Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə92/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   88   89   90   91   92   93   94   95   ...   99

 
 
354
Dələnoğlu xəncərin altından Keçəl Qulunu çıxardır. Amma 
deyir, düzünü de, deməsən, səni öldürəcəklər. 
Keçəl Qulu hər şeyi açıb ağardır: «Məni Oruc göndərdi ki, 
Dələnoğlunun  binəsinə  qaçaqlar  gəlir,  onların  yerini  öyrən,  de, 
sənə bir  inək verəjəm. Bax sizə  itirmişəm dediyim  inək, həmən 
o inəkdir, indi məni buraxın, nə vaxt onun yanına getsəm, sizdən 
ona bir söz desəm, qanım sizə halaldı». 
Qaçaqlar  onu  buraxırlar.  Keçəl  Qulu  da  Oruca  heç  nə 
deməmişdi. 
İndi də sizə xəbər verim Şura hökumətindən. 
Şura hökuməti özünü sevdirmək üçün  hərdən  camaata  ma-
şınlarla  pulsuz  un,  parça,  ayaqqabı,  çay,  şəkər  paylayardı.  Am-
ma hökumət nə qədər yardım edirdisə, millət onu bəyənmirdi ki, 
bəyənmirdi. 
Qızğın  qoyun  qırxının  vaxtı  idi.  Taya-taya  yunlar,  tonlarla 
pendir,  yağ  heç  İsaxanın  eyninə də gəlmirdi. Elə  bil  bu  var-hal 
onun  deyildi.  İsaxanın  qəlbində  çəkdiyini  yazsalar,  el  də  çəkə 
bilməzdi. 
Dınqır Musa  bir toğlu kəsmişdi.  Oruc Musadan  xahiş etdi: 
«Get, Sarıbulaqdan su gətir, bozartmanın üstünə su tökülsə yax-
şıdır».  Musa geri qayıdanda görür ki,  beşaçılanın  çaxmağı  yox-
dur.  Musa  ona  tərs-tərs  baxdı:  «Oruc,  dostluğun  elə  bura 
qədəriydimi?» 
Oruc  onu  sakitləşdirir:  «Musa,  rahat  çörəyini  ye,  çaxmağı 
özünə  qaytarajam».  Amma  Oruc  tez-tez  saata  baxırmış.  Çörəyi 
yeyəndən sonra hərə bir işlə məşğul imiş. Alcannı Mustafa çayın 
üstə namaz qılırmış.  O görür ki,  Qırmızı Ordunun əsgərləri  hər 
yanı kəsib. Oruc və əsgərlər Alcannı Mustafanı, bir də Zamannı 
Musanı Sarımsaxlı tərəfə qabaqlayırlar. 
Bu zaman İsaxanı bir nəfər atlı çağırır. İsaxan görür ki, onu 
çağıran  Qara  Alının  oğlu  Məhərdir.  Məhər  İsaxana  deyir: 
«Xozeyin  Türkiyədən  səni  aparmağa  gəlib.  Özü  də  dedi  ki,  bu 
gün repressiya başlayacaq. 


 
 
355
İsaxan: «Xozeyinə de ki, İmanı yoxdu, gəlsin, onu da gəti-
rib gələjəm», - deyə Məhəri yola salır. 
Məhər  atını  sürüb  Xozeyinin  yanına  gedir,  İsaxanın  sözlə-
rini ona çatdırır. Xozeyin Məhəri bir də göndərir. Ona tapşırır ki, 
İsaxana de,  təcili gəlsin.  Sonra Məhərə  bərk-bərk tapşırır:  «İsa-
xanı özünlə gətirməsən, geri qayıtma». Məhər yenə geri qayıdır. 
Binəyə yaxınlaşanda görür ki, bir çoban sürü otarır. Bu çoban da 
İmanı  evinin  Məhəmməd  idi.  Onlar  görüşürlər.  Məhər  ona 
bildirir  ki,  Xozeyin  onu  İsaxanı  aparmaq  üçün  göndərib.  İmanı 
evinin  Məhəmməd  deyir:  «Odur,  binəyə  bir  qara  maşın  gəlib». 
Məh


 
 
356
sünü  ötürdü.  Hamı  ona  baxıb  çörək  yemədi.  Xozeyin  fikirli-
fikirli İsaxanın bu sözlərini oxudu: 
Ordulara bac vermədim, 
Tale yıxdı, əmim oğlu. 
Zaman məndən üz döndərdi, 
Əyri baxdı, əmim oğlu. 
 
Nağıya de, aldım qanım, 
Özüm kəsdim öz divanım, 
Xozeyinə qurban canım, 
Verdim taxtı, əmim oğlu. 
 
Döyüşlərdə sinə gərdim, 
Düşmənlərə cavab verdim, 
Vətən idi mənim dərdim, 
Əldən çıxdı, əmim oğlu. 
 
Ana vətən İsaxana 
Oğlum dedi yana-yana. 
Ölməyə mərdü mərdana 
Bu yol haqdı, əmim oğlu. 
İsaxanın bu sözləri orada olanların ürəklərinə od qoydu, göz 
yaşlarını saxlaya bilmədilər. 
Hə, indi sizə xəbər verim İsaxandan. 
1930-ju  il  sentyabrın  11-də  İsaxan  yoldaşları  ilə  Calaloğ-
lunda  milis  idarəsinin  qarşısında  düşdü.  Sadıq  ilə  Alı  bayırda 
gözlədilər. İsaxan Daneliyanın kabinetinə daxil oldu. İsaxan gör-
dü ki, qırmızı örtüklü masa arxasında on iki nəfər yüksək rütbəli 
adam  oturub.  İsaxan  salamından  sonra  tanıdığı  milis  rəisi 
Daneliyadan soruşdu: «Məni sizmi çağırtdırıbsınız?» 
Daneliya  cavab  verdi:  «Bəli,  mən  çağırtdırmışam.  Bu 
adamlar  mərkəzdən  gəliblər.  Sizinlə  söhbət  etmək  istəyirlər. 
Sizə ayrı silah verəcəklər. Sizdəki silahı təhvil verin». 


 
 
357
İsaxan gizlincə saxladığı öz silahını yox, hökumət verən si-
lahı çıxarıb Daneliyanın stolunun üstünə qoydu. İsaxan gördü ki, 
onlar hiylə qurublar. Əmisi oğlu Xozeyinin dediyi sözlər yadına 
düşdü. Öz-özünə fikirləşdi: «Xozeyin deyən gün gəlib çatıbdır». 
Orada  oturanlar  belə  başa  düşdülər  ki,  onun  daha  silahı 
yoxdu.  Sevinib arxayın oldular.  İsaxanın  igidliyi  mərkəzdə otu-
ranları o qədər vahiməyə salmışdı ki, arxada pəncərə tərəfə tuş-
lanmış  pulemyot  da  qurublarmış.  Qarşısına  pərdə  çəkiblərmiş. 
Ona  görə  də  arxayın  idilər.  Bayırda  hər  tində  bir  əsgər  də  du-
rurmuş. Qonaqlardan bir nəfər ayağa qalxıb dedi: «Mən Gürcüs-
tanın baş prokurorunun müaviniyəm. Gəlmişəm, siz törətdiyiniz 
cinayəti bağlayam. Hər şəxs öz cəzasını almalıdır. Qarayazı me-
şəsində, “Palıdlıq” deyilən yerdə 143 nəfərə qədər Qırmızı Ordu 
əsgəri  qırıbsınız.  Hələ  yaralıları  demirəm.  Dustaqları  buraxıb-
sınız.  Candar  tərəfdə,  10-cu  qolun  yanında  91  nəfər  ölüb,  hələ 
yaralıları  demirik.  Cahangirdə  Palıdlı  bulağın  alt  yanında  xeyli 
miqdarda əsgər və zabit qırıbsınız. Hələ çox işiniz var. İstintaq-
da soruşulacaq. Sizin dəstənizdə olan qaçaqların hamısı haqqın-
da bizə yazılı məlumat verməlisiniz». Bu sözləri deyib oturdu. 
İsaxanın  bir  əli  cibindəki  silahda  idi.  Susmuşdu.  Həmin 
adam yenə təkrarən dilləndi: «Cavab gözləyirəm». 
İsaxan  qəflətən  cibindəki  silahını  çıxarıb  onların  üstünə 
sıxdı və ucadan: «Alın cavabınızı, köpək uşaqları», - dedi. 
Sonralar  janlı  şahidlərin  dediklərinə  görə,  oradakılardan  8 
nəfər  ölür.  Daneliya  isə  qolundan  və  baldırından  ağır  xəsarət 
alır.  İsaxan  pəncərədən  bayıra  atılır.  Lakin  onun  arxasında-pər-
dənin dalında olan pulemyotdan xəbəri yox idi. Güllə səsləri bir-
birinə  qarışdı.  İşi  belə  görəndə  İsaxanın  bayırdakı  silahdaşları 
atışmaya  qoşuldular  ki,  İsaxanın  köməyinə  gəlsinlər.  İsaxan  öz 
dostlarıyla  vuruşa-vuruşa  Debet  çayına  tərəf  çəkildi.  Qaş  qara-
lana kimi əsgərlər Debet çayının sahillərini əhatə edib atəş açdı-
lar. Əsgərlər gejəni gözlədilər, səhər Debetin sahillərini axtardı-
lar.  Qaçaqların  nə  ölüləri,  nə  də  diriləri  tapıldı.  Yaralı  Daneli-
 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə