Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə91/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   87   88   89   90   91   92   93   94   ...   99

 
 
351
Nağı  hələ  Türkiyəyə  getməmişdi.  Əlaltından  var-dövlətini 
satdırırdı  ki,  bilən  olmasın.  İki  dəfə  Türkiyəyə  gedib  orada 
Xozeyinlə  görüşüb,  yerini  sahmanlayıb  gəlmişdi.  Günlərin  bir 
günü  Nağının  binəsindən  bir  atlı  gəlib  İsaxana  nəsə  dedi.  Oruc 
başa düşdü ki, Nağının binəsində qonaqlıq var. İsaxanla bərabər 
o  da  atını  yəhərləyib  getdi.  Binəyə  yaxınlaşanda  gördülər  ki, 
qazanlar  qaynayır,  samovarlar  buğlanır.  Güllü-çiçəkli  yaşıllığın 
üstünə  gəvələr,  zililər  döşənib,  üstündə  oturub  yeyib-içənlərin 
sayını bilmək olmur. Bir cavan aşıq oxuyurdu, onun səsi nəinki 
insanı,  hətta göydə quşları da  valeh edirdi.  Ətrafdakı gül-çiçək-
lər  sanki  aşığa  boynunu  büküb  tamaşa  edirdi.  Aşığın  sazından, 
sözündən  təbiət  gözəlləri  də  doya  bilmirdi.  Günəşin  şəfəqi  gül-
çiçəyin  üzərinə  düşdükcə  rəngarəng  şüalar  göz  qamaşdırırdı. 
Ətrafdan  vuran  mehli  külək  kəkotunun,  yarpızın  ətrini  oturan-
ların  burunlarına  doldururdu.  Aşığın  uca  dağlara  yayılan  məla-
hətli  səsi,  avazı  təbiətə  nur  səpələyirdi.  Cəh-cəh  vuran  quşlar 
susmuşdu.  Sanki  təbiətdə  başqa  bir  aləm  yaranmışdı.  Ətrafdan 
boylanan çiçəklər bir-birinə pıçıldayırdı ki, bu aşıqda olan varlıq 
bir möcüzədi. 
Lakin Orujun gəlməsi, elə bil, bu şənliyə bir zəhər gətirdi. 
İsaxan  bir  neçə  qızıl  pul  çıxardıb,  aşığa  verdi:  «Mənim 
elimin sevimli oğlu, bir «Atüstü» oxu», - dedi. 
Aşıq  Alxan  cavan  olsa  da,  çox  arif  adam  idi.  Əyri-əyri 
Oruca  baxıb,  sonra  da  İsaxana  Orucu  işarə  edib,  oturanlara 
müraciət  etdi:  «Ay  camaat,  aşıqla  balabançı  yol  gedirdi.  Bir 
kəndin  yaxınlığından keçəndə balabançı görür ki, bir qadın atın 
yanına  uzunqulağı  qoşub  xırman  döyür.  Bu,  balabançıya  çox 
qəribə  gəlir.  Deyir,  usta,  ona  bax,  qadın  vələ  uzunqulağı  qoşub 
atla  xırman döyür.  «Nə olsun,  işini ki görür»,- deyə aşıq  cavab 
verir. Balabançı and verir ki, usta, gəl yaxından gedək, o qadına 
sözüm var. Usta nə qədər onun başını qatmaq istəsə də, mümkün 
olmur.  Çar-naçar  razı  olur.  Xırmanın  yanından  keçəndə  usta: 
«Bajı, bərəkətli olsun», - deyir. Qadın ona: «Sağ ol, ay qardaş». 


 
 
352
Balabançı  dinməz  durmayıb  qadından  soruşur:  «O  atın  yanın-
dakı  nədi,  ay  bajı?»  Qadın cavab  verir:  «O da  aşığın  yanındakı 
balabançı  kimi  bir  şeydir».  Aşıq:  «Ə,  payını  aldınmı,  gəl  ge-
dək», deyə yollarına davam edirlər. 
Aşıq  Alxanın  bu  söhbətinə  oturanların  hamısı  gülüşdü.  Oruc 
özü  də  başa  düşdü  ki,  ox  hardan  dəyir.  Məclisdəkilər,  az  qala, 
Orucun  gözünü tökmək  istəyirdilər ki,  müsəlman olasan,  özün də 
İsaxan kimi adamın yanında duz-çörək yeyəsən və onu izləyəsən. 
Sonra Aşıq Alxan sazını kökləyib, görək nə deyir: 
Namərd ilə varma yola, 
Dara düşsən atar səni. 
Sirr sözünü açma ona, 
Düşməninə satar səni. 
 
Gələr-gedər axşam-səhər, 
Dona girər təhər-təhər. 
Üzə gülər, fel işlədər, 
Tələ qurar, tutar səni. 
 
Bax Alxanın yarasına, 
Loğman tapın çarasına. 
Məzlum qullar arasına, 
Qabaqlayıb qatar səni. 
Aşıq Alxanın bu sözlərinə qiymət verənlərin «əhsən» səsləri 
hər yana yayıldı. Bu sözlərdən mütəəssir olan İsaxan camaata üz 
tutub: «Mən ölsəm də, vətənimdə öləjəyəm. Qərib ölkədə yaşaya 
bilmərəm»,  -deyə  Vətənini  tərk  etmək  istəmədiyini  bir  daha 
hamıya vurğuladı. Sonra fikirli-fikirli öz binəsinə tərəf döndü. 
Oruc İsaxanın  yanında ola-ola qaçaqların olduğu  yerləri  əlal-
tından  axtartdırırdı.  O,  İlməzli  Keçəl  Quluya  deyir:  «Sənə  mal 
verəcəm, Dəlidağdan o yana qaçaqlar var, yerini öyrən, mənə de». 
Keçəl  Qulu  da  bir  ata  minib  Dəlidağın  dibində  Dələnoğlu 
Məhəmmədin  binəsində  düşür.  Dələnoğlu  Məhəmməd  heyvan 


 
 
353
otarırmış.  Əhnəllin  Cahangir də  binədə  imiş,  Keçəl  Qulunu də-
yəyə aparır,  ona çörək yedirdir.  Yola salanda ondan  hara getdi-
yini  soruşur.  O,  Qızılqoça  getdiyini  bildirir.  Cahangir  deyir: 
«Gec  deyilmi?».  Keçəl  Qulu:  «Atın  əlində  nə  var,  indi  çata-
ram»,- deyə onu arxayın edir.  
Sən demə, Dələnoğlu  buna göz qoyurmuş. O, uzaqdan gö-
rür ki, binəyə bir atlı gəldi, tez də çıxıb getdi. Sürünü atlıya tərəf 
gətirdi,  onunla  görüşdü,  ondan  kim  olduğunu,  hara  getdiyini 
soruşdu.  Keçəl  Qulu  ona  da  Qızılqoça  getdiyini  söyləyib,  atını 
düz  Oy  dərəsinin  başına,  Çatağa  tərəf  çapırtdı.  Orada  qaçaqlar 
yerləşmişdi. Qaçaq Əli bunu çoxdan izləyirdi. Keçəl Qulunu da-
yandırdı və ondan buralara nəyə görə gəldiyini xəbər aldı. Keçəl 
Qulu:  «Bir  inəyimiz  itib,  onu  gəzirəm»,-dedi.  Qaçaq  Əli  ona 
arxasınca  gəlməyi  işarə  etdi:  «İnəyinin  yerini  bilirəm,  atını 
arxamca  sür».  Onlar  Dələnoğlunun  yanına  gəlirlər.  Dələnoğlu 
onun paxırını açır: «Bu atlı mənə deyir, Qızılqoça gedirəm, sənə 
isə  deyir,  bir  inək  itirmişəm».  Di  qaçaqların  qamçısı  Keçəl 
Quluya  dəydikcə  o,  Allaha  da,  qaçaqlara  da  yalvarır:  «Məni 
öldürməyin, düzünü deyəjəm». 
Görək Qaçaq Əli nə deyir: 
Xınzır oğlu, haramzadə, 
Qaçaqlara ilişibsən. 
Nejəsən, başını kəsəm, 
Bıçaqlara ilişibsən. 
 
Quranımın sözü tutsun, 
Çörəyimin duzu tutsun, 
Görüm, səni qoru tutsun, 
Ojaqlara ilişibsən. 
 
Al zopanı verim, bağır, 
Günahın var dağdan ağır, 
Qaçaq Əli sevmir fağır, 
Qaçaqlara ilişibsən. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə