Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə13/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   9   10   11   12   13   14   15   16   ...   99

 
 
47
–  Ata,  sən  mənnən  nigaran  qalma,  bu  qız  düz  deyir,  həm 
buna kömək eliyim, həm də gedim bir dünya pul gətirim gəlim. 
Vəzir Cahangirin bu sözünnən sora bir şey demədi. 
Cahangirnən  qız  bir  neçə  top  parça  götürüf  yola  düşdülər. 
Gəlif  çıxdılar  Mələksumanın  güllü  bağına.  Bağa  yetişən  kimi 
kəniz Cahangirə dedi: 
–  Oğlan,  bu  qızdar,  bu  da  sənin  mətahın,  daha  mənnən  əl 
çək, malını nejə istəyirsən bunnara sat. 
Cahangir  baxdı  ki,  qız  aradan  çıxdı,  bu  boyda  mətahı  da 
təkcə geri aparmax mümkün olmayajax. Əlacı kəsildi. Əlini ağaş-
darın  birinə  atıf  bir  düz  çuvux  kəsdi.  Başdadı  arşın  əvəzinə  bu 
çuvuxnan  parçaları  qızdara  satmağa.  Bu  vaxt  Cahangirin  vəziy-
yətini Mələksuma uzaxdan seyr eliyirdi. Gördü ki, parçaları satıf 
qurtarır, yavaş-yavaş Cahangirə tərəf gəldi, siyah zülflərinnən üç 
tel ayırdı, sinəsində müstəkəm elədi görək söygülüsünə nə dedi: 
Mələksuma: 
Başına döndüyüm bəzirgan oğlu, 
Əbrüşümdü malın xara satırsan. 
Gizlindi sirrimiz demə yadlara, 
Gəlib burda sən aşkara satırsan. 
 
Cahangir: 
Başına dolanım bafalı
1
 dilbər, 
Əbrüşmdü malım, xara satıram. 
Əgər xəbər alsan onun qiymətin, 
Arşınını bir cüt nara satıram. 
 
Mələksuma: 
Taynan gətirmisən tirməni, şalı, 
Sevgi-sevgilisindən dönməz xəyalı. 
Nə üçün gəlibsən tez eylə halı, 
Təbibsən dərdimə çara satırsan. 
                                                             
1
 bafalı – vəfalı 


 
 
48
Cahangir: 
Taynan gətirmişəm tirməni-şalı, 
Nə gözəl görürəm Mələksumanı. 
Könül istər al yanaxdan busanı, 
Dərdinə bir dərman-çara satıram. 
 
Mələksuma: 
Nə müddətdi gözüm yolda qoymusan, 
Mən yazığın bağrın başın oymusan. 
Mələksuma deyər mənnən soymusan, 
Laf çəkirsən məni dara satırsan. 
 
Cahangir: 
Bil ki, səni bu diyarda qoymaram, 
Yüz il baxsam baxışından doymaram, 
Sənnən özgə bircə gözəl saymaram, 
Gəlmişəm dərdinə çara satıram. 
Söz tamama  yetişən  kimi  qaş-göz  işarəsiynən  Mələksuma-
dan icazə alıf axşam üstü öz tükənnərinə gəldi. 
Vəzir Cahangirin gej gəlməyinnən yaman narahat olmuşdu. 
Elə bil qara bulut, göy şüyüt olmuşdu. Cahangir içəri gələn kimi 
ona möhkəmcə ajıxlandı. dedi: 
-Oğulum, mən sana nə müddətdi öyüd -nəsiyət verirəm. Bu 
nə  oyundu  mənim  başıma  açırsan?!  Bala,  bir  qızın  sözüynən 
səhərdən  çıxıf  gedifsən,  demirsənmi  gözdərim  yoldadı.  Demir-
sənmi qərif yerdi, başına bir iş gətirəllər, sora Əziz şaha nə cavaf 
verərəm? 
Cahangir dedi: 
-Vəzir,  başına  dönüm,  mənim  dərdim  alver  dərdi  döylü, 
alverdən də gəlmirəm. Bilmək istəyirsən, onda qulağ as.  
Aldı görək Cahangir nə dedi: 
Vəzir, vardım güllü bağa, 
Orda bir cananı gördüm. 


 
 
49
Yüz əzmi-möhnət cəfaynan, 
Sanki Nuh tufanı gördüm. 
 
Gümüş kəmər var belində, 
Qızıl qotaz var telində. 
Həmən Hindistan elində, 
Sevdiyim cananı gördüm. 
 
Cahangirə etdi nazı, 
Şirin dili, xoş avazı, 
Hindistan şahının qızı, 
Ol Mələksumanı gördüm. 
Mələksuma adını eşidəndə vəzir dedi: 
–  Oğul,  səni  görüm  qanına  bələnəsən.  Sən  hər  yerdə  belə 
açıq-aşkar  Mələksumanın  adını  çəksən,  biz  sağ  başı  gora  apara 
bilmərik. 
Nəsə... Vəzir Cahangirə genə də öyüt-nəsiyyət verməyində 
olsun,  sizə  kimnən  danışım  Yəmən  şəhərində  Heydər  xannan. 
Heydər  xan  eşitmişdi  ki,  İzzət  şahın  elə  bir  bajısı  var  ki,  hələ 
ruzikarın gözü belə gözəl görmüyüf. Qızın bu tərifini eşidənnən 
sora  Heydər  xan  yaman  işdahlanmışdı.  Öz-özünə  söz  verdi  ki, 
nə olur-olsun  həmən gözəli  yerin deşiyində də olsa gətirməlidi. 
Oydu  ki,  qoşun  sərkərdəsi  Baxtiyar  adında  qəvi  bir  pəhlivanı 
varıydı. Onu yanına çağırıf dedi: 
– Bəxtiyar, doğrudu sən mənim qoşunumun başçısısan, özü 
də  güjdü  pəhlivansan.  Əmbə  mən  səni  hələ  düz  əməlli  sınama-
mışam.  Onda  sana  əsil  pəhlivan  deyərəm  ki,  gedif  Hindistan 
padşahı  Heydər  şahın  bajısı  Mələksuma  xanımı  mana  gətirsən. 
Onda  bilərəm  nejə  pəhlivan  olduğunu.  Get  qoşunnan  ürəyin 
istiyən  iyitdəri  də  götür,  özgə  nəyə  ehtiyacın  var  söylə,  əmbə 
tezliknən o qızı mana yetirməlisən. İnan bir allaha ki, bu işi başa 
varsan səni dünya malınnan sirab eliyəjəm. 


 
 
50
Belə deyən kimi  Baxtiyar pəhlivan əlini  gözünün üstünə  qoyuf 
xanın  dediklərinə  əməl  eləyəcəyinə  möhkəm  söz  verdi.  Odu  ku, 
böyük ehtiyat görüldü, güjdü qoşunnan Hindistana yol başdadılar.  
Əlqərəz,  gəlif  mənzil  başına  çatdılar.  Pəhlivan  meydanına 
doluşdular.  İzzət  bəyə  xəvər  göndərdilər  ki,  öz  xoşunnan  bajın 
Mələksumanın  başını  bəzətdir, aparırıx  Heydər xana. İşdi sözü-
müzü yerə salsan, onda zora əl atmalı olajıyıx.  
İşi  belə  görən  İzzət  şah  vəzir-vəkilini  başına  cəm  elədi, 
dünya  görmüş  adamlardan  çağırdı  bir  qədər  məşvərət  elədi. 
Ağıl-ağıldan üstün olar deyillər, hərənin ağzınnan bir fikir çıxdı. 
Əmbə axırda hamı bir sözə gəldi ki, zora-zor işdətmək lazımdı. 
Xoşduxnan Mələksumuyu bulara versək onda gərək hamı başına 
papax əvəzinə ləçək örtsün. Məsləhət verənnərdən biri dedi: 
- Şah sağ olsun, onnar vuranda qan çıxer, biz vuranda sumu 
çıxajax. Qana-qan olmalıdı-vəssalam! 
Nəsə qərara gəldilər ki,  savaxdan qoşunun  say-seçmələrin-
nən bu çağırılmamış qonaxların qarşısına çıxartmax lazımdı... 
Sabah açıldı, üstünüzə xeyirli savaxlar açılsın, İzzət şah bir 
dəstə döyüşçü göndərdi Bəxtiyar pəhlivanın üstünə. Axşamatan 
vuruşdular,  axşam  həmən  dəstədən  bir  nəfər  də  olsun  salamat 
qayıtmadı,  Bəxtiyar  hamısını qılıncdan keçirtdi. Beləjə  bu dava 
bir neçə gün uzanası oldu. Şəhərə haray düşdü,  hamı  işdən  halı 
oldu. Xavar gəlif vəzirə çatmışdı, əmbə Cahangirə deməmişdi. 
Nəhayət, İzzət şahın qoşun sərkərdələri qırılıf tükəndi. Şah 
naələş qalıf camahatı səfərbərriyə çağırdı. 
Sizə  kimnən  deyim,  Cahangirdən.  Cahangir  bu  şəhərə 
gələnnən  bir  nəfər  cavan  oğlannan  möhkəm  dostaşmışdı.  Bir 
axşam həmən oğlan gəlif Cahangirə dedi: 
-  Qardaş,  məyər  xəbərin  yoxdu,  Yəmən  padşahının  pəhli-
vanı  neçə  gündü  kü  gəlif  İzzət  şahın  bajısını  zornan  aparmax 
istiyir.  Neçə  gündü  meydanda  qırğındı.  Bəxtiyar  pəhlivan  hər 
gün  İzzət  şahın  qoşununu  qırıf-tökür.  Daha  sərkərdə,  pəhlivan 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə