Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə24/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   20   21   22   23   24   25   26   27   ...   99

 
 
91
itirib  onu  axtarır.  Hər  gülün,  hər  çiçəyin,  hər  ağacın  yanından 
ötən zaman elə  bil  ki, otlar da  baş qaldırıb onun  ürəyinə təsəlli 
verirdi ki, ey nazəndə, az dərd çək, yaman günün ömrü az olar. 
Tezliklə sevgilin Samla görüşərsən. Bu fikirləri elədikcə yavaş-
yavaş onun ürək döyüntüsü azalır, təsəlli tapırdı. Bu xəyal içində 
hərlənən zaman bir də gördü ki, başının üstündə bir şaqqıltı qop-
du.  Məsləhət  xanım  ovcundan  hürkmüş  ahu  kimi  hürküb  bağın 
açıq  bir  yerinə  çəkilmişdi.  Birdən  bir  quş  ona  sarı  uçub  onun 
çiyninə qondu. Qız istədi ki, quşu əliynənə vurub yerə salsın, bir 
də gördü ki, bu quşun ayağına bir kağız bağlanıb. Kağızı quşun 
ayağından  açıb  oxudu,  az  qaldı  ağlı  başından  çıxsın.  Sonra  öz-
özünə  təsəlli  verib,  məktubu  bir  də  oxuyub  məzmunundan  hali 
oldu.  Quşun  gözlərindən  öpüb  bağrına  basdı.  Quşu  götürüb 
imarətinə gəldi. Dərin fikrə gedib dedi: 
–  Tutalım  ki,  bir  neçə  günə  Sam  şahzadə  gəldi,  mən  onu 
necə qarşılayım? Mən bu işi bacara bilmərəm. Özgə də onu kim 
tanıyır, kim bilir ki, şahzadədirmi, yoxsa Rüstəm-Zala nisbət bir 
pəhləvandımı. Yalnız bir sirdən bircə mən haliyam, heç kəs bil-
mir. Elə yaxşısı budu ki, götürüb şah babama bir məktub yazım. 
Bu  sirri  bilmir,  həm  sirr  açılsın,  həm  də  məsələdən  hali  olsun, 
görək  axırı  nə  təhər  olar.  Məsləhət  xanım  qələm-kağız  götürüb 
Cəmşid şaha bir məktub yazdı, qasidə verib tapşırdı ki, babamın 
özünə  verirsən.  Qasid  “bə  çeşm”  deyib  yola  düşməkdə  olsun, 
indi sizə ərz eləyim Cəmşid şahdan. 
Cəmşid şah vəzirini yanına çağırıb dedi: 
– Qoca vəzir, sən bir ağıllı adamsan. Bu işə bir tədbir tək. 
Qoca vəzir diz üstə çöküb dedi: 
– Qibleyi-aləm, ixtiyar sizindi, buyurun görək mənim üçün 
nə qulluq. Mən sizin əmrinizə hazıram. 
Şah dedi: 
–  Vəzir,  əgər  bir  neçə  günə  bir  tədbir  görməsək,  o tilsimli 
İfritə şəhərin altını üstünə çevirib, qızı aparacaq. 
Qoca vəzir dedi: 


 
 
92
–  Ədalətli  şahım,  o  haqda  biz  bir  il  bundan  əvvəl  bütün 
şəhər  əhlinə  elan  etmişdik  ki,  kim  ifritənin  tilsimini  qırıb,  onu 
öldürərsə, qız onunkudu. 
Bu  zaman  qasid  içəri  daxil  olub  naməni  padşaha  təqdim 
etdi,  getməyinə  icazə  istədi.  Şah  icazə  verdi.  Qasid  baş  əyib 
çıxıb  getdi.  Şah  məktubu  açıb  oxuyan  zaman  gördü  ki,  birinci 
beytdə qız yazıb Ədalətli şah, birinci sizə gözaydınlılığı verirəm. 
İkincisi isə qulaq asın, görün nə demək istəyirəm. 
Şah baba, təşəkkür haqqı xudaya, 
Arzusun çəkdiyim yar bizə gəldi. 
Gövhər xəcil olmuş nadan əlində, 
Bulundu sərrafı var bizə gəldi. 
Cəmşid şah məktubu 
q
u
 
ıRu
u
ə


 
 
93
Məsləhət qurbandı belə həmdəmə, 
Çəkdir aləmlərə car, bizə gəldi. 
Şah məktubun məzmunundan hali olan kimi dedi: 
– Vəzir, durmağın yeri deyil. Bu saat hər yerə xəbər elə ki, 
şəhərin hər bir küçəsinə, hər yerinə elan yazıb vursunlar ki, uzaq 
yerdən  bir  pəhlivan  gələcək.  O  pəhlivan  İfritəni  öldürüb  bizim 
şəhərə gəlir. Bütün nə ki, şəhərdə ayağı yer tutan varsa hərə bir 
at minib həmin pəhlivanı qarşılamağa getsin. Özümüz də gedək. 
Qoca vəzir “baş üstə” – deyib çıxdı. Müxtəsər deyək ki, bir 
neçə saata şahın əmri yerinə yetirildi. Nə ki, ayağı yer tutan var-
sa  hərə  bir  ata  süvar  olub  şəhərin  kənarına  toplandılar.  Qoşun 
əyləndi,  onların  dalınca  padşah,  vəzir,  vəkil  hamı  birdən  yola 
düşüb xalq Samı qarşılamağa getdilər. Şəhərdən bir qədər kənar 
getmişdilər bir də gördülər ki, bir pəhlivan gəlir, gəl ki, görəsən. 
Elə  bil  Rüstəm-Zaldı,  iyirmi  yaşında  bir  cavandı.  Gözəllikdə 
Yusifə taydı. Oğlan bunları görən kimi atdan sıçrayıb yerə düş-
dü. Ədəb-ərkanla padşaha – bütün camaata salam verdi. 
Padşah qoca vəzirə dedi: 
– Vəzir, deyəsən bu oğlan şahzadədi. 
Vəzir dedi: 
– Elə görünür. 
Sonra şah dedi: 
– Vəzir, bir soruş görək həmin oğlandımı? 
Vəzir dedi: 
– Oğul, hansı şəhərdənsən? Səfərin haradı? 
Sam dedi: 
– Qəndilqala şəhərinnənəm. Cəm şəhərinə gedirəm. 
Vəzir dedi: 
– Oğul, Cəm şəhərinə kimin yanına gedirsən? 
Şahzadə dedi: 
– Cəmşid şahın. 
Qoca vəzir dedi: 
– Oğul, həmin Cəmşid şah budu. 


 
 
94
Sam  şahzadə  o  saat  əllərini  döşünə  qoyub  diz  üstə  çökdü. 
Şah onu tez yerindən qaldırıb alnından öpdü. Sonra isə ata minib 
bərabər şəhərə yola düşdülər. O saat şadlıq məclisi quruldu. Bir 
neçə gün yeyib içməkdə oldular. Kef məclisində Sam öz dərdini 
qoca vəzirə açıb nağıl etdi. 
–  Qoca  vəzir,  mən  Qəndilqala  şəhərindən  qılınc  vura-vura 
ta ki Cəm şəhərinə Məsləhət xanımdan ötrü gəlmişəm. İndi sən 
bilirsən nə etmək lazımdır? 
Qoca vəzir dedi: 
– Oğul, sən arxayın ol, mən tezliklə işi sahmana salaram. 
Qoca vəzir işi sahmana saldı, toy tədarükü görüldü. Cəmşid 
şah  qırx  gün,  qırx  gecə  toy  vurudurub  Məsləhət  xanımı  Sam 
şahzadəyə verdi. Sam bir neçə ay burada qaldı. Günlərin birində 
Cəmşid  şahla  söhbət  edən  zaman  atası  Tərkiman  şah  yadına 
düşdü.  Bütün  imarət  başına  hərləndi.  Şah  onu  bu  halda  görüb 
yaxın gəldi, soruşdu: 
– Oğul, olmaya xəstələnmisən? Rəngin qaçıb. 
Sam dedi: 
– Xeyr, qibleyi-aləm, əgər icazə versəniz deyərəm. 
Şah dedi: 
– Oğul, de görüm. 
Sam götürüb görək nə dedi: 
On səkkiz ay qürbət ellər içində 
Üzür qıl şah baba, Kana gedim mən. 
Gözü yolda ata-ana qoymuşam, 
Yad edib intizar xana gedim mən. 
 
Mərd igid qürbətdə olarmı xəstə, 
Nə eşqi-damaqda, nə də həvəsdə. 
Nə danışmaz, gülməz, sanki şikəstə, 
Əhv elə, çatmışam cana gedim mən. 
 
Samın həsrətidi tamamən ellər, 
Çəkəllər arzumu, aylar və illər. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə