227
aldı. Qıza əl uzatdı kı dəsbədəs görüşsün. Günəş pəri haramının
dörd barmağını elə sıxdı ki, barmaxlarının ucunnan qan damdı.
Haramı utandığınnan özünü sındırmadı, amba barmaxlarının
ağrısınnan az qaldı ürəyi getsin. Sora loyğa-loyğa (yəni lovğa-
lovğa – E.M.) dedi kin, ay gözəl qız, səni mana yazana qurvan
olum. Günəş pəri dedi, nə çərənniyirsən, dəli haramı, sən bir yol
kəsən, öy yıxan yırtıcısan, mən bir şah qızı mən sana tay ola
bilərəmmi? Əhməd haramı qızın dediyini heç saya salmadı,
istədi onu əvvələn söznən, sora da zornan ram eləsin. Gördü kü
buların heç birinnən bir kömək hasıl olmadı başdadı zəhlə
tökməyə. Qız dedi, mana Günəş pəhlivan deyəllər, qavağınnan
qaçsam şah babamın çörəyi mana haram olsun. Əmbə bir şərtim
var, gərək ona ikimiz də əməl eliyək. Əhməd haramı dedi, nədi o
şərt desən biz də bilək. Günəş pəri dedi, iyidliyin şərti üçdü: biri
deyişmək, ikincisi qılınc çalmax. Üçüncüsü güləşmək. Kim-kimi
yıxarsa başını bədəninnən götürər. Haramı dedi birinci fırsat
kimin olsun? Qız dedi fırsat sənindi, aldı haramı:
Bir nərə çəkərəm, dilin lal olar,
Çolpasan gölümdə tutaram səni.
Zənandə qüvvət olmaz bilirəm,
Köhlən at döşünə qataram səni.
Aldı Günəş pəri:
İltimasım budu sana haramı,
Gəl eşqin bəhrinə dalma hayıfsan.
Sonrakı sözünü qabax söyləmə,
Belə gəc xəyala dalma hayıfsan.
Haramı:
Bir ummanam coşa gəlif çağlaram,
Sinən üstün çalın-çarpaz dağlaram.
Kəmənd atıf qollarını bağlaram,
İndi şan-şan edif ataram səni.
228
Günəş pəri:
Qəza vurar coşan ümman quruyar,
Xəzan dəyər gül-çiçəyin çürüyər.
Hökm eylərəm dağlar, daşdar yeriyər,
Həyasız, üstümə gəlmə, hayıfsan.
Əhməd haramı:
Əhmədəm, qənimlər atdan atmışam,
Şikarımsan, ovgahımda tutmuşam.
Çoxlarını qul eliyif satmışam,
Qul edif Hələfdə sataram səni.
Günəş pəri:
Günəşəm, meydanda mərdana durram,
Halaylar pozaram, ordular qırram.
Bu qılıncnan səni ikiyə bölləm,
Cavansan əlimdə ölmə, hayıfsan.
Sözdəri tamama yetdi, sözdən bir hasıl olmadı. İş çatdı
qılınca. Nə qədər qılınc vurdular, bir-birinə üstün gələ bilmə-
dilər. Axırda ikisinin də qılıncı pul-pul oldu. töküldü. Onu da
deyək ki, otuz doqquz haramı cərgəynən bir qıraxdaja duruf bu
iki pəhlivanın cənginə tamaşa eliyirdilər, elə bil ki. heç ölüm-
qalım məsələsi döyül. Bəli, iş o yerə çatdı ki, qılıncdarının dəs-
tələrini hərə bir tərəfə tulladılar. Başdadılar güləş tutmağa. Hər
ikisi yeri kotan kimi əkməyə başdadı. Əhməd haramı Günəş pə-
riyə əl tutanda onun barmaxlarının güjünü görmüşdü. Ehtiyat
eliyirdi kin birdən barmaxlarını qırar. Beləjə bir qədər çəkişmiş-
dilər, birdən Günəş Əhməd haramıyı var güjünnən dala itələdi.
Əhməd haramı gedif bir ağac kötüyünə ilişif az qaldı kəllə-
mayallax olsun. Bu vaxt Günəş pəri ona badə içirdən dərviş
babasını yadına saldı, ya Ağam, deyif bir dəli nərə çəkdi. Dağa-
daşa bir səs düşdü, qayalardan qamqalax qopdu. Əhməd haramı
bu səsdən çaş-baş qaldı, qulaxları tutuldu, özünü itirdi, sinir
229
damarrarı bürüşdü. Bu vaxt Günəş pəri haramıyı başına qaldırıf
yerə elə sancdı ki, haramı zıqq elədi. Tez dizini sinəsinə dirədi,
xancalı çıxardıf qoyun başı kəsən kimi Əhməd haramıyı kəsmək
istədi. Bu vaxt Əhməd haramı yalvardı, ey pəhlivan, iyid bastı-
ğın kəsməz, amanın bir günüdü əfv elə məni. Günəş pəri dedi.
Qıza əl qaldıran biqeyrət oğlanın başı bədənində durmamalıdı,
cəzandı çəkməlisən. Uzunçulux eləmə, kəlmə şəhadətini oxu,
səni gözdəməyə vaxtım yoxdu. Günəş pəri xançalı çəkif Əhməd
haramının başını bədənnin üzdü, qulağınnan tutuf yeddi qədəm
tulladı, dedi, məlun-haramzada indi get məni Hələfdə qul kimi
sat. Otuz doquz haramı hamı bir nəfə kimi gəlib Günəş pərinin
qarşısında diz çökdülər, dedilər, ey gözəl pəhlivan, Allah tala
həmeşə sana belə güc-qüvvət versin, bizim də canımızı bu qan
içənin əlinnən azad elədin. İndi əyər istəsən hamımız qardaşın
kimi sana qullux eliyərik, istəməzsən burax bizi gedək, halal
əməyimiznən, alın tərimiznən dolanax. Günəş pəri dedi, hər kəs
öz öyünə-eşiyinə gedə bilər, ixtiyar özünüzdədi. Otuz doqquz
haramı hərəsi Əhməd haramının üstünə bir neçə daş atdı üstünü
torpaxlayıf, onu it leşi kimi basdırdılar, hər kəs öz yuvasına da-
ğıldı. Günəş pəri də bulardan aralanıf Məhəmmədi axtarmağında
olsun. Gəzə-gəzə çatdı yelli dəryanın kənarına. Gəldi düz gəmi-
nin bərəsinə. Gejəni bir təhər burda gejələdi, ertəsi gün gəmi
gəldi. Qız qavağa çıxıf gəmiyə tərəf gedəndə gəmidəkilər hamısı
qıza tərəf boylanışdılar, bunun gözəlliyinə təəccüf elədilər, belə
də gözəlmi olar, ilahi? Bu arada gəmiçi Günəş pəriyə yaxın-
naşdı, nə istəyirsən, bajı, bizdən təmannan nədi? Günəş pəri dedi
qulaq as, gör nə deyirəm:
Başına döndüyüm, gəmiçi qardaş,
Burdan gəlif bir nöycavan keşdimi?
Şikar yad olurmuş öz oyçusunnan,
Gözü qannı bir şux tərlan keşdimi?
Gəmiçi dedi, ay bajı, sən çox qəliz danışırsan, mən heç şey
başa tüşmərəm, açıx danış göröm nə dersən? Götürdü Günəş pəri:
230
Kimsəm yoxdu mənim dərdimi bilsin,
Fələk də mənim tək beymuraz qalsın.
Döyranı dağılsın, çarxı pozulsun,
Belə əyyam, belə döyran keşdimi?
Gəmiçi də, gəmidəki camahat da gördülər ki, nəsə bu qız ya-
man zuluma tüşüfdü. Əllərində, paltarında da qılınc yerrərini gör-
dülər, laf kefləri pozuldu. Götürdü görək Günəş pəri daha nə dedi:
Beçərə Günəşəm dərddi-yaralı,
Cavan oyçu itirifdi maralı.
Ürək qəmli, özü başı balalı,
Qan ağlıyan, didə giryan keşdimi?
Sözünü başa yetirdi. Gəmiçi dedi, bajı, vallah, mən heç
kimi görməmişəm. Əyər getmək də istəsən otu gəmidə, səni
pulsuz-parasız apararam. Qız dedi, sizə yaxşı yol, siz gedin,
mənim itiyim var, tapmasam gedəsi deyləm.
Qız gəmidən aralandı, təzədən üz qoydu qarannıx meşiyə.
Gedə-gedə dərmən otlarınnan dərif yaralarına məlhəm elədi.
Məhəmməd deyə-deyə meşiyi ələk-vələk elədi...
... Günəş pəri Məhəmmədi axtarmaqda olsun, eşit Məhəm-
mədin özünnən, görək onun başına nələr gəldi?
Məhəmmədkin yolu azmışdı. Əlacı ona qalmışdı ki, bu keçil-
məz meşədən bir açıxlığa çıxsın, kənddən, şəhərdən bir yerə
çatsın. Elə də oldu. Başdadı üzü bir tərəfə hərəkət eləməyə. Bir
müddət keçənnən sora gördü daha meşə qurtardı, uzaxdan
kənddər görünör. Sən demə bu torpax olsun İzzət şahın torpağı.
Məhəmməd tanımaza-bilməzə gəzə-gəzə gəldi çıxdı İzzət şahın
qızı Gülgəz xanımın bağına. Keçdi bağa, gördü heç kim yoxdu.
Ajdıx, susuzdux çox kar eləmişdi. Bir az almadan, armuddan
yedi, axşam arıya tüştü, şər qarışdı. Məhəmməd komaların arasına
uzanıf şirin yuxuya getdi. O yatmağında olsun, sizə kimnən deyək
Gülgəz xanımnan. Gülgəz xanım yatmışdı, yuxusunda gördükün
kimsə ağ gülü, qırmızı gülü dərif əlində tutuf ona uzadır. Savax
üzünüzə xeyirliyə açılsın, savax açıldı. Gülgəz duruf tez
Dostları ilə paylaş: |