Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə32/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   28   29   30   31   32   33   34   35   ...   99

 
 
123
   Nə yatıbsan xabi-qəflət içində, 
   Oyan, bu diyardan varaq, şahzadə. 
   Qəvi düşmən ətrafını sarımış, 
   Oyan, bu qəflətdən varaq, şahzadə. 
 
   Xəbər getdi, gələr qurullu şamı, 
   İçirərlər bizə zəhərli camı. 
   Kəmərbəstə olan anlar ilhamı, 
   Oyan, bu diyardan varaq, şahzadə. 
 
   Şəhri-Seystana saldım vəlvələ, 
   Eylədim tarimar misli zəlzələ. 
   Ölər Əsfəndiyar xof etməz hələ, 
   Oyan, bu diyardan varaq, şahzadə. 
Əsfəndiyarın  belə  yanıqlı  oxuması  Zərqamı  yuxudan  oyat-
dı. O, işdən halı oldu. Qoşunun geri çəkilməsindən istifadə edib 
atları tərpətdilər. Bir xeyli at çapdıqdan sonra gəlib Əsfəndiyarın 
qalasına  çatdılar.  Artıq  qoşunun  onlardan  ötrü  heç  bir  qorxusu 
yox idi. Belə qərara gəldilər ki, bir neçə gün qalada dincəlsinlər, 
sonra yollarına davam etsinlər. Bir neçə gün burda dincəldikdən 
sonra,  nəhayət  yola  düşmək  günü  gəlib  çatdı.  Əsfəndiyara  öz 
qalasından  ayrılmaq  çox  çətin  gəlirdi.  Qalasına  həsrətlə  baxan 
Əsfəndiyar zülflərindən üç tel ayırıb sinəsinə basdı və görək öz 
qalası ilə necə vidalaşdı. 
        Yeddi il bəklədim səndə, 
        Sağı soldan karvan, qala. 
        İgidlər saldım kəməndə, 
        Necə ki qəhrəman, qala. 
         
        Sevərdim cəng ilə dava, 
        Necə ki Səyavyş, Gəva. 
        Sən idin mənzili-məva, 
        Mən sənə mehriban, qala. 
 


 
 
124
        Əsfəndiyar gedir səndən, 
        Ayrılır gül yasəməndən. 
        Halal-hümbət eylə məndən, 
        Çünki qaldın viran, qala. 
Söz tamama çatdı. Hər üçü atlanıb  yola düşdülər. Bir  neçə 
gün  at  çapdıqdan  sonra,  nahəyət  gəlib  Qeysər  Pərinin  sarayına 
çatdılar.  Qeysər  Pəri  gələnləri  xoş  üzlə  qarşıladı,  dincəlmələri 
üçün  hər  cür  şərait  yaratdı.  Ancaq  Zərqamı  qızlarla  görən 
Pərinin  qaş-qabağı  tutulmuşdu.  Düzdür,  qız  bunu  üzə  vurmaq 
istəməsə də Zərqam işi başa düşmüşdü. Ona görə də çalışırdı ki, 
Qeysər  Pərinin  könlünü  alsın.  Zərqam  götürüb  üç  kəlmə  sözlə 
onun könlünü belə alır. 
        Dərdin alım, gözəl, sən ol təbibim, 
        Nuş edim dəstindən ağı, mənə ver. 
        Dünya çifəsində yoxdu tamahım, 
        Qoynunda gülşənli bağı mənə ver. 
         
        Sən bəlli gözəlsən, görüm min yaşa, 
        Dünya beyvəfadı əlindən haşa. 
        Doyunca hüsnünə qılım tamaşa, 
        Sonra da aranı, dağı mənə ver. 
 
        Zərqam qurbanıdı mahı-ənbəri, 
        Gördüm camalını, oldum sərsəri. 
        Elə sandım sınıb könlümün pəri, 
        Sarıyım zülfünlə tağı mənə ver.     
Söz  tamama  yetdi.  Qeysər  Pərinin  rəngi  açıldı.  Zərqam  bir 
neçə  gün  qızlarla  Qeysər  Pərinin  sarayında  qaldı,  yeyib-içib  kef 
çəkdilər.  Tək  oğul  olan  Zərqamın  ata-anasının  gözü  yollarda  qal-
mışdı.  Zərqam  da  tezliklə  həsrətində  olduğu  ata-anasını  görməyə 
can  atırdı.  Odur  ki,  qızlarla  məsləhətləşib  yola qoşulmaq qərarına 
gəldilər. Hər dördü atlara süvar olub yola düşdülər. Bir neçə gün at 
sürdükdən sonra Səməngan torpağının sərhədlərinə yetişdilər. Zər-
qamın gözünə vaxtilə at sürdüyü, kef çəkdiyi seyrangahlar görün-


 
 
125
dü. Onun ürəyi qəfəsdəki quş ürəyi  kimi  atlandı, az qaldı  sinəsin-
dən şıxsın. Aldı, görək üç kəlmə sözlə vətən torpağına nə dedi: 
        Şükür haqqa gördüm, vətən üzünü, 
        Görünən şahzadə seyrangah idi. 
        Qəlbdən düz olan yetər mərama, 
        Onuncündür könlüm tanır vahidi. 
 
        Baxırsan hər yana bənzər cənnətə, 
        Sidrətül – müntəha, şanı – şöhrətə. 
        İşlər qəflə-qatır hər məmləkətə, 
        Ağrının ətəyi səyyad rahidi. 
 
        Zərqamın arzusu yetdi yerinə, 
        Səcdə qıllam ərənlərin pirinə. 
        Əl atan xudanın gizli sirrinə,- 
        O da insanların bir ikrahidi.  
Söz  tamama  yetdi.  Zərqam  üç  gözəllə  yoluna  davam  etdi. 
Bir  qədər  getmişdilər  qarşılarına  bir  çoban  çıxdı.  Çoban  gələn-
lərin  yad  adam  olduğunu  görüb,  onlara  yaxınlaşdı,  kimliklərini 
soruşdu.  Zərqam  cavab  verdi  ki,  o,  Xarəzmşahın  oğlu  Zərqam-
dır.  Çoban  Xarəzmşahın  qoyunlarını  otarırdı  və  Zərqam  haqda 
eşitmişdi. Gələnin Zərqam olduğunu bilən kimi az qaldıı sevin-
cindən gözləri alışıb yansın. Zərqamgildən xahiş etdi ki, burada 
dursunlar, özü isə muştuluğa qaçdı. Zərqamgil buradakı çəmən-
likdə  dincəlməkdə  olsun,  eşit  çobandan.  Çoban  özünü  saraya 
yetirdi və şahın hüzuruna gəlib dili dolaşa-dolaşa şahı muştuluq-
ladı. Şah oğlunun gəldiyini bilən kimi yerindən dik atıldı, sürünü 
muştuluq  olaraq  çobana  bağışladı.  Əmr  verildi,  hamı  Zərqamın 
pişvazına  çıxdı.  Şəhər  bayramsayağı  bəzəndi.  Şahın  sarayında 
Zərqama  qırx  gün,  qırx  gecə  toy  oldu,  hamı  öz  mətləbinə, 
muradına çatdı. Allah hamını mətləbinə çatdırsın. 
 
Dastanın yaradıcısı: Novruz Təhləli 
Təqdim edəni: Şair Allahverdi Təhləli 
25 avqust 2012 


 
 
126
İSMAYIL-QIZYETƏR
1
 
 
Ustadnamə 
 
Könül, dolan bu dağları, zimistan qar olmamış, 
Əgər bilsən əfsanədi sevgili yar olmamış. 
Axtarsan aşkar olur, əslizatı bəlləni, 
Bivəfaya bel bağlama, əhdi-ilqar olmamış. 
 
Ziynət verir zülflərinə, tökülür soldan-sağa, 
Göz yaşım qətrələnib, buluddan leysan yağa. 
Üz çevirib qədəm qoysan vədəsiz girsən bağa, 
 Heç əsla nəf eyləməz səcərdə
2
 bar olmamış. 
 
Şair Nəbi, aç mətahın sal vəsfini bəyana, 
Hal əhli ol, salam yetir, hər gördüyün insana. 
Gəl xırd elə mətahını namın düşsün cahana, 
Haçan bülbül səda verər, fəsli bahar olmamış?! 
Ustadlar ustadnaməni bir deməz, iki deyər, biz də deyək iki 
olsun, düşmənin dərdi yekə olsun. 
Mənasız-münasibsiz sözləri – bilməyin faydası nə?! 
İzinsiz, təklifsiz yerə getməyin faydası nə?! 
Necə nadanlar əlindən mən düşdüm qəm girdabına 
Dalğası coşğun dəryaya dalmağın faydası nə?! 
 
Yarı gördüm baxçasında söyləyir bülbül kimi, 
Bir saat görməyəndə günüm keçir il kimi. 
Bir könül ki, fərəhlənib, açılmaya gül kimi, 
Arsız-arsız el üzünə gülməyin faydası nə?! 
 
                                                             
1
 Dastan ilk dəfə E.Məmmədlinin təqdimatında “Qobustan” incəsənət toplu-
sunun №4 (64) 1984-cü il sayında nəşr olunub. 
2
 Səcər – ağac 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə