Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar


İndi də sizə Təmən uşağından deyim



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə97/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   91   92   93   94   95   96   97   98   99

 
 
374
İndi də sizə Təmən uşağından deyim. 
Təmənuşağı Nazarlı kəndində yaşayırdılar. Sonradan anala-
rını  da  götürüb  Türkiyəyə  qaçdılar.  Nazarlı  kəndinə  Şüşəligöz 
Söyünü kolxoz sədri seçdilər. O, Nazarlıya gəlmə idi. Şüşəligöz 
Söyün deyirdi ki, Təmənuşağının yurdunda turp əkdirəcəm. Qa-
sid  bu sözü Türkiyəyə sahibinə çatdırır.  Anaları deyir: «O sözü 
ona  yedirtməsəniz, südüm  sizə  haram olsun». Təmənuşağı ana-
larının sözündən çıxmazdılar. Atlanıb gəlirlər. Görürlər ki, 16-cı 
qolda  iki  nəfər  yer  sulayır. Yaxınlaşanda görürlər ki,  biri Şüşə-
ligöz  Söyünün  qayını  Bilaldı,  o  biri  də  öz  elliləri  Hacıkişidir. 
Bunları  silahın  qabağına  qatıb  Şüşəligözün  evini  göstərtdilər. 
Şüşəligözü  qabaqlayırlar,  onları  buraxırlar.  O  gediş  Şüşəligöz 
yox  olur.  Kimi  deyir,  əl-qolunu  bağlayıb  Kürə  atıblar,  kimi 
deyir,  yerə  basdırıblar,  kimi  deyir,  Türkiyəyə  aparıb  analarının 
yanında öldürüblər. 
İndi isə sizə xəbər verim Ələmpaşaoğlu Hacıdan. 
Ələmpaşaoğlu Hacı çox savadlı imiş. Ərəb dili, latın əlifba-
sında dərs deyən müəllim imiş. O, savadlı olduğundan Qarayazı 
Rayon İcraiyyə Komitəsində çalışırdı. 
Hacını  qəflətən  QPU-ya  çağırırlar:  «Siz  ərəb  dili  müəllimi 
olubsunuz.  Sizi  sürmürük,  Türkiyəyə  kəşfiyyata  gedəcəksiniz». 
Ələmpaşaoğlu  Hacı  razılaşmağa  məcbur  olur:  «Partiya  hara 
göndərsə,  mən  hazıram». Nə edə  bilərdi,  hökumətin güllələdik-
ləri, sürgün etdikləri gözünün qabağına gəldi. Onlar Hacıya cid-
di  tapşırdılar:  «Get,  çağıranda  gələrsən.  Amma  heç  kəsə  sirr 
vermə. Ailənə de ki, mən Moskvaya oxumağa gedirəm, hökumət 
göndərir». Sonra Yesir Məhəmmədi QPU-ya çağırırlar. 
Bu  həmən  Yesir  Məhəmməddir  ki,  1918-ci  ildəki  erməni-
müsəlman  davasında  türk  qoşunu  azərbaycanlılara  köməyə 
gələndə  Məhəmməd  türk  əsgəri  olub.  Birdən  Türk  paşası  əmr 
verir ki, qoşun təcili geri gəlsin, ingilislər gəmilərlə gəlib bizim-
lə  müharibə  etmək  istəyirlər.  Yesir  Məhəmməd  də  aşpaz  imiş. 
Odun  qırmağa  gedibmiş.  Türk  qoşunu  atlanır,  geri  gedir.  Mə-


 
 
375
həmməd gəlir, görür ki,  heç kəs  yoxdu. Necə deyərlər,  lələ kö-
çüb,  yurd  ağlayır.  O  tərəfə,  bu  tərəfə  qaçır.  Heç  kəsi  görmür. 
Qəflətən bir neçə erməni bunu tutur, bir sahibsiz evə salır, özləri 
də gözləyirlər ki, komandirləri gəlsin, cəzasını versin. 
Axşamüstü o deyir: «Ay kirvə, məni su üstə burax». Erməni 
qışqırır:  «Kəs səsini, kopak oqlu». Məhəmməd  yalvara-yalvara: 
«Ay  kirvə,  bizdə  nə  günah  var,  günah  bizi  bir-birimizə  vuruş-
durandadı».  Erməni  Məhəmmədi  süzür,  görür  ki,  ayağında  isti 
çəkmə var. Qapını açır, çəkməni soyundurur. Sonra da onu bura-
xır  və  deyir:  «Get,  tez  gəl,  kopak  oqlu».  Erməni  çəkməni  öz 
ayağına  geyinənə  kimi  Məhəmməd  özünü  verir  kalafa  yerində 
bitən  qalın  otluğun  altına.  Erməni  başını  qaldıranda  görür  ki, 
türk yoxdu. Yoldaşlarını da çağırıb gecəyarı olana kimi gəzdilər, 
tapa bilməyib getdilər. Ancaq Məhəmməd ayağıyalın enişə tərəf 
işıqlaşana qədər qaçır. Bir kişinin  heyvan otardığını görür. Kişi 
ondan  soruşur:  «Müsəlmansanmı?»  Məhəmməd  cavab  verir  ki, 
bəli,  müsəlmanam.  Kişi  görür  ki,  Məhəmmədin  barmağından 
qan  tökülür,  ayaqları  cırıq-cırıq  olub.  Həmin  adam  tez  öz  çarı-
ğını  çıxarıb  Məhəmmədə  verir.  Məhəmməd  ondan  soruşur  ki, 
Bakı  hansı tərəfdədir?  Kişi ona  başa salır ki, qabaqda bir daya-
nacaq var. Üzüaşağı olan hər nə var, min, səni Bakıya aparacaq. 
Elə də edir. Sonra da Bakı-Tiflis qatarı ilə Tiflisə gəlir. Şeytan-
bazar draxdınında odun yaran, su gətirən olur. 
Bir gün Nazarlıdan Nəğmət kişi draxdınçıya tərəvəz gətirib 
deyir:  «Mənə  ot  daşımağa  bir  nəfər  adam  lazımdır».  Draxdınçı 
Yesir  Məhəmmədi  göstərir:  «Odurana  onu  apar,  türk  əsgəridir, 
ermənilərə  əsir  düşübmüş,  qaçıb  bura  gəlib».  Nəğmət  kişi  Mə-
həmmədi  arabasına  mindirib  gətirir.  Nəğmət  kişi  bir  ermənini 
tək işlədirmiş. Həmin ermənini göstərir: «Bu erməni yerini bilir, 
14-cü qolda mənim otum var, daşıyın». Məhəmməd: «Baş üstə», 
-  deyib  erməni  ilə  işləməyə  gedir.  Bir  gün  otu  yaxşı  daşıyırlar. 
İkinci  gün  yel  qalxır.  Erməni  yükləyən,  Məhəmməd  yerdən  ot 
verən imiş. Otu verdikcə arabadan onu yel atır. Erməni “Allah” 


 
 
376
deyə  aslanır.  Yesir  Məhəmməd  yaba  ilə  vurub  ermənini  yerə 
yıxır, başını əzir, öldürür. Sonra da qıçından tutub sürüyə-sürüyə 
qamışlığa  atır.  Gəlir,  ot  arabasını  yarımçıq  qapıya  aparır.  Nəğ-
mət  kişi  Məhəmməddən  soruşur  ki,  bəs  erməni  hanı?  Məhəm-
məd sakit-sakit dillənir: «Öldürdüm». Nəğmət kişinin matı-qutu 
quruyur:  «Ayə,  onun  yiyəsinə  mən  nə  deyəcəm?»  Məhəmməd 
deyir:  «Özün  bilərsən.  Allahı  söydü,  mən  də  öldürdüm».  Nəğ-
mət  kişini  fikir  apardı.  Bu  erməni  Tiflisdə  «Hallavardan  (Av-
labar) olan dostunun kiçik qardaşı imiş. Ona deyibmış ki, qarda-
şın on günlüyə mənə kömək etsin, hörmət edəcəm». Birdən qar-
daşı  gəlir.  «Nəğmət,  mənim  qardaşım  hanı?»  -  deyir.  Nəğmət 
yalan  danışmağa  məcbur  olur:  «Onu  razı  yola  saldım,  bəs  evə 
getməyibmi?».  Erməni,  qardaşının  evə  gəlmədiyini  bildirib, 
Tiflisə qayıdır. Yesir Məhəmməd bir müddətdən sonra Kosalıya 
gəlir.  Onu  evləndirirlər,  oğullu-uşaqlı  olur.  Amma  ürəyi  daim 
vətən  həsrətiylə döyünür. Bir  neçə dəfə QPU-ya  (Dövlət Siyasi 
İdarəsinə) ərizə yazır ki, məni öz vətənimə buraxın, gedim. 
Bəli,  Yesir  Məhəmmədi  QPU-ya  çağırıb  deyirlər:  «Sən 
oralı  olubsan,  səni  ora  agent  göndəririk.  Tapşırığı  bizə  çatdı-
rarsan.  Sən  türkdilli  olduğun  üçün  bizə  çox  lazımsan».  Bu  da: 
“Baş üstə” deyib, geri- evinə qayıdır. Hər  ikisini  də bir gecədə, 
yəni 1938-ci il sentyabrın 11-də aparırlar. O vaxtdan Türkiyədə 
olurlar.  Hacı  öz  el  oğlusu  Yolçuyev  Nadirə,  Xiyalov  Şəmdinə, 
Qarayazıda  Daşdəmirov  Hacıya  bu  sirri  açmışdı,  uşaqlarını  on-
lara tapşırmışdı. Bütün Kosalı, Nazarlı elə bilirdi ki, onlar Mos-
kvada  oxuyurlar.  Bir  də  xəbər  çıxdı  ki,  Ələmpaşallın  Hacını, 
Yesir  Məhəmmədi  Türkiyədə  agent  kimi  həbs  ediblər.  Dedilər, 
yalan  söz  çıxmaz.  Sən  demə,  bu,  doğru  imiş.  Türkiyə  məhkə-
məsi onları dəfələrlə dindirir. Atalar demişkən, bir düz xətt əyri-
ləri kəsir. Onlar bütün günahları boyunlarına alırlar: «Sovet kəş-
fiyyat  orqanları  bizi  Türkiyəyə  gəlməyə  zorla  məcbur  etdilər, 
yoxsa  bizi  sürgünlə  qorxudurdular.  Biz  də  gəldik,  daha  geri 
getmədik». Hacı məhkəməyə cavab verdi: «Mən ərəb dili müəl-


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə