Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə42/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   38   39   40   41   42   43   44   45   ...   99

 
 
162
qoca bir arvadla rastlaşdılar. Salam verib, əleykə salam alandan 
sonra qarıdan soruşdular: 
 
-Ay  nənə,  imanına  qurban  olum,  olarmı  bu  gecə  sizdə 
qonaq qalaq. 
Qoca nənə dedi: 
–  Oğul,  qonaq  Allahın  qonağıdı,  qonaq  olmayan  evə  zülm 
qonsun. Allaha da qurban olum, sizə də. 
Qarı nənə bunu deyib onların hər üçünü də evə də”vət elədi. 
Sonra dedi: 
-Ay oğul, sizə nə danışım, nə gizlədim, yatmağa yerim olsa 
da, amma, yeməyə heç nəyim yoxdu. 
Səlim  bəy  əlini  cibinə  salıb  xeyli  xərclik  çıxarıb  qarıya 
uzadıb dedi: 
-Ay  nənə,  al  bu  pulu  bazara  get,  ürəyin  nə  istəyir  al  gətir 
bişir. Sən də ye, biz də. 
Nənənin bazara getməsi ilə qayıtması bir oldu. Yemək gəti-
rib  hazırladı,  stol  açdı.  Yeyib-içdikdən  sonra  nənədən  soruş-
dular: 
-Ay nənə, bu Hindistan şəhərində təzə nə xəbər var?  Nənə 
dedi: 
-Oğlum, nə olacaq, höküməti-vəzir öz qızı Gülbahar xanımı 
əsgər  başı  Bəkir  Minbaşıya  ərə  verir.Amma,qız  inadlaşıb  ərə 
getmək istəmir. 
Səlim dedi: 
-Ay nənə,qız o Bəkir Minbaşıya niyə ərə getmir? 
 
Qarı dedi: 
- Oğul, ona görə getmir ki, qızın gözlədiyi var. Ona getmək 
istəyir. 
Səlim dedi: 
Anacan, bəs onun gözlədiyi adam kimdi? 
Nənə cavab verdi: 
– Oğul,deyirlər ki, onun gözlədiyi İsfahan şəhərindən Bəkil 
Əzizin oğlu Səlimdi.   
 
 
 
 


 
 
163
Səlim dedi: 
-Anacan, o dediyin Səlim bəy mənəm ki, varam. Sən deyən 
Gülbahar xanım haradadır?Bir mənə göstərməzsənmi? 
Qarı dedi: 
–  Oğul,dəliha  deyilsən?  Bu  işıqlı  dünyanı  mənə  niyə  dar 
eləmək  istəyirsən?  Belə  deyəndə  Səlim  bəy  ona  xeyli  xərclik 
verdi. Nənə qızılı görəndə ət görmüş ac pişik kimi gözləri parıl-
dadı.  Hərami  ərəblə  Rasim  bəy  nənənin  evində  qaldılar.  Qoca 
nənə  Səlimlə  Gülbaharı  görməyə  getdilər.  Odu  ki,  qarı  Səlim 
bəynən  Gülbaharın  seyrinə  çıxdılar.  Nənə  Səlimi  aparıb  bağı 
göstərdi. Özü geri qayıtdı. Nənə geri qayıtmaqda  olsun,  indi də 
sizə xəbər verim Gülbahar xanımdan. 
Gülbahar qaravaşlarına dedi: 
 
 
 
 
–  Qızlar,  ürəyim  yaman  darıxır,  bir  az  deyib-gülmək  istə-
yirəm. Siz Allah, əgər bir aşıq-zad görsəniz bura çağırın. Bir az 
mahnıya-saza qulaq asaq, eynimiz açılsın. 
Qızlar  dörd  göz  oldular.  Səlim  bəyi  qızlar  bağın  yanında 
hərrənən görüb, qırsaqqız olub əl çəkmədilər. Dedilər: 
- Aşıq, səni bizim xanım görmək istəyir. 
 
 
Səlim bəyi Gülbaharın hüzuruna apardılar. Səlim bəy sa-
lam  verdi.  Gülbahar  əleyk  aldı.  Səlim  bəy  Gülbaharı  görəndə 
cuşə gəldi. Sədəfli sazını bağrına basıb görək nə dedi: 
Aldı Səlim bəy:   
Sallanıb gəzərsən bağda sebgilim, 
Deməzsən aşığim gəlmədi, hanı? 
Yaxın gəl bir soruş halımdan xanım, 
Üç aydı gəzirəm mən çölüstanı 
 
Aldı Gülbahar xanım:   
Arzulardım səni şükür ki, gördüm, 
Bu dəm qonağımsan buyur, Səlim bəy.  
Gizlin-gizlin daldalardan baxarsan, 
Bu dəm qonağımsan, buyur, Səlim bəy. 


 
 
164
 
Aldı Səlim bəy:   
Mən ovçuyam, maral, ovkağım sənsən, 
Çəkdiyim dərdiynən-fərrağım sənsən.   
Ağır bəzirganam, matahım sənsən, 
 
Gəlmişəm aparım İrana səni. 
 
Aldı Gülbahar xanım:   
Vağyamda görmüşdüm səni ay, oğlan,   
Sən gəldin sevindi baği-gülüstan. 
Canımnan bərabər bağ sənə əfşan, 
Bu dəm qonağımsan, buyur, Səlim bəy. 
 
Aldı Səlim bəy:   
 
 
 
 
Geyinifsən yaşıl üstündən bəyaz, 
Sevdalı bülbül tək eylərəm pərvaz. 
 
Səlim bəy də deyər gəl eyləmə naz, 
 
Yaxın gəl sevindir ürəgim mənim. 
 
Aldı Gülbahar xanım:   
Qulun qurbanınam gözləri məsdan, 
 
Yaxın gəl, verəyim dəstimi dəstan. 
Bu gün Gülbaharı çıxatdın yasdan, 
Bu dəm qonağımsan, buyur, Səlim bəy. 
Səlim bəylə Güllübar xanım bir-biriylə deyişən zaman Gül-
bahar  xanımın  cəyrəbaşı
1
  Ağca  qız  qızın  atasına  xəbərə  qaçdı. 
Ağca  qızın  atası  da  şuğul  adam  idi.  Odur  ki,  höküməti  Vəzirə 
şuğulladı ki: 
-  Gülbahar  xanım  Xas  bağçada  Səlim  bəylə  gəzir.  Deməz-
sənmi  öpüşün  biri  bir  pud  kartofa;  o  da,  nisyə  payız  xırmanı 
vaxtına.  Bu  sözü  eşidən  höküməti  Vəzir  hökm  elədi  ki,  Səlim 
                                                             
1
 cəyrəbaşı – baş qarabaş 


 
 
165
bəyi tutun gətirin! 
 
 
 
 
 
Cəlladlar  Səlim  bəyi  tutub  qabaqlarına  qatıb  gətirdilər. 
Höküməti Vəzirin hüzuruna. Vəzir hökm elədi: 
- Onu öldürün!   
 
 
 
 
Vəkil-vəzir, gizir qoymadı. Dedilər: 
- Olmaz, öldürməyək, hələlik zindana salaq. Hələlik Gülba-
har xanımdan da öyrənək. Bəlkə bu işdə o da günahkardı. 
Höküməti Vəzir hökm elədi ki, elə isə Səlim bəyin qollarını 
bağlayıb zindana salın! 
Səlim bəy dedi: 
-  Vəzir,  izn  verin  dilimə  üç  xana  söz  gəlib,  onu  deyim, 
sonra məni zindana sal. Əlindən ki, alan yoxdur. 
 
 
Vəzir izn verdi. Səlim bəy sədəfli sazını bağrına basıb aldı 
görək yana-yana nə dedi: 
- Ya Allah, sən mərd yaxasını namərd əlinə giriftar eyləmə. 
Amin, inşallah! 
Aldı Səlim bəy:   
Quş keçməz dağlardan aşdım da gəldim, 
Dilimdə Gülbahar, ürəkdə Allah. 
İçirtdi badəni nurənin qoca, 
Hindistan mənimçün oldu qibləgah. 
 
Məni İsfahandan Hində gətirən, 
Qəzadan, qorxudan, dərddən ötürən, 
Ağalar ağası, mətləb bitirən, 
Gələr köməyimə, gələr, inşallah. 
 
Səlim bəyəm, yalan deməm şahıma, 
Yalan desəm qərq olaram ahıma. 
Çatasıyam Gülbahar tək mahıma, 
Mən haq aşiqiyəm vallahi-billah. 
Səlim bəy sözünü qurtaranda Höküməti Vəzir hökm elədi: 
- Səlimi zindana salın!   


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə