Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə21/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   17   18   19   20   21   22   23   24   ...   99

 
 
79
–  Əlbəttə,  xanım,  çünki  hansı  torpaq  adamı  yetirib,  gərək 
adam  o  tor-torpağa  nankorluq  eləməyə.  Xanım,  bu  söhbət  öz 
yerində. Sən mənə de görüm o qalaça sənin babanınmı əlindədi? 
Bütün bu şəhəri gözəl göstərən bax o qalaçadı. 
Qız fikrə gedib dərindən bir ah çəkdi, sonra başladı. 
– Ey şahzadə, o qalaçanın tarixi çox uzundu. Söz ki, düşdü, 
mən söyləyim sən də qulaq as. 
Şahzadə dedi: 
– Hə, xanım söylə görək nə təhər, yəni uzundu? 
Nəzakət başladı söhbətə. 
– Ey şahzadə, o qalanın sahibinə Keyxan haramı deyillər. O 
haramı  başına  yüzlərlə  minlərlə  haramı  yığıb  orada  məskən 
salıb. Onlar xalqa çox ziyan vururlar. Kimin malı, atı o dağın bir 
qulağına gedib düşsə, ondan yiyəsinə xeyir olmur. Bir də görür-
sən ki, gecə-gündüz şəhərə basqın eləyirlər. Əllərinə keçən şeyi 
buraxmırlar, evləri talayırlar. Nə ki  yaxşı şey olsa götürüb apa-
rırlar.  Şəhərin  ən  yaxşı  göyçək  qızlarını  şəhərdə  qoymurlar. 
Hamısını  aparıb  o  qalaya  doldururlar.  Gündüzlər  dərviş,  sail 
paltarında şəhəri gəzib, yeri bələdliyirlər, gecə isə oranı dağıdıb 
talan eliyirlər. Şahzadə dedi: 
– Bəs baban bu işə nə deyir? 
Qız dedi: 
– Babam nə qədər qoşun çəkdirib, bir mümkün olmur. 
Sam dedi: 
– Hərgah mən oranı dağıtsam baban mənə nə verər? 
Qız gülüb dedi: 
– Nə istəsən? 
Sonra dedi: 
–  Babam  o  haqda  elə  qərar  çıxarıb  ki,  kim  o  haramını  öl-
dürsə, gözünün ağı-qarası bircə qızı... – utanıb başını yerə dikdi, 
sözün dalını demədi. 
Oğlan dedi: 
– Hə, xanım, utanmayın, sözünüzün dalını deyin görək. 


 
 
80
–  Sözümün  dalını  da  siz  başa  düşün-deyib  qız  özünü  ixti-
yarsız oğlana söykədi. 
Oğlan isə utana-utana qızın başını sığalladı dedi: 
–  Xanım,  siz  mənim  ürəyimi  xarab  elədiniz.  Mən  sabah 
onun meydanına gedəcəm. Allah ya ona verər, ya mənə. 
O gecəni də başa verdilər. Sabah açılan kimi Sam atını tələb 
elədi. Atı gətirdilər. Atın ziltəkini yeddi yerdən bərkitdi. Tərlan 
kimi ata sıçrayıb sonra üzünü Nəzakət xanıma tutub... 
–  Xanım,  siz  salamat  qalın.  Mən  bu  meydandan  bəlkə 
qayıtmadım. Əməyinizi mənə halal edin – deyib, ata bir tazyana 
çəkdi. At yeldən yeyin, sudan iti getdi. Sam bir də gözünü açıb 
gördü ki, həmin qalanın meydanındadı. Atın başını çəkib əylədi. 
İndi sizə xəbər verim, Keyxan haramıdan. Haramı gördü ki, 
meydanda bir cavan pəhlivan dayanıb, elə bil başına hava gəldi. 
Cəld  atını  minib  meydana  girdi.  Hər  iki  pəhlivan  meydanda 
üzbəüz dayandı. 
Haramı dedi: 
– Oğul, sən mənim adımı eşitmədinmi bura gəldin? 
Şahzadə dedi: 
– Elə sənin adını eşidib bura gəlmişəm. 
Haramı dedi: 
– Oğul, meydanın şərtini bilirsənmi? 
Sam dedi: 
– Nə şərtdi? Bu sən, bu da mən, ya allah sənə verər, ya mənə. 
Haramı  öz-özünə  dedi:  “Gəl  bu  cavan  oğlana  hərbə-zorba 
gəl: bəlkə qorxa, gedə, hayıfdı belə cavana qılınc vurmaq”. 
Sonra haramı qılıncı saz əvəzinə sinəsinə basıb dedi: 
– Oğlan, hələ de görüm, sən haralısan və nəçisən? 
Aldı Sam şahzadə: 
Şəhri Qəndilqala mənim məkanım, 
Səfərim Camədi, Keyxan haramı. 
Bəhləmisən Qeysi hərə dağların, 
Sanırmısan kəndin, bəyxan haramı. 


 
 
81
Aldı haramı: 
Kəndinə güvənib laf eləməynən, 
Ey Qəndilqaladan gələn şahzadə. 
İçərsən dəsdimdən əcəl şərbətin, 
Ağlar əhvalına gələn şahzadə. 
 
Aldı şahzadə: 
Küsüb də kəndindən et məni dərkuş, 
Ey sarsaq divana, kəndi kərəm huş, 
Cəhənnəm mərgini sənə qıllam nuş. 
Fayda verməz sənə qəvi xan, haramı. 
 
Aldı haramı: 
Mənim yurdum dağlar, daşlar bələnlər, 
Saysız-hesabsızdı burda ölənlər. 
Danışallar, söyləyəllər, biləllər, 
Tarixdə ad qoydum əlan, şahzadə. 
 
Aldı şahzadə: 
Samın sədasından dağlar titrəşir, 
Zərbi-sulətindən tab etməz bəşər. 
Dünyanı səninçün mən qıllam məhşər, 
Yazallar tarixdə duyxan, haramı. 
 
Aldı haramı: 
Sənin tək cocuqlar nə bilər cəngi, 
Xofumnan unudar tiri-xədəngi. 
Keyxan sınıdırıbdı hindi, firəngi, 
Bivaris əlimdə ölən, şahzadə. 
Söz tamama yetişdi, hər iki pəhlivan meydanda atlarını cöv-
lana  gətirib  qarşı-qarşıya  dayandılar.  Keyxan  haramı  bir  nərə 
çəkib dedi: 
– Ey cavan oğlan, növbət sənindi, ya mənim? 


 
 
82
Şahzadə dedi: 
– Bizlərdə qayda budu, əvvəlcə növbəni düşmənə veririk. 
Haramı dedi: 
– Onda qalxanı çək başına. 
Əmud endi Samın başına. Sam əmudu göydəykən vurub ye-
rə  saldı.  Keyxan  gördü  əmuddan  bir  murad  hasid  olmadı,  yenə 
bir dəli nərə çəkib dedi: 
– Cavan, budu gürz gəldi. 
Gürzdən də murad hasil olmadı. Qərəz, növbə gəldi Sama. 
Hər iki qəhrəman silahlarından o silah qalmadı ki, işlətməsin. 
Müxtəsəri  deyək  ki,  ustadın  dediyinə  görə  səhər  tezdən  dava  ge-
dirdi.  Elə  bil  ki,  göyün  üzünü  bulud  tutmuşdu.  Hər  tərəfi  duman, 
toz  bürümüşdü.  Nərə  səsindən,  atların  kişnəməsindən  bir  gurultu 
var  idi  ki,  qulaq  tutulurdu.  Əmud,  qalxan,  gürz,  qılınc,  nizə  bir-
birinə  dəydikcə  göydən  qığılcım,  od  tökülürdü.  Sam  az  qaldı  ki, 
haramının  əlində  həlak olsun.  O, qılıncı  Keyxanın  harasından  vu-
rurdu, polada dəyirdi. Gördü ki, olmayacaq, odur ki, haramının qo-
lu yuxarı qalxanda qoltuğunun altından Rüstəmyana bir nərə çəkib 
elə bir qılınc vurdu ki, Keyxanın sağ qolu tamam bir saat göydə fır-
landı yerə düşdü. Dalınca da elə bir qılınc vurdu ki, başı bədənin-
dən beş qələm aralı düşdü, sonra isə geri dönüb qalan haramıların 
dağıntısını dağnan bir eləyib qalaçaya daxil oldu. Nə gördü? Gördü 
ki tamam iki padşahın xəzinəsinin qızılı buraya yığılıb. Sam burada 
qalmaqda olsun, indi sizə ərz eləyim şəhər əhlindən: 
Bu  şadlıq  xəbəri  bütün  aləmə  yayıldı.  Enzingan  şəhərində 
nə  ki  ayağı  tutan  vardısa,  hərə  bir  xurcun,  ya  çuval  götürüb 
özlərini  qalaçaya  yetirdilər.  Bu  qalaçada  nə  ki,  qızıl,  gümüş 
başqa şey var idisə, birini də qoymadılar. Çünki Samın belə əhdi 
vardı  ki,  əgər  mən  o  qalaçanı  alsam,  orada  nə  olsa  xalqa  pay-
layacam. Elə də elədi: 
İndi  sizə  kimnən  xəbər  verim,  bu  şəhərin  padşahından. 
Padşah bu əhvalatı eşidən kimi əmr etdi öz imarətindən qalaçaya 
qədər nayandaz düzüldü, sonra dedi: 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə