Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə55/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   51   52   53   54   55   56   57   58   ...   99

 
 
212
olursa-olsun, mən gərək bu qalaçaya girəm, buranın sirrinnən halı 
olam. Cəllad tez əlini qılıncın qəbzəsinə yetirdi. Günəş pəri əlini 
atdı 


 
 
213
busə  götürüf  qazamatı  tərk  elədi.  Gəldi  çatdı  qoja  sarvanın  ya-
nına. Əmr elədi gecava düzəldi yola. Qız öz məkanına çatıf Mə-
həmmədi  gözdəməkdə  olsun,  indi  görək  Məhəmmədin  işi  nə 
yerdə qaldı. 
Bəli,  Məhəmməd  iki  gün  yatdı,  üçüncü  gün  yuxudan  durub 
əlini  qoynuna  apardı,  gördü  nəsə  kağız  şakkıltısı  gəlir.  Götürdü 
gördükün  namədi.  Oxudu,  oxuduğunnan  da  özünnən  getməsi  bir 
oldu. Bir qədər beləjə qaldı, ayıldı. Ayılannan sora öz-özünə ağla-
mağa başdadı. O qədər ağladıkın, göz yaşı bütüncə bədənini istatdı.  
Cəllad içəri girdi. Məhəmmədi belə gördü, kağızı alıf əlinə, 
od vurdu, yandırdı. Şahın əlinə tüşsə, atasını yandırardılar. 
Məhəmməd  bu  günnən  divana  halına  düşdü,  halı  özündə 
olmadı.  Cəllad  bunu  belə  görüf  özünü  yetirdi  şahın  hüzuruna. 
Salam verif baş əydi. Dedi qibleyi-aləm, Yetimin oğlu dəli oldu. 
Bu  sözü  eşidən  vəzir  özünü  saxlaya  bilmədi,  hönkür-hönkür 
ağladı.  Vəzir  dedi,  Eyzan  şah,  sən  agah  olku  Məhəmmədin  ah-
naləsinnən  bizim  taxtı-tacımız  paymal  olajax.  Şah  əmr  elədi, 
dedi,  üç  molla,  üç  nəfər  də  dünyagörmüş  qarı  götürün  gedək 
onun dərdinə bir əncam çəkək. Elə də oldu, hamısı yığılıf qaza-
mata  gəldilər.  Məhəmməd  yeri  qoyuf  göynən  əlləşerdi.  Vəzir 
dedi.  Oğlum,  söylə  görək  sənin  başına  nə  iş  gəlif  ki,  bu  kökə 
tüşüfsən? Məhəmməd dedi vəzir sağ olsun, izin versəniz saznan 
deyərəm.  İzin  verildi,  Məhəmməd  sazı  götürdü  sinəsinə  görək 
öz halını nejə bəyan elədi: 
Mən yatmışdım xabi-qəflət içində, 
Gəlifdi üstümə bir can gedifdi. 
Bir namə yazıfdı mən dərdiməndə, 
Hürülər qızıymış, pünhan gedifdi. 
Məhəmməd belə deyəndə hamı dönüf cəlladın üzünə baxdı. 
Cəllad gördükün iş şuluxladı, üzünü xəlvətcə Məhəmmədə tutuf 
işareynən  qandırdıkın  mənim  bu  işdən  xavarım  yoxdu,  amanın 
bir  günüdü,  məni  xataya  salma.  Odukun  Məhəmməd  götürdü o 
biri xanədə görək nə dedi: 


 
 
214
İstəyif işkarın alsın bu qəmdə, 
Məni qoyuf ahızarda, bu qəmdə. 
Gözdüyüfdü, çox durufdu bərəmdə, 
Şikar adın o şux tərlan gedifdi. 
 
Məhəmmədəm, indi qəmdə, yasdayam, 
Sözüm keçmir, neynim dil şikəstəyəm. 
Nə zamandı dərd əlindən xəstəyəm, 
Loğman gəlif əldə dərman gedifdi. 
Söz tamama yetdi. Eyzan şah üzünü baş mollaya tutuf dedi, 
molla,  bu  cavanın  dərdinə  nə  əlac  verə  bilərsən.  Molla  cavab 
verdi.  Şah  sağ  olsun,  mana  yeddi  dənə  göyrüş  çuvuğu  lazımdı. 
Yeddi  çərşənbə  soyunduruf  döyməliyəm  bunu.  Hər  çərşənbə 
çuvuğun  biri  gərək  bunun  bədənində  qırıla.  Şah  üzünü  qarılara 
tutdu,  dedi  qarılar  bir  məsləhət  eləsin,  görək  onlar  nə  əncam 
çəkirlər  bu  işə.  İlan  vuran  qarı  irəli  gəlif  dedi,  şahım,  yeddi 
çərşənbə bunun başına kül ələmək lazımdı. 
İman quran qarı dözmədi,  üzünü  baş  mollaynan  ilan  vuran 
qarıya  tutuf  dedi.  Sizin  ikinizin  də  imanınıza  qorxax  tula  bağ-
lıyım. Kaşkı mənim yeddi oğlum oloydu, yeddisi də bu xəstəliyə 
tutuloydu.  Bunun  dərdi  eşq  dərdidi,  ona  buta  veriflər,  qoyun 
çalıf-oxusun, özü də öz dərdini hamımızdan yaxşı bilir. Məhəm-
məd  sazı  sinəsi  üstə  müstəkəm  elədi,  dedi  bu  mollalardan, 
qarılardan kim istiyir, kimin güjü çatır qoy mana cavab versin: 
Lovğa-lovğa danışmağın görün nə faydası var, 
Bu sinəmdə coşa gəlir eşqimin dəryası var. 
Min bir ayat bir surada oxumuşam tamam mən, 
İstiyirsiz bəyan edim onun bir cümləsi var. 
Bu bəndi qurtarannan sora Məhəmməd soruşdu, kim cavab 
verər?  Heç  kimnən  səs  çıxmadı.  Dedi  onda  bu  dəfə  hasandını 
deyəjəm bəlkə ona cavab verəsiniz. Götürdü görək nə dedi: 
Yüz on dörd meçid görmüşəm, birdi onun minbəri, 
Kimləriydi cəfa çəkdi, bəs kim tutdu, xeybəri, 


 
 
215
Yüz iyirmi dörd min kərpicdən yapılırdı bir-biri, 
Yetmiş iki usta işlər amba bir bənnası var. 
 
Məhəmmədə kamal verən elm, ayatdı bil. 
Mərd haqqı nahaqa verməz, şahım, ədalətdi bil. 
İyirmi birə qərar qoydu ol xuda yaratdı bil, 
Siz iblisə baş əyməyin hər dərdin davası var. 
Sözünü  tamam  elədi.  Hamı  bildi  ki,  Məhəmməddə  dəlilik 
nişanəsi  yoxdu.  Bunun  dəliliyi  eşq-məhəbbət  dəlisiydi.  Vəzir 
dedi,  şahım,  biz  özümüz  də  allahdan  arzulayırdıxkin,  Məhəm-
məd  öylənsin.  Allaha  şükürkü  biz  deyən  gün  gəldi  çatdı,  bura-
xax  getsin,  sevgilisini  tapsın,  bir-birinə  qovuşsunnar.  Elə  də 
elədilər, Məhəmmədi qazamatdan azad elədilər... 
Məhəmməd  üz  qoydu  Bərbər  şəhərinə.  Günəş  xanımın 
sorağınnan  yola tüşdü.  Doqquz gün  yol getdi,  gəldi çatdı Lalalı 
dağa. Gördü bulağın başında qız-gəlin, qoja-cavan hər cür insan 
var.  Bir  tərəfdən  bəzirgannar,  xojalar  süfrə  açıf,  yiyənə  bax, 
içənə bax, hamı Məhəmmədin əlində saz görüf yığıldılar başına. 
Qoja  sövdayar  dedi,  oğlum,  bizim  bu  Lalalı  dağa  bir  tərif  de, 
Məhəmməd götürdü burda görək nə dedi: 
Açılıf lalası, gülü, nərgizi, 
Başı ərşə dəyif, ucalı dağlar. 
Hər tərəfdən ləli-köyhər çəkilir, 
Qolu bəzirgannı, xocalı dağlar. 
 
Hərdən üz döndərir, boran eyləyir, 
Qəriblər könlünü viran eyləyir, 
Qızı, gəlinnəri seyran eyləyir, 
Ahallı, cahalı, qocalı dağlar. 
 
Mən səni çağırram, yaradan-xuda, 
Qızıl balıxların oynaşır yuda. 
Çox iyidlər məskən salıfdı burda, 
Gələnnən, gedənnən bac alı dağlar. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə