231
Səməngül qarabaşı çağırdı. Həmən yuxusunu Səməngülə söylədi.
Səməngül dedi, ay xanım, xeyirdisə, şərdisə bu yuxuyu mana
bağışda. Gülgəz xanım dedi, boğazında qalar. Heç ömrümdə belə
yuxu görməmişəm. Bu iyirmi yaşımda qismətimə gül-çiçək tutanı
gərək tapax. Ürəyimə damıf, nəsə bu xeyirri yuxudu. Özü də sana
söz verirəm, qarabaş, işdi, doğurdan da bu yuxu xeyirri olsa sana
bir boyunbağı alajam. Duruf hər ikisi də bağa gəldilər. Hər
ikisinin ovçu vurmuş quş kimi ürəkləri titriyirdi. O yerə gəlif
çatdılar ki, Məhəmməd arxası üstə puçurpuçur tər tökə-iökə yater.
Gülgəz xanım oğlanı görən kimi az qaldı huşu başınnan getsin.
Bircə onu dedi ki, Səməngül, qolumnan tut, qoyma yıxılam.
Səməngül Gülgəzin üzünə gülab çilədi. Gülgəz özün
232
hamısı ayıl-mayıl oldular. Hərənin ürəyinnən bir arzu, bir istək
keşdi. Gejdən-gejə Məhəmməd oyandı, ətrafında qızdarı görüf
özünü yığışdırdı, haya elədi, Gülgəz xanım qızdarın hamsını
qovaladı. Məhəmməd gördükün hamı dağılışıf getdi, təkcə bircə
qız qaldı. Başa düşdükün bu şahın qızıdı. Dedi, xanım, bağış-
layın, izinsiz, icazəsiz gəlif sizin bağınızda yatmışam. Başqa
qalaçax yerim yoxuydu, nəsə bura gəldim. Qız dedi, oğlan, mən
bu bağın sahıvı Gülgəz xanımam, İzzət şahın qızıyam. Mən
sənin gəlməyini yuxuda görmüşəm, bu gejə söyündürüfsən
məni. Gözüm üstə yerin var, sənin hər dərdiyin əlacı məndədi.
Bunnan sora gejələr qalarsan mənim qonaq otağımda, səhərlər
çıxarsan şəhəri gəzif dolanarsan. Buyur, götür bu açarı, qonaq
otağının açarıdı, bu da qızıl sandığımın açarıdı, nə qədər istəsən
xərclik götürərsən, öz dədə malın kimi xarşdıyarsan. Bir qədər
söhbət elədilər. Gülgəz gördükün bu oğlanın heç gözdərinnən
qəm əskik olmor. Nəsə başında bir qəza var bunun. Dedi, görü-
rəm, heç mana məhəl qoymorsan, olmuya gözü yolda qalanın
var? Məhəmməd dedi, xanım, çox düz tapdın, eləkin var. Belə
deyif pütün başına gələnnəri Gülgəz xanıma nağl elədi. Qız dedi
bu günnən sən oldun mənim qardaşım. Amba dediyimiz söz
yerindədi. Bir neçə gün qal mənim qonağım ol, qonax otağımda
dincəl. Şəhəri gözlə, bəlkə elə Allahın köməyinnən söygülün də
gəlif bizim şəhərə çıxdı, burda görüşdünüz, inşallah.
Qız nejə demişdi, Məhəmməd eləjə də elədi. Gündüzdər
gedif şəhəri gəzir, ətraf yerrəri dolaşıf gejələr gəlif Gülgəz xanı-
mın qonax otağında qalerdı. Gejənin bir vaxtına kimi Gülgəz
xanım başında bir neçə qıznan gəlif Məhəmmədin qəmini dağı-
der, başını qatıf yuxuya verənnən sora qayıdıf hər kəs otağına
gederdi. Beləjə Məhəmmədnən Gülgəzin arasında bir bajı-qar-
daş məhəbbəti yarandı, Gülgəz fikirrəşdikin, ya gözə görünməz,
mən elə bildim sən mana can sirdaşı göndərifsən, amba elə oldu
ki. qardaş göndərdin. Nolar, qoy qardaş olsun, onsuz da
qardaşım da yoxuydu. Bu kərəminə də çox şükür. Onda gərək
233
sən özün də kömək əlini əsirgəmiyəsən, ilahi, tezdiknən Günəş
xanımı Məhəmmədə irast gətir. Bu minvalnan Məhəmməd
özünə bir saz da almışdı. Qızdar dağılıf gedənnən sora öz dər-
dini sızıldaya-sızıldaya saza söylüyürdü. Səhər də sazı götürüf
çıxırdı gəzməyə. Bir gün gənə Məhəmməd güllü baxçadan
çıxanda, nəsə heç kimə fikir vermiyif hasarın üstünə çıxıf orda
xeyli dayandı. Bu vaxt şəhərin baş mollası cuma namazına
gederdi. Gördükün bıy, Gülgəz xanımın hasarının üstə bir nabə-
ləd adam oturuf. İmansız molla tez qaça-qaça baş cəlladın ya-
nına gəlif xavar verdikin, bəs deməzsənmi Gülgəz xanımın
hasarının üstünə bir nabələd adam çıxıf dayanıf. Bəlkə elə
oğurruğa gəlif? Tez onu tutmax lazımdı. Cəllad tez gəldi,
gördükün doğrudan da bir gözəl oğlandı. Əlində də saz tutuf.
Gördü yox, bu saznan bu oğurruğa gəlməz. İstədi başını
buraxsın, dəyif-toxunmasın. Qorxdukun molla gedər şaha da
xavar verər. Oydukun Məhəmmədin qolunnan tutuf şahın
hüzuruna apardı. Gəldilər şahın astanasına çatdılar. Gördülər bir
tərəfdə neçə şikayatçı, bir tərəfdə də günahkarlar nizamnan
dayanıflar İzzət şahın hüzurunda. Bu dəmdə şahın bağbanı
əlində qəfəs, qəfəsin içində də bir bülbül fəğan eliyir, özünü o
yan-yan bu yana çırper. Məhəmmədə bu mənzərə çox yer elədi,
heç kimnən ixtiyar almıyıf, gözdərinnən qan-yaş tökə-tökə beş
telli sazı sinəsinə basdı, mizravı qəm telinə çəkəndə, cəllad
zalım Məhəmmədin əlinnən yapışdıkin, olmaz, ay belə fılan
oğlu, sən kimin hüzurunda ixtiyarsız saz çalersan. Bu vaxt elə
bil qeyfdən bir səs gəldi. «Eşq əhlinə zaval yoxdu». Cəllad
diksindi, az qaldı lal olsun. Əl götürdü. Məhəmməd sazı cöylana
gətirif görək nə dedi, siz nə eşidersiniz?
Baharın gülşan çağında,
Niyə tüşdün tora, bülbül?!
Üstü şehli gül yarpağı,
Qismət oldu xara, bülbül.
234
Bü səsi eşidəndə İzzət danışığı kəsdi. Vəzirə dedi kimdi elə
oxuyan? Vəzir dedi. qibleyi-aləm, təzə tutulan aşıxdı. Bu ara
Məhəmməd götürdü o biri bəndi:
Mən ağlaram el ucunnan,
Əşrəfilər tel ucunnan.
Bircə aylıx gül ucunnan,
Batdın ahı-zara, bülbül.
Məhəmmədin qəmli çağı,
Qoymadılar gəzək bağı.
İkimiz də qəm tustağı,
Həsrət qaldıx yara, bülbül.
Sözünü tamamlıyan kimi İzzət şah Məhəmmədi yanına
çağırdı. Şahın hüzuruna gələn kimi ədəblə əlləri döşündə, dizə
çökdü. Şah ayağa duruf Məhəmmədin qolunnan tutuf qaldırdı.
Yer göstərdi, otur, oğlum, – dedi. Məhəmməddən bir gözünü çə-
kə bilmerdi. Məhəmmədin gözlərinə baxıb onun bəni adam
olmağına şübhə eliyirdi. Nəhayət şah, oğlum, sən kimsən, hara-
lısan, nə dərdin var, utanma, mana de. Köməyim dəyər, dedi.
Mən sən gördüyün zulumkar şahlardan deyləm, oğul. Məhəm-
məd götürdü görək nə dedi, öz halını nejə bəyan elədi:
Əziz şahım, nəzər yetir ərzimə,
Fələk məni ayrı saldı elimnən.
Baharım qış oldu, boran-qar tökdü,
Bülbül kimi ayrı tüşdüm gülümnən.
İzzət şah heyran-heyran Məhəmmədə qulaq aserdi. Vəziri
çağırıf dedi, yaxşı sözdər oxuyur, götür bu sözdəri yaz. Vəzir
uju qızıllı lələyi götürüf yazmağa başdadı. Götürdü Məhəmməd
sonrakı bəndi:
Sonalar məskənin salar göllərə,
Gəmim qarq olufdu coşğun sellərə.
Varımı itirdim, tüştüm çöllərə,
Bu yaşımda göz açmadım zulumdan.
Dostları ilə paylaş: |