Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə88/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   84   85   86   87   88   89   90   91   ...   99

 
 
341
1930-jü  il  martın  2-də  Georqadze  bir  neçə  nəfərlə  gəlib 
İsaxanı Jeyrançöldə, Saj dağı həndəvərində tapır. Georqadze onu 
yenə dilə tutur: «Beriya ilə danışdıq. O söz verdi ki, mən başım-
la javabdehəm. Çəkilsinlər evlərinə. Var-dövlətlərində heç kəsin 
işi  olmayajaq.  Sənə  silah,  özünə  də  köməkçi  və  yaylaq  milis 
rəisi vəzifəsi verəjəyini vəd edir. Bu davadan heç nə çıxan deyil, 
düşünün,  razı  olsanız,  Tiflisdə  barışıq  məjlisi  də  düzəldərik». 
Yaxın  silahdaşlarıyla  məsləhətləşdikdən  sonra  İsaxan  razılığını 
bildirir.  Barışıq  yerinin  Tiflis  şəhərində  olmasına  qaçaqlar  razı 
qalmadılar. Dedilər ki, barışıq İsaxanın öz evındə olsun. 
1930-ju il martın 25-də İsaxan kəndin həndəvərində qaçaq-
ları  düzdürdü.  Ehtiyat  edirdi  ki,  hökumət  hiylə  işlədər.  İsaxan 
250  nəfərlik  ziyafət  məjlisi  təşkil  etdirdi.  Hökumət  tərəfindən 
Georqadze,  Vartanyan,  Ciciquzi,  Qaratəpə  Nahiyə  Şurasının 
sədri  Məhəmməd  Əliyev  və  başqa  komissarlar  da  gəldilər. 
Dəmirçihasanlıdan  isə  ağsaqqallar  iştirak  edirdilər.  Bu  ziyafət 
məjlisinə Georqadzeni tamada seçdilər. Bir neçə sağlıq içiləndən 
sonra  Georqadze  Nağının  sağlığına  badə  qaldırıb  üzünü  ona 
tutdu:  «Biz  indiyə  kimi  düşmən  idik,  innən  belə  dost  olduq». 
Nağı  badəsini  götürüb  javab  verdi:  «Bizim  atalar  deyiblər  ki, 
özünüzü  dostdan  gözləyin,  düşməndən  qorxmayın».  Georqadze 
ayağa qalxıb, az qala, yalvardı: «Nağı, Nağı, xahiş edirəm, bizim 
dostluğumuzu pozma». 
Məjlis dağılandan sonra hökumət adamları İsaxan, qaçaqlar 
və ağsaqqallarla görüşüb ayrıldılar. 
Sabahı gün İsaxanı milis idarəsinə çağırdılar, özünü yaylaq 
milis  rəisi  təyin  etdilər  və  ona  bir  mauzer  silahı,  Ayrımlı  Oruj 
adlı  bir  nəfəri də köməkçi  verdilər.  İsaxanda  belə  inam  yarandı 
ki, daha arada hiylə olmayajaq. 
İndi də sizə xəbər verim Xozeyindən. 
Xozeyin  Sibirdə  bir  neçə  ay  qaldı.  Gördü  ki,  gündən-günə 
dustaqlardan 100-ə qədər ölən olur, onların meyitlərini daşıyıb atır-
lar bir yana. Ajından, şaxtadan ölənlərin sayı günbəgün artır. Belə 


 
 
342
bir günü görən Xozeyinin ürəyi dəmirçi kürəsi kimi alışdı. Öz-özü-
nə fikirləşdi ki, bu sürgün nə qədər haqsız adamların sonuna çatıb. 
Sovet ölkəsinə, onları idarə edənlərə nifrət etdi və görək nə dedi: 
Sərt şaxtalar ölkəsisən, 
Heç ərimir buzun, Sibir! 
İnsanların qatilisən, 
Doyajaqmı gözün, Sibir? 
 
Qəddar dövrə zaman gülür, 
Qüssəni dərd çəkən bilir. 
Bir gejədə yüzü ölür, 
Üzlər görüb üzün, Sibir! 
 
Şaxtan kəsir, qarın yağır, 
Dərd götürdüm dağdan ağır, 
Mənliyimi etdin fağır, 
Günahkarsan özün, Sibir! 
 
Zaman çəkir çox çətinə, 
Dözümün var yaman günə. 
Xozeynin siyasətinə 
İnnən belə dözün, Sibir! 
Xozeyin cəsur, ölümündən qorxmaz bir adam idi. Bilirdi ki, 
bir  gün  bu  ölənlərdən  biri  də  o  olajaq.  Ona  görə  də  qarşısına 
məqsəd  qoymuşdu  ki,  qaçsın.  Xozeyin  özlüyündə  ölçür-biçir, 
qaçmağa yol axtarırdı. 
Xozeyin  gözətçilərlə  yeməkxanaya  gedən  yüksək  rütbəli 
zabiti görüb, özünü onun  yatdığı otağa saldı. Qoltuğunda gətir-
diyi,  günlərlə  itilədiyi  baltanı  ev  əşyalarının  birinin  arxasında 
yerləşdirdi.  Xozeyin  zabitin  sərxoş  gəlib,  çarpayısında  uzanıb 
yatmasını  gözləyirdi.  Zabitin  xorultusunu  eşidən  Xozeyin  giz-
ləndiyi yerdən çıxıb, onun başını yarı böldü. Tələsmədən zabitin 
paltarını geyindi, silahını qurşadı, arxa pənjərədən düşüb bayıra 


 
 
343
çıxdı.  Xozeyin  bir  ata  mindi,  rabitə  xəttindən  oper-posta  teleq-
ram vurdu: «Yüksək rütbəli zabit yol üstədi, iki nəfər gəlsin, onu 
Sibir dəmiryoluna kimi yola salsın». Elə də edirlər. Sibir dəmir-
yolu  qovuşacağında  Xozeyin  atdan  düşdü  və  atı  bir  nəfərin 
yedəyinə verdi. Həmin adama tapşırdı ki, mən gələnə kimi bu atı 
saxla.  Bunu  deyib  şalban  daşıyan  qatarın  maşinistinin  yanına 
mindi.  Bu  minvalla  qatarları  dəyişə-dəyişə  Rostovun  mərkəzi 
dəmiryoluna gəlib çıxdı. Orada qatardan düşdü. Dəmiryol rəisini 
yanına  çağırtdırdı:  «Bakıda  müşavirəmiz  var,  gecikirəm,  məni 
tez  yola  sal».  Rəis  Xozeyini  neftdaşıyan  qatarın  maşinistinin 
yanına mindirdi. Axşamüstü o, Bakıda qatardan düşdü. Xozeyin 
zabit libasında gəzdikcə hamı ona baxırdı, çünki Xozeyin balaja 
boylu idi və paltar bir az şalax görünürdü. Xozeyin yaxşı bilirdi 
ki, paltara görə hamı ona baxır. O, dəmiryolçuların köhnə vaqo-
nunun  ağzını  açdı.  Gördü  ki,  dəmiryol  işçiləri  gediblər.  Onlar-
dan  birinin köhnə paltarını götürüb zabit  libasının üstündən ge-
yindi və vağzala çıxdı. Bakı Xozeyinin gözünə xor göründü. Şə-
hərin  işıqları  solğun,  camaatı  məyus  idi.  Əhali  sakit-sakit  gəzi-
şirdi.  Öz-özünə  düşündü:  «İlahi,  bu  nejə  zəmanədır,  bütün  ca-
maat  pərişan  gəzir.  Elə  bil  Bakı  yas  tutub».  Əvvəllər  Bakıya 
gələndə,  elə  bil,  Bakı  üzünə  gülürdü,  şənlik  edirdi.  Amma  indi 
hər  yanda  məyusluq  hökm  sürürdü.  Şəhəri  belə  görən  Xozeyin 
aldı görək nə dedi: 
İblislərin tilsimindən qaçmışam, 
Ana yurdum, jan-jiyərimsən, Bakı! 
Viran qalsın o şaxtalı Sibiri, 
Məngənədən çıxıb gəldim mən, Bakı! 
 
Deyən, sən də fikirlərə dalmısan? 
Mənim kimi, bəlkə, məyus qalmısan? 
Zaman döyüb, olmaya qojalmısan? 
Çöküb gözlərinə zülmət, çən Bakı! 
 


 
 
344
Nə bəladır, bəlkə, göydən enibdi? 
De, haqdanmı çıraqların sönübdü? 
Bəd zamanın üzü bizdən dönübdü,  
 
Dərdli gördüm bu gün səni mən, Bakı! 
 
Xozeyinəm, qürbət çıxıb qarşıma, 
Qəribliyə gedib düşən daşıma. 
Bəd zamana qar yağdırıb başıma, 
Saçlarıma daha düşdü dən, Bakı! 
Bakının  dərdi  Xozeyinin  dərdindən  idi.  Atalar  demişkən, 
«Dərdli dərdlini tapar». Xozeyin çox istədiyi Bakı ilə vidalaşdı. 
O, gejə səhərə kimi  yol gəldi. Səhər işıqlaşanda Ağstafa vağza-
lında düşdü.  Bildi ki,  Tiflisdə,  ya da Qarayazıda düşsə,  tutajaq-
lar. Odur ki, Ağstafa draxdınına (çayxana) girdi ki, çörək yesin. 
Əvvəlcə qapıdan girən kimi oradakıları nəzərdən keçirdi. Gördü 
ki, oturub çörək yeyən, çay içən hər kəs öz dərdindən, öz işindən 
danışır. Birdən o, çekist geyimli bir nəfərin bunu süzməsini başa 
düşdü.  O  saat  bayıra  çıxıb  Ağstafa  vağzalının  bağındakı  ağac 
şaxlarının arxasına keçdi. Öz-özünə belə qərara gəldi ki, əgər ar-
xamca gəlsə, vurajam. Xozeyin şaxların arxasından baxıb gördü 
ki,  həmin  adam  gəlir.  Pistoleti  çıxartdı  və  öz-özünə  fikirləşdi: 
«Qoy  lap  yaxına  gəlsin».  Birdən  arxadan  səs  eşitdi:  «Ayə,  ay 
Qurban,  mənəm.  Tatlı Bayramam».  Baxanda gördü ki,  QPU-da 
işləyən  qardaşağası  Tatlı  Bayramdır.  Hər  iki  dost  bir-birilə  qu-
caqlaşıb, öpüşdülər. Bir faytona minib Bayramın evinə getdilər. 
Bayram erkək kəsdirdi, Xozeyini üç gün evində saxlayıb, əyninə 
təzə paltar aldı, ona bir at da verdi. Xurcununa yeməklər doldu-
rub,  Kürün  Poylu  körpüsündən  Qarayazı  meşəsinə  yola  saldı. 
Xozeyin  meşə  yuxarı  gəldi,  Kosalıda  etibarlı  bir  qohumunun 
evində  pünhan  oldu.  Dəmirçihasanlıda,  yəni  Kosalı,  Nazarlıda 
olan  əhvalatdan  halı  oldu.  İstədiyi  adamları  gecələr  çağırtdırıb 
danışdırdı. Xozeyinin gəldiyini eşidən İsaxan da öz qaçaqlarıyla 
onun yanına gəldi. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə