Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə63/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   59   60   61   62   63   64   65   66   ...   99

 
 
242
günnən sonra gəlif Təkətürkmənə çatdı. Gejələməyə bir yer, bir 
karvansara axtardı, tafdı. 
Savaxlarınız  xeyirriyə  açılsın.  Savax  açıldı.  Bir  neçə  at 
qalmışdı,  onnarı  bazara  çıxartdı.  Gələn  ata  baxer.  Atdar  bir-bir 
satıler  geder.  Röyşənin  əlində  Qırat  qalıf,  bir  də  ərəb  atı  qalıf. 
Bir cavan oğlan yaxınlaşdı, Röyşənə salam verdi: 
– Qardaş, bu yəhərri-yüyənni atını satersan, yoxsa bu çılpaq 
atını? 
– Çılpaq atı satıram. 
– Sən Allah, mənə deginən görüm, bu at mənim umudumu 
doğruldarmı? 
– Nədi sənin umudun? 
–  Mənim  umudun  odu  ku,  savax  Sultan  xan  Aladağın  üs-
tünnən qara quzu gətirdəjək. Qızının günortasınnan ötrü. Noyruz 
bayramıdı, gərək ordan ağzı qara quzu gəlsin. Sultan xanın qızı 
onnan günortalığını eləsin, çörəyini yesin. 
Kim  gedif  həmən  quzuyu  tez  gətirsə  ona  bir  böyük  bəxşiş 
veriler.  Uzlaşdılar,  qiymatdaşdılar,  cavan  oğlan  Röyşənnən  atı 
alıf getdi. Röyşən qaldı mat-məəttəl.  
Savax  açıler,  bazar  günüdü,  şəhər  qızılgülə  bəzənif.  Bir-
birinin bayramını təbrik eliyənə bax, qızdarın qaqqıltısı, oğlanla-
rın  səs-küyü,  öküz  göyüşdürən,  at  çapışdıran,  it  boğuşduran, 
xoruz  döyüşdürən,  yumurtta  toqqaşdıran,  qara  zurnanın  səsi  də 
dünyöyü götürüf.  
Röyşən mat-məəttəl qaldı. Ancax şükr elədi türk dünyasının 
belə  gözəl  adətdəri  var.  Karvansara  sahibinnən  xahiş  elədi  ona 
bir yer ayırsın bir neçə gün qalmağa. 
Savaxlarınız  xeyirrığa  açılsın.  Savax  açılan  kimi  atdılar 
qatara  düzüldülər.  Padşahın  əmrini  gözdöyellər.  Aladağın 
üstünnən  qara  quzuyu  kim  gətirəjək?  Röyşən  dedi,  mən  niyə 
duroram, bir baxtımı sınıyım, görüm Qırat nağayrer.  
Yüzmü,  iki  yüzmü,  atdar  qatara  düzüldülər.  Atdar  tərpən-
dilər  Aladağa doğru. Röyşən də  bunnarnan  baravar. Atdar  yolu 


 
 
243
yarı getməmiş gördülər kü, Qırat Röyşən də  belində, qara quzu 
da qucağında hamınnan qavax gəler. Qara quzuyu gətirif Sultan 
xan  harda  durmuşdu  orda  əylənif  quzuyu  yerə  tüşürdü.  Sultan 
xan yolçunun boyuna-buxununa baxıf dedi: 
– Oğul, neralısan? 
Dedi: 
– Bəy, Muradbəylidənəm. 
– Nə əcəb buruya təşrif gətirifsən? 
Dedi: 
– Gəlmişdim atdarım vardı, onnarı saterdım. Satdım qutardım. 
Gördüm burda elə xeyir iş var, oynamax, gülməh var, çatışmax var, 
at çapmax var. Mən də qoşuldum bunnara, atımı sınadım. 
– Bərəkallah, oğul, bərəkallah. 
Yanında  duran  sərkərdəsi  idi  deyən,  Ərəb  Reyhan  adında 
bir şəxs, hündür, pəhlivan bir oğlan. 
Sultan xan dedi: 
– Reyhan, o bazubəndi gətir. 
Qızıldan düzəlmiş qolçağı gətdilər Röyşənə: 
– Oğul, bax bu sənin nəmərindi. Al. 
Röyşənə  qolçağı  verməzdən  qavax  Ərəb  Reyhan  Qıratın 
dörd bir yanına hərrəndi, möhkəm fikir verdi.  
Dedi: 
– Oğlan, eşitmişəm sən at satersan. 
– Bəli, sateram. Satdım qutardım. 
– Bə bunu niyə satmersan? 
Dedi: 
– Xeyr, bu satılası döy, mənimdi. 
– Qurvan olum, bu atda gözüm qaldı, atı sənnən alajam. 
– Əfəndim, yox, ala bilmijəsən. 
Sultan xan dedi: 
– Oğlana nəmərini ver. 
Ərəb  Reyhan  qolçağı  öz  əlinnən  Koroğluyun  sağ  qoluna 
bağladı. 


 
 
244
– Ancax gəl bu atı mana sat.  
Koroğlu  gözünün  altınnan  baxan  vaxtı  gördü  ki,  padşahın 
yanında dayanıfdı gözəllər sultanı, gözəllər xanı, Allah-təalanın 
könlünün xoş olan vaxtı yaranıf. Bir dənə qız durur. Ancax qızın 
adını nə bilsin? Onu bildi ki, bu padşahın qızıdı. 
Göz gözə sataşdı,  ikisi  bir-birini  başa düşən kimi, qızın da 
demək  meyli  var  imiş  ki,  qolçağa  kim  sahib  olsa  ona  gedəsidi. 
Könlü  beşdən  beşə,  onnan  on  beşə  aşiq  oldu.  Neynəsin?  Röy-
şənə nejə yaxınnıx eləsin? Röyşənə nejə tanışdıx eləsin? Ancax 
Ərəb  Reyhan  əl  çəhmer,  at  hayındadı.  Oğlan,  bunu  mana  sat! 
Olmadı. Ərəb Reyhan fikrində dedi ki, bunu zornan bunun əlin-
nən  alajam.  Oğlannan  mən  güştü  tutacam  bu  Noyruz  günündə, 
bu gözəl gündə. Əyər bu oğlan yıxarsa mən ona qul olajam. Yox 
yıxaramsa bu atı onnan alajam. 
Sultan xan dedi: 
– Nolar, tamaşanın biri də artar. Əyər oğlan ixtiyar versə. 
Röyşən  belə  fikir  verdi,  gördü  özünnən  xeyli  cantıraxdı. 
Ancax  Qoşabulağın  üstündə  kürəyinə  əl  çəkən  şəxsiyyət  gözü-
nün qavağına gəlif dedi: 
– İyid, sən deyən olsun. Güləşək. Yıxdın, atımı da verəjəm, 
özüm də sənin qulun olajam. Yox yıxdım, başın sənin döy. 
– Olsun. 
Əmr verdilər yollar, meydannar sulandı. Xalx da belə bir ta-
maşa gəzer. Röyşənnən Ərəb Reyhan tutaşdı. Tutaşdı nə tutaşdı. 
İki iyid meydanda, Sultan xanın sərkərdəsi Ərəb Reyhan, qərib-
qürbət  eldən  çıxmış  Röyşən  adında  bir  cavan.  Tutaşma  getdi. 
Camaat  da  bunu  gəzer.  Bunları  elə  halqaladılar  ki.  Bunların  da 
ki  tutaşması,  ayaxları  yer  tutan  kimi  dizdəri  yer  yarer.  Ərəb 
Reyhan  üstələyən  vaxtı  Ərəb  Reyhanın  tərəfləri  ura  çəkellər, 
çığrışellar.  Ancax  Koroğlu  onu  altına  alıf  yıxmax  istiyən  vaxtı 
heş dillənən olmor. Onatan Bilqeyis xatun hündürdən çığırdı: 
–  Ey  məxluqat,  bu  cavanı  yalqızmı  görüfsünüz,  bunun  da 
Allahı var. Mən də bunun tərəfini saxleram. 


 
 
245
Röyşən  elə  ürəhləndi  ki.  Bir  təpər  verib  dizinə,  Ərəb  Rey-
hanı  qaldırdı  göyə,  endirdi  yerə.  Ancax  bərk  vurmadı,  sinəsinə 
çöhdü, xançarı dirədi: 
–  Ayə,  qoluna  bağladığın  qolçaxdan  utanmadınmı  məni 
kəsmək istersən? 
– Ağzımızdan söz çıxıf – dedi qalxdı. 
Qıratına minif tərpənmək istiyən vaxtı xan dedi: 
–  İgid,  əylən,  özün  haqqında  ətraflı  danış,  səni  yaxınnan 
tanıyax. 
Götürüf orda görək nejə deyir: 
Əslim türkdü, türk oğluyam, 
Muradbəyli elim mənim. 
Çənlibeldə yurd salmışam, 
Çoxdu qövlü-qalım mənim. 
 
Müxənnətlik dizdən haşa, 
Xeyr əməlik başdan-başa. 
Qənimimdi bəynən paşa, 
Pərişandı halım mənim. 
– Oğul, necə qənimindi bəynən paşa? Bəyin biri də mənəm. 
Sənə mən neynəmişəm, o nə deməhdi? 
Röyşən  atasının  gözünün  oyulmasını,  qaçax  düşdüyünü, 
yalnız  qaldığını,  hamısını  danışdı.  Xan  da  qulaq  aser,  Bilqeyis 
xatun  da  qulaq  aser.  Ancax  az  qaler  ki,  camahatın  ortasında 
gözdəriynən  Röyşəni  yesin.  Röyşən  götürüf  görək  sözsün 
axırıncı bəndini nejə deyir: 
Adım Röyşən, uzaq görən, 
Hər qovğaya sinə gərən. 
Yaxşı dosta əlini verən, 
Düşmanımdır zalım mənim. 
–  deyif  xanın  əlini  öpdü.  Xan  Röyşənə  baxıf  boyuna-qamətinə, 
hikmətli  sözdərinə  heyran  qaldı.  Oğlannarı  çağırıf  dedi  ki,  bu 
Röyşəni bu gün müsafir eliyin.  


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə