Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə22/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   18   19   20   21   22   23   24   25   ...   99

 
 
83
– O haramını kim öldürüb gərək mənim yanıma payandazın 
üstü ilə gəlsin. 
Qərəz, elə də elədilər. Sam ta gəlib  padşahın  yanına  çıxdı. 
Padşah Samı görcək durub alnından öpüb yanında əyləşdirdi. O 
saat  şadlıq  məclisi  düzəldi.  Bir  neçə  gün  yeyib-içəndən  sonra 
Samdan soruşdu: 
– Oğul, indi bir de görüm sən kimsən və haralısan? Haradan 
gəlib hara gedirsən? 
Sam haralı olduğunu, haraya gedəcəyini başdan-ayağa pad-
şaha  nağıl  elədi. Şah  məzmundan hali olan kimi  bir adam gön-
dərib  qızını  hüzuruna  çağırdı.  Nəzakət  xanım  yüz  işvə-nazla 
imarətə daxil oldu. Ona yer göstərdilər. Xanım oturandan sonra 
şah Sama dedi: 
–  Oğul,  bu  mənim  gözümün  ağı-qarası  bircə  qızımdı. 
Qızımı  bura  çağırmaqda  məqsədim  budur  ki,  sən  də  məsələdən 
hali olasan. 
Sam soruşdu: 
– Ey qibleyi-aləm, ixtiyar sizindi, buyurun. 
Padşah dedi: 
– Oğul, mən belə əhd etmişdim ki, kim o haramını öldürsə, 
qızımı ona vercəyəm. İndi bu qızım, bu da sən. 
Sam  razı  qaldı.  Həmin  gündən  toy  tədarükü  görülməyə 
başlanıldı. Ustadın deməyinə görə qırx gün, qırx gecə toy oldu, 
qızı verdilər oğlana. Bir neçə gün Sam Nəzakət xanımın yanında 
qaldı.  Ancaq  Sam  onunla  bacı-qardaş  kimi  rəftar  edirdi.  Qız 
məsələni başa düşə bilmirdi. Bilmirdi ki, bu nə işdi. 
Günlərin  birində  Nəzakət  xanım  imarətdə  oturub  qəmgin 
halda gəmisi dəryaya qərq olan kimi fikrə getmişdi. Sam Nəzakət 
xanımı bu halda görüb eşq dəryası cuşa gəldi, aldı görək nə dedi: 
Gəldim mehman oldum, səni şad edim, 
Oyan bu qəflətdən dur, ala gözlüm. 
Peykan kipriklərin tökər qanımı, 
Çək sinəm üstündən vur, ala gözlüm. 


 
 
84
Sənin gül camalın dağlar laləsi, 
Tökülən dəstindən dost piyaləsi, 
Camalın şöləsi, gözün alası, 
Salıbdı aləmə şur, ala gözlüm. 
 
Samı bənd elədi zülfü muyuncan, 
Sərv də olmaz qamətincə, boyunca. 
Saxlaram nişanə dünya durunca, 
İsrafil çalınca sur, ala gözlüm. 
Söz tamam oldu. Nəzakət xanımın könlünü alıb, məsələdən 
hali elədi. Sonra isə dedi: 
– Əziz mehribanım, mən öz sevgilimin dalınca gedirəm. Əgər 
bu yoldan sağ-salamat qayıdaramsa, onda gəlib səni də apararam. 
Qız razı olub dedi: 
– Sam şahzadə, indi ki, gedirsən, babamnan icazə al, ondan 
sonra  get.  Sənə  uğurlar  olsun.  Mən  ölənə  kimi  səni  gözləyib, 
sənin günlərini sanayacam. 
Sam  həmin  gün  durub  gəldi  Kavə  şahının  yanına.  Bir  qədər 
söz-söhbətdən sonra məsələdən onu hali elədi, getməyə icazə istədi. 
Kavə şah bir qədər fikrə gedib dedi: 
–  Oğul,  Cəm  şəhəri  çox  uzaq  uoldadı,  çox  da  uzaqdadı  və 
qorxuludu.  Çünki  o  şəhərnən  bizim  şəhərin  arasında  böyük  bir 
təhlükə var. O təhlükə həm bizə ziyan verər, həm də Cəm padşa-
hına. O elə bir şeydi ki, ona güc çatmaz, çünki o tilsim kimi bir 
işdi. İndi ona görə mən sənin getməyini məsləhət görmürəm. 
Sam  gördü  ki,  şah  ona  icazə  vermək  istəmir.  Sam  işi  belə 
görəndə şaha dedi: 
–  Ədalətli  şah  icazə  ver,  sinəmə  bir  xanə  gəlib  deyim,  siz 
qulaq asın. 
Şah icazə verdi. Sam götürüb görək nə dedi: 
Başına döndüyüm ədalət şahım, 
Belə itaətdə yalan deyiləm. 
Əhdi-peyman etdim nazlı yar ilə. 
Mən ki ilqarıma yalan deyiləm. 


 
 
85
İraqdı yollarım, rahımdı
1
 uzaq, 
Canansız bu cahan mənimçün duzaq. 
Bəndə işi deyil, bəs necə pozaq, 
Peymanıma xilaf olan deyiləm. 
 
Belədi Sam üçün haqqın ətası, 
Mövlamın dəstindən nuş etdim tası. 
Şahi-Cəmşid Nazlı yarın atası, 
Unudub eşqindən solan deyiləm. 
Şah gördü ki, istər-istəməz şahzadə gedəsidi, dedi: 
– Oğul, gedirsən get, mən bir şey demirəm, ancaq mən belə 
məsləhət  görürəm  ki,  sən  tək-tənha  getməyəsən.  Özünnən  bir 
neçə min qoşun və sərkərdə aparasan, çünki yol çox qoruxuludu. 
Sam şahzadə şahın cavabında dedi: 
–  Ədalətli  şah,  əgər  qoşun  götürsəydim,  atamın  sərkər-
dələrindən güclü qoşun götürərdim. Çünki bu əziyyəti gərək tək 
mən  çəkəm:  qoşunun  günahı  nədi  ki,  mənimlə  bərabər  əziyyət 
çəksin? Mənə sən yalnız icazə ver, gedim. 
Şah dedi: 
– Oğul, get, sənə yaxşı yollar olsun, ancaq Nəzakət xanım-
dan da izin al. 
Sam  şahla  öpüşüb  görüşdü,  sonra  Nəzakət  xanımın  yanına 
getdi. Yol tədarükü gördülər. Yola düşən zaman Nəzakət xanım 
dedi: 
– Əzizim şahzadə, uzaq səfərə gedirsən, ola bilsin ki, deyiləsi 
sözün  olar.  Ancaq  məndən  gizlətmə.  Çünki  mənim  ürəyim  sənə 
bağlıdı. Mənim borcumdu sənin sözlərini yadımda saxlayım. 
Nəzakət xanım bir balaca yana çevrildi, ala gözlərindən yaş 
tökdü.  Şahzadə  Nəzakət  xanımı  belə  dözülməz  dərddə  qoyub 
getməyə  peşimançılıq  çəkirdi.  Ancaq  nə  çarə.  Üzünü  Nəzakət 
xanıma çevirib. 
                                                             
1
 rah – yol  


 
 
86
–  Mənim  məhbubum,  ağlamaqdan  keçib,  bir  neçə  söz  de-
mək istəyirəm. Bu sözlərimi yadından çıxartma. Hərdənbir məni 
yadına sal – deyən zaman Nəzakət xanım gözələrini silib dedi: 
– Hə, şahzadə, de görüm nə demək istəyirsən? 
Nəzakət xanımın cavabında Sam dedi: 
– Sənə bir neçə söz tapşırıb gedirəm. 
Götürdü görək nə dedi: 
Sağın seyrəqibdən alagöz sonam, 
Var olsun ellərin, aman, əl aman! 
Həsrətindən didarını görməyə, 
Qurbanı dillərin, aman, əl aman! 
 
Sən eşqə müntəxibsən, mənə məhbub, 
Yaraşır zər-ziba tər əndama xub. 
Ayda bir, ildə bir yazginən məktub, 
Var olsun ellərin, aman, əl aman! 
 
Yad eylə hərdənbir, bəzən də Samı, 
Kövhəri qəflətdən süzəndə Samı, 
Məcnun tək divanə gəzəndə Samı, 
Öldürür tellərin, məni əl aman! 
Söz tamam oldu. Nəzakət xanımla vidalaşıb tək-tənha yola 
düşdü. Gecə-gündüz at sürdü, neçə ay, gün, yol gedib axırı gəlib 
bir  düzə  çıxdı.  Bir  də  gördü  ki,  at  əyləndi.  Başını  qaldıran  saat 
nə  gördü?  Gördü  ki,  böyük  qalaça  kimi  yerdə  bir  künbəz  var, 
ancaq bunun üsdə böyük adama bənzər ifritə durub. Seçə bilmə-
di ki, bu pəhlivandı, ya İfritə. İstədi ki, atını sürüb getsin, həmin 
İfritə səsləndi: 
– Ey pəhlivan, hara gedirsən? 
O, bir at minib şahzadənin qabağını kəsib dedi: 
– Əgər mənim əlimdən salamat qurtarsan, gedərsən. 
Sam nə qədər yalvarıb-yaxardısa olmadı. Axırı məcbur oldu 
ki, dava eləsin. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə