Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə64/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   60   61   62   63   64   65   66   67   ...   99

 
 
246
Röyşəni  müsafir  elədilər.  Ancax  Bilqeyis  xatun  neyləsin? 
Hancarı Röyşənnən ilqar eləsin, söhbət eləsin? 
Bəli,  Röyşəni  qonağ  elədilər,  gejə  də  saxladılar.  Səhərsi 
Sultan xan Röyşəni yanına çağırıf dedi: 
–  Oğul,  bu  günnən  bu  ailə  sənə  qonax  yeri  yox,  öz oğlum 
kimi, elə billəm oğlum iki döy, üşdü. Sərkərdəmin biri də artar, 
belə qüvvəli, belə qoçax oğlannan keçmək olarmı? 
Bəli,  dünyadı,  həyatdı,  Röyşən  beş  gün,  on  gün  burda  qaldı. 
Dediyimiz kimi Sultan xanın Bilqeyis adında gözəl bir qızı var idi. 
Röyşənə elə bir aşiq oldu ku, elə bil dünyasını buna bağışdıyıflar. 
Ustad sözü yüyrəy olar, burda nə işdər oldu, nələr oldu, onu 
deyə bilmərəm. Günnərin bir günündə Röyşən bir neçə ağsaqqal 
göndərdi  Sultan  xanın  hüzuruna.  Bilqeyis  xanıma  elçi  tüşdü. 
Sultan  xan  daş  atıf  başını  tutdu.  Vermədi  qızı.  Axırda  Röyşən 
məcbur  oluf,  Bilqeyis  xanımnan  sözdəşif,  onu  Qıratın  tərkinə 
alıf, gəlif İstanbula çatdılar.  
İstanbul  böyükdü,  həməşə  böyük  olsun,  İstanbul  yaşasın, 
türk dünyasının fəxridi. İstanbulun dört yannarı dağlıxlar, mağa-
ralıxlar, elədi ki, Muradbəyliyə çatan kimi Fərhad kişiyə gecənin 
birində yanaşdı: 
– Babeyi-mehriban, gəldim. 
– Oğul, xoş gəldin. 
– Baba, tək döyüləm. 
– Oğul, sən burdan gedəli casusdar, Hasan paşanın adamları 
hamısı  səni  axtarıllar.  Hər  kənddə  üç  adamın  biri  casusdu. 
Başına milyonnarnan pullar ayrılıf. O ilxıyı sən aparıf gedənnən 
soyra  elə  bil  Hasan  paşanın  dərisinə  od  vurufsan.  İndi  sən  elə 
yerdə yaşamalısan ki, bulunmuyasan.  
Koroğlu İstanbul dağlarında mağaralarının birində yerrəşdi. 
Elə yerdə ki, oroyu qartallardan başqa heş kəs görmördü. Günüz 
oy
1
  oyluyar,  ceyran-cüyür  vurar  gətirər,  Bilqeyis  xanımnan 
                                                             
1
 Oy – ov. 


 
 
247
kefnən  yaşıyallar.  Arada  olan  məhəbbət  elə  bir  məhəbbətdi  ki, 
heç səngimer ki, səngimer. 
Bəli,  həyatdı,  dünyadı,  vaxt  gəldi,  doqquz  ay  keçən  vaxtı 
Bilqeyis  xanım  dünyaya  bir  evlad  gətirdi.  Allah-taala  kimin 
yoxdu, nəsib eləsin, inşallah. 
Arada  mübahisələri  tüşör  Röyşənnən  Bilqeyis  xanımın:  - 
Oğlanın  adını  Sultan  qoyajıyıx.  Koroğlu  dedi:  -  yox,  Alı 
qoyajıyıx.  Bir  həftə,  bir  ay  bu  mübahisə  geder.  Bilqeyis  xanım 
Koroğludan  inciyif.  Koroğlu  Qıratın  belinə  əyləşif  aşağı  endi 
çörəh  dalınnan,  nemət  dalınnan.  Gəlif  bir  qarının  qapısında 
çörək istədi. Nə ki azuqə lazım idi götürənnən sonra qarıya dedi: 
– Nənə, olarmı mənnən bir yerə gedək? 
Koroğlu uşağın ad məsələsini Əsmər qarıya danışdı. Dedi: 
– Qarı nənə, Pərzad belə deyir, mən də belə.  
Qarı dedi: 
– Atam-anam sizə qurvan olsun, qoy sən deyən də olsun, o 
deyən də olsun.  
– Nətər yanı? 
–  Gədənin  adı  olsun  Sultanalı.  Həm  Alının  adı  qoyulsun, 
həm də Sultanın. 
Koroğlu dedi: 
– Can nənə, Allah-tala sənə kömək olsun.  
Bu  işdən  Bilqeyis  də  razı  oldu.  Uşağın  adı  qaldı  Sultanəli. 
Uşax çiçəhlənif günü-günnən böyüməhdə olsun, indi sizə hardan 
xavar verək, Hasan paşadan. 
Bəli, müxənnətin hər gejə anası beşini doğur. Özü də ekiz-
ekiz  doğur.  Qandırdılar  Koroğlunun  yerini.  Hasan  paşa  yanıxlı 
idi. Koroğlunun üstünə qoşun çəkif, harda ki Koroğlu mağarada 
dayanıf, oroyu mühasirəyə aldı. 
Bəli,  Bilqeyis  xanım  eşiyə  çıxmışdı.  Gördü  dört  yannarını 
qoşun alıf: 
– Röyşən, Röyşən, bu nədi bizim dört yanımızı qoşun alıf? 
Koroğlu işi başa tüşüf götürüf burda görək nə deyir: 


 
 
248
Xotyar üstümüzə cari buyurdu, 
Döyüşərəm, dönmərəm, edərəm cəngi. 
Ac qarınqa kimi doyursa məni 
Mən qəbul etmərəm bu naminəngi. 
Koroğlunun səsini Hasan paşa eşidif: 
– Ayə, oğlan, adın sənin Röyşən idi, atayın adı Alıydı. İndi 
adını  Koroğlu  qoyofsan.  Sən  Koroğlu  döysən  axı,  korun  oğlu-
san. Üstünə yüzdərnən pəhlivannar gətirmişəm, sənin ananı indi 
ağladajam. 
Koroğlu deyir: 
Əlli nədi, altmış nədi, yüz nədi, 
Mən bilmərəm hərzə-hərzə söz nədi. 
Qabağımda dərə-təpə, düz nədi, 
Mənəm əsil girvələrin pələngi. 
Hasan paşa dedi: 
–İndi əmr verərəm, sənin pələng olduğunu pişiyə döndərərəm. 
Götürüf  Koroğlu  burda  görək  bir  bənd  “Məmmədbağırı” 
qaydasına nə deyir, biz diyək, siz həməşə şad olun, inşallah. 
Koroğluyam, xub yetişdim mən cana, 
Kəllələri top eylərəm çovqana. 
Varıban gedərəm Təkə-Türkmana, 
Ollam Əli qullarının yekrəngi. 
Söz  cavabı  yetirən  kimi  qoşun  Koroğluya,  Koroğlu  qoşuna 
hücum eləməkdə, qılıncdar şaqqıldamaqda olsun. Koroğlu gördü 
yox, bunnan  əl çəhmerlər ki,  əl çəhmerlər. Qoç Koroğlu bir dəli 
narə çəkif, qılıncın qəbzəsinnən basıf Qıratı cövlan etdirdi o yana-
bu  yana.  Qıratın  ayaxları  aana,  Koroğlunun  nərəsi  baana,  qılınc 
sıyırma,  başdar  kəsməh,  neyləsin  əlacsız  Koroğlu?  Canına  qəsd 
eləməhdənsə  düşmanı  qırmax  daha  yaxşıdı.  Qoşunun  ortasından 
yarıf özünü həmən mağaranın qarşısına çatdırıf Bilqeyisi səslədi. 
Bilqeyis eşiyə çıxan kimi Bilqeyisi atın tərkinə salıf tərpəndi.  
Koroğlu  xeyli  aralaner,  qoşun  yaxın  tüşə  bilmer.  Gördülər 
qılışdan  heç  bir  şey  hasil  olan  döy,  Hasan  paşa  əmr  verdi 


 
 
249
Koroğlunu oxa bassınnar. Oxa basan vaxtı namərdin birinin oxu 
Bilqeyisin geri yanınnan, kürəyinnən aldı. 
–  Koroğlu,  bu  nə  işdi  mən  tüşdüm,  geri  yannan  məni 
vurdular. 
Koroğlunun Qıratı uçmağa başdadı. Qoşunnan xeyli aralan-
mış  Koroğlu  baxanda  gördü  kü,  Bilqeyisin  kürəyinnən  ox 
sancılıf,  neyniyə  bilər?  Qırat  Qoşabulağın  üstündə,  Çənlibelin 
başında,  Alı  kişinin  qəbrinin  yanında  dayandı.  Bilqeyisi  yerə 
tüşürdü. Gətdi Qoşabulaxdan bir oyuc su verdi. 
– Ay Koroğlu,mənimki buruyatan imiş. Görünür, yazı belə 
yazılıf.  Səni  Allaha,  o  bir  bala  körpəmi  Sultanəlini  sana  tapşı-
reram,  –  deyif,  gözdərini  Koroğlunun  üzünə  zillədi.  Gözünnən 
yaş axa-axa dünyasını tərk elədi. Ömrünü Koroğluya bağışdadı. 
Koroğlu döyünməhnən, of eləməhnən, ağlamaxnan  əlinnən 
nə  gələr?  Koroğlunun  da  tək-tük  tay-tuşdarı  olardı  o  vaxtı. 
Bilqeyis xanımı Dədə Alının yanına dəfn elədilər. 
Aradan  bir-iki  gün  keçmişdi  Koroğlunun  yadına  evladı 
tüşdü. Qıratı  minif  mağaranın ağzına gələndə gördü kü, bir ana 
canavar  hərrəner.  O  ana  canavar  ki,  Koroğlu  oydan  gələndə 
həməşə  vurduğu  maralınmı, ceyranınmı, cüyürünmü  içini-içala-
tını qapıya tökərdi, həmən canavar gəlif burdan qidalanıb gedər-
di. Koroğlunu görəndə uluya-uluya tərpəndi. Koroğlu gəlif içəri 
baxanda gördü lələ köçüf, yurdu qalıf, heç kim yox. Nə cin var, 
nə şeytan, nə oğlu var. Başına döyə-döyə dedi: 
– Hə, canavar apardı getdi oğlumu. 
Koroğlu  qayıdıf  gəlməkdə  olsun,  Çənlibeldə  döyran  quruf 
başına dəli  yığmaxda olsun, öz  işində olsun, sizə  kimnən  xəbər 
verəjəm Əsmər qarıdan. Əsmər qarı həftədən çoxuydu Koroğlu-
gili yoxlamerdı. Bilqeyis xatunu yoxlamerdı. Mağaraya gələndə 
gördü  kü,  mağarada  uşax  arxası  üstə,  uşağın  üstündə  bir  ana 
canavar  uşağı  əmizdirer.  Arvad  mat  qaldı.  Geri  çəkilmək  istə-
yəndə canavar uşaxdan aralandı. Qarı gəlif uşağı  bağrına  basdı, 
uşağı götürdü, söyünə-söyünə uşağın  nəyi qalmışdı götürüf tər-


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə