Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə89/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   85   86   87   88   89   90   91   92   ...   99

 
 
345
Xozeyin onlara belə bir təkliflə mürajiət etdi: «Sovet höku-
məti  quruldu.  Biznən  də  barışan  deyil.  Sürgünlərdə  itib,  batıb, 
ölməkdənsə,  keçək  Türkiyəyə.  Orada  asudə  yaşayaq».  İsaxan 
etiraz etdi: «hökumətlə barışıq elan etmişik, söz veriblər ki, heç 
kimə toxunmayajaqlar. Bundan sonra öz ana yurdumuzda istədi-
yimiz kimi yaşayajağıq». 
Xozeyin  İsaxana:  «Dəfələrlə  Qarayazı  milis  orqanına  hü-
jum edib, adam öldürüb, dustaq buraxıb, silah anbarı yarıbsınız, 
Qarayazı  Palıdlı  meşəsində,  10-ju  qolda  Qırmızı  Ordunu  qırıb-
sınız,  Jahangirdə  ordunun  axırına  çıxıbsınız.  Bu  qanı  heç  vaxt 
kommunistlər  sizə  bağışlamayajaqlar.  Bu,  Şura  hökumətinin 
siyasətidi, onlara inanmaq olmaz». 
İsaxan öz  inadından dönmədi:  «Ölsəm də,  vətəndə öləjəm, 
mən  qürbətdə  yaşaya  bilmərəm».  Xozeyin  çox  hirslənmişdi: 
«Özünüz  bilin,  mən  Türkiyəyə  keçirəm.  Kim  getmək  istəyir, 
gəlsin».  Bunu  deyib,  atını  sürdü.  Bir  mənzil  gəlmişdi  ki,  gördü 
arxası  ilə  xeyli qaçaq atını  çapırdıb gəlir.  Xozeyin atının  başını 
çəkdi:  «Malınızı,  qoyununuzu  əlaltından  satdırın,  çəkidən  yün-
gül, qiymətdən baha nə varsa atların xurjununa doldurun. Kürün 
keçidində axşam məni gözləyin». Qaçaqlar razılaşıb dağıldılar. 
Nağı  çaşbaş  qalmışdı.  Nə  İsaxandan,  nə  də  qardaşından 
keçə bilirdi.  Atını sürüb Qaraçöpə gəldi. Qohumlar, dostlar eşi-
dən  kimi  Nağının  görüşünə  gəldilər.  Bir  də  bir  etibarlı  dostu 
gəlib  onunla  görüşdü.  Sonra  Nağının  xurjununu  alıb  öz  atının 
belinə  qoydu  və  ona  dedi:  «Qardaş,  atımı  sənə  bağışlayıram». 
Nağı ona razılığını bildirdi. 
Dostunun  atını  minib  yola  düşəndə  gördü  ki,  bu,  at  deyil, 
qızılquşdu.  Qaradüzü  yarıya  endirəndə  görür  ki,  bir  «Emadin» 
(M-1)  gedir.  «Emadin»də  L.P.Beriya  və  hərbi  komissarlar  var 
idi. Qırmızı Orduya tapşırıqlar verməyə gəlmişdilər. Nağı görür 
ki,  Böyük  qolun  ətrafında  əsgərlər  düzülüblər.  Atını  sürür 
Arxaşana tərəf. Dəmiryolunu keçəndə Qırmızı Ordu əsgərlərinin 
hər tərəfi tutduğunu görür. Kommunist Allahverdi də öz dəstəsi 


 
 
346
ilə  onların  içində  idi.  Onlar  Nağını  milis  idarəsinə  gətirirlər. 
İdarədə  Kommunist  Allahverdi  ona  deyir:  «Beriya  «Emadin»lə 
keçəndə sizi həbs etmək üçün əmr verdi». 
Kommunist  Allahverdi  özünü  Beriyanın  yanına  yetirdi: 
«Yoldaş  Beriya,  o  atlı  adam  budur».  Beriya  tapşırdı:  «Allah-
verdi,  mən Tiflisə gedirəm, təcili işim var, çağırıblar. Bu adamı 
mən qayıdana kimi saxla. Başınla cavab verəjəksən». Allahverdi 
«baş  üstə»  deyib  tez  növbədə  duran  zabiti  çağırmağa  getdi. 
Qayıdanda  gördülər  ki,  nə  at  var,  nə  də  Nağı.  Allahverdi  hər 
yana  adam  göndərdi.  Heç  bir  xəbər  çıxmadı.  Sən  demə,  Nağı 
milis  idarəsinin  çəpərindən  atılır,  tat  Kor  Əlinin  əkininə  düşür. 
Oradan da tatların əkinlərini ayaqlayıb meşə tərəfə gedir. Sonra 
atı  bir  etibarlı  dostunun  tövləsində  saxlatdırır,  özü  isə  Kosalıda 
Fağırqardaşlı İsmayılın evinə gəlir və bir müddət burada qalır. 
Nağı burada qalmaqda olsun, sizə xəbər verim Cəfərrinin 
Qaçaq Şəmistandan. 
Şəmistan  gejə  atını  sürüb  gəldi  evlərinə.  Anası  Anaxanım 
oğlunu  sinəsinə  basıb  öpdü.  Şəmistan  Türkiyəyə  keçəcəyini 
anasına deyə bilməyib, gözləri yaşla doldu. Anası onu gözüyaşlı 
görüb  danladı:  «Oğul,  dara  düşəndə  qorxağın  gözü,  igidin  isə 
alnı  tərləyir.  Sən  özünü  mənə  niyə  qorxaq  göstərdin?  Sənin 
dayıların -Meqi  ilə  Ması  erməni-müsəlman davasında çoxlu er-
məni  qırıblar.  Meqi  yaralanıb,  onu  gejə  ilə  kəndə  gətiriblər. 
Ması tək qalıb. Ermənilər görüblər ki, səngərdə bircə nəfər qalıb. 
Onlar çatana kimi  Ması özünü  vurub.  Ajıqlarından  Ması dayını 
qol, bud, baş, ayaq doğrayırlar. Ması dayının doğranması xəbəri 
Sadıxlıya  çatdı.  Onun  meyitini  kişilər  cəsarət  edib  gətirməyə 
getmədilər.  Mən  atla  həmin  yeri  tapıb  qardaşım  Masının  qol, 
bud,  baldırlarını  xurcuna  doldurdum.  Başı  əlimdə  Sadıxlıya 
qayıtdım. Sən niyə bir qaşıq qanından qorxub ağladın?». 
Şəmistan tez özünü ələ aldı: «Ana, biz hazırlaşıb həmişəlik Tür-
kiyəyə keçirik. Sənin burada qalmağına dözə bilməyib ağladım». 


 
 
347
Anaxanım  ona:  «Oğul,  məni  burada  qoyub  getsən,  südüm 
sənə haram olar. O ki gedirsən, məni də apar»,- deyir. Bu zaman 
xəbər  gəldi  ki,  milis  dəstələri  kəndin  həndəvərini  mühasirəyə 
alıblar. Şəmistan atışa-atışa Qarayazı meşəsinə girdi. 
İndi də sizə xəbər verim Xozeyindən. 
Xozeyin  malını,  qoyununu  əlaltından  satdırdı.  Həvillahlının 
Mərdan,  Ələmpaşaoğlu  Mirzə  Cabbarxalıl,  Qaracalardan  Cəlal 
onun  sürülərini  satıb,  nağd  pul  edib  verdilər  Xozeyinə.  O,  qo-
humları  ilə  görüşüb  yola  düşdü.  Xozeyin  yola  düşəndə  hələ  gün 
batmamışdı. O, bir qədər gedəndən sonra atın  yüyənini çəkib geri 
baxdı. Qarayazı yasa girmiş kimi görünürdü. Elə bil, torpaq dil açıb 
Xozeyindən gileylənirdi: «Mən sənin anan olmuşam, üstümdə səni 
bəsləmişəm,  havamı  udub,  suyumu  içmisən,  şirin  nemətlərimlə 
böyümüsən.  İndi  ananı,  ana  vətənini  qoyub  hara  gedirsən,  ay  eti-
barsız?».  Xozeyin  xəyalında  düşünürdü:  «Məni  səndən  didərgin 
salırlar, məni sənin isti qujağında boğub öldürürlər, ay ana vətən!». 
Həmişəlik vətənindən ayrılan Xozeyin görək nə deyir: 
Kosalı, Nazarlı həyəcandadı, 
Heyrətə qərq oldun sən, Qarayazı! 
Hıçqırtılar, hönkürtülər əlindən 
İztirab çəkirəm mən, Qarayazı! 
 
Ağlar qalıb, nalə çəkir yasdılar, 
Nikolayı dara çəkib asdılar. 
Peterburqu, Moskvanı basdılar, 
İndi də səndədi çən, Qarayazı! 
 
Amansız düşmənə Xozeyin neylər? 
Dil deyir torpaqlar, ağlaşır göylər. 
Qırdılar, qalmadı ağalar, bəylər, 
Saldılar saçıma dən, Qarayazı! 
Sözlərini  bitirən  Xozeyin  vətən  torpağını  öpüb  yoluna  da-
vam  etdi.  Keçidə  gələndə  gördü  ki,  bütün  qaçaqlar  onu  gözlə-


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə