Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə87/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   83   84   85   86   87   88   89   90   ...   99

 
 
337
Qaçaqlar,  adətən,  səhərlər tez  dururlar,  axşamlar  isə  gej  ya-
tırlar.  Tez  duran  qaçaqlar  əl-üzlərini  yuyub  gəzinirdilər.  Mərəkə 
bağlayıb,  söhbətlər  edirdilər.  Birdən  Nağı  dedi:  «Şəmistan,  Yu-
nus, gəlin bu dağın belinə çıxaq». Onlar çıxdılar dağın belinə. Na-
ğı  dürvündünü  çıxarıb  ətrafa  baxdı.  Sonra  Şəmistanla  Yunus  da 
baxdı.  «Bu  çox  yaxşı  şeydir.  Uzağı  gözünün  qarşısına  gətirir». 
Nağı dürvündünü qutusuna qoyub enmək istəyirdi. Birdən Şəmis-
tan gördü ki, Cahangirin çaylağı ilə ordu gəlir. Şəmistan təəccüblə 
dilləndi: «Ayə, ay Nağı, bu, yuxudumu?» Yunus təsdiqlədi: «Bu, 
Qarayazı  meşəsindəki  Palıdlıqdakı  yuxudandı».  Nağı  isə  gülüm-
səyərək mənalı-mənalı dilləndi: «Yuxudursa, gerçək yuxudur. Di 
tez olun, aşağıya düşək. Amma siz İsaxana bir şey deməyin». 
Enirlər  dərəyə,  İsaxanın  yanına.  Nağı  beşaçılanı  saz  kimi 
sinəsinə basıb deyir: «Əmioğlu, sinəmə üç bənd söz gəlib, qulaq 
as,  deyim».  İsaxan  «Ay  Nağı,  kaş  sənə  vergi  veriləydi»,-  deyə 
bir Nağıya, bir də beşaçılana baxdı. 
Aldı görək Nağı nə dedi: 
Göy üzünü bulud alıb, 
Üst tərəfdən yaman gəlir. 
Atlar toplara qoşulub, 
Yönü bəri yaman gəlir. 
İsaxan:  «Əmioğlu,  bu  dağlar  çox  möcüzəli  dağlardı.  Keç-
mişdə burada Qarabağlılar yaşayarlarmış. Damları yerdənqazma 
imiş. Burada dəhşətli külək əsərmiş və qapıları arxadan sovuruq-
la doldurarmış.  Adamlar hər səhər bajadan çıxıb qapıların arxa-
sını təmizləyərlərmiş. Həmin dəhşətli küləklə bərabər, gözlərinə 
cin, şeytan da görünərmiş. Onun azarından onlar yenə Qarabağa 
köçürlər. Nağı, olmaya, sənin də gözlərinə cin-şeytan görünüb?» 
Aldı Nağı: 
Top atılar, şimşək çaxar, 
Bu dərədən qanlar axar, 
Tufan qopar, sellər yıxar, 
Çox pis dövran, zaman gəlir. 


 
 
338
İsaxan  Şəmistanı  tənələdi:  «Ayə,  ay  Şəmistan,  Cinni  dərə 
buradan çox aralıdır. Sizə nə olub?». 
Şəmistan: «Gerisinə qulaq as»: 
Nağı deyər, ağlım çaşıb, 
Fikir-zikir başdan aşıb. 
Dərdlər mənnən quçaqlaşıb, 
Xəyal üstə güman gəlir. 
İsaxan  onları  danladı:  «Mən  sizə  demişəm,  fikir  eləməyin. 
Fikir adamı dəli-divanə edər». Nağı təklif etdi: «Əmioğlu, olar-
mı, bu dağın belinə çıxaq, o cini-şeytanı sənə göstərim?». Çıxır-
lar həmin dağın belinə. Oradan baxanda nələr görsələr yaxşıdı! 
Qarayazı  Təhləsi  xoşuna  gəlməyən  adamla  rastlaşanda  de-
yər: «Elə bil, məni vuran ilanın üstünə çıxdım». İsaxana da Qır-
mızı Ordunun əsgərləri elə göründü. 
Nağı  təsdiqlədi:  “Əmioğlu,  elə  mən  sizə  bu  cin,  şeytanı 
deyirdim”.  Atalar  deyiblər:  “Gözü  ilə  görən  Allahdan  irəlidir”. 
Endilər dərəyə, İsaxan əmr elədi, bütün qaçaqlar bir yerə toplaş-
dılar.  İsaxan  silahdaşlarına  müraciət  etdi:  «İndi  də  mənə  qulaq 
asın, atı yolda sınayarlar, igidi darda». 
Aldı  görək  Koroğlunun  «Misri»  havası  üstündə  İsaxan  nə 
dedi: 
Beşaçlan gülləsi leysana dönsün, 
Yağdırın, qoy süzsün qoşa güllələr. 
Düz atın, düşmənlər qana bələnsin, 
Amandı, keçməsin boşa güllələr. 
 
Qanla qurulubdu tarixin himi, 
Ölüm qorxutmayıb igid nəslimi. 
Yapışsın alına bir möhür kimi, 
Çoxdandı, bələddi başa güllələr. 
 
Müzəffər vaxtıdı, qələbə çalın, 
Əvvəlcə sərkəri atından salın. 


 
 
339
Amandı, atanda düz nişan alın, 
Tuşlayın, ürəklər deşə güllələr. 
 
İstər tufan olsun, istər yel gəlsin, 
Baxsın bu səhnəyə, tamam el gəlsin, 
Qanlar axsın, bu dərədən sel gəlsin, 
Hay deyin, salınsın işə güllələr. 
 
İsaxan görübdü belə davalar, 
Bizi unudarmı ellər, obalar?! 
Mərd girib meydana ata-babalar, 
Daraşsın qurd kimi leşə güllələr. 
İsaxan  sözlərini  tamam  eləyib  qaçaqlara  tapşırıqlar  verdi: 
«Qabaqda gələn zabitləri və topu, arabanı sürən əsgərlərin vurul-
masını  tapşırıram  Nağıya,  Şəmistana,  Yunusa,  Mahmuda.  Di 
durmayın, yerinizi tutun». İsaxan Zamannın Musanı çağırdı: «20 
nəfərlə  get,  qoşun  dərəyə  dolanda  arxalarını  kəsin!»  Sonra  o 
birilərinə  üz  tutdu:  «Haqqalannın  Alı,  siz  sol  tərəfi,  Zaqatalalı 
Abdul,  eloğlun  Məjid,  İslam,  İlyas,  25  nəfər  də  qaçaqlardan 
götürün,  sağ  tərəfi  kəsin.  Mən  güllə  atmasam,  döyüşü  başla-
mayın. Di durmayın, haydı!». 
Bütün qaçaqlar qoşun dərəyə dolana kimi  yerlərini hazırla-
dılar.  Qoşun  doldu  dərəyə,  xəfiyyələr  geri  qaçdılar.  Qaçaqların 
bağrı  çatlayırdı:  «İsaxan  niyə  atəş  açmır?».  İsaxan  təmkinli  və 
çox siyasətcil idi, bilə-bilə düşməni yaxına buraxırdı. Düşərgəni 
görən düşmən sakitjə gəlmək, onları mühasirəyə almaq fikrində 
idi. Qəflətən İsaxanın atəş səsləri eşidildi. Bunu eşidən qaçaqlar 
dərhal  silahlarını  işə  saldılar.  Əvvəljə  Nağı,  Şəmistan,  Yunus, 
Mahmud  zabitləri  atdan  saldılar.  Topu,  arabanı  sürən  əsgərləri 
dənlədilər.  Qoşun  hər  yana  vurnuxurdu.  Qaçaqlar  sağa,  sola, 
arxaya,  qabağa  qaçan  əsgərləri  qırırdılar.  Nağı  Şəmistandan 
soruşdu: «Heç patronun qaldımı?» Şəmistan  javab  verdi:  «160-
dan qırxı qalıb, biri də boşa keçməyib». Bələdçilər atlarını sürüb 


 
 
340
geriyə qaçırdılar. Nağı Şəmistana qaçanları göstərdi: «Şəmistan, 
onlara bax, neçə qaçırlar!». Yunus da onların söhbətlərinə qoşul-
du:  «Hayıf  ki,  güllə  mənzili  deyil.  Rus  atı  da  onların  dalından 
çata  bilməz,  öz  atlarımız  uzaqdadı».  Mahmud  arxayın-arxayın 
dilləndi: «Sonra onlarla hesablaşarıq». 
Qaçaqlar  Qırmızı  Ordunun  fatihəsini  verəndən  sonra  bir 
yerə toplaşdılar.  İsaxan gördü ki,  qaçaqlar özlərini zorla gətirir. 
Hərəsi,  bəlkə,  üç  pud  ağırlığında  boğazına  qədər  qatar  patronu 
asmışdı.  İsaxan:  «Öz  güllələri  özlərinə  qənim  olajaq»,  -  deyib 
başındakı qaçaqlarla dərəaşağı Saj dağı tərəfə getdilər. 
Qaçaqlar getməkdə olsunlar, sizə xəbər verim çuğullardan. 
Çuğullar  gördülər  ki,  böyük  döyüşdən  sonra  bir  nəfər  də 
olsun geri qayıdan olmadı. Başıodlu özlərini yetirdilər Qarayazı 
milis idarəsinə. Rəisə ordunun başına gələn müsibəti danışdılar. 
Rəis Tiflisə teleqram vurdu. Komandanla bərabər, yüksək rütbə-
li  komissarlar  da  hadisə  yerinə  gəldilər.  Komandan  təəjjüblə 
dedi: «Mən ömrümdə belə qırğın görməmişəm». Hava isti oldu-
ğundan  o,  meyitləri  döyüş  meydanında  basdırmağı  əmr  etdi  və 
Tiflisə  qayıtdı.  Əsgərlər  silah,  top,  araba  və  diri  qalan  atlarını 
geri apardılar. 
Beriya,  Georqadze,  komandan  məsləhətləşdilər  ki,  İsaxana 
ordunun  güjü  çatan  deyil.  Onu  yalnız  siyasətlə  tutmaq  lazımdı. 
Belə qərara gəldilər ki, QPU-nun işçilərini və Dəmirçihasanlıdan 
sözükeçən  ağsaqqalları  bir  yerə  yığaq.  Qaçaqların  yerini  öyrə-
nək,  barışıq elan edək,  İsaxana vəzifə  verək.  Qaçaqlar başından 
dağılandan sonra bir-bir tapaq, hamısını aradan götürək». 
Axtara-axtara  İsaxanın  dəstəsini  “Madaş”  deyilən  dağda 
tapırlar. Georqadze bir neçə nəfər QPU zabitiylə İsaxanla görü-
şüb onu dilə tutur: «Söz veririk ki, var-dövlətiniz özünüzdə qala-
jaq,  özünüzə  də  vəzifə  verəjəyik.  Qayıdın  ailənizin  üstünə». 
İsaxan deyir: «Sizi öldürmürük. Sizinlə bizimki tutan deyil. Axı-
rınjı  damla  qanımız  qalana  kimi  vuruşajağıq».  Hökumət  adam-
ları kor-peşman geri qayıdırlar. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə