Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə53/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   49   50   51   52   53   54   55   56   ...   99

 
 
204
Ustadlar ustadnaməyi üç deyər, biz də deyək üç olsun, mü-
xənnətin ömrü puç olsun. 
Bu yerlərin tarlanıyam, sara minnət eyləməm, 
Üz döndərsə o beybafa yara minnət eylməm. 
Bülbül kimi qan ağlaram zimistanda zarı-zar, 
Bircə aylıx gül ucundan xara minnət eyləməm. 
 
Mən özüm də dərd əhliyəm hər bir dərdi qanaram, 
Əgər dosta yalan satsam dərd edib utanaram. 
Heç bir kəsə sirr açmaram, punhan-punhan yanaram, 
Bu canım oda da yansa nara minnət eyləməm. 
 
Qarayazılı Alxanam həqiqət yolun mənim, 
Nəfsimə bəli demərəm toxdu xəyalım mənim. 
Yüz il yaşasam da belə qarşıda ölüm mənim, 
Hökm eyləyib aparsalar dara minnət eyləməm. 
Sizə  hardan  danışax,  kimnən  söz  açax,  ustaddar  qövmün-
nən,  keçmiş  zamannan.  Keçənnərdə  Şəhrizər  şəhərində  Yetim 
adda  bir kişi  yaşayırdı.  Əmbə  çox ağır güzəran keçirirdi,  çətin-
nik,  korrux  amanını  kəsmişdi.  Ər-arvad  bir  gün  oturub  söhbət 
eliyirdilər. Yetimin arvadı Mürəstə dedi, ay kişi, nə oloydu allah 
kərəm  eliyeydi  bizə  bir  gözəl  qız  vereydi,  biz  də  onu  bir  varrı-
döylətdi oğlana vereydik, kasıflığın daşını ateydıx, arpa cadı ye-
məkdən də canımız qutuloydu. Yetim arvadına dedi, ay Mürəstə, 
bizim kimi çirkin adamnan gözəl qız olarmı, nədi danışdığın? 
Söhbət arasında qapıya bir dərviş gəldi. Dərviş salam verdi. 
Yetim  salam  aldı.  Dərvişə  yer  körkəzdilər,  oturdu.  Yetim  dər-
vişə baxıf hönkür-hönkür ağladı. Dərviş baba dedi, ay kişi, niyə 
belə durduğun yerdə ağlamağa baştadın, sana nə oldu, belə? 
Yetim  cavaf  verdi  –  nejə  ağlamıyım,  bircə  arpa  çörəyimiz 
varıydı onu da sən gəlməmiş ər-arvad yedik. Bir az tez gəlmədin 
ki,  sən  də  biznən  bir  tikə  çörək  yeyəsən.  İndi  bəs  mən  sana 
yeməyə nə verim, ona ağlıyıram. 


 
 
205
Dərviş dedi, ay Yetim,  mən pay alan dərvişdərdən döyləm, 
pay  verənnərdənəm.  Dur  göz  yaşını  yu,  gəl  arvadınnan  yanaşı 
oturun.  Mən  nə  desəm  sinənizə  yazın,  yaddan  çıxarmayın. 
Yetim üz-gözünü yudu, gəlif Mürəstə arvadıynan yanaşı oturdu. 
Dərviş baba sözə başladı: 
–  Allah  tala  sizə  bir  oğul  payı  verəjək,  amba  gözəllikdə 
tayı-barabarı  olmıyajax.  O  uşağın  üzündə  nur  olajax.  Uşax  yer 
üzünə  düşəndə  əvəçi  (mamaça)  çağırmayın,  köbəyini  özünüz 
kəsin, beş yaşında sünnət çaldırın. Dəllək gələndə uşağı külə-kö-
mürə elə bulandırarsınız ki, onun gözəlliyini hiss eləməsin. Uşax 
yeddi  yaşa  çatanda  onu  qara örtük  dalında  saxlayın.  Gejə  baja-
nıza qara keçə tutun işıx bayıra çıxmasın. Oğlanın adını Məhəm-
məd  qoyuram,  adı  mənim,  dadı  sənin  olsun.  Məhəmməd  hansı 
kitabı,  hansı  quranı  istəsə  tapın  gətirin,  öz-özünə  oxuyaja


 
 
206
dılar,  istədiyi  kitafları  axtarıf  gətirdilər,  Məhəmməd  öz-özünə 
oxumağa  başdadı.  Nəhayət,  gün  oldu,  Məhəmməd  iyirmi  yaşa 
çatdı.  Günnərin  bu  günü  Mürəstə  atası  öyünə  getdi,  axşam  gej 
gəldi, baja açıx qaldı. Bir imansız qarı bajadan çıxan işığı görüf 
çıxdı  bajadan  baxdı;  nə  gördü,  ilahi  Məhəmmədin  bu  hüsnü-
camalı,  üzünün  işığı  qarıyı  heyran  elədi.  Oydu  ki,  heç  kim 
görməsin deyə tez burdan aralandı. Səhər sübhdən tasını götürüf 
kəsdi şahın qapısını. Şəhərin də şahı Eyzan şahıydı. Şah gejə pis 
yuxu  görmüşdü,  vəzir  də  sübh  tezdən  yuxu  yozan  axtarırdı. 
Gəldilər  keşikçilər  vəzirə  xavar  verdilər  ki,  bəs  deməzsənmi, 
sarayın qapısının ağzını bir qarı kəsdirif əlində də tas, der şahın 
yuxusunu yozmağa gəlmişəm. Vəzir əmr elədi, qarıyı
1
 padşahın 
hüzuruna  gətirdilər.  Qarı  salam  verdi,  təzim  elədi,  şah  salamını 
aldı. Şah dedi, ay qarı nənə, xeyir ola belə tezdən? 
Qarı dedi,  ey şahım,  qırx gündü ağzı oruca sənin  haqqında 
tasa baxıram.  Şəhərin kənarında qıvla tərəfində  bir oğlan zühür 
oluf. Tasda körükörkü bir ilə kimi həmən oğlan sənin taxtı-tacı-
na sahib olajax. Onu da deyək ki, keçənnərdə şahlar münnəcimə, 
falçıya çox inanerdılar. Oydu ki, Eyzən şah da bu fırıldaqçı qa-
rıya  inandı.  Məhəmmədin  yerini-yatağını  dürüst  öyrənnən  sora 
qarıya  bir  xeyli  qızıl-gümüş,  pal-paltar  –  ənam  verdi.  Qarının 
gözdəri  söyündüyünnən  qəssab  pişiyinin  gözdəri  kimi  parılda-
mağa başdadı. Pay-püşünü də götürüf öz xaravasına vasil oldu. 
Gejənin  bir  aləmi  həmən  nuranı  Dərviş  Məhəmmədin 
yanında hazır oldu. Dedi, oğlum, səni çox işgəncələrə, zulumlara 
salajaxlar,  məni  dilinnən  qoyma,  axırın  çox  yaxşı  olajax,  inşal-
lah. Bu sözdəri deyif, dərviş yoxa çıxdı. 
İndi  sizə  kimnən  danışax  Eyzan  şahdan.  Şah  vəziri,  vəkili 
bir  neçə  cəlladı  hüzuruna  çağırdı.  Dedi:  Gedin  Yetimin  oğlunu 
mənim  hüzuruma  gətirin.  Vəzir  dedi,  şah  sağ  olsun,  Yetimin 
qonşusunnan  sorğu-sual  elətmişəm,  deyəsən  qarı  bizi  aldadıf. 
                                                             
1
 qıvla – qiblə 


 
 
207
Yetim  sonsuzdu,  onun  oğlu-qızı  heç  yoxdu.  Şah  dedi,  vəzir, 
uzunçuluq  eləmə,  qarı  mana  yalan  sata  bilməz,  gedin  Yetimin 
öyünü axtarın, oğlanı tapın gətirin. 
Vəzir,  vəkil,  cəlladlar  hamısı  şahın  hüzurunda təzim elədi-
lər, «baş üstə» dedilər, gəldilər Yetimin öyünə. Məhəmmədi tap-
dılar,  içəri  girəndə  oğlanın  gözəlliyinnən  hamsı  eyməndi,  ayıl-
mayıl  qaldılar  kı;  ilahi  bu  boyda  da  bəni-insanda  gözəllikmi 
olar,  buna  verifsən.  Nəsə,  əlqərəz  Məhəmmədi  gətirdilər  şahın 
sarayına! Üstəlik də Məhəmmədin bir at yükü kitabını da yığış-
dırıf götürdülər özdəriynən şahın hüzuruna. Amba vəzir Məhəm-
mədin  bu gözəlliyini,  ata-anasının  bu ağır güzəranını görüf  çox 
hayıfsındı,  dedi  nə  yolnan  olarsa  olsun  gərək  qoymuyam  şah 
bunu  tələf  eləməyə,  özümü  gərək  ölümə  verəm  ki,  belə  növca-
hana qoymıyam tələf olsun. 
Bunnar şahın hüzuruna getməkdə olsunlar, görək Yetimnən 
Mürəstə nə halda qaldılar? 
Eləkin  şahın  adamları  Məhəmmədi  qabağına  qatıf  qolu 
bağlı  apardılar.  Yetimnən  Mürəstənin  göz  yaşdarı  qurumadı. 
Mürəstə  ağlıya-ağlıya  dedi,  ay  Allah-tala,  verməyinə  verif  bizi 
söyündürmüşdün,  bə  niyə  bu  söyünməyi  bizə  axıra  kimi 
qıymadın?  Sora  da  Dərvişin  sözdəri  yadına  düşdü  ki,  iyirmi 
yaşında  Məhəmmədin  başına  çətinliklər  gələcək.  Odu  kun 
Yetimnən Mürəstə bu sözdən bir qədər təsəlli tapdılar. 
Bunnar  burda  qalsın,  Məhəmmədi  gətirdilər  şahın  hüzu-
runa. Şahın gözü qaldı Məhəmmədin üzündə, bəlkə də iki sahat 
dili söz tutmadı.  Çox götür-qoydan sora şah əmr  elədi  Məhəm-
mədi zindana saldılar. Məhəmmədi zindana saldırannan sora şah 
baş vəzirdən onun öldürülməsinnən ötrü tədbir istədi. Vəzir de-
di,  şahım,  sən  bu  cavanı  öldürtsən  hamının  qəzəbini  qazanmış 
olarsan,  bir də özünü gülünc eliyərsən,  diyəllər şah  bir Yetimin 
oğlunnan  qorxdu,  onu  öldürdü.  Kasıf  oğlandı,  onun  sənin  tacı-
taxtınnan  malı-mülkünnən  nə  işi  var,  onun  arxası  yox,  qoşun-
ləşkəri yox, nəynən o sənin taxtı-tacına sahif çıxa bilər? Şah sağ 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə