Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə68/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   64   65   66   67   68   69   70   71   ...   99

 
 
262
–  Oğul,  Koroğlu  onun  gecə  özü  dərsini  mana  keçif,  sən 
işində ol. 
Bəli, Eyvaz Ağ qayada bunnarın arxasınca çatdı. Gəlhagəl, 
bir  böyük  dağın  ətəyinə  çatdılar.  Dörd  nəfər  atdı  çatdılar  bir 
dağın  ətəyinə.  Gördülər  bir  cavan  oğlandı,  bir  sürü  qoyundu. 
Qayda tütəkdə, çalır, öz-özünə həzz alır. Koroğlu yaxınnaşdı: 
– Salam-əleyküm. 
– Əleyküm-salam.   
– Bərəkətdi olsun. 
– Sağ ol, qardaş. Əgər ajdığınız varsa, tüşə bilərsiniz. 
– Yox, oğul, sənnən bir şey soruşajıyıx. Bu dağın ətəyində 
nələr görörsən? Nələr olor?  
– Heç nə. Nə olajax? Bax o meşəlih tərəfi görörsənmi?  
– Bəli. 
– Oruya gedə bilmerik.  
– Niyə? 
– Yazdan bəri burda bir əjdaha peyda oluf. Gedən kimi bizi 
qoyluyur.  Ancax  hərdən  o  tərəfdən  bir  adam  gəler.  Bir  livada 
gəler,  gündə  bizdən  çörək  isteer.  Geder  binələrdən  çörək  aler 
gəler,  varıf  geder.  Ancax  heç  kim  ona  yaxın  tüşə  bilmer.  Bil-
merik nə sirridi?  
Koroğlu dedi: 
– Hə, oğul, indi biz həmən yerə gedəjiyik. 
– Bəy, oruya getmiyəjəksiniz, orda yaman əjdaha var, neçə 
dəfə dediyim kimi bizdəri, oruya gedənnəri qoyluyuf.  
– Qorxma, oğul, Allah kərimdi, - deyib Qıratı tərpətdi.  
Koroğlu  getməhdə  olsun,  sizə  deyim  kimnən,  Pərzad 
xanımnan.  Pərzad  xanım  gündə  bir  dona  girif,  bir  livaya  girif, 
çobannan-çocuxnan,  gələnnən-gedənnən  çörək  almaxnan  yaşı-
yırdı. Dağların  moruğunnan, gözəl-gözəl  meyvalarıynan qidala-
nırdı. Bir də gördü kü, dörd atdı gəler. Bir qayanın üstünə çıxıf, 
hər  yer  görünör  qayanın  üstünnən,  qayanın  üstündə  aslan 
libasına girib orda oturmağa başdadı. Koroğlu lap yaxınlaşdı:  


 
 
263
– Ay uşaxlar, o aslanı görörsünüzmü? 
Dedilər: 
– Bəli. 
–  Heç  bizdən  çəkinmer.  Heyvan  ola,  insannan  qorxmuya. 
Nə  vargəl  eliyer,  nə  tərpəner,  eləcə  oturuf  bizə  tamaşa  eliyer. 
Vallahi, burda bir sirr var. 
Görək burda Koroğlu götürüf  nə deejəh,  biz diyəh, siz şad 
olun,  inşallah.  Bəlli  Əhməd,  Eyvaz  xan  Koroğluya  baxer. 
Koroğlu görək bu yerdə nə dedi: 
Uca dağların başında, 
Mən bir aslana uğradım. 
Yedim-işdim döyran sürdüm, 
Bağa-bostana uğradım. 
Dəlilər dedi: 
– Bu nə bağ-bostan deer? 
Bu  vaxtı  Pərzad  xanım  sehr  oxuyuf  üfürdü.  Koroğlunun 
dörd  yanını  elə  bir  bağ-bostan  elədi  ki,  yemiş,  qarpız,  gəl  ki 
görəsən. Eyvaz xan istədi atdan sıçrasın, Koroğlu əlinnən vurdu 
ki,  yavaş. Bir az dirənmişdilər. Həmən  aslan dönüf  nə olsa,  bir 
gözəl telli xanım oluf, bulara boylaner. Aldı Koroğlu: 
Bəridən gəl gözəl, bərdən, 
Ürəymin yağın əridən, 
Silkindi çıxdı dəridən, 
Məməli aslana uğradım.  
Əlbəttə, bu söz Pərzad xanımın xoşuna gəlmədi: 
– Ay kişi,  nəydi  belə  beyqafıldan sözünü çaşdırdın? Qadın 
əhlinin üzünə adam elə söz deyərmi? 
Koroğlu dedi: 
– Xanım, əlhəmdulillah, müsəlmanıx, türkük, sən özünə bir 
fikir ver, gör nə libasdasan. 
Pərzad xanım əyilif baxanda gördü baa, yaxalar açılıf, bos-
tan yemişi kimi, məmələr ikisi də eşiyə çıxıf. Məmələr görünör. 
Tez özünü yığışdırıf paltarını üstünə çəkən vaxtı Koroğlu görək 


 
 
264
götürdü  sözünü  nejə  davam  elədi,  biz  diyək,  siz  şad  olun, 
inşallah. 
Koroğlunun var bir adı, 
Hey gəlir dadı-fəryadı. 
Görməmişəm belə cadı, 
Firəngistana uğradım. 
Koroğlu  gördü  kü,  Pərzad  xanım  libasını  dəyişdi,  ancax 
anardan bəri bunnara yaxın gəldi. Qız dedi: 
– Qəhrəman, sənin fikrin dağlara-daşdara. 
Koroğlu dedi: 
–  Xeyr,  gözəl.  Mənim  fikrim  niyə  dağlara-daşdara  olur? 
Mən axı insannan danışeram.  
– İnsannan belə danışmax olarmı? Danışırsan gözəl danış. 
– Qulaq as, gör nejə danışajam, inşallah. 
 Bəli,  Koroğlu  xanımın  gözəlliyinə  mat  qalıf.  Doğrudan  da 
gözəldi.  Amma  Pərzad  xanım  da  gördü  kü,  qarşısındakı  bir  az 
yaştıraxdı. Bığlar qatdanıf bir yannan, boynunun arxasına ötürülüf. 
Ancax o birisilərə  baxanda Eyvazı görüf dedi, İlahi, gör nə  gözəl 
dünyada  varrıx  yaradıfsan,  nə  gözəl  insannar  yaradıfsan.  Hancarı 
olmasa insandı. İnsan iddiyyəti var. Koroğlu düşündü kü, gəl buna 
“İbrahimi” qaydasınnan yumşax-yumşax de, gör nə başa tüşür: 
Uca dağların başında, 
Ləbli-ləbli qar görünör. 
Mənim bu xəcil könlümə, 
Alagözlü yar görünör. 
Pərzad xanım dedi: 
–  Oğlan,  bəyax  mən  sənə  nə  dedim?  Sözün  əvvəlini,  axırını 
bil.  Bu  dağın  kəlləsində  sənin  könlün  nə  yar  istiyir?  O  ki  yar 
xəyalına tüşüfsən, onda gərək sən bu yerdən salamat qayıtmıyasan. 
Ağlını başına topla. Gör bir mən nə deyirəm, sən nə eşidersən. 
Aldı  Pərzad  xanım  siyah  tellərinnən  üç  dənə  tel  ayırıf,  iki 
nar məməsinin arasınnan ötürüf, əyilif bir qızılgül yarpağı qırdı, 
tazanə əvəzinə, götürör görəh Koroğluya nə cavab verer: 


 
 
265
Bağlar içində pencərəm, 
Bu bağımda bar görünör. 
İndi mən səni sancaram, 
Ətrafın şahmar görünör. 
Doğrudan da bir sehr oxuyur, elə bileynən dörd yanına, Allah 
göstərməsin, göydən ilan yağef. Şahmarrar qalxıf ayağının üstündə 
ağızdarını açıf. Koroğlu mat-məəttəl qaldı. Gözdərini sildi: 
– Ayə, mənim gözümmü alacalaner? 
Eyvaznan Bəlli Əhməd də titrəşellər. Andırın zəhmi yaman 
ağırdı.  
Koroğlu dedi: 
– Xanım, bir qulaq as. Qulaq as gör məni nəynən qorxutdun. 
Bilmədim yarın fəndini, 
Əmeydim ləbin qəndini. 
Açeydim köksün bəndini, 
Ağ sinəndə nar görünör. 
Pərzad xanım ulduza çıxmadımı
1
?! 
– Ayə, yekə kişisən, adamsan, insan oğlusan, gənə də ağlına 
gələni  danışersan.  Ay  zalım  oğlu,  deyən  heç  sənin  qulağını 
buran  olmuyuf.  Nə  danışersan?  Nar  nədi?  Zad  nədi?  Qulaq  as 
gör mən sana nə deyirəm, bil. 
Zənbur çəkər bal olanda, 
Halın yaman hal olanda. 
Dayan, dilin lal olanda 
Gözlərində tor görünər. 
Koroğlu dəlilərin üzünə baxıf gördü kü, ayə, böyürlərinnən 
bir  yer  əmələ  gəlif.  Dərin  dərədi,  dəliləri  sıxer.  Hər  tərəfdən 
şahmar  başdarı.  Uşaxların  irəngi,  Allah  göstərməsin,  dümağ 
ağarıf.  Ayə,  bu  zalım  qızının  cadısu  nətəhər  cadıdu?!  Gəl  buna 
deynən  ki,  yekə  kişi  qızısan,  belə  işdərdən  əl  çək,  adam  ol, 
adamlara qarış. Məcbur eləmə ki, əlimi qılınca aparem, səni par-
                                                             
1
 Ulduza çıxmax – yəni çox hirsləndi. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə