ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ
ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ
__________________________________________
BORÇALI FOLKOR
ÖRNƏKLƏRİ
(Dastanlar)
II KİTAB
BAKI – 2013
2
Tərtib edəni və
çapa hazırlayanı:
Elxan MƏMMƏDLİ
filologiya üzrə fəlsəfə doktoru,
Əməkdar Mədəniyyət işçisi
Redaktoru:
Mahmud ALLAHMANLI
filologiya üzrə elmlər doktoru,
professor
Rəyçilər:
Seyfəddin QƏNİYEV
filologiya üzrə elmlər doktoru
Seyfəddin RZASOY
filologiya üzrə elmlər doktoru
Borçalı folklor örnəkləri, II kitab (Dastanlar). Bakı,
“Elm və təhsil” nəşriyyatı, 2013.
AMEA Folklor İnstitutunun nəşr etdirdiyi bu cildə Azərbayca-
nın tarixi mahallarından olan Borçalının ayrı-ayrı aşıq və el şairləri-
nin vaxtilə yaratdıqları dastanlar daxil edilmişdir. Klassik dastan yara-
dıcılığı ənənələrini özündə sənətkarlıqla əks etdirən bu nümunələrin
geniş oxucu kütləsi üçün də maraq doğuracağına əminik.
B 3202050000
Qrifli nəşr
098 - 201
3
© Фолклор Институт
u, 2013.
3
TƏRTİBÇİDƏN
Qədim Borçalı torpağı zəngin təbiəti, rəngarəng relyefi,
əsrarəngiz gözəlliyi ilə diqqəti cəlb etdiyi kimi, ibrətamiz folk-
loru, çoxşaxəli ağız ədəbiyyatı ilə də əlamətdardır. İqlim baxım-
dan şərti olaraq üç coğrafi məqamı özündə əks etdirən Borçalı
ərazisi mövcud ədəbiyyatda – Dağ Borçalı, Bağ Borçalı və Aran
Borçalı kimi təqdim olunur. Və bu ərazidə yaşayan insanların
yaratdığı ağız ədəbiyyatı da çoxçeşidlidir. Hələ ötən əsrin
ortalarından bu ərazidə fəaliyyət göstərmiş folklor ekspediyala-
rından da məlum olur ki, bu torpaqdakı folklor örnəkləri sakin-
lərinin tarixi qədər qədimdir. Vaxtilə Borçalıdan toplanmış ba-
yatılar, atalar sözləri və məsəllər, əfsanə və rəvayətlər, xüsusən
də dastanlar zaman-zaman nəşr olunmuş folklor kitablarına daxil
edilmiş ümumxalq yaradıcılıq məhsulu kimi təqdim edilmişdir.
Bu da şübhəsiz, sonrakı nəsillərə regionun folklor həqiqətini çat-
dırmağa imkan verməmişdir. Lakin son illər AMEA Folklor
İnstitutunun toplama, nəşr və tədqiqat sahəsində həyata keçirdiyi
iş üslubu hər bir regionun folklor örnəklərini xarakterizə edərək
özünəməxsusluğunu üzə çıxrtmaq üçün böyük imkanlar yaradır.
Bu baxımdan institut rəhbərliyinin ayrı-ayrı regionların folklor
örnəklərinin əsaslı şəkildə toplanıb nəşr etdirilməsində göstər-
diyi səylər neçə illərdir öz bəhrəsini verməkdədir. Geniş oxucu
kütləsinə, xüsusən də elmi ictimaiyyətə təqdim etdiyimiz bu ki-
tab da qarşıda qoyulmuş məqsədlərə xidmət etməkdədir.
Adından da bəlli olduğu kimi, topluya daxil etdiyimiz
dastanlar Borçalıda yaşayıb-yaratmış ustadlar tərəfindən yaradıl-
mış dastanlardır. Bu dastanları yaradanlar haqqında kitabın so-
nunda məlumat verdiyimizdən bu məqamda onlar haqqında
danışmağı lazım bilmirik. Ancaq onu nəzərə çatdırmaq istəyirik
ki, “Borçalı folklor örnəkləri” seriyasından nəşr olunan kitabları-
mız bununla və bundan əvvəlki nəşrlərlə məhdudlaşmayacaq.
Bizə institut rəhbərliyi səviyyəsində yaradılmış şəraitə uyğun
4
olaraq gələcəkdə də Borçalıdan topladığımız folklor örnəkləri-
mizi kitab şəklində nəşr etdirəcəyik. Bu sahədə üz ağardan işlə-
rimiz az deyildir. Xüsusən nəşrini gələn il nəzərdə tutduğumuz
iki cildlik “Borçalı aşıqları və el şairləri” kitablarını Borçalıda
yaşayan ziyalı dostumuz şair Bəhram Mehdi ilə birlikdə nəşrə
hazırlayırıq. Uzun illərdən bəri istər Bəhram müəllimin, istərsə
də özümün topladığımız yüzdən çox el sənətkarının poetik irsini
bir araya gətirmişik və bu işimiz bu gün də davam etməkdədir.
Yaxın gələcəkdə Borçalı folkloru ilə bağlı bir sıra işlər nəzərdə
tutmuşuq; bunlardan biri, bəlkə də birincisi ayrı-ayrı janrlar üzrə
yeni toplular hazırlamaqdır. Düşünürük ki, Borçalıdan toplanmış
ayrıca “Bayatı”, “Rəvayət”, “Əfsanə”, “Lətifə”, “Qaravəlli”,
“Əmək nəğmələri” və s. adda kitablar tərtib edib nəşr etməklə
nənə-babalarımızdan qalan zəngin sərvətimizi bugünkü nəslə
layiqincə çatdıra biləcəyik. Qeyd edim ki, bu sahədə bizə kömək
olacaq ziyalılarımız, alim və jurnalistlərimiz nəzərə çarpacaq
qədər işlər görmüşlər. Xüsusən də mərhum tədqiqatçı alim, pro-
fessor Valeh Hacılar, Nəriman Əbdürrahmanlı, Fərhad Xuba-
nov, professor Şurəddin Məmmədli, Süleyman Əfəndi, professor
Mədət Çobanov, Müşfiq Çobanlı, Rafiq Hümbət, Bəhram Meh-
diyev, Rəşid Faxralı, Əli Abbasov, Mirzə Maşov, Osman Dər-
viş, professor Mahmud Kamal oğlu, Vahid Ömərli, Əsəd Əli-
yev, Nizami Məmmədov və Əlxan Yəhya oğlunun bu sahədəki
xidmətlərini xüsusi qeyd etmək istərdim. Elə bilirəm “Borçalı
folklor örnəkləri”ni daha səmərəli, daha keyfiyyətli və daha
effektli toplayıb nəşr etmək üçün yuxarıda adlarını çəkdiyim
Borçalı ziyalıları bütün güclərini bir yerə cəmləyib bu işə
səfərbər olmağı şərəf işi hesab edəcəklər.
Bu şərəfli və xeyirxah işimizdə hamımıza uğurlar olsun!
Dostları ilə paylaş: |