Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə39/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   35   36   37   38   39   40   41   42   ...   99

 
 
150
Daha durmaq olmaz, gedirəm ata, 
Nə üçün əyilirsən bu qədər məni. 
 
Budu iltimasım ver duan gedəm, 
İzin ver, yola sal, ya pədər
1
 məni. 
 
Can dayanmaz, görsən ceyran çağında, 
Qırx incə bel qız var solu-sağında. 
Şeyda bülbül təki kəndi bağında, 
 
Ağlar, arar, gəzər nazlı yar məni. 
 
 
 
 
 
 
 
 
Səliməm istəməm ayrılam səndən,   
Yarın eşq atəşi can üzər təndən. 
 
Sevda kəməndini sarmış hər yandan, 
Bağlamış çəkiyor Gülbahar məni. 
Səlim sazla dediyi kimi sözlə də atasına dedi: 
- Ata, mən getməliyəm, artıq qala bilmərəm. 
Atası izin verdi. Səlim bəy anasına dedi: 
- Ana,  mənə ki, getmək  var,durmaq  haramdı. Mənim azıx-
tozuğumu, yol çörəyimi gör, mən gedər oldum. 
 
Səlimin anası ağlaya-ağlaya Səlimin yol tədarükünü gördü. 
Səlim  azıx-tozuğunu  götürdü  ki,gedə,anası  ağlamağa  başladı. 
Səlim  anasının  ağlamağını  görən  kimi  sazını  götürdü  sinəsinə, 
düşdü eşqin binəsinə. Aldı görək nə dedi:   
 
Anam, mənə dua söylə, 
 
 
Hindistana gedər oldum. 
Getməyə tədarük eylə, 
 
 
Hindistana gedər oldum. 
 
Bayramda gördüm o yarı,   
Tərk elədim mülkü-varı. 
 
 
Görmək üçün Gülbaharı,   
 
Hindistana gedər oldum.   
                                                             
1
 pədər – ata  


 
 
151
Səlim bəyəm, dərdim çoxdu, 
Sevda ürəyimizdə oxdu. 
 
Gedəcəyəm, çarə yoxdu, 
Hindistana gedər oldum. 
Anası  gördü  ki,  Səlimin  ətəyindən  daşı  tökmək  mümkün 
deyil, çox müşküldü. Odu ki, anası da izin verdi, xeyir-dua elə-
yib yola saldı. Səlim anasından da izin alandan sonra Rasim bə-
yin  yanına  gəldi.  Onun  ürəyini  yoxlamaq  üçün  aldı  görək  nə 
dedi, Rasim ona nə cavab verdi. 
 
Aldı Səlim bəy:   
Qürbət eldə qərib igid, 
 
 
Köməyi yaradan ola. 
 
 
Düşmənləri qarşısında, 
 
Yoldaşı qəhrəman ola. 
Səlim  bəy  bu  sözləri  deyən  kimi  Rasim  aldı  görək  Səlimə 
nə cavab verdi. 
 
 
Aldı Rasim bəy: 
Sayma məni qorxaq cocuq,  
Ayrılmam səndən, Səlim bəy. 
 
Namərd qoyar yoldaşını, 
Ayrılmam səndən, Səlim bəy. 
 
Aldı Səlim bəy:   
Yoldaşdı –yoldaşın dalı
1
,   
Geymişəm aslan misalı. 
 
 
Qılınc çala dəli-dolu, 
 
 
Davada davranan ola. 
 
   
 
 
Aldı Rasim bəy:  
 
 
Aslan təki daldan gəlləm,   
 
Kürz atıb düşmənə dallam.  
                                                             
1
 dalı – arxası, köməyi, söykəyi 


 
 
152
Qorxma Səlim qadan allam, 
 
 
Ayrılmam səndən, Səlim bəy. 
 
Aldı Səlim bəy:   
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu dünyanın fənəsinə,   
Qarşı dura davasına. 
Qürbət elin cəfasına, 
 
Səlim tək dayanan ola.   
 
Aldı Rasim bəy:  
Rasimə haramdı cahan, 
Səndən ayrı saxlasa can. 
Bəy əmimin bir oğlusan  
Ayrılmam səndən, Səlim bəy. 
Səlimnən Rasim deyişdikdən sonra yaraqlanıb – yasaqlanıb, 
atlanıb  düşdülər  Hindistan  yoluna.  Az  getdilər,  çox  dayandılar, 
çox getdilər, az dayandılar. Gecə-gündüz yol getdilər, dağlar aş-
dılar,  dərələr  keçdilər.  Nəhayət  bir  uca  dağa  çatdılar.  O  uca 
dağda  bir  kürd  çobana  rast  gəldilər.  Çobanın  adı  Başqıran  Dəli 
Həso  idi.  Başqıran  Dəli  Həso  onların  qabağını  kəsdi.  Rasim 
istədi dava eliyə, Səlim bəy qoymadı dedi: 
-Sən  hələ  dur,  mən  üç  bənd  söz  deyim,  əgər,  o  sözdən 
qanmasa onda sən bilərsən, qılıc bilər. 
Aldı görək Səlim bəy Başqıran Dəli Həsoya nə dedi,o nə eşitdi 
Ey Başqıran Dəli Həso, 
 
Bizə gəstər Hind yolunu. 
Qəribik, bir yaxşılıq et, 
Bizə göstər Hind yolunu.   
 
Bu dağların sərdarısan, 
 
İgidlər bərabərisən.  
Qəriblər havadarısan, 
 
Bizə göstər Hind yolunu. 


 
 
153
Səlim bəyəm bu yerlərdə, 
Çaşdım qaldım bu yerlərdə. 
Yar hərdən söylər dilində.   
Bizə göstər Hind yolunu. 
Səlim  bəy  bu  sözünü  tamam  edəndən  sonra  Başqıran  Dəli 
Həso onları öz binəsinə apardı. Bir erkək kəsdi, yedilər-içdilər. 
Sonra Dəli Həso dedi: 
- Aşıqlar, mənim bir qızım var, ona tərif deyin.  
 
Səlim bəy dedi: 
- Ay Dəli Həso,aşıq gördüyünə tərif deyər, deynən qızın gəlsin 
gözümüz önündən keçsin, boybuxununu görək sonra tərif deyək.  
Başqıran Dəli Həso qızını-Fəti xanımı çağırıb dedi: 
 
- Fəti xanım, gəl bu aşıqların gözünün qabağından keç, sənə 
tərif desinlər. 
Fəti  xanım  pərdənin  arxasından  çıxıb  aşıqların  gözünün 
qabağında  gəzindi.Aşıq  Səlim  sazı  götürüb  görək  Fəti  xanımı 
necə tərif elədi: 
 
 
 
 
 
 
Tərifini eşit, davul başlı nazəni,  
O, sac qulaqlarını tərif eləyim. 
Annı sivri, qaşı bəd rəngli nazəni, 
O, çil yanaqlarını tərif eləyim.   
 
 
Çuxur gözlü, burnu toxumluq xiyar, 
Əyri çənələri tərifə uyar? 
Hər bir dişi vardır bir qazma qədər, 
Kərpic dodaqları tərif eyləyim. 
 
Qısa boylu,yansızdır o dalın,  
Bir örkən dolanmaz o incə belin. 
Tuluq məməlisən,yarmaca qolun,  
Kobud barmaqlarını tərif eləyim. 
 
Eşit tərifini Səlim aşığın, 
Qol, ayaq, bel, bir-birnə uyğun. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə