Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə67/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   63   64   65   66   67   68   69   70   ...   99

 
 
258
Ağcaquzu  Koroğlunun  arxasınca  Çənlibelə  sarı  qalxdılar. 
Çənlibelə  çatan  kimi  Niyar  xanım  həməşəki  kimi  Koroğlunun 
qarşısına çıxdı. Baxdı gördü Koroğlu özünnən bir oğlan gətirer. 
İlahi,  bu  cüssədə,  bu  gözəllihdə  iyid  bəlkə  də  heç  Çənlibeldə 
yoxdu.  Elə  bil  qüdrət  qələminnən  yaranıf,  zalım  oğlu  dəvənin 
üstündə  ağayana  əyləşif,  gözdər  qayır-qayır  qaynıyır.  Niyar 
xanım Koroğluya baxıf dedi: 
– Koroğlu, bu kimdi? 
Koroğlu dedi: 
– Sənin əmin oğludu. Hasan paşanın oğludu. 
Niyar xanım dedi: 
– Elə şey olmaz. 
Koroğlu dedi: 
– Özüdü kü var. İndi tafşır, tamam otaxlar bəzənsin, dəlilər 
hamısı cəm olsun.  
Dəlilər  hamısı cəm oldular,  yığıldılar. Ağcaquzu  gördü kü, 
bu doğrudan da Koroğludu. Dəvədən endi, dedi: 
–  A  Koroğlu,  bu  yeddi  dəvə  yükü,  var-döylət  sənindi. 
Ancax mənim sənnən bir vacib işim var. Onun üçün gəlmişəm. 
– Oğul, noolar, gəlifsən, Allah qonağısan. O ki bir-birimizi 
başa düşdük, inşallah hər iş düzələr. 
Bəli, Koroğlu bu sözü deyif qurtarannan sora əmr verdi: 
–  Eyvaz  xan,  bu  gecə  bir  məclis  keçməlidi,  heç  Hasan 
paşanın öyündə də elə məclis olmasın. Ancax bu uşağı sınamax 
lazımdı,  görək  doğrudanmı  Hasan  paşanın  oğludu?  Fikri  nədi? 
Bu bizi ələ almağa gəlif, satmağa gəlif, nədi? Koroğlu hələ heç 
nə bilmer. 
Aşıx  Cünun  meydana  çıxdı.  Dədə  Yadigardan,  Dədə  Hey-
dardan,  Dədəm  Qorquddan,  Yunis  İmrədən  gözəl-gözəl  sözdər 
oxudu,  məclisi  şaddandırdı.  Yedilər,  işdilər,  savağa  qədər  kef 
çəhdilər. Ağcaquzu da yuxuya getdi, Koroğlu da yuxuya getdi. 


 
 
259
Savaxlarınız xeyirrığa açılsın. Savax açıldı, Koroğlu Ağca-
quzuyu yanına alıf Ağ qayaya doğru gəzişməyə çıxıdılar. İkiciyi 
söhbət eliyə-eliyə gedən vaxtı Koroğlu dedi: 
– Oğul, düzünü de, mənim yanıma nəyə gəlifsən? 
Ağcaquzu  köksünü  ötürüf  Pərzad  xanım  bunu  necə  alladıf 
məktəvə aparıf, mollaya aparıf, sehr öyrədif, iyiddihdən aralıyıf, 
özü də sonra aslan donuna girif, aslannara, canavarlara qoşuluf, 
hamısını dedi. 
–  Ay  Koroğlu,  yuxumda  kürəyimə  bir  əl  dəydi.  Bir  nəfər 
şəxs  dedi  ki  sənin  dərdini  düzəltsə  ağa  Koroğlu  düzəldəjək. 
Yoxsa o geri qayıdan qız dəyil. 
– Oğul, sözün doğrudumu? 
– Bəli, and içerəm Allaha, sənin qılıncına, sənin qalxanına. 
Xüləs, sənin varrığına and içerəm ki, elədi. 
Bəli,  Ağ qayanın  həndəvərinnən qayıtdılar. Koroğlu göstə-
riş  verdi,  məclis  qurulsun,  meydan  sulansın.  Sulandı  meydan. 
Aşıx  Cünun,  meydana  gəl,  bir  neçə  sözdər  oxu.  Ancax  Koroğ-
luyu  fikir  aparıf:  “İlahi,  mən  nəynən  Pərzad  xanımın  cadusunu 
qıra  billəm?  Qılınc  kar  eliyən  döy,  qoşun  kar  eliyən  döy.  Mən 
neynəməliyəm?  Pənahım  göydə  Allahda,  yerdə  də  özümdədi. 
Neyniyim? Mənə ilahi qüvvə verən şəxs, bir yol göstərər.  
Onatan  Aşıx  Cünun  meydana  çıxdı,  başdadı  bir  “Dubeyt” 
çalıb-oxumağa. 
Gəl, səninnən həmdəm olax, 
Oxu, mənim telli sazım. 
Həm qaynıyax, həm dəm olax, 
Oxu, mənim telli sazım. 
Koroğlu  baxdı  gördü  heş  dərdinə  çara  tapa  bilmer  ki,  bil-
mer. Aldı görək Aşıx Cünun: 
Hamıdan yüksəkdə duran, 
Şadyanalı məclis quran, 
Sehr pozan, cadu qıran, 
Oxu, mənim telli sazım. 


 
 
260
Koroğlu  “sehr  pozan,  cadu  qıran”  sözünü  eşidən  kimi  elə 
sıçradı yerinnən, düz məclisin ortasına tüşdü.  
– Aşıx Cünun, mənim sazımı simlə, pərdələ, tez ol. 
– Ayə, mənnən nədi, deyişəcəsənmi, ay rəhmətdiyin oğlu? 
– Yox-yox, sözünü qutar, sazı düzəlt. 
Sən Cünunun dövlət-varı, 
Könüllərin növbaharı. 
Dədəm Qorqud yadigarı, 
Oxu, mənim telli sazım. 
Bəli, söz tamam olan kimi Koroğlu özünnən çıxdı: 
– Aşıx Cünun, mənim sazımı simlədin, pərdələdinmi? 
– Bəli, ağa. 
– Niyar xanım, bir badə süziynən. 
Niyar xanım başdadı badeyi süzən vaxtı, əlində belə tutanda 
Koroğlu  aldı  görək  “Şahsevəni”  qaydasına  nə  deyir,  biz  diyək, 
siz şad olun, inşallah. 
Atdansın qoy qoçaxlarım, 
Mənnən cannan keçən gəlsin. 
Eyvaz xana canım qurvan, 
Mərd əlinnən içən gəlsin. 
Eyvaz xan bu badeyi Niyar xanımın əlinnən alıf: 
–  Ağa  Koroğlu,  mən  sənin  yolunda  canımnan  keçməyə 
hazıram. Badə nədi. 
–  Oğul,  bilerəm  sən  keçməyə  hazırsan.  Gör  o  birisilər  nə 
deyir. 
Aldı sözün davamını, görək nejə dedi: 
Libasın polad geyənnər, 
Donnuğun mənnən yeyənnər. 
Adına dəli deyənnər 
Dostu-yarı seçən gəlsin. 
Bəlli  Əhməd,  Halaypozan  da  Koroğluya  yaxın  gəldilər. 
Koroğlu, üç badə olsoydu hərəmiz birini götürərdik.  


 
 
261
– Oğul, oğul, götürənə halal olsun, götürmiyən özü bilər. Al 
gör nə deyirəm. 
Gəzək dağları, daşdarı, 
Qırax tilsimli başdarı. 
Koroğlunun qardaşdarı, 
Yağı bağrın biçən gəlsin. 
Xan Eyvaz, Bəlli Əhməd, Halaypozan, üçü də Koroğlunun 
arxasında dayandılar.  
– Koroğlu, 7777 dəlinin hamısı sənin yolunda hazırdı. Elə o 
təzə gətirdiyin oğlan – Ağcaquzu da görörəm sana çox meyllidi. 
Özü də görörsən maşallah, nə qüvvəli, cüssəli oğlandı.  
Koroğlu dedi: 
–  Əzizdərim,  əziz  dəlilərim,  mən  istəsəm  əmr  verərəm, 
bütün  dəlilər  arxamca  gələr.  Ancax  bu  döyüş  döyü,  bu  tilsim 
qırmaxdı. Buna da dörd nəfər kifayət eliyər. 
–  Dəlilərim,  heç  narahat  olmoyun,  inşallah  tezlihnən  gedif 
qayıdarıx. Niyar  xanım,  Çənlibeli  sana tapşıreram, Dəli Həsənə 
tapşıreram. Ağcaquzuyu da sizə sərkərdə seçerəm. 
Ağcaquzu xeyli genəldi: 
–  Bu  nətər  olan  şeydi?  Bu  ya  dəlidi,  ya  da  çox  bilən 
adamdı. Beyqafıldan mana belə inam?!  
Əlini döşünə qoyuf: 
–  Ağa  Koroğlu,  arxeyin  ola  bilərsən.  Məni  mətləbimə 
çatdırsan, Allah da səni mətləbinə çatdırar, inşallah.  
Atdandılar, Ağ qayıya çatmışdılar, Eyvaz getmer.  
–  Bala,  Eyvaz,  niyə  helə  elersən?  Sənin  atın  həmişə  irəli 
gedərdi.  
–  Ağa,  ixtiyar  verərsən,  Niyar  xanıma  bir  söz  deyif  qayı-
daram. 
– Oğul, get, get, sənin xətrinimi qırajam? 
Eyvaz qayıdıf, Niyar xanımı çağırıf: 
–  Anacan,  sana  qurvan  olum,  bavam  düz  eləmədi,  bu  yad 
adama etibar eləməh çətindi. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə