158
Qurulmuş dünya əhli alimdən,
Qab elif, dal-əlif, fiey aşıq Rahib.
Onlar orada deyişməkdə olsunlar sizə kimdən xəbər verim
İnci xanımdan. İnci xanım Rasimi görəndə öz dərdini anasına
dedi:
Anası da atası Şakil paşaya xəbər verdi:
-Qızın sevdaya düşdü.
Aşıq Rahib Səlimə cavab verə bilmədi gözünü döyə-döyə
yerə baxdı. Xəbər catdı Şakil paşaya:
-Öyün yıxılsın aşağını bağlayıb qoydular başmağa.
Şakil paşa o zaman qəhvəxanaya çatdı ki, sözləri Səlim bəy
deyib,aşıq Rahibdən cavab gözləyir. Rahib isə gözlərini döyə-
döyə yerə baxır. Şakil paşa Səlimdən soruşdu:
– Oğul, siz kimsiniz, hardan gəlib, hara gedirsiniz?
Səlim dedi:
– Paşa, rüsxat ver, haralı olduğumu sazla deyim.
Paş dedi:
– Rüsxatdır, buyur!
Aldı aşıq Səlim:
İran mülkündənəm, Paşa əfəndim,
İsfahan mülkünə sakinətəm mən.
Bir ocaqzadəyəm degiləm gədə,
İranı zəbt etmiş malım-dövlətim.
Əmim Nağı xandı, atam Bəy Əziz,
Qulluguna gəlir Xoynan Təbriz.
Aşpazlar yeməyin dağıdır təmiz,
Tökülür sufraya şəhtu şərbəti.
Səlim bəyəm, ayrılmışam o dəmdən,
Zərəfşən otaqda dolu möhmindan.
Gülbaharı bulmeyinca bu dəmdən,
159
Qurtarıb dağılmaz mərağım mənim.
Səlim paşa sazla dediyi kimi, dilnən də dedi:
-Paşa, biz ki,varıx İsfahanlıyıx.
Paşa soruşdu:
-Bəs səfəriniz haradı?
Səlim bəy dedi:
-Kandan gəlib, makana gedirik.
Şakil paşa dedi:
-Bala, bir de görüm kan nədi, məkan nədi? Sən bir tikə
uşaqsan.
Səlim bəy dedi:
-Paşa əfəndim, kan bu dünyadı, məkan o dünya.
Paşa dedi:
-Oğul, indi gedişatınız haradır?
Səlim bəy cavab verdi:
-Paşa əfəndi, İsfahandan gəlib Hind şəhərinə gedirik. Şakil
paşa bunları evinə dəvət elədi. Xörək gətirdilər, çörək gətirdilər.
Yeyib-içdikdən sonra Şakil paşa məsələni açıb danışdı ki:
-Mənim bir qızım var, onu sənin əmin oğluna vermək
istəyirəm.
Səlim dedi:
-Gətir, qızına baxaq!
Şakil paşa İnci xanımı çağırdı. Səlim bəy İnci xanımı görən
kimi güldü. Bunun bu gülməyi paşaya yaman ağır gəldi. Paşa
soruşdu:
-Oğul, niyə güldün? Mənimi bəyənmədin, yoxsa qızımı?
Səlim bəy dedi:
-Paşa sağ olsun, qızına güldüm. Sənsiz mən də onu bağda
ikən Rasim üçün gözaltı eləmişəm, ancaq ondan ötrü güldüm.
Qıznan oğlanın razılığını biləndən sonra kef məclisi toya
çevrildi. Yeddi gün, yeddi gecə toy çalındı. Səkkizinci axşam
qızı tapşırdılar oğlana. Vaxt gəlib araya yatmaq vaxtı düşdü.
Yatarkən Rasim qılıncı sıyırıb özüylə qızın arasına qoydu. Gecə
160
düşdü, səhər açıldı. Üstünüzə xeyirliklə açılsın hər vaxt
səhərlər.Qızın anası qızından soruşdu:
-Qızım,axşam Rasimlə necə yatdın?
Qız gözlərinin yaşını töküb dərdini anasına danışdı və dedi:
-Ana, yatan zaman Rasim qılıncı aramıza qoydu.
Rasimin bu hərəkətindən qızın anası pis oldu. Gedib əri
Şakil paşaya dedi:
-Bəs, məsələ belədir. Rasim belə bir iş görüb.
Şakil paşa Rasimi çağırdı və dedi:
-Oğul, niyə yatanda qılıncı araya qoydun. Bəlkə qız xoşuna
gəlmədi, ya.. Rasim paşaya cavab verdi:
- Paşa əfəndim, qızına da, özünə də qurbanam, amma mən
qılınc zoru ilə gedirəm əmim oğluna gəlin gətirməyə. Ona görə
də İnci xanımla o gecə bacı-qardaş kimi yatdıq. Nə vaxt tanrı
özü əcəldən macal verib sağ salamat qalsam, geri gələndə qızın
mənimdi, qızını bax, onda aparacam.
Rasim belə deyəndə Şakil paşa dedi:
– Oğul, gəl sən qal, İnci xanımın yanında.Səlim bəy Hin-
distana tək getsin. Paşa belə deyəndə Rasim aldı sazın görək nə
dedi:
Şakil paşa, o nə sözdü,
Səlim yalqız vara Hində.
Qalam İnci xanımnan,
Səlim yalqız vara Hində.
Əmim duysa məndən küsər,
Atam duysa məni asar.
Bıçaq ürəyimə basar,
Səlim yalqız vara Hində.
Səlim məniynən qardaşdı,
Hər bir səvgümdən o, başdı.
Mən Rasimə arkadaşdı,
161
Səlim yalqız vara Hində?!
Rasim sözünü tamamladı. Sonra dilnən də dedi:
-Paşa sağ olsun, qoymaram Səlim Hində tək gedə.
Şakil paşa razılıq verdi. Rasimlə Səlim bəy onlarla halal-
laşıb Hind torpağına rəvan oldular. Az getdilər, çox getdilər, çox
gedib az dincəldilər, az gedib çox dincəldilər. Dağlar aşdılar, də-
rələr keçdilər, günün bir günündə gəlib dərin bir dərəyə
düşdülər. Onların qabağını qəddar bir harami kəsdi. Rasim bəy
istədi ki,bir qılınc çəkə.Səlim bəy qoymadı.
Dedi:
-Olmaz, Rasim, qoy əvvəlcə sazla deyim,əgər qansa lazım
deyil, qanmasa sən bilərsən qılınc bilər.Aldı görək Səlim bəy nə
dedi:
Sevdəgərik Hində səfərimiz var,
Bizdən uzaq dolan, hərami ərəb.
Pirilərin quluyuq, gəl dəymə bizə,
Bizdən uzaq dolan, hərami ərəb.
Mərd igidsən kimsə gəlməz tay sənə,
İkimizi qardaşlıq say sən, sənə.
Əgər dəyərsənsə bizə – vay sənə,
Bizdən uzaq dolan, harami əcəm.
Nə küpləndin çıxdın sən də sol yandan,
Xatanı satın al Səlim aslandan.
Qılınc çalsam bölünərsən ortandan,
Bizdən uzaq dolan, hərami ərəb.
Hərami ərəb bunlara yoldaş olur. Hərami ərəb deyir:
- Madam ki, siz qılınc zoruyla qız gətirməyə gedirsiniz, mən də
oluram sizə yoldaş. Dostunuzla dost, düşməninizlə varam.
Hərami ərəb onları götürüb öz mağarasına aparır, yedirdib-
içirdir. Az gedib-üz gedib, dərə-təpə düz gedib; dərələrdən sel
kimi, təpələrdən yel kimi, gəlib Hindistana çatdılar. Onlar orada
Dostları ilə paylaş: |