Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə90/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   86   87   88   89   90   91   92   93   ...   99

 
 
348
yirlər.  Xozeyin  onlara  üz  tutub:  «Dostlar,  bir  az  da  gözləyək. 
Çünki hər yana əsgərlər düzülüb». Şəmistan başına gələn əhva-
latı söylədi.  Anası  Anaxanımın da getməsini təklif elədi. Xoze-
yin  dedi:  «Şəmistan,  səfərimiz  qorxuludu,  zənən  əhlidi,  başına 
bir  iş gələr. O da  bizə  bir dağ olar. Mən də öz həyat  yoldaşımı 
aparmıram. Dedim, yolları yoxlayaq, sonra apararam». 
Şəmistan onda qaçaqları Ağbabadan o yana sərhəddən keçi-
rib qayıdacağını bildirdi: «Mən geri qayıdajam. Allaha təvəkkül, 
nə olar, olar». 
Atlandılar,  yola  düşdülər.  O  gejə  səhərə  kimi  yol  getdilər. 
Doloy (Dolama)  yolunun  başında  hava  işıqlaşdı.  Dəlidağa tərəf 
çınqıllıqda oturdular. Atları “Xram”da saxladılar. Xozeyin Dolo-
yun başında iki nəfər gözətçi qoydu. Qaçaqlar axşamı gözlədilər. 
Gözətçilərdən  biri  Xozeyinə  xəbər  gətirdi:  «Doloyın 
ayağından  bir  «Emadin»  qalxır,  nə  edək?»  Xozeyin  tapşırdı: 
«Özünüzü göstərməyin, qoyun gəlsin». «Emadin» gəlməkdə ol-
sun,  qaçaqlar  maşın  yolunun  ətrafına  sindilər.  «Emadin»  gəlib 
keçəndə  Xozeyin  əmr  etdi:  «Durun!».  Hamı  silah  əldə  durdu. 
«Emadin»  arada  əyləndi.  Xozeyin  bunlarla  rusja,  gürcücə  hey 
danışdı.  Sonra üzünü qaçaqlara tutdu: «Bunlar  bizim ən qəddar 
düşmənlərimizdir. Onlar QPU-nun yüksək rütbəli zabitləri Sere-
teli,  Naçkebiya,  bir  də  Qriqoriyadır.  Gedirlər  sərhədləri  bərkit-
məyə». Xozeyin  mauzerini çıxartdı. Şəmistan silahını daşa söy-
kədi, arxasını isə «Emadin»ə tərəf çevirdi və dedi: «Xozeyin, ya 
məni  də  bunlarla  güllələ,  ya  da  bunlara  tapşır,  məni  üzə  çıxar-
sınlar.  Çünki  mən  anamı  qoyub  getməyəjəm».  Xozeyin  əlini 
aşağı saldı, silahdaşlarından soruşdu: «Siz nə deyirsiniz?» Hamı 
bir ağızdan Şəmistana tərəf danışdı: «Şəmistanın böyük zəhməti 
var». Xozeyin də onların sözlərini təsdiqlədi: «Doğrudur, o, çox 
etibarlı dostdu». Sonra üzünü QPU-nun işçilərinə tutdu: «Anası 
deyib, məni qoyub Türkiyəyə köçsən, südümü halal etməyəjəm. 
Sizi  öldürməyib,  bu  adama  bağışlayırıq.  Sizin  də  insanlığınız 
varsa,  ona  kömək  edin.  Üzə  çıxardın,  anası  ilə  asudə  yaşasın». 


 
 
349
Bütün  qaçaqlar  Şəmistanla  öpüşüb  ayrıldılar,  atlarını  minib 
Ehram çayından Türkiyəyə yola düşdülər. 
Şəmistan  silahı  daşın  üstündən  götürüb  «Emadin»ə  qoydu. 
QPU  işçilərinin  hamısının  nitqi  tutulmuşdu.  Bilmirdilər,  nə  et-
sinlər. Şəmistan əli ilə sürüjüyə başa saldı ki, geri sürsün. Onlar 
geri  qayıtdılar.  Canbağçada  dilləri  açıldı:  «Sənin  anana  qurban 
olaq. Bizi ölümdən xilas etdin». 
Birbaşa  Tiflisə  gəldilər.  Sereteli  onu  bir  həftə  evində  sax-
ladı.  Seretelinin  anası  Şəmistana  yalvarırmış:  «Şəmistan,  anan 
həm özünü, həm də məni oğul dağından qurtardı». 
Bir  gün  Sereteli  Şəmistana  qırmızı  vəsiqə  verdi.  Onu 
Qarayazıda milis dəstələrindən birinə rəis təyin etdi. 
Şəmistanın  evə  gəlmək  ərəfəsində  anası  Anaxanım  yuxu 
görür. Görür ki, qardaşları onu çağırır, başına gülab suyu tökürlər. 
Sonra da bir nurani ağsaqqal kişi ona deyir ki, odur oğlun, söhbət 
edin.  O,  oğlunun  səsini  eşidir,  amma  görə  bilmir.  Sübh  namazı 
yuxusunu danışır. Başı havalanmış kimi bu sözləri oxuyur: 
Bu gecə yuxumda gördüm: 
Meqim ilə Ması gəldi. 
Başımdan gülab tökdülər, 
Dərdimin davası gəldi. 
 
Xudamın rəhmi olmasa, 
Bilin ki, bataram yasa. 
Ağ saqqallı, əldə əsa 
O Xızır babası gəldi. 
 
Siz baxın sinə dağıma, 
Qəm yağıbdı yanağıma. 
Aman Allah, qulağıma 
Şəmistanın səsi gəldi. 
 
Anaxanım deyər, canım, 
Məndən qaçdı öz sultanım. 


 
 
350
Gör gəlirmi Şəmistanım? 
Burnuma nəfəsi gəldi. 
Anaxanım qəflətən görür ki, qapıda bir «Emadin» dayandı. 
Şəmistan, yanında da bir neçə adam evə daxil oldular. Cəld Ana-
xanım ana oğlunu bağrına basıb, üz-gözündən öpdü. O elə bildi 
ki,  Şəmistanın  yanındakılar  varlılardır.  Onları  da  öpdü:  «Tez 
olun,  indicə  milislər  gələjək».  Şəmistan  anasına  hal-qəziyyəni 
danışdı. Onunla gələnlərin hökumət adamları olduğunu bildirdi. 
Gələnlərdən  Azərbayjan  dilini  bilən  bir  nəfər  anaya  müraciət 
etdi:  «Ana,  halal  olsun  sənə,  oğlun  bizi  ölümdən  qurtardı.  Nə 
qədər  ki  Şura  hökuməti  var,  biz  sənin  oğluna  arxa  duracağıq». 
Bu sözləri deyib yola düşdülər. 
Sonra  Anaxanım  ana  Şəmistana  gileyləndi:  «Sən  qaçaq 
olandan bəri atını sənin qohumun minir». 
Şəmistan  rayon  mərkəzində  Qarayazı  milis  idarəsində  işə 
başlamaq  və  orada  işləyən  qohumu  ilə  haqq-hesabı  çürütmək 
üçün  çiynində  beşaçılan,  belində  patrondaş  atı  sürüb,  Qarayazı 
milis idarəsinə gəldi, vəsiqəsini təqdim etdi. Onu görəndə milis-
lər  bir-birinə  dəydi.  Silahını  əlindən  aldılar.  Lakin  vəsiqəni  gö-
rüb  sakitləşdilər.  Yuxarılara  zəng  edib  məsələni  öyrəndilər. 
Onun  silahını  özünə  qaytardılar.  O,  atı  yedəyində  dost-tanışları 
ilə görüşə-görüşə evinə qayıtdı. 
Şəmistan  səhəri  günündən  işə  başladı.  Qohumunu  işdən 
azad etdi. 
Şəmistan  işinə  davam  etməkdə  olsun,  sizə  xəbər  verim 
İsaxandan. 
İsaxan  1930-cu  ilin  əvvəllərindən  yaylaq  milis  rəisi  təyin 
edilmişdi.  Ona  Borçalının  Ayrım  kəndindən  Oruc  adlı  bir  kö-
məkçi də vermişdilər. İsaxanın binələri Qaraxaçda, Doloy yolu-
nun ağzına,  yol kənarına düşmüşdü. Binədən qonaqlar əskik ol-
murdu.  İsaxan  (Oruc  də  həmişə  ondan  əl  çəkmirdi)  həmişə 
qonaqlıqlarda  olurdu.  Çox  adam  bilirdi  ki,  bu  Orucu  İsaxanı 
izləməkdən ötrü qoyublar. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə