Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə31/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   27   28   29   30   31   32   33   34   ...   99

 
 
119
        Əlimdən aman imkanı, 
        Yaşa illər, gəlirəm mən.            
 
Zərqam: 
        Zərqamdı dərya nəhəngi, 
        Onunla etməzlər həngi. 
        Düşəndə görərsən cəngi, 
        Coşa yollar gəlirəm mən. 
Söz tamama yetişdi. Hər iki hünərvər əl atdılar qılınca, qal-
xana, əmuda. Bunların silahının səsindən qulaq tutulurdu. Lakin 
heç  biri  üstün  gələ  bilmədi.  Nəhayət,  əlac  qaldı  güləşməyə. 
Qızmış  nər  kimi  girişdilər  bir-birilərinə.  Yorulduqca  arada  bir 
dincəlir,  yenə  də  davam  edirdilər,  lakin  heç  biri  üstün  gələ  bil-
mirdi. Nəhayət, Zərqam ağasını yadına saldı, dəli bir nərə çəkib 
Əsfəndiyarı yerə vurdu, çıxıb sinəsinin üstündə oturdu. Qılıncını 
çəkdi  ki,  Əsfəndiyarın  başını  kəssin,  ondan  dərin  bir  səs  çıxdı. 
Bunu eşidən Zərqam əlini saxladı və Əsfəndiyardan soruşdu ki, 
igid də bir qaşıq qanından qorxarmı? Əgər qorxurdunsa onda nə 
üçün döyüş meydanına çıxırdın?  
  Əsfəndiyar cavab verib dedi: 
– Mən qanımdan qorxan deyiləm, ancaq mənim əhdim var, 
ona çata bilməyəcəm, ona görə ah çəkdim. 
 Zərqam soruşdu: 
– Səni ah çəkməyə məcbur edən necə əhddir? 
  -  Ey  cavan,  bil  ki,  mən  yeddi  ildir  bu  yol  ayrıcındayam. 
Hələ heç kim mənim arxamı yerə vurmamışdı. Bu işi birinci sən 
etdin.  Mənim  də  əhdim  bu  idi  ki,  kim  məni  yıxsa  ona  ərə 
gedim.Sən də görünür bunu istəmirsən, öldür, qanım halaldı. 
Bu  sözləri  deyib  Əsfəndiyar  başından  dəbilqəni  götürdü, 
qulac  telləri  üzünə  yayıldı.  Zərqam  tez  qalxdı  və  onun  əlindən 
tutub  ayağa  qaldırdı.  Hamı  sevinc  içində  Əsfəndiyarın  qalasına 
daxil  oldu.  Zərqam  bir  neçə  gün  qalada  qaldı,  dincəldi.  Sonra 
Əsfəndiyara  bildirdi  ki,  Seystana  –  sevgilisi  Əfruz  Cahanın 


 
 
120
arxasınca  getməlidir.  Əsfəndiyar  istəyirdi  ki,  Zərqamı  yoldan 
saxlasın, ancaq  bilirdi ki,  bu  mümkün deyil. Ona görə də özlü-
yündə belə qərara gəldi ki, Zərqamı tək buraxmasın, onunla bir-
likdə Seystana getsin. Bir neçə gündən sonra Zərqam ilə Əsfən-
diyar altdan geyib üstdən, üstdən geyib altdan qıfıllandılar, atla-
rın  başını  buraxdılar  Seystana  tərəf.  Bir  neçə  gün  at  sürdükdən 
sonra sağ-salamat şəhərin kənarındakı şah bağçasına gəlib çatdı-
lar. Əsfəndiyar Zərqamı başa saldı ki, şəhərə belə girmək olmaz. 
Razılaşdılar ki, Əsfəndiyar atlarla qalsın, Zərqam sazını çiyninə 
keçirib şəhərə daxil olsun. Bunlar burda qalmaqda olsunlar, İndi 
də  al  xəbəri  Əfruz  Cahandan.Neçə  müddət  idi  ki,  Əfruz  Cahan 
eşq  atəşində  yanır,  qovrulurdu.  Dərdini  kimsəyə  aça  bilmir, 
sevgilisinin yolunu gözləyirdi. Onun ürəyinə dammışdı ki, bütün 
çətinliklər aradan qalxacaq, sevgilisi gələcək. Lakin ayrılıq qəl-
bini üzürdü. Bir qədər rahat olmaq üçün hər gün qızlarla şəhərin 
kənarındakı  şah  bağında  gəzməyə  çıxar,  dərdini  yüngülləş-
dirərdi. Təsadüf belə gətirmişdi ki, bu gün də qızlar bağda gəzir-
dilər.  Zərqam  çiynində  sazı  bağa  daxil  oldu.  Qızlar  çiyni  sazlı 
aşığı görən kimi yüyürüb onu dövrəyə aldılar. Xahiş elədilər ki, 
aşıq onlar üçün çalıb-oxusun. Zərqam gözünü dolandırıb qızlara 
baxdı,  nəzərləri  Əfruz  Cahanın  üzündə  qaldı.  Az  qaldı  ürəyi 
sinəsindən  çıxsın.  Aldı  görək  qızların  xahişinə  necə  əməl  etdi, 
öz vəziyyətini, kimliyini sevgilisinə nə cür anlatdı: 
    Gülşən bağçasında seyran edibən, 
    Qayıdan qızların qurbanı canım. 
    Əlvan çiçək dərib, dəstə bağlayan,  
    Gülü-nərgizlərin qurbanı canım. 
 
     Artıbdı hərarət, açılıb yaxan,  
     Geyinib zər-ziba, həmayıl taxan. 
     Ovçu görmüş maral kimi yan baxan, 
     O süzgün gözlərin qurbanı canım. 
 


 
 
121
     Zərqamın könlünü gəşdə eyləmək, 
     Gördüm yar camalın,müjdə eyləmək. 
     Qaşları mehrabım, səcdə eyləmək, 
     Tər lalə üzlərin qurbanı canım. 
Söz  tamama  yetişdi,  hər  iki  sevgili  bir-birini  tanıdı.  Uzun 
illərin  həsrətləri  bir-birinə  sarıldılar.  Sevincindən  göz  yaşı  axı-
dan  Əfruz  Cahan  saçından  üç  tel  ayırıb  sinəsinin  üstünə  basdı, 
görək  Zərqama  nə  dedi,  Zərqam  saz  ilə  sevgilisinin  cavabını 
necə verdi. 
Əfruz Cahan: 
        Uzaq yoldan gələn oğlan, 
        Dürr tökülür dillərinnən. 
        Oxu, bizi tərif eylə, 
        Nə ki gəlir əllərinnən. 
             
 
Zərqam: 
        Ahəstə sallan nazənin, 
        Buy
1
 götürüm güllərinnən. 
        Açginən zərrin koftanı, 
        Çünki sıxır bellərinnən. 
             
 
Əfruz Cahan: 
        Aşıq, söylə haralısan? 
        Məşuqundan aralısan, 
        Necə tapdın qaralı sən, 
        Uzun, uzaq yollarınnan? 
             
 
Zərqam: 
        Gözəl, yerim Səməngandı, 
        Yardan ayrı bağrım qandı. 
        Butam Əfruzu Cahandı, 
        Öldür kəndi əllərinnən.  
             
 
 
                                                             
1
 buy – ətir, qoxu 


 
 
122
Əfruz Cahan: 
        Gözəllərin gözü mənəm, 
        Eşq odunun közü mənəm, 
        Cahan Əfruz özü mənəm, 
        Seystanın ellərinnən.  
             
 
Zərqam: 
        Zərqam şahı qılma xəstə, 
        Mənəm sənə payi-bəstə. 
        Bas qədəmin sinəm üstə, 
        Ölüm fitnə-fellərinnən. 
Bunlar  burada  oxumağında  olsun,  eşit  Əsfəndiyardan.  Əs-
fəndiyar bir az gözlədi, gördü ki, Zərqam gəlmədi. Ürəyi tab gə-
tirməyib  öz  atına  süvar  oldu.  Zərqamın  atını  da  yedəyinə  alıb 
qırğı  kimi  özünü  bağa  yetirdi.  Zərqamla  Əfruz  Cahanın  dünya 
yadından  çıxmışdı.  Onların  belə  ehtiyatsızlığını  görən  Əsfən-
diyar qışqırıb dedi: 
–  Səsinizi  toyunuza  saxlayın,  toyda  oxuyarsınız,  tez  olun, 
getmək vaxtıdır. Tez Zərqam öz atına,  Əfruz Cahan da Əsfəndi-
yarın tərkinə minib atların başını buraxdılar. Bu tərəfdən də Əfruz 
Cahanın  başındakı  qızlar  qaçdılar  Əmiri  Sultanın  yanına  xəbərə. 
Sultana  xəbər  çatan  kimi  qoşuna tərpənmək  əmri  verildi.  Qoşun 
tərpənməkdə  olsun,  al  xəbəri  Zərqamgildən.  Bunlar  bir  xeyli  at 
çapıb  şəhərdən  xeyli  uzaqlaşdılar  və  gəlib  bir  gözəl  çəmənliyə 
çatdılar. Qərara gəldilər ki, bu çəmənlikdə bir qədər dincəlsinlər. 
  Zərqam  şah  başını  Əfruz  Cahanın  dizi  üstə  qoyub  dərin 
yuxuya getdi, Əsfəndiyar isə onların keşiyində durdu. Eşit Əmiri 
Sultanın qoşunundan. Qoşunun sel  kimi  ağzı açıldı.  Əsfəndiyar 
Zərqamın  şirin  yuxuda  yatdığını  görüb  onu  oyatmağa  ürəyi 
gəlmədi. Quş kimi atın belinə sıçrayıb özünü qoşuna təpdi. Sağ-
dan vurub soldan çıxdı, soldan vurub sağdan çıxdı. Sultanın qo-
şunu  hələ  belə  əjdaha  ilə  qarşılaşmamışdı.  Qırılan  qırıldı, 
qalanlar qorxub geri çəkildilər. Bundan istifadə edən Əsfəndiyar 
görək Zərqam şahı necə oyadır.  


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə