Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə18/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   14   15   16   17   18   19   20   21   ...   99

 
 
67
Onlar  burda  qalmaqda  olsunlar,  indi  də  sizə  bir  az  şahın 
bağbanından danışım. 
Bu bağban ömrünün çoxunu şahın gülşən bağçasında keçir-
mişdi.  Buna  görə  də  şah  onun  xətrini  çox  istəyirdi.  Bağban  da 
çox  qocalmışdı  ona  baxmayaraq  yenə  də  bağa  baxan  o  idi. 
Günlərin birində bağban gecə yatdığı zaman gördü ki, bir adam 
başının üstünü kəsib deyir: 
–  Qoca  kişi,  hasarın  dibində  bir  alma  ağacı  bitib,  onu 
oradan  çıxart,  apar  çarhovuzun  sol  tərəfində  basdır,  ona  yaxşı 
qulluq  et,  o  alma  ağacı  mətləbrüzyədir.  Çox  keçməz  o  alma 
ağacı yekələnər və bir alma gətirər. O almanı dər apar şaha ver. 
Qoca kişi sərsəm qalxıb heç kəsi görmədi və bir qədər fikrə 
gedib  yuxusu dağıldı, durub alma ağacını axtarmağa  başladı  və 
tapıb  deyilən  kimi  əməl  etdi.  Çox  çəkmədi,  ağac  böyüyüb  bir 
dənə  alma  gətirdi.  Qoca  bağban  şükür-sənasını  yerinə  yetirib 
almanı budaqdan üzüb, gətirib şahın imarətinə daxil olub başına 
gələn  əhvalatı  şaha  nağıl  edib  almanı  təqdim  etdi.  Şah  almanı 
götürüb  bağbana  bir  qədər  qızıl  ənam  etdi.  Bağban  razılıq  edib 
çıxıb getməkdə oldu. O saat şah arvadını hüzuruna çağırıb alma-
nı iki yerə bölüb bir hissəsini özü, bir hissəsinin də arvada verib 
mətləbini  söylədi.  Müxtəsəri deyək ki,  bir qədər  vaxt keçəndən 
sonra Dilaramiçəng hamilə oldu. 9 ay, 9 gün, 9 saat, 9 dədqiqə, 
9 saniyə tamam olan kimi qadın  yükünü  yerə qoydu. Bir oğlan 
uşağı  oldu.  Bütün  şəhər  əhli  toplanıb  şaha  gözaydınlığına  gəl-
dilər. Şah da həmin gün şah sarayında böyük bir ziyafət düzəldib 
xalqı qonaqlığa çağırdı. Nə ki şəhərdə dükan, bazar, yeməkxana 
və çayxana var idi orada yeməklər pulsuz satıldı. Bir neçə gün-
dən  sonra  camaat  yığılıb  uşağa  ad  qoymağa  gəldilər.  Çox  söh-
bətdən  sonra  uşağın  adını  Sam  qoydular.  Uşaq  dayəyə  verildi. 
Belə-belə uşaq böyüməyə başladı. Müxtəsəri deyək ki, uşağın 8 
yaşı tamam olan kimi onu mollaxanaya qoydular. Bir neçə bilici 
molla  uşağa  dərs  deməyə  başladı.  Vaxt  gəldi  keçdi  Sam  on 
yeddi yaşa doldu. O çox bilici, çox güclü oğlan idi. 


 
 
68
Günlərin birində uşağın  əlindən mollalar şaha şikayətə get-
dilər  ki,  Sam  daha  bizim  sözümüzə  baxmır.  Şah  o  saat  Samı 
hüzuruna  çağırıb  oğluna  nəsihət  verməyə  başladı.  Sam  şahın 
qarşısında diz üstə çöküb atasına cavab verdi: 
–  Atayi-mehriban,  mənə  mollalıq  əl  vermir,  çünki  bizim 
şəhərdən başqa, sarayda 40 molla var. Bir iş olsa bunların özünə 
düşməz, bəs mən nə edərəm? 
Şah soruşdu: 
– Oğul, bəs sənə nə iş, nə sənət əl verər? 
Sam cavab verdi: 
– Mənə pəhlivanlıq xeyirli sənət olar. Bu sənət xeyirlidir. 
Şah oğlunun sözünü  yerə salmayıb, o dəm  əmr  elədi ki, ona 
pəhlivanlıq  dərsi  keçilsin.  Bəli,  bir  neçə  vaxt  da  ona  pəhlivanlıq 
dərsi keçdilər, ta ki Sam 19 yaşa çatdı. Günlərin bir günündə Sam 
gəzə-gəzə gəlib  gülşən  bağına çıxdı. Orda  bir qədər dolanıb  alma 
ağacının  altında  dincəldi.  Yatıb  yuxuya  getdi.  Bir  qədər  yatandan 
sonra bir də gördü ki, başının üstündə bir nurani dərviş durub deyir: 
– Oğul, dur bu badəni nuş elə. 
Sam deyir: 
– Dərviş baba, o badə bizə layiq deyil. Atamız icazə vermir 
içək. 
Dərviş dedi: 
–  Oğul,  bu  badə  o  badələrdən  deyil.  Bu  sevgini  sevgiyə 
yetirən badələrdəndi. 
Oğlan, badəni alıb nuş elədi, dedi: 
– Ağa dərviş, yandım bir çarə. 
Dərviş şəhadət barmağının arasını göstərdi. 
– Oğul nə görürsən? 
Sam dedi: 
– Uzaq yollar, bir şəhər. 
Dərviş dedi: 
– Oğul, daha nə dörürsən? 
Oğlan dedi: 


 
 
69
– Bir imarət, içində də bir gözəl qız görürəm. 
Dərviş dedi: 
– Oğul, o qızı sənə buta verirəm, səni də ona. Çox keçməz 
ona  yetişərsən.  O  qız  Cəm  şəhərinin  padşahı  Cəmşidin  qızı 
Məsləhət xanımdı. Çox çəkməz ki, sevgilinə yetərsən. 
Oğlan  bihuş  üzü  üstə  yerə  yıxıldı.  Oğlan  yatmaqda  olsun, 
sizə  xəbər  verim  bağbandan.  Qoca  bağban  yavaş-yavaş  gəlib 
oğlanı  bu  halda  gördü.  Bağban  öz-özünə  düşünür:  “Şükür  sənə 
ya  rəbbi,  bədbəxt  bu  almanı  özü  verdi,  özü  də  aldı.”  –  deyib 
birbaşa getdi şahın hüzuruna, əhvalatdan şahı hali eylədi. O dəm 
oğlanı  özü  halda  imarətə  gətirdilər.  Nə  ki,  molla,  həkim  varsa 
ora toplandılar. Biri dedi dəli olub, biri dedi qudurub. Biri dedi 
bunun duası məndədi. Bu vaxt bir təbib gəlib dedi: 
– Bunun xəstəliyini məndən başqa heç kim başa düşməz. 
Təbib oğlanın vəznindən bərk sıxan kimi oğlan gözünü açıb 
gördü ki, nə ki  molla, təbib  varsa, hamısı  bura toplanıb. O saat 
təbib dedi: 
– Oğul, haran çox bərk ağrıyır, mənə de, mən müalicə edərəm. 
Bu  sözddən  sonra  Sam  bir  saz  istədi.  O  saat  ona  bir  saz 
tapıb verdilər. Sam götürüb görək təbibə nə dedi: 
Ay təbib, əl vurma, haqqı sevərsən, 
Nə xəstəyəm, nə də yaralıyam mən. 
Bir ala gözlünün fərağındayam, 
Pünhanı eşqindən saralıyam mən. 
Təbib dedi: 
– Oğul, mən ki, sənin sözündən bir şey başa düşmürəm, nə 
demək istəyirsən? Sən ki, xəstəsən. 
Sam dedi: 
– Təbib haqq ilə danış, mən xəstə deyiləm. Qulaq as gör nə 
deyirəm. 
Oldum bir gözəlin payi-bəstəsi, 
Həm yar ənisuru, dil şikəstəsi. 
 


 
 
70
Qəmin barkeşi hicran xəstəsi, 
Nə qədər vətəndən aralıyam mən. 
Təbib dedi: 
– Oğul, başa düşmürəm, açıq de. 
Bir tərəfdən günü keçmiş bir qarı dedi: 
–  Doğrudu,  siz  həkimsiz,  mollasız,  siz  başa  düşməzsiz, 
amma  mən  yaxşı  başa düşürəm. Rəhmətlik kişi  ilə  mən də belə 
olmuşdum. Oğul,  sən de görüm  harada gördün qızı  və  nə təhər 
rücah oldun? 
Mənə rücah oldu aləm-vağyadə, 
Pirimin dəstindən nuş etdim badə, 
Məsləhət ərz etdi, ey Sam şahzadə, 
Diyari-Cəmşidin maralıyam mən. 
Söz  tamama  yetdi.  Bütün  camaat  Samın  dərdindən  hali 
oldu. Bir neçə gün qalandan sonra Samın ürəyində eşqin dəryası 
təlatüm elədi, o dözə bilməyib  yola düşməyi qərara aldı, anası-
nın hüzuruna gəlib getmək üçün görək necə icazə istədi: 
Ana, Cəm şəhərinə qılıram güzar, 
Tərk edib ölkələr, ellər gedirəm. 
Fələyin tədbiri beləymiş mənə, 
Qürbət vilayətə yollar gedirəm. 
Anası Dilaramiçəng oğlunun getməsinə razı olmayıb dedi: 
– Oğul, bəyəm baban sənin getməyinə razıdırmı? 
Sam anasının cavabında dedi: 
Böyük şah babamnan qıllam iltimas 
Əfv etsin, hüzrundan oluram xilas. 
Zənburun şanına meyl etsə məkəs, 
Od tutar ahundan çöllər, gedirəm. 
Anası dedi: 
–  Oğul,  bu  qədər  Məcnun  kimi  nalə  çəkmə,  bizə  yazığın 
gəlsin. 
Anasının cavabında Sam görək nə dedi: 
 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə