Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə12/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   8   9   10   11   12   13   14   15   ...   99

 
 
43
Cismi insan o mövladır, hökm edir qafdan-qafa, 
Xəstə düşdüm təbib gəldi, dərdimə verdi şəfa. 
O gün ki, müşkülə yetdi, münkirə verdi cəfa, 
Çox şükürlər xaliqimə buldum inamı Ərəb. 
 
Cahangir də eşq oduna yar haqqında yanandı, 
Bu gecə bir röya gördüm könlüm şəhri talandı. 
Uzax eldən sorax etdim özü cavan tərlandı 
Həm abınnan nuş eylədim, həm yedim nanı Ərəb. 
Söz tamama yetdi. Cahangirin anası irəli yeriyif oğluna üz tut-
du, ay oğul, dedi, başına nə müsübət gəlif ki, sən belə dağdan-də-
rədən oxuyursan. Mən ananam, oğul, bəlkə dərdini mana deyəsən. 
Cahangir  üzünü  anasına  tutuf  görək  onu  işdən  nejə  halı 
elədi?  
Aldı Cahangir: 
Ana, dur get şah babamdan izin al, 
Gedirəm yola sal, ay ana, məni. 
Misir eli indi olar qeyli-qal, 
Salmaynan dillərə bəyana məni. 
 
Ana: 
Oğul, nə deyirsən divana kimi, 
Eşidən nə deyər qoyana səni. 
Gözəl sevsən bizim eldən sev barı, 
Qoymaram gedəsən o yana səni. 
 
Cahangir: 
İndi özüm yar elinə yetirrəm, 
Qəhramantək cəngi liba götürrəm. 
Ya can verrəm, ya sevgimi gətirrəm, 
Canım qurban ola qoy, ana, məni. 
 
Ana: 
Oğul, uzun çəkər bu qeylü-qalın, 
Qürbət el gəzməyə varmıdır halın? 


 
 
44
Fərasətin olsun, əqlin, kamalın, 
Qoymaram gedəsən o yana səni. 
 
Cahangir: 
Cahangir sözünü yazan olarmı? 
Dərdini dəftərə düzən olarmı? 
Allah sövdasını pozan olarmı? 
Canım qurban ola qoy, ana, məni. 
 
Ana: 
Nələr gəldi bu Zeynəbin dilinə, 
Həsrət qalma ulusuna, elinə. 
Əlin çatsa gözəl yarın əlinə 
Qorxuram qoymaya bu yana səni. 
Söz  tamama  yetişəndə  hamı  başa  düşdü  ki,  oğlan  eşq 
soydasına tüşüf. Cahangir saznan dediklərini söznən də dedi: 
– Əziz ata-anam, qohum-əqrəbam. Bu gejə mana bir ağ əbalı 
nurani  qoja  Hindistan  padşahının  bajısı  Mələksuma  xanımı  buta 
verif, yolunu da göstərif. Gərək söygülümün dalıncan gedəm. Bu 
işdə tavaqqı eliyirəm heç kim qarşımı kəsməsin. Onu da deyək ki, 
Cahangir  bu  söydasını  əvvəlcə  Lələsinə  danışmışdı.  Demişdi, 
Lələ, mən sana örgəşmiş adamam, bu səfərə də sənnən çıxajam. 
Bəli, Lələ əhvalatı  nejə  var, eləjə də Cahangirin  valideyin-
lərinə, qohum-əqrəbasına danışdı. 
Əziz şah çox fikirləşif vəzirə üz tutdu: 
–  Vəzir,  amandı  bu  işə  bir  tədbir  gör,  mən  burdan  Yəmən 
şəhərinə oğlumu tək-tənha buraxa bilmərəm. 
Vəzir dedi: 
– Qibleyi aləm sağ olsun, əgər mənə qalsa mənim tədbirim 
buduku  xeyli  zərrin  mətahlar,  bir  qəflə  qatırnan  ver  mana  mən 
oğlunu da götürüm bir  bəzirgan kimi həmən Hindistan şəhərinə 
gedim. Qoşun-ləşkər töküf camahatı qırğına  verməkdənsə  icazə 
ver  gedək,  Cahangirnən  bir  yerdə  orda  tükan  açax,  alverimizi 


 
 
45
eliyək,  bu  minvalnan  da  saraya  yol  tapax.  Bu  yolnan  oğluyun 
vüsala yetməsi daha hasand olar.  
Bəli,  Əziz  şah  bu  söhbətin  savaxsı  vəzirnən  Cahangiri  bə-
zirgan  libas  elədi,  bir  qəflə  zərrin-tac,  al-qumaş  yüklətdirif 
bunnarı Yəmən şəhərinə yola saldı. 
Aşıxlar  dili  yüyrək  olar,  o  zaman  aynan-ilnən,  bu  zaman 
müxtəsər  dilnən  bir  neçə  günnən  sonra  vəzirnən  Cahangir  Hin-
distan  şəhərinin  yaxınlığına,  yəni  şəhərin  bir  kənarına  çatanda 
vəzir dedi: 
– Oğlum, indi mən gərək şaha layıx bir xon
1
 bəziyəm, apa-
ram  həm  özümüzə  bir  yer  alax,  həm  də  mallarımızı  neçiyə 
satasıyıx qiymətini öyrənim. 
Bəli, vəzir bir avırrı xon bəzədi, gəlif oturdu İzzət şahın elçi 
daşının üstündə. Daşın üstünə oturan kimi qul-qaravaş gəlif onu 
İzzət  şahın  hüzuruna  apardı.  O  vaxtın  irəhbərrəri  indikilər  kimi 
saymazdıx  bilməzdilər. Elçi  daşına  əyləşəni  bir  baş  aparardılar. 
Nəsə...  vəzir  soyqatını  şaha  təqdim  elədi.  Vəzir  qaldıxları  yerə 
qayıdıf  Cahangiri  də,  mətahları  da  götürüf  bir  baş  şahın  nişan 
verdiyi məhliyə köçdü. Mənzillərinə çatdılar, yetirən kimi vəzir 
dəvələri  dəyər-dəyməzinə  satıf  yüklərini  tükana  boşaltdırdı. 
Həmən günnən mallarını satmağa başladılar. 
Deyəllər  Mələksumuyu  Cahangirə  göstərən  nurənin  qoja 
Mələksumuya  da  Cahangiri  göstərmişdi.  Oydu  ku  şəhərə  səs 
düşdü  kü,  bəs  deməzsənmi,  Misir  vilayətinnən  şəhərə  bir  tacir 
gəlif  yanında bir cavan  var, rüzgarın gözü belə gözəl oğlan gör-
müyüf.  Bu  xəvəri  eşidən  Mələksuma  səhərisi  40  incəbel  qıznan 
bütün  şəhəri  dolanıf  oğlanın  tükənini  tapıf  uzaxdan  Cahangiri 
seyr  elədi,  əmbə  gözünə  görünmədi.  Hicab  etmiş  kimi  qayıdıf 
mənzilinə gəldi. Yaxın kənizdərini  yanına çağırıf tapşırdı ki, bü-
tün şəhərə car çəkin nə ki, qız-gəlin  var bizim güllü  bağa qonax 
                                                             
1
 Xon – xonça, layiqli hədiyyə 


 
 
46
gəlsinlər. Doğrusu belə də oldu. Aşıx, sazandar, toy
1
, zurna-qaval 
bir-birinə  qarışdı.  Hamı  dedi,  güldü,  oynadı.  Növbə  Mələksuma 
xanıma gələndə  minnət elədilər, oynamadı. Dedi, bir şərtəən oy-
nuyaram ki, şəhərimizə təzə gələn bəzirgan oğlu bura gəlsin, saz 
çalsın, mən oynuyum. Deyillər o cavan oğlan çox yaxşı saz çalır. 
Qızdarın  arasında  xanımın  bir  lotu  kənizi  varıydı.  Bu  lotu 
kəniz işi başa düşdü. Yerinnən hövləng duruf davana tüpürdü bir 
baş bəzirganın tükəninə üz qoydu. Gəldi tükənin qavağında qapı-
nın  qənşərində  bir  müddət  dayandı.  Vəzir  baxdı  ki,  bu  qız  ba-
yaxdan duruf tamaşa eliyir, əmbə heç şey alımır. Yaxınlaşıf dedi: 
–  Qızım,  niyə  bu  qədər  dayanıf-durursan,  utanma  hası 
maldan istəyirsən seç-bəyən. 
Qız dedi: 
–  Əmi,  mənim  alacağım  çoxdu.  Şahın  qardaşı  qızı  Mələk-
suma  xanım  bu  gün  gülşən  bağında  şəhərin  qızdarına  qonaxlıx 
verir.  İstəyirəm  ki,  həmən  qızdara  xanımın  tafşırığıynan  bu 
parçalardan alım. Əmbə bilmirəm kimin hasından xoşu gələcək? 
Vəzir dedi: 
–  Qızım,  onda  sən  bu  parçaların  hərəsinnən  2-3  top  götür 
apar, qızdarın hasınnan xoşdarı gələr onnan da kəsif verərsən. 
Lotu kəniz dedi: 
– Əmi, yadımnan çıxıf pulları unutmuşam, özümnən götür-
məmişəm.  Əgər  mümkünsə  bu  cavan  oğlan  da  mənnən  getsin, 
həm mana kömək eləsin, həm də pulları verim gətirsin. 
Vəzir dedi: 
–  Qızım,  o  gedə  bilməz,  onun  tükəndə  işi  çoxdu.  Yaxşısı 
budu sən get pulunu gəti, mallarını da sonra apararsan. 
Cahangir nəsə elə bil işdən duyux düşmüşdü. Ürəyinə dam-
dı ki,  bu qızda  bir  xeyirri kələk  var. Odu ku üzünü  vəzirə tutuf 
dedi: 
                                                             
1
 Toy – Borçalıda toy dedikdə həm də nağara aləti nəzərdə tutulur 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə