Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə47/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   43   44   45   46   47   48   49   50   ...   99

 
 
182
də  Hürü  sənə  arvad  olmayacaq.  Piri  yenə  dediyinnen  dönmədi. 
Mən  onu  axtaracağam,  tapacağam.  O  mənim  olmalıdı.  Həm  də 
mənimdi.  Kişi  kor-prşman  evə  döndü.  Bir  gün  qala  bəyi  Piriyə 
dedi: 
– Piri, aşiqsənsə Başıaçığa
1
 bir tərif de. Piri aldı görək nə dedi: 
Başaçıqda ala gözlü bir sona, 
Çaldı məni, aldı məni haradan?! 
Gəlməyəydim sənsiz olan dünyaya, 
Kaş ki, onu verməyəydi Yaradan. 
 
Başaçıqda bir yolçunun yolu çən,  
Bir səyyadın toru kədər, ovu qəm. 
Bir aşiqin ürəyi dərd, gözü nəm, 
Bəxt yığvalı don geyinib qaradan. 
 
Başaçığın sultanı o, xanı o, 
Sevən könlün təbibi, dərmanı o, 
Qan-qan deyən buyruğu, fərmanı o, 
Tapammıram, tapım, Allah haradan? 
Qala bəyi Piriyə baxdıqca ürəyi yanırdı. Dedi: 
-  Mən  tünel  qazmışam  gecə  qaçaq  gedək  qızın  atasınnan 
soruşaq  qızın  yerini.  Onlar  gecə  qaladan  qaçdılar.  Gəlib  Qara 
dədənin  qapısını  döydülər.  Qara  dədə  qapını  açanda  Pirini  gör-
dü. Kişinin Piriyə yazığı gəlirdi. Ona görə də dedi: 
- Piri, niyə gəlibsən çıx get. Onsuz da Hürü ölüb. 
Qala bəyi dedi: 
-  Kişi,  çox  o  yan  bu  yan  danışma.  Qanın  tökərəm,  qızın 
yerini deməsən səni iki bölərəm. 
Qara dədə ixtiyar vaxtında qan eləmək istəmirdi. Ona görə 
yenə mülayim dedi: 
- Bala çıx get, Hürü qəbirdədi. Get qəbirstanlıqda görərsən. 
Qala  bəyi  hirsli  xəncəri  çəkib  Qara  dədəni  vurdu.  Piri  elə  bildi 
                                                             
1
 Başıaçıx – Gürcüstanın qədim adıdır. 


 
 
183
xəncəri kişiyə yox Hürüyə dəydi. O da qala bəyini vuruf öldür-
dü. Qara dədə can verirdi. Piri  başını dizinə almışdı. Qara dədə 
Piriyə and verirdi ki, axtarma mənim balamı. Məni biabır eləmə, 
çıx get yad bir ölkəyə. 
Haya-haraya  hamı  gəlmişdi.  Piri  əlləri  qanlı  yenə  tütək 
çalırdı. Arvadlar üzlərini cırırdı ki, bu işin axırı pis olacaq. 
Qara dədə dedi: 
- Onu burdan çıxarın rahat ölüm. Piri oxuya-oxuya gedirdi. 
Ay qız, adın Hürüdü, 
Duman dağı bürüdü 
Dərdini bil çəkməkdən 
Yazıq canım çürüdü. 
 
Ay qız, adın Hürüdü, 
Gülüm kimin gülüdü? 
Eşqinnən bil bu aşiq 
Divanədən dəlidi. 
 
Ay qız adın Hürüdü, 
Qalan ocaq gülüdü. 
İnandığım, inamım, 
Məhəmməddi, Əlidi. 
Qara dədə ölmüşdü. El  yana-yana ağlayırdı. Pirini də  yenə 
qalaya  salmışdılar.  Hər  gün  sonsuz  bacısı  Qara  dədəinin  qəbri-
nin üstünə gələrdi. Doyunca ağlayıb gedərdi. 
Halayı-hablı qardaş, 
Qızıldan qablı qardaş, 
Bəzirgən getməz, xoca satmaz 
Bə hardan tapmalı qardaş. 
İndi sizə kimdən deyim Hürüdən. Kişi Hürünü gətirib əmisi 
oğluna bir balası kimi təhvil verdi. 
Hürü oğlan paltarı geyinirdi. Hamı onu oğlan kimi tanıyır-
dı.  Çölə  bəzən  mal-qaranı  otarmağa  da  gedirdi.  Hürü  kişinin 
qızlarından  xalça  toxumağı  öyrənib  gözəl  xalçalar  toxuyurdu. 


 
 
184
Hamı onun əl işini bəyənirdi. Adını Qızbəşir qoymuşdular, çün-
ki onu oğlan bilirdilər. Hürü sazı elə çalırdı dağların daşı yumu-
şalırdı. Hər gün səhər tezdən ağlıya-ağlıya sazı çalıb oxuyardı: 
Yerdən-göydən üzülübdü, 
Ay camaat, əlim mənim. 
Alçal, alçal, uca dağlar, 
Qoy görünsün elim mənim. 
 
Bir sonam göldə qalıbdı, 
Ceyranım çöldə qalıbdı, 
Söhbətim dildə qalıbdı, 
Vaxtsız solub gülüm mənim. 
 
Yaman halda pərişanam, 
Harda qalıb-atam anam?! 
Obasına gün dolanan  
Lal olubdu dilim mənim, 
Ev  yiyəsinin  Hürüyə  yazığı  gəlirdi.  Xətrini  dünyalar  qədər 
istəyirdi.  Həmişə  Qarsın  meydanında  aşıqlar  yarışanda  Hürünü 
də aparardı.  Kişi öz balalarından Hürünü seçmirdi.  Lakin gələn 
bir günnən Hürünün yanağının qırmızısı solmuşdu. Hürü qürbə-
tə dözə bilmirdi. Yağış yağanda, şimşək çaxanda, günəş çıxanda 
səhər-axşam  hər  vaxt  vətən  deyirdi.  Gələnlər-gedənlər  Hürüyə 
Qara  dədənin  ölümünü  demirdi.  Kişi  Qarsa  yaymışdı  ki,  Vətən 
oğlu  Qara  dədənin  bacısı  oğludu.  Hürünün  bibisinin  əri  hərdən 
bir gəlib qızı yoxluyurdu. Lakin olan işlərdən ona heş nə danış-
mırdı.  Gələndə  əmisi  oğluna  möhkəm-möhkəm  Hürünü  tapşı-
rırdı. Hürü də onnan xəcalət çəkib Pirini soruşmazdı. Lakin canı 
qalardı ki, görəsən necə olub. 
Bir gün evin yiyəsi gəlib dedi ki, hazırlaş Vətən oğlu, sizin 
dağlardan Qarsa bir neçə aşıq gəlib, səhər deyişmə olacaq. Hürü 
bütün gücəni sevindiyinnən yatmadı. Səhər tezdən oyanıb sazını 
kökləyib yola düşdü. Meydan camahatnan dolu idi. aşıqlar deyi-


 
 
185
şirdi. Hürüyü görən kimi  hamı  yerbəyerdən Vətən oğlu dedilər. 
Hürü sazı köynəyinnən çıxarıb aldı görək nə dedi: 
A dağlardan gələn aşıq, 
Darıxmışam, elimnən de. 
Ölən kimdi, qalan kimdi 
Hal-əhvalı dərinnən de. 
 
Şam düyədən, Qır dağınnan,  
Sənəkuçan oylağımnan, 
O yurd yeri yaylağımnan, 
Şinditəki Pirimnən de. 
 
Məni Qara qul verdirən, 
Ürəymi yarı böldürən, 
Hürüyü Pünhan öldürən 
Açılmayan sirrimnən de. 
Aşıq  arif  adam  idi.  O  saat  Hürünü  tanıdı,  axı  şayə  gəzirdi 
ki, Hürü sağdı. Ürəyi qübar eylədi, Qara dədə yadına düşdü. Sa-
zı “İbrahimi” üstə kökləyib bir xeyli çaldı. Sonra görək nə dedi: 
Qürbət eldə solan gözəl, 
Sizin ellər yerindədi. 
Aşıq deməz yalan, gözəl, 
Dərdin elin dilindədi. 
 
Məcnun kimi çölü gəzər, 
Hürü deyər, Hürü gəzər, 
Divanətək Piri gəzər, 
Yazıq yaman zülümdədi. 
 
Ya bir yolluq al canını, 
Ya da göndər dərmanını. 
Ver eşqiyin fərmanını 
İxtiyarı əlindədi. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə