Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə43/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   39   40   41   42   43   44   45   46   ...   99

 
 
166
Səlim  bəyi  zindana  saldılar. Onlar  burada qalmaqda olsun, 
gəlin sizə Gülbahar xanımdan xəbər verim. 
Gülbahar xanım Səlim bəyin tutulmaq xəbərini eşidən kimi 
getdi  anası  Zeynəb  xanımın  yanına.  Ağlayıb-sızlayıb  görək 
anasına nə dedi: 
 
Eşidənlərə Allah uzun ömür versin. 
 
 
 
Aldı Gülbahar xanım:   
Ana bil yoxdu ovladın, 
Səlim bəgə kədər olsa. 
Hax bərbad etsin axretin, 
Səlim bəgə kədər olsa. 
 
Baş alıb gedərəm gəlməm, 
Bəkir Minbaşını almam. 
Zəhər içərəm sağ qalmam, 
Səlim bəgə kədər olsa. 
 
Dilərəm saxlasın tanrı, 
İsfahandan gələn yarı. 
Partçalayın Gülbaharı,   
Səlim bəgə kədər olsa. 
Gülbahar xanım anasına saznan dediyi kimi söznən, dilnən 
də dedi. Sən demə Gülbaharın anası zindanın böyüyü imiş. Öz- 
özünə  düşündü  ki,  qız  ki,  Səlim  bəyi  sevir  qızının  xətrini  niyə 
qırsın.  Gedim  zindanın  qapısını  açım,  bir  baxım  görüm  Səlim 
bəy necə oğlandı. Gedib baxıb gördü ki, bu həqiqətən də canlara 
dəyən  bir  oğlandı.  Qızını  da  bura  çağırıdı,  Səlim  bəyin  əl-aya-
ğını açdı, zindandan çıxartdı. Gülbaharın əlini Səlim bəyin əlinə 
verdi, Allah mübarək eləsin! – deyib xeyir-dua söylüyüb hər iki-
sini alqışladı və “ Gedin oğullu-qızlı, bağlı-bağatlı olun!” dedi. 
Səlim bəy Gülbahar xanımı alıb Zeynəb xanımnan salamat-
lıq aldı, gəldi  həmən o qoca qarının evinə. Hərami  ərəb, Rasim 
bəy,  Səlim  bəy  hər  üçü  girdilər  xas  baxcadan  Yasəmən  xanımı 


 
 
167
Ərəb  üçün  gətidilər.  Ərəb  Yasəməni,  Səlim  bəy  Güllübarı 
gətirməkdə  olsun,  görək  sonra  nə  oldu?  Ərəb  Yasəməni,  Səlim 
bəy  Güllübarı  tərkinə  alıb,  Rasim  bəy  də  tək  atlanıb  oradan 
İsfahan şəhərinə rəvan oldular. Qonaqlar getməkdə olsunlar, sizə 
xəbər verək qarabaş şuğuldan, Bəstidən. 
Şuğul  Bəsti  minbaşıya  xəbər  verdi  ki,  evin  yıxılsın,  toyu 
kimə edirsən?  
Bəkir Minbaşı dedi: 
Necə yanı kimə? Özümə! 
Bəsti Vəkil Minbaşıya dedi: 
- Bəs, qızı Səlim bəy apardı. 
Bu sözü eşidən Bəkir Minbaşı qoşunu götürüb düşdü bnla-
rın  dalınca  qoşun  gəlib  bunlara  çatdı.  Bəkir  Minbaşının  daldan 
çatmasını görən Rasim bəy Səlimə dedi: 
- Səlim bəy, dava etməli olacam. 
Hərami Ərəb dedi: 
- Səlim bəy, mən də dava edəcəm. 
Səlim bəy bunların sözünə razı olmadı. Dedi: 
-  Hələ  bir  dayanın!  Mən  Bəkir  Minbaşıya  üç  kəlmə  söz 
deyim. Aldı Səlim bəy görək Bəkir Minbaşıya nə dedi: 
Bəkir Minbaşı nə eşitdi və görək Bəkir Minbaşı Səlim bəyə 
nə cavab verdi: 
 
Aldı Səlim bəy:   
 
 
Əsirmiş-köpürmüş daldan gələrsən, 
Geri qayıt, gəlmə, Bəkir Minbaşı. 
Susuzdun qanıyan şaşkın müsibət, 
Geri qayıt, gəlmə, Bəkir Minbaşı.   
 
Aldı Bəkir Minbaşı: 
İran ölkəsinin miskin əcəmi, 
Qoymam sağ gedəsən İrana səni. 
Sən nəsən ki, burdan qız aparasan, 
Qoymam sağ gedəsən İrana səni. 


 
 
168
 
Aldı Səlim bəy:   
Gürləyib nə tez qaçdın o yana, 
İgid lazım bu meydanda dayana.   
İndi çöllərini boyaram qana, 
Geri qayıt gəlmə, Bəkir Minbaşı. 
 
Aldı Bəkir Minbaşı: 
 
Sən ki, İsfahandan Hində gəldin,   
Tülküsən tərlanı bu yerdən çaldın. 
Gedərsən, amma ki, salamat qalsan, 
Salamat qoymam İrana səni. 
 
Aldı Səlim bəy:   
Xəbər alsan Səlim bəyin halınnan, 
Şaşkın-şaşkın nə gələrsən dalınnan. 
Qarğa ov ovlamaz şahın əlinnən, 
Geri qayıt, bir də gəlmə, Minbaşı. 
 
Aldı Bəkir Minbaşı: 
 
Eşitmədin Hinddə Minbaşı Bəkir? 
Sadlığın tasına tökərəm zəhir. 
 
Hazır ol ölümə, eylə bir fikir, 
Qoymam sağ gedəsən İrana səni. 
Səlim bəy sözünü tamam elədi. Sazdan bir kar çıxmadı. Əl 
atdılar  qılınca.  Qanlı  Ərəb  bir  yandan,  dəli  Rasim  bir  yandan 
düşdü.  Hər  ikisi  sağdan  düşdülər  düşmənin  qoşununu  qıra-qıra 
sol  tərəfədn  çıxdılar.  Sol  tərəfdən  vurub  sağ  tərəfdən  çıxdılar. 
Bəkir  Minbaşını  diri  tutdular.  İstədilər  öldürsünlər.  Gülbahar 
xanım qoymadı, dedi: 
- Öldürməyin, atasının bir oğludu. Atanı övladsız qoymayın. 
Bəkir Minbaşını buraxdılar, o kor-peşman geri qayıtdı. Səlim, 
Rasim, Hərami Ərəb, Gülbahar və Yasəmən xanım düzəldilər İsfa-


 
 
169
han  şəhərinə  tərəf  yol  getdilər.  Gəlhagəl,  gəlhagəl  gəlib  çıxdılar 
Misir şəhərinə. Onlar Şakil paşanın evinə getdilər. İnci xanım on-
ları xoş məramla qarşılamağından Gülbahar xanım küsdü. Aldı gö-
rək Səlim bəy Gülbahara nə dedi, Gülbahar xanım nə eşitdi. 
Aldı Səlim bəy:   
 
Nədən belə məlul oldun, sövdügüm, 
De görüm bu dəm də nə qəsəvətdir? 
 
Söylə dərdin, mən də bərabər çəkim, 
Yalnız dərd çəkmək məgər ədətdi? 
 
Sövgü, sövdügünü məzə-dad eylər, 
Gah sevinər, gah sevdirər, şad eylər. 
Gah naznan küsər, yarı yad eylər, 
Bu naz dilbərlərə nə xasiyyətdir. 
   
Səlim bəyə zatı başdan, bəxti kəm, 
Yetər çəkdicəyim bunca dərdi-qəm. 
Məni sevməyəni mən də istəməm, 
Könülsüz yar sevmək belə ləzzətdir. 
Söz  tamama  yetəndən  sonra  Gülbahar  xanımı  saznan  da, 
dilcavabınan da başa saldı ki, İnci xanım Rasim bəyindir. O, ge-
cə qaldılar Şakil paşanın evində. Gecə keçdi. Səhər açıldı. Səhər 
yeməyindən sonra Şakil paşadan icazə alıb düzəldilər yola. Yəni 
İsfahan  şəhərinin  yoluna.  Nəhayət  günlərin  bir  günündə  gəlib 
çatdılar İsfahan şəhərinə. 
Xəbər çatdı Bəkil Əzizə, Nağı xana. Hər ikisi oğullarının piş-
vazına çıxdılar. Ata-bala, gəlin qaynana öpüşüb görüşdülər. Analar 
gəlinləri dalınca apardı, ata isə toy tədarükünə hazırlaşdı. Qırx gün, 
qırx  gecə  toy  elədilər,  Gülbaharı  Səlim  bəyə,  İnci  xanımı  Rasim 
bəyə,  Yasəməni  də  Hərami  Ərəbə  verdilər.  Hər  üçü  murazlarına 
çatdılar. Səlim bəy bu duvaqqapmaynan toylarını başa çatdırdı: 
Sövdügümü Hinddən çəkdim gətirdim, 
Şükür, muradımı verdi yaradan. 
 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə