən.  Məclisdə  əyləşən  ağalar,  bəylər  gözdərini  Məhəmmə-
din  üzünnən  çəkə  bilmerdilər.  Məhəmməd  də  onların  belə  bax-


 
 
218
masınnan  utanerdi,  puçur-puçur  tər  tökürdü.  Şah  dedi,  oğlum, 
utanma,  bir  belə  məclis  əhli  sənin  başına  yığılıf,  sazını  çıxart, 
ceylan elə, nə təmənnan var istə utanma. Fikrət qırışmal gənə də 
şaha tərəf əyildi, “şah sağ olsun, üz vurma, dəliliyi tutar məclisi 
biavır eliyər” – dedi. Şah bunun sözünə gənə də fikir vermədi. 
Məhəmməd ayağa qalxdı, sazın zlini zil, bəmini bəm elədi, 
aldı görək nə dedi: 
Əzəl başdan bir məclisə varanda. 
Sakit əyləş, sakit danış-yaxşıdı. 
Bir iyidin olsa dünyacan varı, 
Dövlət-vardan bircə tanış yaxşıdı. 
Bu bəndi qurtaran kimi şah dedi, oğlum, mana Kərəmli şah 
deyəllər,  ürəyin  nə  istir  deginən,  heç  çəkinmə,  həvəsnən  oxu. 
Götürdü Məhəmməd şaha nə dedi: 
Qəriblikdə həvəs olmaz insanda, 
Xoş halına dostu ola hər yanda. 
Qəza tutub dar ayağına varanda. 
Etibardı bir murğu-quş yaxşıdı. 
 
Xəsis adam dövlət-varı istiyər, 
Güldə bafa olmaz xarı istiyər. 
Məhəmməd sevdiyi yarı istiyər, 
Müxənnət deməz ki, bu iş yaxşıdı. 
Məhəmməd  sözünü  tamam  elədi.  Kərəmli  şah  onun  həm 
sözünə,  həm  də  özünə  heyran  kəsildi,  ürəyində  fikirrəşdi  ki, 
nooloydu  qızımın  belə  bir  əri  oloydu.  Bu  vaxt  Fikrət  bir  kağız 
götürüf bu dəfə kağıznan şaha bildirdi ki, bunun başını burax, bu 
qədər  ona  qiymət  vermə.  İndi  yıxılıf  özünnən  gedəjək.  Hamı-
mızı  da  peşman  eliyəjək.  Şah  Fikrətin  yazısına  gözucu  baxdı, 
gənə  də  əhəmiyyət  vermədi,  işin  axırını  gözdədi.  Bu  vaxt 
Məhəmməd götürdü dübarə görək nə dedi: 
Hər zülmə tab gətirə bilmərəm, 
Tutsa məni boran, çovğun bir də yaz. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə