Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə26/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   22   23   24   25   26   27   28   29   ...   99

 
 
99
Söz  tamam  oldu,  hər  iki  pəhlivan  əl  atdı  qılınca.  Təhri 
qışqırdı,  növbət  Sama  yetişəndə  qoltuğunun  altından  bir  qılınc 
vurub  öldürdü.  Qoşun  cah-cəlalla  Sama  yetişdi.  Sərkarın  biri 
açarları  Sama  verdi.  Sam  bir-bir  qapıları  açdı,  nə  qədər  ləli-
cəvahir var idisə qoşuna payladı. 
Təhrinin sərkərdələrindən biri dedi: 
– İki qoca zindandadır. Onları burax. 
Sam  gördü  zindanda  olan  qocalar  öz  atasıynan  onun  vəzi-
ridi. Üz-gözləri tüklənib. Sam onlarla görüşüb öpüşdü. 
Sam soruşdu: 
– Atayi-mehriban, nə səbəbə təxti-tacı buraxıb zindana düş-
müsən? 
Atası dedi: 
– Səni axtarmağa çıxmışdım. Birdən hər yeri duman basdı, 
bizi tutub bu qalaçaya gətirdilər. 
Atası  ilə  vəziri  götürüb  öz  şəhərlərinə  gəldilər.  Şadyanalıq 
keçirildi.  Sam  şahzadəyə  qırx  gün,  qırx  gecə  toy  oldu.  Onlar 
murad hasil elədilər. 
 
Yaradıcısı: El şairi Təhlə Novruz 
Söyləyəni: Aşıq Ülfət 
 
 


 
 
100
ZƏRQAM ŞAH 
 
Sizə  kimdən  danışım,  nədən  söyləyim,  Səməngan  şəhərin-
dən  və onun  hökümdarı Xarəzm şahdan. Bu  şahın o qədər  var-
dövləti  var  idi  ki,  dəryalar  mürəkkəb  olsa  meşələr  qələm,  yenə 
də onun hesabına çatmazdı. Amma övlad sarıdan Allah ona kəm 
baxmışdı.  Ömrünün  çoxunu  keçirsə  də  özündən  sonra  var-
dövlətinə  sahiblik  edəcək  bir  varisi  yox  idi.  Şah  qocaldıqca  bu 
dərd onu əyir, fikir, qəm-qüssə ona rahatlıq vermirdi. 
Şah bir dəfə arvadı Bənzərbanunu yanına çağırıb taleyindən 
şikayətlənir  və  dərdini  onunla  bölmək  istəyir.  Bu  vaxt  şahın 
otağına bir dərviş daxil olur. Şah dərvişi görüb çox qəzəblənir və 
onu  buraya  kimin  buraxdığını  soruşur.  Dərviş  cavab  verir  ki, 
özüm gəlmişəm, həm də xeyrxahlığa gəlmişəm.  
Şah deyir: 
– Mən şah, sənsə qapı-qapı gəzən dərviş, mənə nə xeyr verə 
bilərsən? 
Cavabında dərviş deyir: 
– Mən sənin çatışmayan payını verməyə gəlmişəm. 
Şah  bu  sözləri  eşidən  kimi  dərvişə  deyir  ki,  əgər  sözlərin 
doğru olsa, səni dünya malınnan qane edərəm. 
Dərviş gülümsünüb cavab verdi ki, mənə heç bir dünya malı 
lazım deyil, mən pay alan yox, pay verən dərvişlərdənəm. – Bun-
dan sonra əlini cibinə atıb bir alma çıxartdı və şaha uzadıb dedi: - 
Al bu almanın qabığını soy, ilxındakı kəhər madyana ver, özünü 
də iki yerə böl, yarısını özünə götür, yarısını da Bənzərbanu xanı-
ma ver. Axşam araya gələndə hər ikiniz almanı yeyib baş yastığa 
qoyarsınız.  Sizin  bir  oğlunuz,  almanın  qabığını  yeyən  madyanın 
isə  gözəl  bir  qulunu  doğulacaq.  Uşağa  Zərqam,  madyanın  qulu-
nuna isə Taryel (Tanrı yel) adı verərsiniz. O quluna yaxşı qulluq 
edərsiniz, çünki Zərqamı ondan başqa heç bir at gəzdirə bilməz. 
Bunu dedikdən sonra dərviş şahdan soruşur: 
– Bəs, o yandan gələn adamı otağa kim buraxdı? 


 
 
101
 Xarəzmşah  tez  dönüb  dərvişin  göstərdiyi  tərəfə  baxır,  heç 
kəsi görmür. O geri çevrilənə qədər dərviş qeyb olur. Şahla arva-
dı  təəssüflə  əllərini  dizlərinə  vururlar.  Ancaq  iş-işdən  keçmiş, 
olan olmuşdu.  
Hökmdarla  arvadı  dərvişin  dediklərinə  əməl  edirlər.  Aylar 
keçir, günlər dolanır, Bənzərbanunun gözəl bir oğlu olur. Sarayda 
şadlıq  başlanır.  Uşağın  adını  Zərqam  qoyurlar.  Qulunluqda  olan 
madyanın  da  gözəl  bir  qulunu  doğulur.  Zərqamın  tərbiyəsini 
dayələrə, quluna qulluq etməyi isə xüsusi mehtərlərə tapşırdılar. 
Zərqamı dayə tərbiyəsindən sonra məktəbə qoydular. O, on 
beş  yaşına  qədər  məktəbdə  təlim-tərbiyə  aldı.  Onun  ağlına, 
gözəlliyinə hamı heyran qalmışdı. 
Günlərin  birində  Zərqam  bağda  gəzmək  üçün  atasından 
icazə  alır.  Bağda  o  qədər  gəzir  ki,  yorulur  və  gəlib  bulaqda  əl-
üzünü  yuyub  dincəlir.  Burada  onu  yuxu  aparır.  Zərqam  bir  az 
yatandan sonra onu yuxudan oyadırlar. Oğlan görür ki, qarşısın-
da göy əmmaməli, nurani bir dərviş dayanmışdır.  
 – Oğul, nə yatmısan, aç gözünü, bax , gör nə görürsən? 
 Zərqam cavab verir ki, uzaq yollar. 
 – Daha nə görürsən? 
 – Bir şəhər, şəhərdə  böyük  bir ev  və güləfirəngidə dayan-
mış bir qız. 
 –  O  qız  Seystan  hökmdarı  Əmir  Sultanın  qızı  Əfruzu  Ca-
handır. Onu sənə, səni ona göstərdim, get, inşallah taparsan. 
– Oğul, o gələnlər səninmi yoldaşlarındır? 
Zərqam  dönüb  dərvişin  göstərdiyi  tərəfə  baxdı,  ancaq  heç 
kəsi  görmədi.  Bu  tərəfdən  də  dərviş  yoxa  çıxdı.  Bunu  görən 
Zərqamın ah-naləsi göyə ucaldı, sinəsi alışıb yandı. Təsəlli üçün 
Ənbiyaya görək götürüb nə dedi: 
     Əzizməşşan küllü kanı yaratdı, 
     Necə xəlq eylədi “Yasin- Əmməni”. 
     Arif məclisində qoyaq araya, 
     Ya imtahana çək, ya sına məni. 


 
 
102
     İcad oldu iki dürrülə məkan,                        
     Camalın şövqündən buldu lamə kan. 
     Vadeyi-səhrada edən laməkan, 
     Ya pirim, ya birim, ya sinəm məni. 
 
     Anlasan, sözümün var a mayağı,                  
     Baş alıb sinəmdən vərəm ayağı. 
     Görüm ürcah olsun vərəmə yağı, 
     Etməsin, Zərqamam, yası nəm məni. 
Söz  tamama  yetdi.  Zərqamın  ağlı  başından  çıxdı.  Huşunu 
itirib  bulaq  başında  yerə  uzandı.  Üç  gün  ağzından  köpük  daş-
dandı, ancaq özünə gəlmədi.  
Gəl  eşit  bu  tərəfdən  Xarəzm  şahdan  və  Bənzərbanudan. 
Bunlar Zərqamın yox olmasını eşitdikdə elə bil ki, başlarına od 
ələndi,  ah-nalələri  ərşə  dayandı.  Şah  əmr  etdi  ki,  hamı  tökülüb 
onun  oğlunu  axtarsın.  Hər  tərəfə  adam  göndərildi.  Nəhayət, 
qulluqçular Zərqamı bağdakı bulağın üstündə yatmış gördülər və 
şaha xəbər apardılar. Oğlunun tapıldığını eşidən kimi anası özü-
nü  bulağın  üstünə  yetirdi.  Zərqamın  dünyadan  xəbərsiz  yatma-
sını  görəndə  elə  bil  ki,  başına  od  ələndi.  Saçından  üç  tel  ayırıb 
sinəsinə basdı və görək Zərqamı necə oyatdı. 
        Kimlər çaldı layla yatdın, 
        Dur qəflətdən oyan, Zərqam. 
        Könlümdə qəmlər oyatdın, 
        Dur qəflətdən oyan, Zərqam. 
 
        Çeşmim yaşı axar hər an, 
        Misali seli firavan. 
        Gözün aç, mən sənə qurban, 
        Dur qəflətdən oyan, Zərqam. 
 
        Bənzərbanu könlü qəmli, 
        Ürəyim dərdli, ələmli. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə