Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə57/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   53   54   55   56   57   58   59   60   ...   99

 
 
219
Dəsti sınmış goru əzəb seyrab 
Əsirgəmə, canın çıxsın, bir də yaz. 
Bu  bəndnən  Fikrətin  şaha  kağız  yazmasına  işarə  eliyirdi 
Məhəmməd.  Hərə  bir  tərəfdən  afərin  dedi  ona,  götürdü  mabə-
dimi görək Fikrətə daha nə tazyanələr endirir: 
Eşq əsərin başda olsa, qaynıyarsan, coşarsan, 
Ayax yalın, başı açıx qarlı dağlar aşarsan. 
Gen qaz, dərin qaz deyiflər, axır özün düşərsən, 
Quyu qazan ço cəfa çək dərin qaz. 
Bu sözü deyəndə  məclisdəkilər  hərə  bir tərəfdən  “ey gözəl 
insan  yüz  yaşa”  deyə  qışqırışdılar.  Məhəmməd  götürdü  sözün 
möhürbəndini: 
Namərd oğlu, namus-arı istəməz, 
Məhəmməd də özgə yarı istəməz. 
Badə içən dövlət-varı istəməz, 
Bir həqiqət, bir mərifət, bir də qız. 
Söz  tamam  olan  kimi  Fikrət  ayağa  qalxıb  üzünü  Kərəmli 
şaha  tutdu,  dedi.  Şahım,  görürsən,  dedim  buna  çox  üz  vermə, 
dəlinin biridi, ağzına gələni oxuyur, heç kimi saymır. Bu sözdən 
sora  Kərəmli  şah  qəzəflənif  ayağa  qalxdı,  dedi,  Fikrət,  bir  də 
belə həyasızlıq eləsən, səni zindana atdırıf, ayağına kündə saldı-
rajam.  Nə düşüfsən  bu  yazıq oğlanın üstünə,  səhərdən gül kimi 
sözdər oxuyur, ona paxıllığınmı tutur, yoxsa aranızda bir ədavə-
tinizmi var, mənim xavarım yoxdu. Fikrət kor-peşman bir küncə 
qısılıf  şahın  gözünnən  gizdənməyə  çalışdı.  Şah  üzünü  Məhəm-
mədə  tutdu,  dedi,  oğul,  söylə  görüm,  sənə  nə  üz  verif,  başına 
nələr  gəlif,  bu  məkana  nə  niyyətnən  gəlifsən?  Oyduku 
Məhəmməd götürüf belə dedi: 
Fələk yazıb tərki-vətən olmuşam, 
Yön çevirif bu diyara gəlmişəm. 
Atadan, anadan qohum-qardaşdan, 
Mən olmuşam baxtı qara gəlmişəm. 
 


 
 
220
Məhəbbət bağının şirin barı var, 
Uca dağ başının bəyaz qarı var. 
Hər kəsin özünün bir dildarı var, 
Aşiq olub bir nigara gəlmişəm. 
 
Məhəmmədəm, itirmərm huşumu, 
Fələk bu qürbətə atdı daşımı. 
Ya budu cəllada kəsdir başımı, 
Ya da eyləginən çara gəlmişəm. 
Söz tamama yetdi. Şah dedi məsələ aydındı, oğlum, de gö-
rüm  mənim  bu  qızım  bu  saat  neçənci  otaxdadı,  otağında  nəyi 
var,  paltarı  nədəndi,  boyunbağı  necədi?  Məhəmməd  haqq  aşı-
ğıydı, dedi. Şahım mənim gözüm üstə. Şah dedi, əyər düz demə-
sən boynun qıldan nəzikdi mənim əlimdə. Götürdü Məhəmməd: 
Yeddinci otağa xublar yığıbdı, 
Bir zalım olara sağıdı-sağı. 
Gülgəz kalağayı, atlas koftası, 
Otuz cüt boynunun bağıdı-bağı. 
Şah  dedi,  zalım  oğlu,  oları  sənmi  alıfsan,  yoxsa  mənmi, 
belə düz deyirsən, Məhəmməd götürdü görək nə dedi: 
Astanası mərmər, tufarı dürdən, 
Səkkiz gül ağacı, dördüdü xəndən. 
Məcmeyi gümüşdü, qızıldan şamdan, 
Seyraquf orada yağıdı-yağı. 
 
Məhəmməd can verər, yarın yolunda, 
Bircə xal var yanağının solunda. 
Tezcə gedin Lalazarın əlində 
Piyala doludu, ağıdı-ağı. 
Tez cəllad özünü yetirdi qızdarın məclisinə. Gördü Lalazar 
zəhəri  Günəş  pəriyə  verhaverdi.  Tez  piyalanı  əlinnən  alıf  şahın 
hüzuruna gətirdi. Baxdılar gördülər yoxladılar, təsdiq elədilər ki, 
Lalazar  doğrudan  da  Günəş  pəriyə  zəhər  hazırlıyıbmış.  Hamı 


 
 
221
Məhəmmədin  haqq  aşığı  olmasına  inandı.  Ona  pənah  gətirdi. 
Şah əmr elədi Fikrəti də, Lalazarı da zindana saldırdı. Vəziri də 
işdən  çıxartdı.  Dedi  belə  qəlbi  qara  övlad  böyüdən  ata  mənim 
ölkəmdə  gərək  yaşamasın,  başını  götür  hara  istiyirsən  köç  get. 
Şahın  bu  sərəncamınnan  sora  Məhəmmədə  bəy  libası  geyindir-
dilər, hamı xeyir-dua verdi. Günəş pəri də gəlinnik libasına gir-
di. Başdadı toy. Həmişə öyünüzdə-eşiyinizdə toylar olsun. Yed-
di  gün,  yeddi  gejə  toy  çalındı.  Şülənnər  qırıldı,  kavaflar  pişdi, 
puloy qazannarı doldu-boşaldı.  Vaxt gəldi Günəş  pərinin  başını 
bəziyif Məhəmmədin otağına aparmax vədəsi çatdı. 
Lalazarın bir qoja nənəsi varıydı. Sarayda bir neçə imansız 
qarıynan  dilbir  oluf  xəlvətcə  Günəş  pəriyə  bihuşdarı  verdilər. 
Qız  yuxuya  gedənnən  sora  aparıf  otaxların  birində  gizlətdilər. 
Onun  əvəzinə  gözü  kor,  əli  şil,  beli  də  fır  bağlamış  bir  qarımış 
qızı  bəzədilər.  Üzünü  düvadılar.  Apardılar  gəlin  otağına.  Mə-
həmməd  gəlin  otağına  gedəndə  cavannardan  biri  ona  yanaşdı, 
dedi,  ay  təzə  bəy,  Günəş  pərinin  tərifini  de,  elə  biz  də  eşidək. 
Aldı Məhəmməd: 
Əziz bəylər, qulaq asın, 
Bir gözü kordu gəlinin. 
Dili laldı, əli çolax, 
Qulağı kardı gəlinin. 
Bu sözü deyəndə Günəş pərinin qardaşı elə qeyzə gəldi ki. 
az  qaldı  xəncəri  sıyırıf  Məhəmmədi  doğrasın.  Əl  saxladı,  dedi, 
əyə,  beyinsaf,  sən  Günəş  kimi  qıza  nədi  belə  ağzına  gələni 
dedin? Məhəmməd dedi səbr elə. Axırına qulax as: 
Dünyada yalan bilmərəm, 
Nalayıx qızı söymərəm. 
Necəsini heç demərəm, 
Əlli yaşı var gəlinin. 
Heydər  bəy  lap cinə doldu.  Məhəmməd dedi,  səbrin olsun, 
gör nə deyirəm: 
 


 
 
222
Məhəmmədi sınağa saldın, 
Ağlını əlinnən aldın. 
Mana nejə layıx qıldın, 
Belində fırdı gəlinin. 
Söz  tamama  yetdi.  Heydər  bəy  əyağını  dirədi  ki.  rübəndi 
qaldırın  görün  mənim  bajımda  o  eybəcər  tərifdən  bir  nişana 
varmı? Gəlinin rübəndini götürdülər. Nə gördülər? Bu bir şikəst, 
qozbel,  lal,  kar,  kor  bir  qızdı.  Arıya  çaxnaşma  düşdü.  Günəş 
pəriyi axtardılar otaxların birində bihuş halda tapdılar. Bir azdan 
qız özünə gəldi. Vüsal otağına daxil oluf muraz verdi. Qarıyı da, 
şikəst  qızı  da,  onnara  kömək  eliyən  bir  neçələrini  də  aparıf 
qazamata Lalazarın yanına atdılar. 
Məhəmmədnən  Günəş  pəri  bir-birinə  «can»  deyə-deyə  şi-
rin-şirin  ömr  eləməyə  başdamışdılar.  Qışı  əlvan  otaxlarda,  yazı 
güllü  baxçada,  yayı göy  yaylaxlarda keçirmişdilər.  Elə ki payız 
gəlif yetişdi. Məhəmmədin günnərin birində vətən yadına düşdü. 
Atasınnan-anasınnan ötrü burnunun ucu göynədi.  Günü günnən 
qəm dəryasına batdı. Günnərin birində Günəş pəri Məhəmmədin 
belə  qəmli  halına  dözmədi.  Nə  elədi.  Nejə  qılığına  girdisə  də 
Məhəmmədin üzü gülmədi. Dedi heç olmasa səbəbini söylə, gö-
rəm  niyə qanın qaradı.  Günəşi ağlamax tutdu.  Məhəmməd  söy-
gülüsünün  gözündə  yaş  görəndə  qəlbi  yumşaldı.  Ustaddar  de-
mişkən kişilərin ürəyini bircə xanımların göz yaşdarı yumşaldar. 
Məhəmməd  dedi,  mənim  əziz  söygülüm,  sən  mənim  dün-
yalarca söydüyüm canım-gözümsən, əmbə onu da bilməlisən kin 
mən  vətənimi,  ata-anamı  da  sənnən  az  istəmirəm.  İndi  özün 
söylə,  mən  olarsız  burda.  Bu  uzax  ölkədə  necə  qala  bilərəm. 
İstəyim odu ku, səni də götürüf yaxın günnərdə vətənimə gedim. 
Gedək gerdə qalan ömrümüzü də atamın qazma küməsində yaşı-
yax, özümüzə öz əlimiznən, əməyimiznən ömür-gün qazanax. 
Günəş  pəri  dedi,  mənim  əziz  ərim,  sənin  atayın  kasıb  ko-
ması  mənnən ötəri  şah  babamın  qızıl sütunlu sarayınnan üstün-
dü.  Sən  hara desən  mən də  sənnən  bir  yerdə ora getməyə  hazı-


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə