Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə38/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   34   35   36   37   38   39   40   41   ...   99

 
 
146
Bir zaman çək dedi eşqin qəmini,   
Kimə sildireyim çeşmin nəmini? 
Dəstindən içirdi pirlər cəmini, 
Eşqin sevdasına saldı da getdi. 
 
 
 
Hinddən
1
 doğdu mənim üçün bir ulduz, 
Səliməm sevdasız yasanmam hərgiz. 
Bağçanın içində göstərdi bir qız,   
 
Ağlımı başımdan aldı da getdi. 
Səlim atasına sazla dediyi kimi sözlə də dedi: 
-Ata-ana  necə  ki,  mənə  vergi  verildi,  mən  gedər  oldum 
buralardan. Yol çörəyimi görün. Ata-ana soruşdu: 
– Hara gedirsən, oğul, biz qoymarıq gedəsən. 
Səlim bəy dedi: 
–Ayə,  genə  bunlar  başa  düşmədilər,  ay  ata,  dinlə  bax  gör 
mənə nə verildi. 
 
Aldı görək Səlim bəy nə dedi, ata-anası nə eşitdi. 
Məktəbdə sevdaya düşdüm,           
İtirdim ixtiyarımı.   
 
 
Necə ki, sağam-yaşaram,   
 
Bullam könlümün yarını. 
 
Didələrim doldu yaşdan, 
Əl çəkdim, qohum-qardaşdan. 
 
Geri dönmərəm bu işdən,   
 
Bulmayınca o dilbəri. 
 
Al bu tası, iç dedilər, 
 
 
Layıx irava gördülər. 
Səlimə buta verdilər, 
Hindistanda Gülbaharı. 
 
 
                                                             
1
 Hinddən – yəni Hindistandan 


 
 
147
Səlim bəy ata-anasına ikinci dəfə deyəndə ata-anası işi başa 
düşdülər.Səlimin ata-anası Səlim bəyə dedi: 
- Oğul,nə iş bacarırsan? 
Uzaq  səfərdən  uşağı  yayındırmaq  üçün  hər  peşəni  dedilər, 
amma Səlim bəy inadından dönmədi ki, dönmədi. Axırda dedilər: 
- Oğul, gəl ovçuluq elə.   
 
 
 
Səlim  bəy ovçuluğa razılıq  verdi. Səlimin  atası Bəkil  Əziz 
qardaşı Nağı xanın oğulu Rasimi çağırıb dedi: 
-  Oğul,  Səlimi  bu  sevdadan  uzaqlaşdırmaq  üçün  silahları-
nızı da götürüb ova çıxın. 
Səlimnən  Rasim  yay-oxlarını  götürüb  ova  çıxdılar.  Həmin 
günü bircə dənə qaranquş vurdular. 
Rasim dedi: 
- Səlim, ona mənim oxum dəyib. 
 
Səlim də dedi: 
- Yox əmioğlu, mənim oxum dəyib. 
-  Yox,  Səlim,  xətrinə  dəyməsin.  Sən  məndən  bircə  gün 
böyük  olduğuna  görə  sən  məndən  sərrast  atırsan,  doğurdan  da 
quşa sənin oxun dəyib. Onlar razılaşıb evə gəldilər. Axşam oldu, 
xörək-çörəklərini  yeyib  yatdılar.  Yenə  günlərin  bir  günündə 
Gülbahar Səlim bəyin yadına düşdü. Anası soruşdu: 
- Oğul, Səlim, sənə nə olub ki, düşünürsən, dərdin nədir? 
Səlim bəy dedi: 
- Ana, dərdimi sözlə desəm dilimə od düşüb yanar, izin ver 
sazla  deyim.  Anası  Səlimə  rüsxat  verdi.  Səlim  sazı  götürdü, 
düşdü eşqin binəsinə, görək nə dedi, anası nə eşitdi. 
Baxçada gördüyüm Gülbahar xanım, 
Məleykə insandı xoş xislətlidi. 
Mina boy, qara qaş, gözləri qara,   
Aya bənzər qızdı, xoş sufatlıdı. 
 
Kəklik yerişlidi sinəsi yumşaq, 
 
İncə bel, ağ bədən, şirin dil dodaq.  


 
 
148
Sarılmağa gərdan, önməyə yanaq,   
Daha tərif olmaz, çox ləzzğtlidi.   
   
Mənə göstərdilər o Hindistanı, 
 
Gülbahar Səlimin dini-imanı. 
Sizə deyim öz gördügüm cananı,   
Hökməti vəzirin öz övladıdı. 
Səlim  bəy dərdini anasına deyən kimi anası da gedib  ərinə 
xəbər verdi. Dedi: 
- Səlim  yenə çalıb-çağırır. ağlayır, elə hey Gülbahar deyib, 
Gülbahar eşidir. 
Səlimin  anası  Rasimi  yenə  yanına  çağırdı,  onları  ova-quşa 
yolladı. Yenə də Səlim və Rasim ova-quşa getdilər. Gedib şəhə-
rin  qırağına  çıxdılar.  Orada  iki  yolun  qırağına  çıxdılar.  Bu  iki 
yolun  arası  da  dağdı.  Dağın  sağ  tərəfinə  bir  yol  gedirdi.  Rasim 
Səlim bəyə dedi: 
-  Əmioğlu,  o  zaman  ova  ox  atanda  ,ovu  vuranda  mən  de-
dim:  “Səlim,  mənim  oxum  dəydi”,  sən  də  dedin:  “Yox  mənim 
oxum  dəydi”.  Aramızda  mübahisə  oldu.  Amma  indi  iki  yoldu. 
İstər sağ, istərsə də sol tərəfə get. 
Səlim  bəy  sol tərəfə, Rasim  isə sağ tərəfə getdi. Səlim  bəy 
Rasim  bəydən on-onbeş sərcin

aralandı  və qarşısına  bir ceyran 
çıxdı. Səlim bəy ceyranı qova-qova dağın ətəyində bir qaranlığa 
girdi  .Səlim  bəy  burada  gözəl  bir  mənzərəyə  rast  gəldi.  Gördü 
ki,o dağın ətəyində bülbüllər ötür, güllər açır, quşlar da cəh-cəh 
vurur,  bənövşələr  baş  qaldırıb,  nərgizlər  ətir  verir.  Səlimin  diq-
qətini bir bülbül, xüsusilə cəlb etdi. Gördü ki, bir bülbül gül yar-
pağını havaya qaldırıb buraxır, sonra da onu tutmağa cəhd edir, 
o  beləcə  məşğul  olur.  Bülbül  gül  yarpağını  bir  dəfə  də  göyə 
qaldırır buraxır və yarpaq gəlib qara tikana girir. Bülbül də özü-
nü qara tikana vurub, canını sevgilisi gülün eşqinə qurban verir. 
                                                             
1
 sərcin – məsafə anlamındadır. 


 
 
149
Bu mənzərəyə Səlim bəy xeyli diqqətlə baxır. Sonra öz-özü-
nə fikirləşir ki, ey gidi dünya, mənim bir quş qədər etibarım yox-
du?  İşə  bax  ki,  bülbül  öz  canını  sevgilisi  uğrunda  qurban  verdi, 
mən  isə  burda  ovçuluq  edirəm  başımı  qatmaq  üçün.  Elə  ordaca 
Səlimi qəm basdı. Yay oxunu saz əvəzinə sinəsinə basıb, aldı gö-
rək yana-yana nə dedi. Biz də deyək eşidən dostlar şad olsunlar. 
Bənövşəni gördüm artdı əfkarim    
 
Gülbahar yadıma düşdü bu yerdə.   
Sərim dümannandı, qəm basdı məni, 
Gülbahar yadıma düşdü bu yerdə. 
 
Bənövşə qızarıb gül olmuş xəndan, 
Sallanıb-saralıb eyləyir firqan. 
 
Oy quşu neynəsin sövdaya yanan, 
Gülbahar yadıma düşdü bu yerdə.   
   
 
 
 
 
 
 
Səlim bəyəm, bir yol göstərdi ağam, 
Yolumu gözləyir sevdalı aşnam.   
 
Öz maralım, hintdə maral araram,   
Gülbahar yadıma düşdü bu yerdə. 
Səlim bəyin bu bağırıb-çağırmasını Rasim eşidib gəlir. Gö-
rür ki, Səlim  elə  haldadı  ki,  heç olmayan kimi. Təzədən Rasim 
Səlimi evə aparır. 
Səlimin  atası  Bəkil  Əziz  oğlunu  bu  vəziyyətdə  görəndə 
oğlundan soruşur: 
- Oğul, sənə nə olub ki, bu kökə düşübsən, hələ bir dərdini 
söylə.   
Səlim bəy atasına dedi: 
-  Mən  öz  dərdimi  dilnən  deyə  bilmərəm,  izin  ver  dərdimi 
sənə sazla deyim. Atası Səlim bəyə izin verdi. Səlim bəy sazı elə 
köklədi ki, saz qumru-göyərçin kimi ötməyə başladı. Səlim sazı 
götürdü  sinəsinə,  düşdü  eşqin  binəsinə.  Görək  atasına  nə  dedi, 
atası nə eşitdi. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə