348
yirlər. Xozeyin onlara üz tutub: «Dostlar, bir az da gözləyək.
Çünki hər yana əsgərlər düzülüb». Şəmistan başına gələn əhva-
latı söylədi. Anası Anaxanımın da getməsini təklif elədi. Xoze-
yin dedi: «Şəmistan, səfərimiz qorxuludu, zənən əhlidi, başına
bir iş gələr. O da bizə bir dağ olar. Mən də öz həyat yoldaşımı
aparmıram. Dedim, yolları yoxlayaq, sonra apararam».
Şəmistan onda qaçaqları Ağbabadan o yana sərhəddən keçi-
rib qayıdacağını bildirdi: «Mən geri qayıdajam. Allaha təvəkkül,
nə olar, olar».
Atlandılar, yola düşdülər. O gejə səhərə kimi yol getdilər.
Doloy (Dolama) yolunun başında hava işıqlaşdı. Dəlidağa tərəf
çınqıllıqda oturdular. Atları “Xram”da saxladılar. Xozeyin Dolo-
yun başında iki nəfər gözətçi qoydu. Qaçaqlar axşamı gözlədilər.
Gözətçilərdən biri Xozeyinə xəbər gətirdi: «Doloyın
ayağından bir «Emadin» qalxır, nə edək?» Xozeyin tapşırdı:
«Özünüzü göstərməyin, qoyun gəlsin». «Emadin» gəlməkdə ol-
sun, qaçaqlar maşın yolunun ətrafına sindilər. «Emadin» gəlib
keçəndə Xozeyin əmr etdi: «Durun!». Hamı silah əldə durdu.
«Emadin» arada əyləndi. Xozeyin bunlarla rusja, gürcücə hey
danışdı. Sonra üzünü qaçaqlara tutdu: «Bunlar bizim ən qəddar
düşmənlərimizdir. Onlar QPU-nun yüksək rütbəli zabitləri Sere-
teli, Naçkebiya, bir də Qriqoriyadır. Gedirlər sərhədləri bərkit-
məyə». Xozeyin mauzerini çıxartdı. Şəmistan silahını daşa söy-
kədi, arxasını isə «Emadin»ə tərəf çevirdi və dedi: «Xozeyin, ya
məni də bunlarla güllələ, ya da bunlara tapşır, məni üzə çıxar-
sınlar. Çünki mən anamı qoyub getməyəjəm». Xozeyin əlini
aşağı saldı, silahdaşlarından soruşdu: «Siz nə deyirsiniz?» Hamı
bir ağızdan Şəmistana tərəf danışdı: «Şəmistanın böyük zəhməti
var». Xozeyin də onların sözlərini təsdiqlədi: «Doğrudur, o, çox
etibarlı dostdu». Sonra üzünü QPU-nun işçilərinə tutdu: «Anası
deyib, məni qoyub Türkiyəyə köçsən, südümü halal etməyəjəm.
Sizi öldürməyib, bu adama bağışlayırıq. Sizin də insanlığınız
varsa, ona kömək edin. Üzə çıxardın, anası ilə asudə yaşasın».
349
Bütün qaçaqlar Şəmistanla öpüşüb ayrıldılar, atlarını minib
Ehram çayından Türkiyəyə yola düşdülər.
Şəmistan silahı daşın üstündən götürüb «Emadin»ə qoydu.
QPU işçilərinin hamısının nitqi tutulmuşdu. Bilmirdilər, nə et-
sinlər. Şəmistan əli ilə sürüjüyə başa saldı ki, geri sürsün. Onlar
geri qayıtdılar. Canbağçada dilləri açıldı: «Sənin anana qurban
olaq. Bizi ölümdən xilas etdin».
Birbaşa Tiflisə gəldilər. Sereteli onu bir həftə evində sax-
ladı. Seretelinin anası Şəmistana yalvarırmış: «Şəmistan, anan
həm özünü, həm də məni oğul dağından qurtardı».
Bir gün Sereteli Şəmistana qırmızı vəsiqə verdi. Onu
Qarayazıda milis dəstələrindən birinə rəis təyin etdi.
Şəmistanın evə gəlmək ərəfəsində anası Anaxanım yuxu
görür. Görür ki, qardaşları onu çağırır, başına gülab suyu tökürlər.
Sonra da bir nurani ağsaqqal kişi ona deyir ki, odur oğlun, söhbət
edin. O, oğlunun səsini eşidir, amma görə bilmir. Sübh namazı
yuxusunu danışır. Başı havalanmış kimi bu sözləri oxuyur:
Bu gecə yuxumda gördüm:
Meqim ilə Ması gəldi.
Başımdan gülab tökdülər,
Dərdimin davası gəldi.
Xudamın rəhmi olmasa,
Bilin ki, bataram yasa.
Ağ saqqallı, əldə əsa
O Xızır babası gəldi.
Siz baxın sinə dağıma,
Qəm yağıbdı yanağıma.
Aman Allah, qulağıma
Şəmistanın səsi gəldi.
Anaxanım deyər, canım,
Məndən qaçdı öz sultanım.
350
Gör gəlirmi Şəmistanım?
Burnuma nəfəsi gəldi.
Anaxanım qəflətən görür ki, qapıda bir «Emadin» dayandı.
Şəmistan, yanında da bir neçə adam evə daxil oldular. Cəld Ana-
xanım ana oğlunu bağrına basıb, üz-gözündən öpdü. O elə bildi
ki, Şəmistanın yanındakılar varlılardır. Onları da öpdü: «Tez
olun, indicə milislər gələjək». Şəmistan anasına hal-qəziyyəni
danışdı. Onunla gələnlərin hökumət adamları olduğunu bildirdi.
Gələnlərdən Azərbayjan dilini bilən bir nəfər anaya müraciət
etdi: «Ana, halal olsun sənə, oğlun bizi ölümdən qurtardı. Nə
qədər ki Şura hökuməti var, biz sənin oğluna arxa duracağıq».
Bu sözləri deyib yola düşdülər.
Sonra Anaxanım ana Şəmistana gileyləndi: «Sən qaçaq
olandan bəri atını sənin qohumun minir».
Şəmistan rayon mərkəzində Qarayazı milis idarəsində işə
başlamaq və orada işləyən qohumu ilə haqq-hesabı çürütmək
üçün çiynində beşaçılan, belində patrondaş atı sürüb, Qarayazı
milis idarəsinə gəldi, vəsiqəsini təqdim etdi. Onu görəndə milis-
lər bir-birinə dəydi. Silahını əlindən aldılar. Lakin vəsiqəni gö-
rüb sakitləşdilər. Yuxarılara zəng edib məsələni öyrəndilər.
Onun silahını özünə qaytardılar. O, atı yedəyində dost-tanışları
ilə görüşə-görüşə evinə qayıtdı.
Şəmistan səhəri günündən işə başladı. Qohumunu işdən
azad etdi.
Şəmistan işinə davam etməkdə olsun, sizə xəbər verim
İsaxandan.
İsaxan 1930-cu ilin əvvəllərindən yaylaq milis rəisi təyin
edilmişdi. Ona Borçalının Ayrım kəndindən Oruc adlı bir kö-
məkçi də vermişdilər. İsaxanın binələri Qaraxaçda, Doloy yolu-
nun ağzına, yol kənarına düşmüşdü. Binədən qonaqlar əskik ol-
murdu. İsaxan (Oruc də həmişə ondan əl çəkmirdi) həmişə
qonaqlıqlarda olurdu. Çox adam bilirdi ki, bu Orucu İsaxanı
izləməkdən ötrü qoyublar.
Dostları ilə paylaş: |