Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə29/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   25   26   27   28   29   30   31   32   ...   99

 
 
111
Söz tamama yetişdi, hər ikisi də başa düşdü ki, sözdən bir kar 
hasil olmayacaq. Əl atdılar qılınca, qalxana, gürzə. Yenə də bir şey 
olmadı. Hər ikisi yorulmuşdu, dincəlməyi qərara aldılar. Qət etdilər 
ki, qalibi güləşlə müəyyən etsinlər. Zərqam bir tərəfdə, Şəmmas da 
öz  qoşunu  ilə  başqa  tərəfdə  dincəlirdi.  Şəmmas  başa  düşürdü  ki, 
Zərqamla  güləşə  bilməyəcək,  yıxılacaq.  Buna  görə  öz  qoşununa 
tapşırdı ki, mən Zərqamla güləşə başlayanda hamınız birdən tökü-
lərsiniz  üstünə  və  qollarını  bağlayarsınız.  Bir  qədər  dincəldikdən 
sonra  Şəmmas  əmr  etdi  ki,  cənk  təbili  çalınsın.  Hər  iki  hünərvər 
meydana yeridi, bellərindəki zəncirlərdən yapışdılar. Şəmmasın bir 
işarəsi  ilə  qoşun  Zərqamın  üstünə  töküldü,  əllərini  zən-  cirlə 
bağladılar və arabanın üstünə uzatdılar.  
Bu tərəfdən Şəmmas büt şahına xəbər göndərdi ki, o məndən 
xudapərəst
1
  başı  istəmişdi,  mən  bütöv  özünü  gətirmişəm,  toy 
tədarükünü  görsün.  Padşaha  xəbər  çatan  kimi  çox  xoşhal  oldu, 
məclis düzəltdi  və padşahlıq taxtını da  meydana gətirtdi. Padşah 
istəyirdi ki, xudapərəstin ölüm qabağı keçirdiyi halları görsün və 
bundan nəşə alsın. Eşit büt padşahının qızı Qeysər Pəridən. O da 
bir  xudapərəst  tutulduğunu  eşitmişdi  və  onun  necə  bir  məxluq 
olduğunu  görmək  istəyirdi.  Buna  görə  Qeysər  Pəri  də  camaat 
toplaşan meydana gəldi. Qız Zərqam şahı gördükdə bir könüldən 
min könülə ona aşiq oldu. Zərqam da Qeysər Pərini gördü, başa 
düşdü  ki,  qızdan  ona  kömək  ola  bilər.  Şah  cəllada  əmr  etdi  ki, 
xudapərəstin boynunu vursun. Zərqam bir anlığa cəlladdan aman 
istədi və görək öz halını Qeysər Pəriyə necə işarə etdi: 
  Necə ağlamasın yaralı könlüm, 
  İşim-gücüm ahu-zara bağlandı. 
  Səyyadam, tərlanım qürbət diyarda, 
  Qalmışam tək-tənha ara bağlandı. 
 
 
                                                             
1
 Xudapərəs – Allahı sevən, müsəlman 


 
 
112
   Nə bir munisim var, nə bir həmdəmim, 
   Qəmin girdabında qərq olmuş gəmim. 
   Əyyub kimi sızıldaşır əndamım, 
   Küllü cəsədimə yara bağlandı. 
 
      Zərqamam bədyığval, mən beygüzaram, 
      Dəvasız dərdim var, candan bezaram. 
      Düşüb sorağına ellər gəzərəm, 
      Çünki meylim Leyli yara bağlandı. 
Söz  tamama  yetişdi.  Cəllad  əmri  icra  etməyə  hazırlaşdı. 
Zərqam başa düşdü ki, əlacı hər yerdən kəsilmişdir, nakam ölə-
cək,  ata-anasına,  sevgisinə  qovuşa  bilməyəcək.  Gözlərindən 
tökülən  yaş  yanağı  ilə  süzülməyə  başladı.  Zərqamın  bu  halını 
görən Qeysər Pərinin az qaldı ürəyi yerindən çıxsın, o da gözlə-
rindən  yaş  axıtdı.  Bu  yerdə  qız  üzünü  cəllada  tutub  görək  nə 
xahiş edir, zavabında Zərqam ona nə deyir: 
Qeysər Pəri: 
      Qoca cəllad, ol Buddanı sevərsən, 
      Vurma bu cavana yara, heyifdi. 
      Babamın əmrini eyləmə əta, 
      Çəkmə rüzgarına qara, heyifdi. 
             
Zərqam: 
      Yazığam, növrəstə, yandırma məni, 
      Ağlama, ağrıyar yara, ağlama. 
      Sızıldarsan, yaralarım sızıldar, 
      Sinəm oldu hazar para, ağlama. 
             
Qeysər Pəri: 
      Anlamışam, nədir babamın qəsdi, 
      Qərəzi ənbiya, fikri əbəsdi. 
      Bu qədər zülmlər insana bəsdi, 
      Rəva deyil girdigara, heyifdi. 


 
 
113
Zərqam: 
      Nə üçün belədi fələyin fəndi, 
      Düşübdür boynuma eşqin kəməndi. 
      Allahdandı, bəndədəndi, nədəndi 
      Saldı məni ahu-zara, ağlama. 
 
Qeysər Pəri: 
Qoy dolsun kərmi-huş babamın səri, 
Açıbdı sinəmdə dərdi, dəftəri. 
İltimas eyləyir bu Qeysər Pəri, 
Sənə qurban, bəxti qara heyifdi. 
             
Zərqam: 
      Mənim pirim, şahım şahlar şahıdır, 
      Ərş üzünün günəşidi, mahıdı. 
      Zərqamın pənahı haqq pənahıdı, 
      Qalanma hicrimdə nara, ağlama. 
Söz tamam oldu, qoca cəllad qaldı  iki  suyun arasında;  bil-
mədi  neyləsin. Həm oğlana  yazığı gəlirdi,  həm də şahın əmrin-
dən  çıxa  bilməzdi.  Vəziyyəti  belə  görən  Qeysər  Pəri  atasının 
qarşısına  gəlib  baş  əydi.  Atası  qızının  sözlü  olduğunu  görüb 
soruşdu  ki,  ona  nə  lazımdı.  Qeysər  Pəri  cavab  verdi  ki,  ata,  bu 
adi  xudapərəst  deyil,  biz  onu  öldürsək  bir  şey  qazanmarıq. 
Çalışıb  belə  ağıllı  və  qoçaq  oğlanı  bütpərəst  etsək  çox  şey 
qazanarıq. Bu  işi  mən öhdəmə götürürəm, onu  mənə  ver. Şahın 
ağlına gəlməzdi ki, bütpərəst qızı xudapərəstə vurula bilər. Ona 
görə  də  qızın  dediyi  sözlər  şahın  ağlına  batdı.  Əmr  etdi  ki, 
Zərqamı azad edib Qeysər Pəriyə versinlər. Qeysər Pəri Zərqamı 
götürüb öz sarayına apardı. Əmr etdi ki, onun atını tövləyə çəkib 
yaxşı baxsınlar, şahzadənin hüzurunda isə özü durdu. Ancaq qız 
başa düşürdü ki, Zərqam öz əqidəsindən dönən deyil və gec-tez 
atası  oğlanı  məhv  edəcəkdir.  Buna  görə  də  onu  başa  saldı  ki, 
minlərlə  günahsız  insanın  qanını  tökmüş  şahdan  qisas  almaq 


 
 
114
vaxtıdır.  Həm  də  Qeysər  Pərinin  Şəmmasdan  da  zəhləsi  gedir, 
ona  ərə  gedəcəyini  fikirləşəndə  bədəni  əsirdi.  Buna  görə  də  bir 
gecə  Zərqam  və  Qeysəp  Pəri  döyüş  libası  geyinib  silahlandılar 
və  saraya  hücuma  keçdilər.  Şahı,  Şəmması  və  onların  yaxın 
adamlarını  öldürdülər,  qalanlarını  özlərinə  tabe  etdilər.  Səhər 
Qeysər Pəri ölkənin şahı elan olundu. 
Zərqam  bir  neçə  gün  Qeysər  Pərinin  yanında  qalır,  ancaq 
qıza  yaxınlıq  vermir.  Qız  bundan  inciyir  və  səbəbini  soruşur. 
Zərqam  onu  başa  salır  ki,  Seystanda  gözləyəni  var, ona  qovuş-
mamış  heç  kimə  əl  vura  bilməz.  Qeysər  Pəri  başa  düşür  ki, 
Zərqam  sevgilisinin dalınca gedəcək, ürəyində ona əhsən deyir. 
Bir  neçə gündən sonra  Zərqam  şah Pəriyə  bildirir ki, o sevgili-
sinin  dalınca  getməlidir.  Qız  onu  saxlamaq  istəsə  də  mümkün 
olmur. Zərqamın getmək istəməsini görən Qeysər Pəri saçların-
dan  üç  tel  ayırıb  sinəsinə  basır  və  görək  Zərqama  nə  deyir, 
cavabında oğlan nə söyləyir: 
Qeysər Pəri: 
      Gedirsən get oğlan, allah bilincə, 
      Unutma bizləri, tez qayıt indi. 
      Dərdim olur günbəgündən ziyada, 
      Eyləmə sinəmdə yüz, qayıt indi. 
             
Zərqam:  
      Ağlama, sızlama növrəstə Pərim, 
      Ay Pərim gedərəm, gələrəm yenə. 
      Sənə qurban olsun can ilə sərim, 
      Ay Pərim, gedərəm, gələrəm yenə. 
             
Qeysər Pəri: 
      Əlif qəddim şərt götürdü ol nunu, 
      Neylərəm sərimdə atlas gülgunu. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə