5
REDAKTORDAN
ZƏNGİN BORÇALI FOLKLOR MÜHİTİ
VƏ FOLKLORŞÜNAS ELXAN MƏMMƏDLİ
Türk xalqlarının genetik yaddaşı bütünlükdə mənəvi düşün-
cənin zənginliyinə, ruhun qorunuşuna hesablanır. Bunu zəngin
şifahi yaradıcılığımız, məişətimiz, mərasimlərimiz, tariximiz və
nəyimiz varsa hamısı bir tərəf, bir istiqamət kimi göstərməkdədi.
Ən müqəddəs və savab iş isə bir borc kimi həmin zənginliyə
sahib çıxmaqdır. Dünyanın müasir gedişi, qloballaşmanın do-
ğurduğu problemlər bunu zərurət kimi qarşıya qoyur. Son
dövrün olayları, xaricdən və daxildən məqsədli müdaxilələr,
respublikamızın müharibə şəraitində olması, bitib-tükənməyən
Qarabağ müharibəsi, Qərbi Azərbaycan, Göyçə, Zəngəzur itkisi
və s. də göstərmədədir. Məsələ təkcə bununla da bitmir. Bun-
ların arxasınca maddi və mənəvi mədəniyyətin aşınması, mədə-
niyyət ocaqlarının sıradan çıxması kimi məsələlər gəlir. Məm-
ləkətimiz böyükdən-kiçiyə həmin ağrıları yaşamağa məcbur
edilir. Xalqın zəngin şifahi yaradıcılığı da belə bir taleni yaşa-
maq məcburiyyətində qalır. Bütünlükdə bunlar və bu kimi digər
məsələlər müxtəlif istiqamətli işlərin aparılmasını günün vacib
məsələləri sırasına çıxarır. Belə bir vəziyyətdə daha görülməli
olanlardan biri, bəlkə də birincisi məhz folklor örnəklərinin
toplanıb gələcək nəsillərə çatdırılmasıdır. Bizdən əvvəlkilər,
müdriklərimiz bu sahədə gərəkli addımlar atıblar. Xalq yaradıcı-
lığının toplanması, nəşri və tədqiqi sahəsində ləyaqətli işlər
görüblər. Ə.Qaradağinin, M.Mahmudbəyovun, T.Bayraməlibə-
yovun, E.Sultanovun, Y.V.Çəmənzəminlinin, H.Zeynallının
S.Mümtazın, H.Əlizadənin, V.Xuluflunun, M.H.Təhmasibin və
başqalarının gördükləri böyük işlər var. Etiraf edək ki, bu işlər
bütünlükdə folklorşünaslığımız üçün bir məktəbdi, açılmış yol-
du. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu
6
indi həmin işlərə sahiblik edir. Onun başında durur. Müasir
günümüzdə həmin yolu uğurla davam etdirənlər, qoruyub saxla-
yanlar var. Onlardan biri, bəlkə də birincilərdən biri folklorşünas
Elxan Məmmədlidir. «Azərbaycan folkloru külliyyatı» seriya-
sından çap olunmuş «Dastanlar» (XXX kitab, Bakı, Elm və
təhsil, 2012) kitabını, yenicə nəşrə hazırladığı «Borçalı folkloru
örnəkləri», «Borçalıda yaranan dastanlar» toplusunun əlyazma-
sını oxuduqdan sonra bu qənaətə gəldim. Yadıma prof. P.Əfən-
diyevin bir neçə il əvvəl Elxan Məmmədli haqqında dediyi
fikirlər düşdü. Orada bir məqam var və xüsusi olaraq vurğulanır:
«Elxan Məmmədlinin bir ayağı Azərbaycanın rayon və kəndlə-
rində olmuşdur. Bu, onun bütün yaradıcılığı dövrünə aiddir. Hər
dəfə də rayonlardan necə deyərlər, bir xurcun el sərvəti ilə qayı-
dır. Elxan aşıqdır, özü də böyük aşıqdır. Mən son zamanlar ona
yarızarafat belə müraciət edirəm. Aşıq sənətində haqq aşığı
termini var. Son dövrün yazılarında göstərilir ki, haqq aşığı haq-
qa, Tanrıya aşiq deməkdir. Ancaq mənim şəxsi qənaətimə görə
bu belə deyildir. Haqq aşığı haqdan, Tanrıdan vergi almış sənət-
kardır… Elxan Məmmədli də Haqdan belə vergi almış insandır.
Haqq aşıqlarımız bu vergi ilə şeir, dastan yaradıb. Elxan Məm-
mədli isə həmin bu vergi ilə onların sənətlərini inci, mirvari kimi
yığıb, toplayıb, çap eləyib, doğma xalqına qaytarmışdır». Do-
ğurdan da, folklorşünas Elxan Məmmədli xalqın zəngin yaradı-
cılığını, haqq vergisi almış sənətkarlarının yaratdıqlarını elə
həmin sevgi, haqq vergisi ilə toplayıb xalqa çatdıranlardan, onu
öyrənənlərdəndi.
Elxan Məmmədli aşıq yaradıcılığının tədqiqatçısıdır. Ustad
sənətkarların ədəbi irsinin, zəngin yaradıcılıqlarının toplanması,
nəşri, tədqiqi sahəsində gördüyü əvəzsiz işlər var. Hmin işlərin
dəyəri bir illə, beş illə ölçülə bilməz, onları bütünlkdə xalqın
tarixinə hesablamaq gərəyi yaranır. Çünki bu zəngin irsin özü-
nün kökləri çox dərinliklərə işləyir. Orada işarələnən hər hansı
fakt, fikir, simvol, hadisə özlüyündə yeni axtarışlara yol açır.
7
Təcnis sənətkarlığı ilə bağlı araşdırması bunun bariz nümunə-
sidir. Onu da əlavə edək ki, aşıq yaradıcılığı E.Məmmədlinin
bütünlükdə düşüncəsinin, fəaliyyətinin, hiss və duyğularının
mühüm bir hissəsini əhatə edir. Daha doğrusu, ruhunda dayanır.
Bəlkə də bu ruh onun yaşamına, fəaliyyətinə, düşüncəsinə, hiss
və duyğularının hərəkətinə yardımçı olur.
Folklorşünas alimimizin zəngin yaradıcılığında mühüm bir
hissəni, bəlkə də aparıcı xəttini Borçalı folklor mühitinin öyrə-
nilməsi təşkil edir. Bunu təkrar qeyd edək ki, həmin regiondan
apardığı toplamalar, tərtiblər, kitablara yazdığı ön söz, şərhlər də
aydınlığı ilə göstərir. Həmin işlər həmişə artan istiqamətdə
getmişdir. Haqqında danışmaq istədiyimiz «Borçalıda yaranan
dastanlar» da bunun bariz nümunəsidir. Bir qədər əvvəl E.Məm-
mədlinin mühitin görkəmli sənətkarlarından olan Aşıq Aslan
Kosalının repertuarından yazıya aldığı dastanları oxumuşdum.
Həmin toplama içimdə sevinc doğurmuşdu. Və belə düşünmüş-
düm ki, əgər bir ustadın repertuarından bu qədər dastan nümu-
nəsi yazıya almaq mümkündürsə, onda hələ yazıya alınmalı nə
qədər dastanlarımız, xalq yaradıcılığı nümunələrimiz var. Onla-
rın toplanmasına tələsmək lazımdı. Bu kitab həm də məndə o
hissi də yaratmışdı ki, son dövrün toplama işlərində kifayət
qədər ləyaqətlə görülən işlər var. E.Məmmədlinin bu toplusunu
ləyaqət nümunəsi kimi başa düşmüşdüm. Çünki folklor haram,
ruhuna uyğun olmayan qatışıqlıqları sevmir. Folklorşünasın işi
nə varsa onu təbiiliklə toplayıb xalqa çatdırmaqdı. Son dövrün
toplama işlərində bu müqəddəs işə əllər uzanmada idi. O isə
bütün tərəfləri ilə görünürdü və bir qədər məyusluğa, təəssüf
etməyə gətirib çıxarırdı. Elxan Məmmədlinin gördüyü bu böyük
işlər, fikrimizcə, son dövrün folklorşünaslığına nümunədi. Mə-
suliyyət hissinin, cavabdehliyin nə demək olmasıdı. Bunun üçün
isə ilk öncə böyük sevgi, için təmizliyi, onunla yaşamaq, ya-
şamağı bacarmaq duyğusu lazımdı.
Dostları ilə paylaş: |