Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə25/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   21   22   23   24   25   26   27   28   ...   99

 
 
95
Dağlarda ruzigar, dərədə sellər, 
Üz çevirib bir ümmana gedim mən. 
Söz tamam oldu. Sam diz üstə çöküb dedi: 
–  Qibleyi-aləm,  mən  vətəndən  çıxalı  on  səkkiz  aydı.  On 
səkkiz  ayda  bilmirəm  atam,  anam  necə  dolanırlar.  Atam  çox 
qocadı.  Mən  istəmirəm  qoca  vaxtı  mənim  dərdimi  çəksin.  O 
səbəbdən gərək mənə izin verəsən. 
Şah bir qədər fikrə gedib dedi: 
– Oğul, mən də razı deyiləm sənin bu qədər burada qalmağı-
na. Çünki sən elə yersiz adam deyilsən, özün bir şahzadəsən. Ma-
dam ki, şahzadəsən, öz vətəninə getməyə razılıq verirəm. Ancaq 
oğul, bir neçə gün də qal, sənin getmək tədarükünü görüm. 
Elə  də  razılaşdılar.  Tədarük  görülüb  hazır  olan  zaman  şah 
Samı hüzuruna çağırıb dedi: 
–  Oğul,  mən  səni  tək  buraxmayacağam,  bir  neçə  sərkərdə 
qoşunla getməlisən. 
Buna  Sam  da  razılaşdı.  O  gün  qırx  qatır,  dəvəyə  Məsləhət 
xanımın cehizi yükləndi. Cəm şəhərindən gəlib Enzengah şəhə-
rinə çatdılar. Sam sərkərdələri hüzuruna çağırıb dedi: 
– Qoşunu burada dayandırmaq lazımdı. 
Şəhərin kənarında çadırlar quruldu, qoşun əhli dincəlməkdə oldu. 
Sam öz sevgilisi Məsləhət xanımın yanına gəlib bir gün icazə aldı. 
Məsləhət xanım dedi: 
– Mən bilirəm sən Nəzakət xanımı gətirməyə gedirsən. Əgər o 
qız məndən gözəl olsa, məni qafilə qatır ilə geri qaytararsan. 
Sam  bir  söz  demədi.  Başladı  getməyə.  Sam  getməkdə  ol-
sun. O yerə gəldi ki, Nəzakət xanımı orada görmüşdü. Baxdı ki, 
qız yoxdu. Bağbandan Nəzakət xanımı soruşdu: 
Bağban dedi: 
– Əhd eliyib ki, Sam gəlməyincə mən öz imarətimdən çölə 
çıxmayacağam. 
Sam Nəzakət xanımın imarətinə getdi, qız onu görəndə qəşş 
eləyib yerə yıxıldı. Nəzakət xanımın üzünə Sam şahzadənin göz 


 
 
96
yaşı düşəndə ayıldı, gördü başı Sam şahzadənin  dizi üstündədi. 
Hər iki cavan görüşdü, öpüşdü. 
Sam dedi: 
– Ey mehribanım, niyə zəfəran kimi saralmısan? 
Nəzakət xanım aldı görək ona nə cavab verdi: 
On səkkiz ay, şamsız xanə içində, 
Ağlayıb qalardım, zar səndən ötrü. 
Leyli-nahar həsrətini etdiyim, 
Arzular çəkirdim yar, səndən ötrü. 
 
Aldı Sam şahzadə: 
O ala gözlümün gözü yoldadı, 
Bağda heyva, nar var, yar səndən ötrü. 
Əhsən bağbana olsun afərin, 
Becərib bəsləmiş bar, səndən ötrü. 
 
Aldı Nəzakət: 
Geyib sarmanıbdı tirmə atlası, 
Dərdin həvəskarı, gözəllər xası. 
Könlümün istəyi, dil təmannası 
Oturdum qeyrətlə, ar səndən ötrü. 
 
Aldı Sam şahzadə: 
Xeylidi vəsmindən mənəm aralı, 
Hicrinə baş əyən əlbət saralı. 
Qəlbimin ceyranı, könlüm maralı, 
Kəs məni qurbana yar, səndən ötrü. 
 
Aldı Nəzakət: 
Baxmadım kimsənin qəddi-qamına. 
Çünki dalmış idim Leyli halına. 
Nəzakət xanımın xoş iqbalına, 
Günəş sayə saldı kar, səndən ötrü. 
 


 
 
97
Aldı Sam şahzadə: 
Qüdrətdən sürməni gözə yetirən, 
Büküb tellərini üzə yetirən, 
Hicranlı cismini gözə yetirən, 
Şahzadə Sam kimi var, səndən ötrü. 
Söz  tamam  oldu.  Müjdə  getdi  qızın  atası  Kavə  şaha  ki, 
gözün aydın olsun. Sam şahzadə gəldi. Şah qızı Nəzakət xanımı 
və Sam şahzadəni yanına çağırıb dedi: 
– Oğul, başına gələn əhvalatı nağıl elə. 
Sam başına gələn əhvalatı ona nağıl elədi. Sonra dedi: 
– İcazə verin biz gedək. 
Həmin gün tədarük görüldü, yüz qatar dəvəyə cehiz yüklən-
di.  Nəzakət  xanımı  gətirdilər  Məsləhət  xanımın  yanına.  Hər  iki 
gözəl  öpüşdü,  görüşdü.  Sam  şahzadə  sərkərdələri  çağırıb  yola 
düşmək  əmri  verdi.  Qaflə-qatırı  yükləyib  Qəndilqala  şəhərinə 
yola düşdülər. 
Qəndilqala  şəhərinin  iki  yolu  vardı.  Biriynən  altı  aya  get-
mək olardı, biriynən üç aya. Sam üç aylıq yolunan gedirdi. Ata-
sının torpağına az qalmışdı çata. Bir  böyük qalaçaya rast gəldi. 
Onların  qabağını  bir  pəhlivan  kəsdi,  adına  Təhri  deyərdilər. 
Soruşdular: 
– Nə üçün yolu kəsmisən? 
Dedi: 
– Burdan keçən torpaqbasdı verib keçməlidi. 
Sam dedi: 
–  Ey  ərəb,  gəl  incitmə,  bir  qədər  qızıl,  gümüş  verim,  izin 
ver gedək. 
Ərəb cavab verdi: 
–  Mana  uzunçuluq  lazım  deyil,  ya  hamısını  qıracayam,  ya 
da adambaşına torpaqbasdı verəcəksiniz. 
Müxtəsəri,  hər  iki  pəhlivan  meydana  atıldı.  Axırda  belə 
qərara gəldilər ki, kim məqlub olsa, cah-cəlal onun olsun. 
Sam dedi: 


 
 
98
Ey ərəb, güvənmə hərbə-zoruna 
Sana fayda verməz fellər ağlarsan. 
Bir gəliş gələrəm ruzigarına 
Yanar əhvalına ellər, ağlarsan. 
 
Aldı Təhri: 
Ey cocuq, üz qıl mənəm bir əzab, 
Düşübdü payıma qullar ağlarsan. 
Mən oldum anadan o şiri əzab, 
Salaram gözünə tellər, ağlarsan. 
 
Sam dedi: 
Mənəm bir mövlanın kəmər bəstəsi, 
İsminə can fəda dil şikəstəsi. 
Arasti səfərlərlə keflər dəstəsi, 
Keçibən qılıncdan illər, ağlarsan. 
 
Aldı Təhri: 
Duyurlar ismimi ürəkdə xali, 
Baş qoyub qarşımda olasan hali. 
Görən igidlərin artar zavalı 
Qərq oldu ümmana sellər, ağlarsan. 
 
Sam dedi: 
Sama mövla nəzər barı çəkildi, 
Qüdrətindən yadigarı çəkildi. 
Uzun illər ahı-zarı çəkildi, 
Ey yazıq, başına küllər ağlarsan, 
 
Aldı Təhri: 
Təhrinin tərifin alimlər bilir, 
Duymasan isminə qəlbindən dilir. 
Gəl, olsa sənin tək neçə min dəlir, 
Sanaram dağlarda yerlər, ağlarsan. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə