Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə61/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   57   58   59   60   61   62   63   64   ...   99

 
 
235
Bu  sözdərdən  İzzət  şahın  ürəyi  qana  döndü.  Dedi,  oğlum, 
bu dünyada  heç  fikir çəkmə,  nə dərdin-sərin  var,  hamısına  çara 
qılaram. Məhəmməd sözün tafşırmasına keçdi: 
Məhəmmədəm, Mansır kimi dardayam, 
Yarın həsrətinnən ahı-zardayam. 
Huş gedif başımnan, bilməm, hardayam, 
Gözəl sonam uşdu-getdi əlimnən. 
Sözü tamam elədi. Başına gələn pütün macaraları İzzət şaha 
nağl elədi. 
Şah  üzünü  vəzirinə  tutuf  dedi,  vəzir,  sən  də  bu  beçərənin 
başına gələnnərdən halı oldun. Gərək bunun söygülüsünü göydə 
ulduzların  arasına  da  çıxmış  olsa  endirmək  lazımdı  yerə.  Vəzir 
dedi,  qibleyi-aləm,  Günəş  pəri  pəhlivandı,  özü  də  qızdı.  Onun 
üstünə kişi dəstəsi göndərmək olmaz. Gərək on-on beş qız pəh-
livannar  hazırlayax  Günəş  pəriyi  soraxlamağa  göndərək.  Oğlan 
pəhlivan göndərsən qız  inanmaz elə  bilər ki,  onu ələ keçirməyə 
gediflər, başdıyar dava-dalaş salar, arada nahaq qan olar. O saat 
Zərqələmi  çağırdılar,  o,  qız  pəhlivannarının  başçısıydı.  Zərqə-
ləm,  özünü  məclisə  çatdırdı,  şahın  hüzurunda  ədəbnən  salam 
verif,  əlini öpdü.  İzzət şah tapşırıx  verdi,  on-on  beş  iyid qızları 
götür  də  Günəş  pəriyi  soraxlamağa  yola  tüşün!  Zərqələm  söz 
verdikin, şah sağ olsun, Günəş xanım göyün yeddinci qatında da 
olsa onu axtarıf tapajam. İzin istədi, ədəbnən üzü məclisə, arxası 
qapıya  dal-dalı  qapıdan  çıxıf  getdi.  Gəlif  on  bir  nəfər  pəhlivan 
qıznan  yola  tüzəldilər.  Qızdar  yola  davam  eləməkdə  olsunnar. 
İzzət  şah  əmr  elədi  Məhəmmədi  cah-calalnan  özünün  qonağ 
otağına göndərdi, tapşırdıkın dünyanın nəkin naz-neyməti varsa 
sufrasını  bəziyin  qoyun  qız  tapılıf  gələnətən  başı  qarışsın.  Özü 
də  aşvazdara  çatdırdıkin  mən  hası  xörəkdən  yiyirəm  Məhəm-
mədə də həmən qazannan verərsiniz. Xəznadarı çağırtdırdı, dedi, 
Məhəmmədə nə qadar pul, qızıl, xarşdıx lazımdı apar, qoy ürəyi 
istəyəcək qədər götürsün. Bütün saray əhli şahın belə saxavatnan 
iş  görməyinə,  göstəriş  verməyinə  alışmamışdılar.  Nəsə,  deyilən 


 
 
236
tapşırıxlar  yerini  aldı.  Məhəmməd  Gülşan  bağına  gəldi,  şahın 
qonax otağında dincəlməkdə olsun, Gülgəz xanım da tez-tez öz 
başının  dəstəsiynən  onu  yoxlamaxda  olsun,  görək  Zərqələm 
pəhlivanın dəstəsi Günəş pəriyi axtara-axtara hara çatdılar. 
Eləkin on  bir qızın  hamısı  pəhlivan  livası geyindilər,  atda-
rına  suvar  oldular.  Neçə  gün  yol  getdilər,  demək  çətindi,  gəlif 
çatdılar  həmən  qarannıx  meşiyə  ki,  Günəş  tək-tənha  qalmışdı, 
qoca sarvan qırx dəvəynən əli qoynunda,  boynu burux göz yaşı 
tökürdü.  Meşənin  elə  bir  yerinə  çatdılarkın  elə  bil  gejədi,  heç 
yerdən  bir  işıx  izi  görünmür.  Zərqələm  qızdardan  soruşdu,  kim 
qorxu  hiss  eliyirsə  danışsın,  desin.  Qızdar  hamsı  bir  nəfər  kimi 
dilləndilər  ki,  heç  birimiz  qorxmorux.  Zərqələm  xanım,  dedilər 
qızlar,  öldü  var,  bu  yoldan  döndü  yoxdu.  Günəş  pəriyi  tapma-
lıyıx vəssalam, nə qorxu, nə hürkü. 
Bu  arada  meşədən  bir  səs  gəldi.  Səs  gəldikcə  yaxınnaşdı. 
Qızdar  baxdılar,  bir  qoja  kişidi,  çiynində,  heyvə,  əlində  hasa 
qızdarın  yanına  gəldi,  salam  verdi,  salam  aldılar.  Sora  dedi,  ey 
gözəl pəhlivannar, bu meşəyə nə muraza gəlifsiniz, mana deyin, 
bəlkə köməyinizə çatdım. Zərqələm dedi, sənnən bizə nə kömək 
ola  bilər  ki,  qoja  kişisən.  Qoja  dedi,  həlvət  mənim  də  bir 
köməyim  dəyər,  qojalığıma  nə  baxersınız,  arxamca  gəlin.  Kişi 
çör-çöpə  ilişə-ilişə  gedif  çatdılar  bir  çayın  kanarına.  Gördülər 
çay  bir dalğalı  çaydı,  hər dalğa  vuranda 10-15 arşın göyə tulla-
ner. Zərqələm dedi, qoja baba, bu dalğadan biz nejə keçə bilərik-
kin  sən  bizi  buroynan  gətirdin.  Qoja  dedi  hamınız  tüşün  atdan. 
Hamı bir nəfər kimi atdardan tüşdülər. Qoja dedi,  yumun gözü-
nüzü. Yumdular. Dedi, açın gözünüzü. Açdılar. Nə gördülər, su 
oldu lay-lay daş. Qoja qavaxda, pəhlivannar dalda daşdıxdan ke-
çif  getdilər.  Arxaya  baxanda  gördülər  ki,  həmən  çay  gənə  əv-
vəlki kimi axer. Çaydan altı yeddi ağac aralanmışdılar bir gurul-
tu  qopdu,  bir  dolu  yağdı,  hər  yerə  qara  çən  tüştü.  Pəhlivannar 
dedilər bizimki də burya kimi imiş. Qoca dedi, balalarım, siz heç 
qorxmuyun,  qoca  bavanız  nə  qədər  siznəndi  sizə  zaval  yoxdu. 


 
 
237
Bunu  deyif  hasasını  yerə  vurdu,  elə  çığırdı  ki,  hər  yan  sakit-
dəşdi,  dolu  dayandı.  Qoca  barmağını  qabağa  tuşduyuf  dedi,  o 
gördüyün yeddi nəfər daş adamlar sizin axtardığınız karvanı ça-
pıf aparan haramılardı. Mən onnarı daşa döndərmişəm. Gördüm 
kü haramılar qoca sarvanı öldürüf onu da, karvanı da, kəcavanı 
da daşa döndərdim.  Günnərin  bir günü Günəş pəri gəldi  bu daş 
karvanın  yanında  dayandı,  tamaşa  elədi,  mən  onu  da  daşa 
döndərdim.  Pəhlivannar dedi,  qoja  bava,  nejə qıydın  belə gözəl 
qızı  da  daşa  döndərdin.  Dedi,  balalarım,  mən  bilerdim  ki,  bir 
gün gəlif onu axtarajaxsınız, sizin işiniz hasand olsun deyən onu 
daş  elədim.  İndi  üzünüzü  o  tərəfə  çöyürüf  gözünüzü  yumun. 
Qızdar  gözdərini  yumdu.  Qoja  əmr  elədi,  açın  gözdərinizi. 
Açdılar,  nə  gördülər  dəvələr  də,  Günəş  xanım  da  hamsı  dirildi. 
Dedilər  bava,  bə  bu  nə  sirdi,  bunu  kim  elədi  belə,  daşdan  da 
adam olarmı, qoja dedi, balalarım: 
Qurud aşı, 
Yeməyə qurud aşı, 
Fələyin könlü olsa, 
Göyərər quru daşı. 
Qoja dedi, övladlarım, sizə yaxşı yollar olsun, Allah amanı-
nızda dursun, – deyif bulara kəsə yol göstərdi. İstədilər çox sağ 
ol desinlər, bir də baxdılar ki. qoja qeyvə çəkilif. 
Pəhlivannar  Günəş  pəriynən  şirin-şirin  söhbət  eliyə-eliyə 
gətirdilər Şam şəhərinə.  Şəhərə  yeddi  ağac qalmış qızın  biri atı 
səyirdif  xavara  getdi.  Bir  azdan  qoşun,  ləşkər,  təbil,  şeypur 
vuruldu, şəhər əhli hamılıxla Günəş pərinin pişvazına çıxdı. Qız 
Məhəmmədi  görən  kimi  özünnən  getdi,  üzünə  gülaf  çilədilər. 
Qız ayıldı. İki söygülü bir-birinə sarıldı. Yemək-içmək başdadı. 
Üç gün, üç gejə şadyannıx oldu. Gülgəz xanım Günəş pəriyi bir 
bajı kimi pişvaz elədi, öpüşdülər, görüşdülər. 
Bir  neçə  günnən  sora  İzzət  şah  Bərbər  şəhərinə  Kərimli 
şahın adına bir namə yazdı, əhvalatı ona bildirdi, özü də bildirdi 
ki, yaxın günnərdə yolunu gözdüyürük. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə