Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə58/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   54   55   56   57   58   59   60   61   ...   99

 
 
223
ram. Onsuz da qız bir vətənsiz quşa bənzər. Nə qədər atan-anan 
sağdı,  yığışıf gedək,  mən də onların  ixtiyar çağlarında  bir gəlin 
kimi qulluxlarında dura bilim. Bəli,  bular öz aralarında irazılığa 
gəldilər. Günəş pəri dedi,  indi mən bir namə yazım şah babama 
verim  təzə  vəzir  aparıf  versin.  Onun  da  irazılığını  alax.  Sora 
allahın izni ilə yol tədarükü görərik. 
Günəş pəri elə də elədi. Təzə vəziri yanına çağırıf məktubu 
ona  verdi.  Kərəmli  şah  məktubu  oxudu.  Məhəmmədi  də,  qızını 
da yanına çağırtdırdı. Hər ikisi ədəb
xudu
 


 
 
224
Şeytana baş əyif sözünü tutmaz, 
Ölüncən düz olar, ziyənkar olmaz. 
 
Məhəmmədəm, bir halallıx dilərəm, 
Dara düşsəm öz Ağamı səsdərəm. 
Bu qəlbimdə şaha hörmət bəsdərəm, 
Ağlım düzdü, məndə kəmilqar olmaz. 
Söz  tamama  yetdi,  görüşdülər,  öpüşdülər.  Təbillər  çalındı, 
balaban  vuruldu.  Şirdət  pəhlivan  özünün  dəstəsiynən  atdara 
süvar  oldular.  Gəcavələr  tərpəndi.  Karvan  yola  düzüldü.  Mə-
həmməd Günəş pəriynən öz gəcavələrində əyləşdilər, yola başla-
dılar. Üz tutdular Şəhrizargilin vilayətinə tərəf getməyə. Az get-
dilər,  çox  getdilər.  Axşama  yaxın  gəlif  qalın  bir  meşənin  içinə 
çatdılar.  Bir  çayın  kənarında  gejələmək  qərarına  gəldilər.  Ye-
mək-içmək  öz  qaydasında,  sufralar  açıldı,  kəmərrərini  bərkit-
dilər, od-ojax qaladılar, gejənin bir müddətinə kimi dedilər gül-
dülər, pəhlivannar güştü tutdu, qılınc oynatdı. Gejə beləjə keşdi, 
səhər açıldı. Məhəmməd Günəş pəriyə dedi, gəl bu pəhlivannara 
əziyyət vermiyək. Günəş pəri də bu fikrə irazı qaldı, Şirdəti ya-
nına  çağırdı  dedi  ki,  çox  sağ  olun,  hamınızdan  irazıyıx,  amma 
bunnan  belə  sizə  əziyyət  vermək  istəmirik.  Qırx  pəhlivanını  da 
yığ başına dala qayıt. Şah babama deyərsən ki, sizi mən qaytar-
dım. Şirdət pəhlivan dedi ki, xanım, onda şaha bir namə yaz ki, 
sən  bizi  qaytarıfsan.  Günəş  pəri  Kərəmli  şaha  bir  məktub  yazıf 
Şirdət pəhlivana verdi. Dəli-dolular atdanıb yola düşdülər. Şirdət 
pəhlivan  Bərbər  şəhərinə  gəldi.  Şahın  hüzurunda  təzim  eliyif 
Günəş xanımın məktubunu verdi, həm də dil-cavabı dedi ki. şah 
sağ  olsun,  bizi  qızın  özü  geri  qaytardı  ki,  özümüz  gedirik. 
Kərəmli şah bir şey demədi. Fikirrəşdi, yaqın belə məsləhətmiş. 
İndi sizə danışax karvannan. Karvan bu sıx meşəliknən yola 
başdadı, bu minvalnan üç gün də yol getdi. Meşəlik, yağış, mən-
zərə,  gül-gülü  çağırır,  bülbül-bülü,  çaylar  şırıldayır,  ağaclar  pı-
çıldayır,  bir  yannan  da  dəvələrin  zınqıroyu  meşəni  başına 


 
 
225
götürür. Gəlif bir yerə çatdılar ki, elə bil gözəllikdə cənnətin bir 
guşəsidi. Bura çatanda Günəş pəri dedi, Məhəmməd, gəlsənə bu 
gözəl  yerdə  bir  qədər  dincələk,  mənim  də  yuxum  gələr,  bir  az 
gözümüzün  çimirini  alax.  Məhəmməd  irazı  oldu.  Gəcavələr 
əyləndi, surfa açdılar. Qoca sarvanı da dəvət elədilər, oturdu bu-
larnan şirin-şirin çörək yedi.  Dəvələrə xıx dedi, otduyan otdadı, 
göyşüyən  göyşədi,  bir  söznən  müvəqqəti  düşərgə  saldılar,  din-
cəlməyə  başladılar.  Səhər  tezdən  yuxudan  durdular,  üz-gözdə-
rinə su vurdular, bir az yemək yedilər, durdular ayağa gəzə-gəzə, 
gül-çiçək dərə-dərə,  deyə-gülə karvannan aralandılar.  Başdarı o 
cürə  qarışdı  ki,  yollarını  da  itirdilər.  Bir  müddət  gəzif-gəzif 
yoruldular. Gəlif çatdılar bir bulağın üstünə, qoca bir palıd ağa-
cının  gölgəsində  oturuf  dincəlməyə  əyləşdilər.  Günəş  pəri  çox 
yorulmuşdu,  oturan  kimi  onu  yuxu  tutdu.  Başını  Məhəmmədin 
dizi üstünə qoyuf, şirin-şirin yuxuya getdi, yatmağa başdadı. 
Qız yatmaqda olsun, Məhəmməd bir də başını qaldırdı gördü 
ki,  başının  üstə  butağa  bir  gözəl  qırqovul  qonuf.  Dedi,  nə  yaxşı 
oldu,  elə  otduğum  yerdəjə  bu  qırqovulu  vuraram,  Günəş  pəri 
yuxudan duranda ona peşkəş elyərəm. Oydu ki, yay-oxunu qoydu 
çilliyə, bu vaxt qırqovul uçuf qalın bir ormannığa qondu. Məhəm-
məd  yavaşca  Günəş  pərinin  başını  dizinnən  götürdü.  Çuxasını 
soyunuf  başının  altını  irahladı.  Düşdü  qırqovulun  dalınca. 
Qırqovul  bu  ağacdan  o  ağaca,  bu  dərədən  o  dərəyə  uça-uça 
Məhəmmədi  Günəş  pəridən  tamam  araladı.  Məhəmməd  onda 
dayandı ki. gördü ey dili qafıl. Nə qırqovul vura bilif, nə də hara-
hansı  səmtə  gedəjəyini  bilmir.  Öz-özünü  möhkəm  danladı,  bir 
yannan Günəş  xanımın əhvalı, tək meşədə qalması  yer elədi,  bir 
yannan  da  qoca  sarvanın  qəflə-qatırnan  çaşbaş  qalması  onun 
halını  möhkəm pozdu.  Məhəmməd qızı axtarmaxda olsun,  görək 
Günəş  pəri  nejə  oldu?  Aradan  üş  gün  keşdi.  Bir  vaxt  qız  gördü 
oyandı, nə qədər yatdığını özü də bilmədi. Yana boylandı, gördü 
Məhəmmədin sazı yanındadı, özünün yayı-oxu da burdadı, əmbə 
Məhəmməd  yoxdu.  Bir  qədər  o  tərəf  bu  tərəfə  boylandı,  bir  az 


 
 
226
gözdədi, gördü yox, Məhəmməd yoxdu. Sazı da götürdü, yayı da, 
oxu  da  çiynindən  asdı,  pəhlivan  libasını  bərkitdi.  Məhəmmədin 
çuxasını  da  əyninə  geyinif  axtarmağa  başdadı.  Qarannıx  meşədə 
çox  axtardı,  çox  aradı  nə  Məhəmmədi,  nə  də  karvanı  tapa  bildi. 
Getdi  çıxdı  bir  axar  çayın  üstünə,  bir  kənarda  oturdu,  bir  qədər 
köyrəldi. Gözünün qavağına Məhəmməd gəldi, xoş keçirdiyi gün-
nər gəldi dayandı, sazı götürdü bu qəmli halında görək nə dedi: 
Qannı fələk məni nə günə saldı, 
Məhəmməd tək gözəl yarı itirdim. 
Bu qəmli ürəyim intizar qaldı, 
Əldən getdi bafadarı itirdim. 
Qız  birinci  bəndi  yanıxlı-yanıxlı  oxuyanda  qırx  haramılar 
yaxınnıxda bulaq başında kef məclisi qurmuşdular. Birdən qızın 
oxumasını  eşitdilər,  hamısının  loxması  boğazında  qaldı.  Başçı-
ları  Əhməd  haramı  dedi,  ədə,  doğrudan  da  qız  səsidi,  Allah  bi-
zimkini yetirif. Üz tutdular səs gələn səmtə. Günəş pəri götürdü 
sözün o biri bəndini: 
Gör nejə tuş oldu bəlaya başım, 
Qarannıx meşədə yoxdu yoldaşım. 
Bu günümdə gəleydi bircə qardaşım 
Daha görməm umud varı itirdim. 
 
Günəşəm, var dərdim yaralıyam mən, 
İndi bildim baxtı qaralıyam mən. 
Özüm də bilmərəm haralıyam mən, 
Gözəl vətən, o diyarı itirdim. 
Söz tamama  yetdi,  bu  vaxt  Əhməd  haramı  başı  qıza  sinçi
1
 
sala-sala az qala ağlı başınnan çıxa. Dönüf yoldaşlarına dedi ki, 
bu  qıza  kim  pis  göznən  baxsa  and  içirəm  o  gözəgörünməzə 
qılıncdan  keçirəjəm.  Bu  sözü  deyif  qızın  yanına  gəldi.  Günəş 
pəri  tez  ayağa  durdu.  Əhməd  haramı  salam  verdi.  Qız  salam 
                                                             
1
 Sinçi salmaq – diqqətlə baxmaq, xəlvət baxmaq 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə