Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə94/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   91   92   93   94   95   96   97   98   99

 
 
361
Gülayarın dərdli bəndi, 
Zülmət endi, gələn çəndi. 
Eşitsin Kosalı kəndi, 
Sızlasın, tellər ağlasın. 
Bütün binələr töküldülər Mələyin yas yerinə, onu Qırxbula-
ğın suyunda pak etəyib, Hacıxəlil qəbiristanlığında dəfn etdilər. 
İndi də sizə xəbər verim Xozeyindən. 
Xozeyin başında da yoldaşları çox dərin fikirlə, atlar yedək-
lərində  gəldilər  Çırçır  bulağının  üstünə.  O,  ətrafdakılara  öz 
sirrini açdı: «Mən gəncliyimdə həyat yoldaşım Türfə ilə bu bula-
ğın  üstündə  əhd-peyman  eləmişəm.  Bu  bulaq  mənim  sirdaşım-
dı». Əyilib su içmək istədi. Sanki bulaq da dilə gəlib dedi: «İç-
mə,  göz  yaşındı».  Xozeyinin  yanan  ürəyi  daha  da  odlandı,  su 
içməyib  ayağa  qalxdı.  Sinəsində  böyüdüyü  dağlardan  ayrılmaq 
çox  çətin  idi.  Bir  vətən  tərəfə  baxdı,  bir  də  Türkiyəyə,  yanıqlı-
yanıqlı dedi: 
Ay Qaraxaç, intizarda 
Qalırsan qal, mən gedirəm. 
Ayrılığın havasını 
Çalırsan çal, mən gedirəm. 
 
Ana vətən düşdün bəmə, 
Dərd doldurdun bu sinəmə. 
İnnən belə qüssə-qəmə 
Dalırsan dal, mən gedirəm. 
 
Köməyim yox çata dada, 
Yurdum-yuvam yandı oda. 
Unutmayıb məni yada 
Salırsan sal, mən gedirəm. 
 
Xozeyinəm, gəlləm hərdən, 
Bəlkə, qayıtmadım birdən. 


 
 
362
Qisasımı düşmənlərdən 
Alırsan al, mən gedirəm. 
Xozeyin sözlərini tamam elədi. Həmişəlik Türkiyəyə keçdi. 
Elə o gedən getdi, bir daha geri dönmədi… 
İsaxandan  sonra  Dəmirçihasanlıda,  yəni  Kosalıda,  Nazarlı-
da  repressiya  başlandı.  İki  erməni  -  Səmi  ilə  Ratxan  sapı 
özümüzdən  olan  baltalarla,  çox  sürgünlərdən  sonra,  1931-ji  il 
yanvarın 17-də kəndin içində bu şəxsləri güllələtdilər: 
1. Təmən Omar oğlu; 
2. Molla Mustafa; 
3. Məhəmməd Balı oğlu; 
4.  Kazım Qələm oğlu; 
5.  Qarallın Vəli; 
6.  Qaraseyidlinin Nuru; 
7.  Çapıq Kərim; 
8.  İmanı evinin İmanı. 
Düşmənçilik hayfı alan alçaqlar da ermənilərlə qardaş olub, 
əl-ələ  verib  nələr  eləmədilər.  Qanun  çərçivəsindən  çıxıb  öz  el-
obasının qatili oldular. Xalqı sürgünlərə göndərtdilər. Vaqonlar-
da,  gəmilərdə,  qumlu  səhralarda  ölənlərin  hansı  birini  deyim?! 
Sovet  zindanının  altından  döyülmüş  çıxan,  böyük  əziyyətlərlə 
təhsil  alan  varlı  balaları  Sovetə  azmı  xeyir  verdilər?!  Görkəmli 
filosoflar,  elmlər  doktorları,  minlərlə  alimlər  Sovetlərin  əzdiyi 
varlıların  balaları  deyildilərmi?!  İkinci  Dünya  müharibəsində 
qələbə çalan, ölən, öldürən, sinəsi ordenli, nişanlı gələnlər Sovet 
tapdayan varlıların balaları deyildilərmi?! 
Bəli, artıq təxminən 80  illik  bir  vaxt ayırır  bizi o dövrdən. 
Amma  Vətən,  torpaq,  el-oba  yolunda  canını  qurban  vermiş  o 
igid  oğullarımızı  unutmur  qədirbilən  elimiz-obamız.  Şeirlər 
yazır,  dastanlar  qoşurlar  bu  igidlərimizin  şəninə.  Ələmpaşalı 
Zahid də  bir el şairi kimi  bu olaylara  biganə qalmadı,  yaratdığı 
dastanı belə tamamladı: 
 


 
 
363
İsaxanın haqq üsyanı 
Tamam Rusetə yayıldı. 
Borçalıynan Qazax, Şəmkir, 
Xaldan, Samux, Qax ayıldı. 
O Dilbozlu şair Cəfər, 
Qopesli Asdan asıldı, 
Alcannıdan o Mustafa, 
Düzlüyə hər vaxt qayıldı. 
Döyüşlərdə Rüstəm Zaldı, 
Arxamızda var İsaxan! 
 
Öz elmində bir dəryadı 
Xozeyin, qardaşı Nağı. 
Hünərinə biz bələdik, 
Hay desə, tərpədər dağı. 
Geyib general paltarnı, 
Azad edib çox dustağı. 
Zəkasından xof edibdi 
Neçə düşmən, neçə yağı. 
Berya səni tora salır, 
Qurdurubdu dar, İsaxan! 
 
Sarıvəlli evinin Yasın 
Alovdan geyib libasın. 
Haqqalannın bir Alı var, 
Yerni tutub Şah Abbasın. 
Borçalıdan igid Sadıq 
Hər nə desə, qulaq asın. 
Qasdanoğlu o İsanın 
Qanlı görərsiz cidasın.  
Üç aydı, dövləti yıxdın, 
Adın olub çar, İsaxan! 
 


 
 
364
Firdinnin deyim Vəlini, 
Qeyrətlidi, pak vicdandı. 
Dəli Əhməd, Qaçaq Mahmud 
Etdikləri tamam qandı. 
Cəfərri Yunus, Şəmistan 
Atıcıdı, düz atandı. 
İmanı evinin İmanı 
Əhmədlə dada çatandı. 
Halal olsun o dəstənə, 
Düşmənindir xar, İsaxan! 
 
Ulaşlıdan Qiyas gəlib, 
Mətəl qalıb bu hünərə. 
Təmənoğlu Dınqır Musa 
Döyüşdə bənzəyir nərə. 
Dəhnədən Şəkili Söyün 
Koroğlutək çəkir nərə. 
Göyçəlidən Qurban ağa 
Pusquda da kəsib bərə. 
Obalardan alqış gəlir, 
Tale olsun yar, İsaxan! 
 
Həm Madaşda, Sac dağında, 
Ceyrançöldə oylağın var. 
Göy Tomtu, Keşiş dağında, 
Cahangirdə bulağın var. 
Teymur dağı, Emin düzü, 
Qaraxaçda yaylağın var. 
Kürdən, Xramdan keçibsən, 
Neçə-neçə çaylağın var. 
Zülmət gecələr döyüşdün 
Yağa-yağa qar, İsaxan! 
 


 
 
365
Qələm əldə dərdli Zahid 
Zamanın sirrini açır. 
Zülmətlərdə döyüşənlər 
Gələcəyə işıq saçır. 
Mənəm deyən o namərdlər 
Daldalanıb daha qaçır. 
Bakımızdan ölkələrə 
Neçə min təyyarə uçur. 
Sazlı-sözlü dastanın var, 
Səndən deyir tar, İsaxan! 
Şair  zamanla  döyüşür,  zamandan  yazır!  Qocalardan  əhval 
soruşur,  cavandan  yazır!  Allah rəhmət eləsin  həyatda  iz qoyub, 
ad alan kişilərə! 
Bu  dastanı  Nağı  Hacıbayramlının  Türkiyədən  göndərdiyi 
“Xatirələr”indən  götürüb,  bir  də  Ulukişili  Qaçaq  Şəmistanın 
özündən eşidib şair. 
Dünyagörmüş nənə-babalardan çox şey götürən, bu dastanı 
yaradan  Zahid  Ələmpaşalı  illər  uzunu  zamanın  çirkin  əməlləri 
ilə  barışmadı,  öz  elinin-obasının  şənliklərində  sevinib, 
yaslarında qəm çəkdi ... 
 
Dastanın 
yaradıcısı 
hazırda 
Qarayazı  elində  –  Kosalı  kəndində 
ömrünün 
90-cı 
illərinə 
qədəm 
qoyan el şairi Zahid Ələmpaşalıdır.  


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə