Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə50/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   46   47   48   49   50   51   52   53   ...   99

 
 
193
Tarixə yazılsın Əhmədin sözü, 
İnsan nə qoyundu, nə dəkin quzu. 
Kim əkif, kim biçif, hökmdar, bizi 
Ürəyimdə ata-ana həsrətəm. 
Söz  tamam  oldu,  şah  əmr  elədi,  fərman  hazırradılar,  dar 
ağacı quruldu.  Fərraşdar,  cəlladdar cəm oldular.  Vəzirnən  vəkil 
şahın  fərmanınnan  boyun qaçırtdılar.  Vəzir dedi,  şah  həzrətləri, 
mən  bəyax  sənə  dedimkin  bu  cavanı  öldürməyə  haqqımız  yox-
du,  sən  üstünnən  keçdin,  fikir  vermədin.  Bil  və  agah  olkun  bu 
cavanın qullar arasında qalmağı da günahdı. Onun əlində elə bir 
vəsiqə  var  kin  o  həmin  vəsiqəynən  böyük-böyük  işlərdə  işdiyə 
bilər. Şah dedi,  vəzir, nə vəsiqədi o elə,  mənim xavarım yoxdu. 
Vəzir dedi, şahım, al özün bax, Əhməd sərkərdəlik məktəbi biti-
rif.  Biz  onnan  belə  hasandıxnan  üzləşə  bilmərik,  qoy  biliyini  – 
bacarığını  bizim öz qoşunumuza  sərf  eləsin.  Şah  vəsiqiyə  baxıf 
gördükün  bura  qızıl  qələmnən  qol  çəkilif,  qızıl  möhür  basılıf. 
Gənə də şah sözünnən dönmədi. Qul  Əhmədə ölüm tələb elədi. 
Onda vəzir gənə də razı olmadı. Dedi şahım, onda gərək azı üç 
ölkənin şahını, vəzirini dəvət eliyəsən, onların irazılığını alasan, 
sonra öldürəsən. Şah hökmə hirsdənif, amba vəzirin sözündə bir 
həqiqət  görüf  dedi,  onda  bura  çağırın  Qəndaharın  şahını,  vəzi-
rini,  bir  də  Həbəşin  şahınnan  vəzirini,  özümüz  də  üçüncü  ölkə. 
Belə də elədilər.  Bir  neçə  vaxt gözdəməli oldular. Günnərin  bir 
günü  dəvət  olunan  şahlar  da  gəlif  çatdılar,  işdən  halı  oldular. 
Əhmədi  günahsız  saydılar.  Qonax  şahlar  qul  Əhmədi  görüf 
yazıxları  gəldi,  heç  biri  onun  ölümünə  qol  çəkmədi.  Cəmşid 
şahın bunnan çox ajığı tutdu, əmr elədi cəllada, Əhmədə gənə də 
son söz verildi, götürdü bu yerdə belə dedi: 
Sən agah ol, zümlkar şah, 
Tacın-taxtın dönər bir gün. 
Zülmün axrı bərbad olar, 
Çıraxların sönər bir gün. 
 


 
 
194
Fələk tor eylər yolunu, 
Sındırar güjdü qolunu. 
Xəzan eyliyər gülünü 
Balaların ölər bir gün. 
 
Qul Əhmədin bu nalası 
Dağıdar şahın qalasın! 
Qulların sönmüş çırası 
Şölə verif yanar bir gün. 
Qul  Əhməd  sözünü  başa  çatdırdı.  Həbəş  şahın  onnan  çox 
xoşu gəldi, dedi. Oğul,  bir söz gənə oxu, könlümüz açılsın. Əh-
məd baş üstə deyif sazı sinəsinə basdı, görək nə dedi, tərəfinnən 
ərz eyliyək sizdərə cansağlığı. 
Bu dünya çox yola salıf neçə yüz min şahları, 
Zaman keçdi, vaxt dolandı, onlardan nişan qalmadı. 
Hökm elədi, mənəm dedi, lərzə saldı cahana, 
Quşların dilini bilən Həzrət Süleyman qalmadı. 
 
Göydən yerə Quran endi, Osman yazdı kitaba, 
Kəlmə-kəlmə, zərrə-zərrə özü düzdü kitaba. 
Din-İslamı yaydı ərzə Məhəmmədəl-Mustafa, 
Bəndələrə şəfa verən həkimi-Loğman qalmadı. 
 
Bu dünya fani dünyadı, hər bir gələn köçməli, 
Haram yola tovba deyif, doğru yolu tutmalı. 
Qul Əhmədə zülm eliyən cəzasına çatmalı, 
Haqq yolunda qurban verən heç pərişan qalmadı. 
Söz tamama  yetdi.  Həbəş şahı  dedikin  belə qulu  öldürmək 
olmaz.  Əyər  Cəmşid  şah  istiyerkin  bunnan  canını  xilas  eləsin, 
onsuz da mana belə bir qul lazımdı, satın, qiymatını verif götür-
rəm.  Cəmşid  şah  irazıdaşdı,  dedi,  bunun  qollarını  bağlıyın,  qo-
yun Həbəş  şahı aparıf getsin.  Qul Əhməd dedi,  ay Cəmşid şah, 
sən  elə  bilməginən  mən  sənin  qavağında  çox  atılıf  düşmürəm, 
özümü fağır göstərirəm.  Amba onu bilkin mən öz torpağımızda 


 
 
195
ölərəm,  yad  elində  qul  olmaram.  Belə  deyəndə  vəzir  Əhmədə 
işarə  elədi,  him-cimnən  bildirdi  kin,  azaddığa  çıxmax  istəyir-
sənsə  irazı  ol,  çıx  get.  Həbəş  şahı  Əhmədi  fikrinnən  döndərə 
bilmədi. Ona görə üzünü Cəmşid şaha tutuf görək nə dedi: 
Yüz min parça edif endirdin xaka, 
Məni yad ellərə satmaynan, şahım. 
Bu doğma yurdumnan, isti yuvamnan 
Qoyuf sapandına atmayın, şahım. 
 
Dolanar döyrannar belə də qalmaz, 
Vurduğun yaralar məndə sağalmaz. 
Ağa öz qulunu nəzərdən salmaz, 
Şeytanın felini tutmaynan, şahım. 
Söz  qurtarmamış  şah  əmr  verdi,  tez  qollarını  bağlayın.  Bu 
ara  Qul  Əhməd  möhlət  istədi,  dedi,  şahım,  izin  ver  heç  olmasa 
sözümü başa yetirim. Şah başıynan buyurdu, de. 
Bağlama qolumu, taxtı tarımar, 
Gen dünyanı sana eyliyərəm dar. 
Bir gün Qul Əhmədə keçər ixtiyar 
Oyan bu qəflətdən, yatmaynan, şahım. 
Sözünü  qurtardı.  Vəzir  işara  verdi  ki,  getməlisən.  Əhməd 
işaradan başa düşdükün vəzir bunun xeyrinə deyir, irazılıx verdi. 
Dedi amba sizdən bir xahişim var, mümkünsə pütün qullar yığıl-
sın, yaxşı döyül bir yerdə duz-çörək yemişik, halallaşax, ayrılax. 
Belə də oldu, əlli nəfər qulun əllisi də dalvadal düzülüf gəldilər, 
qullar  ağası  Kamal  da  başda.  Əhməd  götürdü  bulara  ayrılıx 
məqamında nə dedi, tərəfinnən ərz eliyək, sizdərə cansağlığı: 
Zülümnən ayrıldım obadan, eldən 
Getməz bu sinəmin dağı-gözdəyin. 
Zimistannar keçər, bahar-yaz gələr 
Sizdərə nur saçan çağı gözdəyin. 
 
Tərlan könlüm qanad açar asmana, 
Gedər belə qalmaz çarxı-zaman. 


 
 
196
Bir gün şahın taxtı boyanar qana, 
Üstünə yeriyər yağı, gözdəyin. 
 
Qul Əhmədəm, zalım durub qəstimə, 
Qəni mövlam əl uzadar dəstimə
1

Mən ölsəm də ərşə çıxa tüstüm də, 
Mənsiz gələn xoş nöyrağı gözdəyin. 
Qul Əhməd  sözünü tamama  yetirdi.  Qonax şahlar,  vəzirrər 
də vətənnərinə  yola tüşdülər.  Gedif  hər kəs öz paytaxtına çatdı. 
Hələb şahı Qul Əhmədi yanına çağırdı. Onu da özüynən hərəm-
xanasına  apardı,  kürsü  üstə  əyləşdilər.  Yemə-içmə  başdadı. 
Yedilər-işdilər. Şah baş qaravaşı yanına çağırtdırdı, dedi. Əhmə-
di apar zərrin otaxda irahatdansın. Baş qaravaşın adı Nərgiziydi. 
Nərgiz  qaravaş  dedi,  şah  sağ  olsun,  ajığın  tutmasın,  qul  hara, 
zərrin otaxda yatmax hara. Şah qeyzə gəlif Nərgiz qaravaşın üs-
tünə qışqırdı, dedi, belə filan qızı sən kimsən mana qusur tutur-
san, sana nə derəm onu da yerinə yetir. Nərgiz dinməz-söyləməz 
Əhmədi  özüynən  zərrin  otağa  apardı.  Yer  körgəzdi,  bir  qədər 
otaxda  əylənif  söhbət  elədi.  Doyuncax  Əhmədə  tamaşa  elədi. 
Öz-özünə dedi.  Şükür sənin qələmiyin qüdrətinə  ey gözəgörün-
məz, bu gözəllikdə oğlanmı olar? 
Nərgiz  qaravaş  otaxdan  təzəcə  çıxıf  getmişdi  ki,  otağa  bir 
qulam  daxil  oldu,  dedi  qul  qardaş,  dur  mənnən  gedək.  Əhməd 
sorğu-sualsız qulamın  arxasınca tüşüf getdi.  Qulam Əhmədi  bir 
baş hamama apardı, suya saldı. Əhmədə bir dəst təzə-tər şahzada 
paltarı gətirif verdi. Əhmədin qul paltarını götürüf od vuruf yan-
dırdı.  Gənə  də  gəldi  zərrin  otağa.  Canına  bir  dinşdik  gəldi,  qu 
tükünnən yorğan-döşək, ətir-ətriyat Əhmədi bihuş elədi. Yatağa 
uzanmağıynan  yuxuya  getməyi  bir  oldu.  Deyəllər  Əhməd  üç 
gün, üç gejə yatdı. Dördüncü gün durdu, yuyundu, darandı ədəb-
ərkannan  gəlif  şahın  hüzurunda  dayanıf  salam  verdi.  Şah  yer 
körkəzdi, əyləşdi, yemək-içmək gətirdilər. Əhməd neçə günün aj 
                                                             
1
 dəstimə – əlimə  


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə