208
olsun gəl belə bir xeyirxah iş gör, gəl Məhəmmədi məcbur
eliyək öyləndirək. Öylənsə başı qarışar, fikri-zikri arvadına cəm
olar, sora da uşaqları olar, təmiz başı qarışar, bir də şahlıx iddia-
sında olmaz, öz kasıfçılığınnan məşğul olar, başını dolandırar.
Məhəmmədi danışığa çağırdılar. Şah dedi, Məhəmməd,
sənin iki yolun var – ya gərək öylənəsən, ya da ömürlük qaza-
matda çürüyərsən, özün seç. Razı olsan səni vəkilin qızı Sücahət
xanımnan öyləndirərik, özünə də sarayda bir yaxşı iş verərik.
Məhəmməd dedi, heç mənnən ötəri narahat – olmuyun,
mən heç kimnən öylənəsi döyləm, ömrüm boyu qazamatda çürü-
səm də siz deyən olmuyajax. Məhəmməd belə deyəndən sora
Eyzan şah sərəncam verdi ki, aparın atın bu məlunu zindana,
qoyun ağlı başına gələnə kimi çürüsün. Məhəmmədi apardılar
zindana saldılar. Bu minvalnan zimistan dolanda, üstünüzə
xeyirli yazdar gəlsin – yaz gəldi. Bir gün Məhəmmədi gənə də
şahın yanına danışığa gətirdilər.
Eyzan şah dedi, Məhəmməd, öz ürəyin kimi istəyir gəl onu
da sana alax, yoxsa vədən tamamdı səni dar ağacınnan astırajam.
Bu dəfə də bir şey hasil olmadı. Məhəmməd dediyinnən
dönmədi ki, dönmədi.
Apardılar təzdən saldılar qəzəmətə.
İndi sizə kimnən deyək, dərvişdən. Gejənin bir vədəsi
Məhəmməd yatan qəzəmətin qapısı açıldı. Dərviş içəri girdi.
– Oğul, nə yatıfsan, oyan, dur, bu piyalanı nuş elə. Bu
badəynən sana Günəş xanım adında bir padşah qızını buta
verdim. Məhəmməd badeyi içdi, gördü Dərviş yoxa çıxdı, ordaja
Məhəmmədi huş apardı, özünnən getdi.
Gün gəldi Məhəmmədi gənə danışığa çağırdılar, özünə də
şah dedi ki, bu axırıncı dəfədi, ya gərək öylənəsən, ya da
ölməlisən. Məhəmməd dedi: – İxtiyar versən, bura bir saz gətir-
sinlər dərdimi saznan deyim. Şah əmr elədi bir beş telli saz
gətirdilər. Məhəmməd sazı sinəsinə basdı, görək nə dedi:
209
Şahda insaf olar, həm də həqiqət,
Neylədim çəkirsən divana məni.
Gəl özün divan kəs, hax divanınnan,
Nahaxdan buyurma fərmana məni.
Məhəmməd belə deyəndə vəzirin ona yazığı gəlif dedi,
Məhəmməd, gəl daşı ətəyindən tök. Öylənməyə irazı ol, yoxsa
arada qanın batıf gedəsidi, arxan yox, köməyin yox. Məhəmməd
götürdü ikinci bəndi:
Zənana üzünə baxmaram, haşa,
Takı elm oxuyuf çıxmayam başa.
Şahım, salma məni yanar ataşa,
Həsrət qoyma bağa-gülşana məni.
Bu sözdən Eyzan şah belə başa düşdükün Məhəmməd deyir
mən şah olmasam arvad almaram. O tüşünməyində olsun, görək
Məhəmməd sözü nejə tamamlayır:
Məhəmmədəm, şahım, qolu bağlıyam,
Qəmlər tustağıyam, yolu bağlıyam.
Qəzəbinnən gejə-gündüz ağlıyam,
Zülmnən salıfsan zindana məni.
Söz tamama yetdi, vəzir şaha yalvardı kın, şahım, amanın bir
günüdü, qıyma Məhəmmədə, asdırma onu, qoy həmişəlik zindanda
qalsın, havax öylənməyə irazılıx verər onda azad eliyərsən. Şah vəzi-
rin sözünnən irazılaşdı, Məhəmmədi təzədən qəzəmətə göndərdilər.
Vəzir xəlvətə salıf zindanbaşına tapşırdı kin Məhəmmədə
yaxşı baxsın, vaxtı-vaxtında çörəyini, suyunu versin, əziyyət
çəkməyə qoymasın. Bu minvalnan bir zimistan da dolandı, gənə
də yaz gəldi. Bir gejə Məhəmmədin yuxusuna ağa Dərviş gəldi.
Məhəmməd yuxudan sərsəm ayıldı, sazı götürüf görək nə dedi,
siz nə eşidirsiniz:
Qəmlər otağında tək-tənha qaldım,
Yetiş imdadıma ya ağa mənim.
Heyva tək saraldım, gül kimi soldum,
Yetiş imdadıma, ya ağam, mənim.
210
Zaman bəddi hax-nahaxdan seçilməz,
Pünhan dərdim heç bir kəsə açılmaz.
Qanadım da olsa burdan uçulmaz
Yetiş imdadıma, ya ağam, mənim.
Məhəmməd çağırar Ədalət şahı,
Zəlillər gümanı qədir allahı.
Adı bəlli mərd iyidlər pənahı,
Yetiş imdadıma, ya ağam, mənim.
Məhəmməd sözünü tamama yetirdi, başını söykəyif təzdən
yuxuya getdi.
Eşit Bərbər şəhərinnən. Bərbər şəhərində kimnən – Kərəmli
şahdan.
Kərəmli şah yeddi iliydi ki, şahıydı. Bu yeddi ildə camahat
tamam vergidən, töycüdən azad olmuşdu. Kərəmli şah səxa-
vətdi, əliaçıx oldğuna görə Allah-tala ona iki züryət verdi, biri
oğlan, biri qız. Qız o qədər gözəliydi kin, günnən xarac alırdı.
Adı Günəş pəriydi. Günəş pəri həm quvallı pəhləvanıydı, həm
də həkimiydi. Vaxt yetişdi. Günəş pəri iyirmi beş yaşına çatdı.
Günnərin bir günü həmən ağa Dərviş Günəş pəriyə badə içirtdi,
Məhəmmədi ona buta göstərdi. Qız eşq ataşına dayana bilmədi,
atasına sifariş göndərdikin onu qəbul eləsin. Atası irazılıx verdi.
Günəş pəri atasının hüzurunda altı qədəmdə dizə çökdü, yeddi
qədəmdə qolu bağlı ayağa duruf dedi, ateyi mehribanım, ey qib-
leyi aləm, dünya seyrinə çıxmaq istiyirəm, mümkünsə yox de-
mə. Kərəmli şah əlini öpdü, gözünün üstünə qoydu, dedi övla-
dım, özünnən nə götürmək istiyirsən? Qız dedi, ata, bir zərin
kəjava, bir də dili lal qoca bir sarvan, yanıkın sir saxlıyan olsun.
Təmanna yerinə yetirildi, Günəş pəri öz gəcavasıynan düş-
dü yolun turabına. Nə qədər yol getdi, onu demək çətindi. Yazın
elə vaxtıydıkın bülbüllər təzəjə yuva tikirdi. Çatdılar Şəhrizanın
kənarına. Bura Məhəmməd yatan qazamatdan bir ağac aralı ola-
olmuya. Günəş pəri əmr elədi kacava əyləndi. Kacavadan endi, o
211
yana-bu yana baxdı, dedi, qoca sarvan, sən burda dincəl, mən
görüm buralarda dava-dərman düzəltməkdən ötəri hansı ottar,
çiçəklər var. Sarvan dedi, buyurun övladım, Günəş pəri əmr elə-
di kacava əyləndi. Kəcavadan endi, o yan, bu yana baxdı dedi,
qoca sarvan, sən burda dincəl, mən görüm buralarda dava dər-
man düzəltməkdən ötəri hası ottdar, çiçəklər var. Sarvan dedi,
buyurun övladım. Günəş pəri gedəndə qoja sarvan gördükün
qızın qucağında uşax qundağına bənzər ağa bükülü bir şey var.
Sarvan öz-özünə qaldı mətəl, «hancarı iyirmi gündü yol
gəlerəm, bu uşax bu neçə vaxtda bircə ağlamadı, səsi gəlmədi,
həm də Günəş pəri bakirə qzdı, bu uşax ona hardandı?» Bu fikir
qoja sarvanı dinc buraxmadı, durdu yavaş-yavaş Günəş pəri
gedən səmtə getdi, gördükün qız ağ qundağa bənziyən şeyi açdı,
arasınnan on dörd qulaş hörüyü çıxardıf daraxlamağa başdadı.
Sarvan gördüyünə çox xoşxal oldu. Sən demə Günəş pəri
qulaş hörükləri yolda toza bulaşmasın diyən ağa büküfmüş.
Qız saçını daradı, gənə də ağa büküf başına yığdı, başdadı
bir qədər gül-çiçək yığdı qayıdıf sarvanın yanına gəldi. Axşam
tüşdü, bir azdan Günəş pəri baxıf gördükün yaxındakı qalaçadan
ətrafa səs yayıler.
Qoca sarvan da qıznan baravar qalaçaya sarı baxırdı. Günəş
pəri dedi kin, ay mənim qoca sarvan babam, mən o qalaçıya ge-
dif yoxlamax istiyirəm, sən kəcavamızın yanında dayan gözdə,
həm də istirahət elə. Qız bunu deyif gənə də hörüklərini ağa
pükdü, dəstələdi, bərkitdi. Üz qoydu qalaçaya tərəf. Gəlif qala-
çanın qapısına çatdı, gördü qapıda cəmi bir cəllad durur. Cəllad
nə qədər istədi danışa, xavar alakın nə istiyirsən, kim lazımdı,
qızın gözəlliyininin şoxunnan dili tutuldu. Cəllad əvvəlcə elə
bildi Məhəmməd eşiyə çıxıf, belə şoxu Məhəmməddə görmüş-
dü. Bu vaxt Günəş pəri dilləndi:
– Ey möhtərəm cəllad, salamməleyküm.
Cəllad dili tutar-tutmaz salam aldı, ürəyi yerinə gəldi dedi.
Övladım, nə məqsədə gəlifsən. Günəş pəri dedi, nəyin bahasına
Dostları ilə paylaş: |