Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə23/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   19   20   21   22   23   24   25   26   ...   99

 
 
87
Öz-özünə  fikirləşdi  ki,  ölməyə  də  mərdlik  lazımdı  –  deyib 
öz atını cövlana gətirdi. Meydanda onunla üzbəüz dayandı, dedi: 
– Növbə sənindi, ya mənim? 
Həmin İfritə pəhlivan dedi: 
–  Ey  cavan  oğlan,  meydanın  şərtini  bilirsənmi,  yoxsa  elə-
belə davaya başlayaq. 
Sam şahzadə dedi: 
– O ki, meydanın şərtini xəbər alırsan, indi qulaq as, gör nə 
deyirəm? 
Aldı Sam şahzadə görək nə dedi: 
Kim mənim cəngimə etsə ictinab, 
Ruzigarı siyah tiri-tar olar. 
Ya Əli, deyibən nərə çəkəndə, 
Surəti zərbimdən o, bimar olar. 
Aldı cavabında İfritə: 
Anla sözüm adam oğlu, dər güzəşt, 
Səndə bir nəsiyyət yadigar olar. 
Məğrurluq eyləmə, zor düşər sənə, 
Xoş xəyal dərrakə dağıdar olar. 
 
Aldı Sam: 
Səceyi-Rüstəməm, etməm ictinab, 
Sahibi-nizəyəm, mən Əfrasiyab. 
Pirim imamətdi, o şiri ərəb, 
Ziynəti dilimdə aşikar olar. 
 
Aldı İfritə: 
Mənə gəlmə hərbə-zoru, bilmişəm, 
Rüstəmi ləngahari bilmişəm. 
Cəmi cümlə hər məşhuri bilmişəm. 
Çağır kimlər sənə pərəskar olar. 
 
 


 
 
88
Aldı Sam: 
Mənə qüdrət verib xaliqi-sübhan, 
Müxənnət kimsəni kor eyləsin nan. 
Sam da rəzmidə cəhl edən zaman 
Heybətimdən şəmşir abidar olar. 
 
Aldı İfritə: 
Canda bir sahiridi cahan içində, 
Yanarsan alovda, suzan
1
 içində. 
Bir baği-bağçada üryan içində, 
Əgər sağ qalasan, iftixar olar. 
Söz tamam oldu. Hərbə-zorbadan sonra  hər  iki pəhlivan  əl 
atdı  qılınc-qalxana.  Bir  qədər  vuruşmadan  sonra  Sam  gözünü 
açıb gördü ki, bir bağın içində üryan yatıb. Cəld durub hərləndi 
ki, yol tapsın, ancaq mümükün olmadı. 
Müxtəsəri deyək ki, otuz doqquz gün bağda üryan hərləndi. 
Nə  ki  ürəyi  istəyir,  bu  bağda  tapılırdı.  Qırxıncı  gün  gördü  ki, 
həmin meydanda o İfritəylə dava eliyir. Qırx gün də keçən kimi 
yenə gözünü açıb özünü bağda gördü. Bir neçə belə qırx günlər 
gəlib keçməkdə olsun. Sam get-gedə zəfəran kimi saraldı. Sonra 
isə  xəstə  düşüb  yatan  zaman  öz-özünə  fikir  elədi.  Mən  ki 
özbaşına  bu  azara  düşməmişdim.  Məni  bu  yola  dəlalət  eləyən 
kişi  var,  gəl  o  kişini  çağır,  bəlkə  sənə  köməyi  dəydi.  Həmin 
vağyasında gördüyü kişini görək necə çağırdı və nə dedi: 
Sən gördün məni qəflətdə, 
Aşikar ol, ərən bir gəl. 
Mərd igidlər ağasısan, 
Diləkləri verən bil gəl. 
 
Ərənlərin şahı sənsən, 
Yerin, göyün mahi sənsən. 
                                                             
1
 suzan – alov, od 


 
 
89
Şahın qərərgahı sənsən, 
Camalı xoş vuran, bir gəl. 
 
Sam cidadı xanasından, 
Yağmur qarın havasından. 
Olmamışdan anasından, 
Lalə, nərgiz dərəm, bir gəl. 
Söz  tamam  olan  kimi  Sam  gördü  ki,  həmin  qoca  kişi 
başının üstündə durub. Sonra Sama dedi: 
– Oğul, məni  nə üçün çağırdın? Özünə agahdı. Səni tilsimə 
salıblar.  Sənin  bu  tilsimdən  çıxmağının  bircə  əlacı  var,  o  da  öz 
fərasətindən asılıdır. Bu gün otuz doqquzuncu gündü. Səhər yenə 
səni İfritə öz meydanına aparacaq, onda sən bacar onun əlindəki 
qılıncı  vur  yerə  sal,  cəld  o  qılıncı  götür,  öz  qılıncı  ilə  onu  vur. 
Əgər  öz  qılıncı  olmasa  ona  ölüm  yoxdu.  Sonra  isə  al,  sənə  bir 
lələk  verim.  O  lələyi  yandıran  kimi  bir  quş  gələr  sənin  yanına. 
Həmin  quş  sənin  sözündən  çıxmaz.  Nə  istəsən, o yerinə  yetirər. 
Oğul, daha mən getdim, ancaq dediklərim yadından çıxmasın. 
Sam daha qoca kişini görmədi. Öz-özünə “Əcaba, mən başa 
düşmürəm bu möcüzədi, ya yuxudu, yoxsa bu bir sirdi, ya rəb nə 
ola səhər fürsət əlimə keçə, mən bu zindandan qurtaram” – deyə 
fikirləşdi,  bir  də  gördü  yenə  öz  atının  belində  həmin  İfritəynən 
üz-üzə  meydanda  dayanıb.  Öz-özünə  ürək  verib,  cəld  İfritənin 
qılıncını  vurub  əlindən  yerə  saldı.  Tez  həmin  qılıncı  götürdü. 
İfritəyə elə bir qılınc endirdi ki, başından dəyən qılınc bir qədər 
də torpağa işlədi. İfritəyə dedi: 
– Ey məlun, bir hərəkət elə görüm. 
İfritə  istədi  ki,  hərəkət  eləsin,  bacarmadı,  ondan  bir  inilti, 
gurultu qopdu ki, gəl görəsən. Yıxılan zaman Sam gördü ki, ifri-
tə  iki  şaqqadı,  çəksən  bir-birindən  oyan-buyan  olmaz.  Sam 
başını qaldırıb gördü əyə, burada nə bağ var, nə baxça, nə hasar, 
heç bir şey yoxdu. Elə hamısı bu İfritəynən yox olub. 
Müxtəsəri  deyək.  Sam  yenə  yoluna  davam  etməkdə  oldu. 
Bir neçə gün at sürdü. Gəlib bir yaxşı mənzərəli yerə çıxdı, dedi: 


 
 
90
– Burada bir az dincəlim, atın da yorğunluğu çıxsın. Sonra 
gedərəm. 
Atdan  düşdü,  atı  ota  buraxıb  özü  dincələn  zaman,  həmin 
qoca  kişinin  verdiyi  lələk  yadına  düşdü.  Tez  lələyi  yandıran 
zaman  bir  murğu  quşu  güllə  kimi  özünü  yetirib  onun  yanına 
düşdü. Sam quşu əlinə alıb başını sığalladı. Sonra öz-özünə fikir 
eləyirdi ki, yaxşısı budu gecə-gündüz yolunu gözləyən sevgilisi 
Məsləhət  xanıma  bir  məktub  yazım,  gəlməyimi  bilsin,  həm  də 
başıma  gələn  əhvalatdan  da  hali  olsun.  Kağız-qələm  götürüb 
görək murğu quşu ilə nə demək istəyir: 
Murğu, yetir mənim ərzi-halımı, 
Nazlı Məsləhətə bir xəbər eylə. 
Aylar, illər həsrətini çəkdiyim, 
O yarı afətə, bir xəbər eylə. 
Sonra görək başına gələn əhvalatdan daha nə yazdı: 
Şəruru can ilə oğradım cəngə, 
Məğlub eyləyibən gətirdim təngə. 
Güc verdim şəmşirə, tiri-xədəngə 
Qoşuldum höcətə bir xəbər eylə. 
 
Qələm, davat olar mahir əlində, 
Çox çəkdim zalımın qahir əlində. 
Sam da sarsışmadı sahir əlində 
Zor gəldim zillətə, bir xəbər elə. 
Söz tamam oldu. Məktubu qatlayıb sanlı murğunun ayağına 
bərk  bağladı.  Murğunu  əldən  buraxdı.  Sonra  durub  atın  ziltən-
gini bərkidib yola düşdü. 
Sam  gecə-gündüz  yol  getməkdə  olsun,  indi  sizə  bir  balaca 
Məsləhət  xanımdan  nağıl  eləyim.  Məsləhət  xanım  gecə-gündüz 
sevgilisi  Samın  yolunu  gözləyirdi.  Qız  fikrə  getdi.  Samı  necə 
röyada  görmüşdü,  gözünün  qabağına  gəldi.  Az  qaldı  ki,  dəli-
divanə  olsun.  Bilmirdi  ki,  nə  eləsin.  Sonra  durub  öz  baxçasına 
gəzməyə çıxdı. Baxçada tək-tənha elə gəzirdi ki, elə bil bir itiyi 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə